1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Paralelpipedin naturadan prespektivdə çəkilməsi



Yüklə 301,97 Kb.
səhifə59/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   56   57   58   59   60   61   62   63   64
tesviriince

Paralelpipedin naturadan prespektivdə çəkilməsi.

  • Kubun prespektivada naturadan çəkilməsi

    Bizim ətrafda gördüyümüz bütün əşyalar müxtəlif formaya malikdir. Ümumiyyətlə, xarakterinə görə bütün əşyaları 2 cür bölmək olar:

    1) müstəvi səthli əşyalar;

    2) həcmli əşyalar.

    Müstəvi səthli əşyaların qalınlığı çox az olduğu üçün, onların təsvirində iki ölçüyə, yəni, uzunluğuna və eninə diqqət yetirilir. Belə əşyalara misal olaraq, jurnal, dəftər, kəlağayı, yarpaq, kəpənək, rəsm kağızı və s. göstərmək olar.

    Həcmli əşyaların təsvirində əsasən üç ölçüyə, yəni, hündürlük, sm və uzunluğa (yəni həcmə) diqqət veririlir. Belə əşyaların misal olaraq, bina, kub,güldan, fincan, top, alma və s. göstərmək olar. Başqa sözlə iri həcimli cisimlərin məsələn, insan, heyvan, bina, memarlıq abidəsi, dağ, ağac və s, fəzada təsvirində onun uzunluğu, eni və hündürlüyü (yəni, əsas ölçüləri) nisbətlərlə nəzərə alınaraq təsvir edilir. Bütün bunlar rəsmdə təsvir olunan əşyaların həcminin müəyyənləşdirilməsinə onun bizim gözümüzün gördüklərinin qnvranılma qanunlarına uyğun təsvirinə kömək edir.

    Müxtəlif əşyanın formasının əsasını həndəsi cisimlərlə müqayisə etmək olar. Məsələn, alma, top kürəyə; qutu, bina kuba yaxud patalelpipedə; stəkan, vedrə isə silindrə, yaxud konusa oxşayır və s. Belə müqayisələr əşyanın konstruksiyası yəni, quruluşu ilə əlaqədar müəyyənləşdirilir. Bır çox hallarda isə əşyalar mürəkkəb konstruksiyaya (quruluşa) yəni, bir neçə həndəsi cismin birləşməsindən ibarət quruluşa malik olurlar. Məsələn, güldan, samovar, qəhvədan və s. belə mürəkkəb quruluşa malik əşyalardandır.

    Ümumiyyətlə, həndəsi cisimlər düz və ya əyrisəthli olmaqla iki qrupa ayrılır. Düz səth həndəsi cisimlərə misal olaraq, kub. piramida, prizma, paralelepiped və s. göstərmək olar. Əyri səthli həndəsi cisimlərə misal olaraq konus, silindr, kürə və digər bu kimi cisimləri göstərmək olar.

    Təsvirdə əşyanı əhatə edən mühit əşya müstəvisini və onun fonunu əmələ gəlirir. Beləliklə, əşya müstəvisi rəsm etdiyimiz əşyanın yerləşdiyi üfüqi səth, yəni müstəvidir. Bu müstəvi müxtəlif səthlər ola bilər, məsələn, torpaq, stol və .

    Beləliklə, müxtəlif əşyaların perspektivdə təsvirində əşyanın konstruktiv quruluşu, onun yerləşdiyi əşya müstəvisi, həcmi, işıq-kölgə münasibəti, materiallığı və s. nəzərə alınmalıdır.

    Artıq məktəbə hazırlıq qruplarında və ibtidai ibtidai sinifdə uşaqlar həndəsi cisimlərin təsvirinə dair ilkin bacarıq və vərdişlərə yiyələnirlər. Onlar əvvəlcə naturadan sadə formalı oyuncaqların, fiqurların təsviri ilə tanış olur, sonra isə müxtəlif əşyaların təsvirinə dair, o cümlədən həndəsi cisimlərin ayrı-ayrılıqda və ya qrup halında (natürmort) təsvirinə dair ilkin bacarıq və vərdişlərə yiyələnirlər.

    Müstəvi səthli əşyaların naturadan prespektivdə çəkilməsi. Göz səviyyəsində yerləşən jurnalın naturadan prespektivdə çəkilməsi qaydaları. Beləliklə, jurnal göz səviyyəsində, yəni, üfüq xəttinin üzərində şaquli vəziyyətdə yerləşdikdə təsvir aşağıdakı kimi işlənir.

    Əvvəlcə, üfüq xətti təsvir olunur. Sonra, jurnalın tamaşaçıya yaxın olan şaquli xətti, yəni, hündürlük ölçüsü müəyyənləşdirilərək qeyd olunur. Bu xətt üfüq xəttini bir qədər yuxarı keçir. Bu xəttin ölçüsü naturanın ölçüsünə görə deyil, kağızın formatının ölçüsünə görə müəyyənləşdirilərək qeyd olunur.



    Daha sonra jurnalın ün ölçüsü nəzərə alınaraq üfüq xəttinin üzərində jurnalın tamaşaçıdan uzaqda yerləşən birinci şaquli hündürlük xəttinə paralel olan , ikinci şaquli hündürlük xətti müəyyənləşdirilərək qeyd olunur.




    Beləliklə, jurnalın eni və hündürlüyü dəqiqləşdikdən sonra onun yan xtləri yuxarıdan aşağıya , aşağıdan yuxarıya doğru birləşdirilir.

    Bundan sonra jurnalın qalınlığı ön planda olan qalınlıq xətti qeyd olunur.





    Yüklə 301,97 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   56   57   58   59   60   61   62   63   64




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə