1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə13/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   9   10   11   12   13   14   15   16   ...   256

 

34

zırlanan və müasir təhlükəsizlik qayğılarının mürəkkəbliyini əks etdirən daha dol-



ğun konsepsiyadan istifadə etməyə imkan verir: Təhlükəsizlik Sektoru İslahatı nə-

zərdə tutulur. Bu nisbətən yeni konsepsiya olub inkişaf üçün irəli sürülən beynəl-

xalq proqramların formasını dəyişir. O insan təhlükəsizliyi konsepsiyası ilə bir çox 

məsələlərdə, o cümlədən fərdlərin,qrupların və cəmiyyətin firavanlıq və təhlükəsiz-

lik qayğılarını paylaşır. Təhlükəsizlik sektoru islahatının vəzifələri kəsərli  demok-

ratik nəzarət altında insan haqlarına hörmətlə yanaşaraq və qanun aliliyinə riayət 

edərək vətəndaşların,cəmiyyətin və dövlətin təhlükəsizlik maraqlarına xidmət edən 

səmərəli və məhsuldar təhlükəsizlik təsisatları yaratmaqdır

14

.  


Üstünlük ondadır ki,Təhlükəsizlik Sektoru İslahatının maraq dairəsi, dövlətin 

milli təhlükəsizliyinin səmərəli və hesabatlı idarəetməsini təmin etməkdir. Dövlət 

təsisatlarına,qanun və normativ-hüquqi çərçivələrə  və təhlükəsizlik siyasətinə yö-

nəlik baxdıqda dövlət mərkəzlidir, hərbi təhlükəsizliyi önə çəkmir və ya cəmiyyət 

daxilində  fərdlərin və qrupların ictimai təhlükəsizlik tələblərini qulaqardına vur-

mur. Bütün dövlətlər özlərinin təhlükəsizliklə bağlı yanaşmalarına zaman-zaman 

yenidən baxarlarsa qazana bilərlər. Digər tərəfdən, Təhlükəsizlik Sektoru İslahatı 

əsasən inkişaf etməkdə olan ölkələr üçün, avtoritar rejimlərdən demokratik idarəçi-

liyə keçən və keçid dövrü yaşayan ölkələr üçün, dağıdıcı müharibədən sonrakı qu-

ruculuq dövrü yaşayan ölkələr üçün və ya siyasi zorakılıq və insan haqları pozuntu-

sundan uzaqlaşmaq istəyən ölkələr üçün xüsusilə lazımdır. Bu gün, hamı tərəfindən 

qəbul olunmuşdur ki,təhlükəsizlik və münaqişə demokratiya və inkişafla sıx surət-

də bağlıdır. BM İnkişaf Agentliyi bildirir ki, son on illiklərdə silahlı münaqişədən 

keçən ölkələrin çoxu avtoritar rejimlərdən ibarətdir və dünyanın ən kasıb ölkələri 

sırasındadırlar

15

.Ona görə də, Təhlükəsizlik Sektoru İslahatı o ölkələrə yönəlir ki, 



orada təhlükəsizlik və müdafiə sektorunda hiss olunan islahatı  həyata keçirmək 

üçün təhlükəsizlik konsepsiyalarıının və prinsiplərinin köklü surətdə yenidən düşü-

nülməsi ilkin şərt olsun.  

Çünki, bir çox hallarda müdafiə və təhlükəsizlik təsisatlarının özləri bütövlükdə 

fərdlərin və cəmiyyətin təhlükəsizliyinə təhlükə olur və bu onların ya yarıtmaz işlə-

ri ilə, ya peşəkarlığın aşağı olması ilə, qeyri bərabər dövlət ştatları ilə, ya da kor-

rupsiya və ya insan haqları pozuntusu ilə müşaiyət olunur. Təhlükəsizlik Sektoru 

İslahatı müdafiə və təhlükəsizlik sektorunun sağlam idarəçilik və hesabatlılıq, de-

                                                            

14

 Hendrickson, D., and Karkoszka, A., “The Challenges of Security Sector Reform”, SIPRI 



Yearbook 2002: Armaments, Disarmament and International Security, Oxford University 

Press: Oxford, 2002, pp. 175–201; and the United Nations Development Programme 

(UNDP), “Democratizing Security to Prevent Conflict and Build Peace”, Human 

Development Report 2002: Deepening Democracy in a Fragmented World, Oxford 

University Press: New York and Oxford, 2002, pp. 85–100. 

15

 BM İnkişaf proqramı , Human development report, 2002 




 

35

mokratik prinsiplər və yaxşı idarəçilik praktikalarına uyğun surətdə qurulmasına 



fikir verir. Təhlükəsizlik Sektoru İslahatı tərəfindən təşviq edilən yaxşı idarəçili-

yin məqsədləri-demokratik hesabatlılıq, təhlükəsizlik strukturlarına demokratik 

nəzarət, daxili və xarici təhlükəsizlik mexanizm və yanaşmalarının arasında aydin 

sərhədlər,qanunun aliliyi və azad məhkəmə  və müstəqil vətəndaş  cəmiyyəti- ta-

mamilə yetişmiş demokratik ölkələr daxilində inkişaf etmiş  aparıcı davranış olan 

“yaxşı praktikalar” və normalar, qaydalar və qanunlar üzərində- qurulur. Lakin, 

artan sayda beynəlxalq güclər arasında təhlükəsizlik sektorunun idarəçiliyi üçün 

bu normaların və yaxşı praktikaların mühümlüyü  və faydası haqda ümumi kon-

sensus vardır

16



Demokratik ölkələr təhlükəsizlik qüvvələrini daxili təhlükəsizlik üçün saxlayır-

lar və dövlət sektoru ölkənin müdafiəsinə məsuldur. Müdafiə dedikdə, normal su-

rətdə xarici təhlükə nəzərdə tutulur və məkan və hətta zaman baxımından məhdud 

ola bilər. Gundəmdə olan məsələ təhlükənin məhv edilməsidir.Hərçənd, potensial 

təhlükə formasını dəyişə bilər və tezliklə real təhlükəyə çevrilə bilər, hazırlılıq və 

hazırlığı tezliklə  təmin edən sistem  və ya səfərbərlik müdafiə üçün tələb olunur. 

Daxili təhlükəsizliyin qurulması və təmin edilməsi daxili sabtliyə yönəlmiş təhlü-

kənin qarşısının alinması və ona müqavimət göstərilməsi məsələsidir:yəni, ictimai 

asayış; fərdlərin, icmaların və  cəmiyyətin zorakılıqdan qorunması; dövlətin və 

onun təsisatlarının gündəlik işinin təmin edilməsi və davamlı sosio-iqtisadi inkişaf. 

Bəzən dövlət bölgə  və yerli hakimiyyətlərin köməyi ilə bu təhlükəsizliyi təmin 

edir. Lakin güclər fərqlidir. Ordu müdafiəni təmin edəcək və mülki qüvvələr təhlü-

kəsizliyi. Beynəlxalq təşkilatlar,NATO və AB artıq müdafiə və təhlükəsizliyi bir-

birindən ayirmırlar və onları bütöv olaraq Təhlükəsizlik Sektoru adlandırırıar. Bura-

da dövləti və onun vətəndaşlarını qorumağa məsul olan bütün strukturlar və qüvvə-

lər başa düşülür. Buraya başlıca strurkurlar, o cümlədən silahlı qüvvələr, bütün hü-

quq mühavizə  və ya hərbiləşmiş qüvvələr, kəşfiyyat və  təhlükəsizlik agentlikləri, 

gömrük, sərhəd və sahil qoruması və eləcə də, daxili və xarici təhlükəsizlik siaysə-

tini formalaşdıran, icra edən və onun üzərində  nəzarət edən təsisatlar daxildir

17



Avropa Birliyi və Avropa Parlament Assambleyası  təhlükəsizlik sektorunu dörd 

əsas sektora bölür: müdafiə, poliskəşfiyyat xidmətləri və sərhəd idarəciliyi



18

Bi-

                                                            

16

 Bura beynəlxalq təşkılatlar daxildir: BMT, BM İnkişaf proqramı(UNDP),  İqtisadi 



əməkdaşlıq və  İnkişaf təşkilatı  (İƏİT); bölgəsəl təşkilatlar: AB, AŞ,ATƏT,və NATO və 

həmçinin müxtəlif QHT-lər. 

17

 Təhlükəsizlik sektorunun tərifi Hendrikson və Karkojka yazısında müzakirə olunur. “The 



challenges of security sector reform”, op.cit., p179 

18

 Bax məsələn:Avropa  Şurası,Parlament Assambleyası, Democratic oversight of the 



Secuirty sector in Member States, Siyasi Komitənin Hesabatı, Doc.10567, June 2,2005. 

http://assembly/coe/int/Documents/WorkingDocs/doc05/EDOC10567/htm 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə