1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə63/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   56   57   58   59   60   61   62   63   64
tesviriince

Xurşidbanu Natəvan Mehdi xan qızının (1832-1897) yaradıcılığıda bu baxımdan böyük maraq doğurur. Verilən məlumata görə O. ilk təhsilini və rəsmə olan həvəsini bibisi Gövhər xanımdan almışdır. Xurşidbanu Natəvan müntəzəm surətdə rəsm sənəti ilə məşğul olmuşdur. Araşdırmalar göstərir ki, O, hətta Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən boş vaxtlarında Kür sahilində naturadan təbiət gözəlliklərini məzərə löhvələrini və ayrı-ayrı gül-çiçək rəsmlərini böyük məharətlə işləmişdir.

Hazırda Xurşidbanu Natəvanın Azərbaycan Elmlər Akademyasının əlyazmalar institutunda saxlanılan 1886-cı il tarixli albom buna gözəl misal ola bilər. Albomda onun müxtəlif vaxtlarda çəkdiyi gül-çiçək, quş rəsimləri və ornamentləri ilə yanaşı bir neçə mənzərə rəsmidə vardır. Onun yaratdığı əsərlər arasında şəhər və dəniz təsvirləri xüsusilə böyük maraq doğurur. Belə rəsm əsərlərinə misal olaraq “Dağlara yol", "Məscidli qala", 'Dəniz kənarı’ və s. göstərmək olar ki. bu rəsmlərdə Natəvan perspektivin, fəza tutumunun, təbiətin real və inandırıcı təsvirini verə bilmişdir.

Bu albomda karandaşla çəkilmiş zərif gül-çiçək rəsmləri də çox maraqlıdır. Onların bir çoxunda Natəvan öz xətti ilə qəzəllərini yazmışdır.

Albomun maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun üz qabığını rəssam muncuqlu tikmə üsulu ilə tərtib etmişdir. Bakıda Azərbaycanın tarix və incəsənət muzeyində Natəvanın bu texnik üsulla icra edilmiş yüksək bədii xüsusiyyətlər kəsb edən bir neçə tikməsi saxlanılır. Natəvan 1858-ci ildə Bakıya gəlmiş məhşur fransız yazıçısı Aleksandr Dümayaəl işindən hədiyyə verərkən o, bu işin incəliyinə heyran olmuş və bunu “ən qiymətli hədiyyə adlandırmışdır".

XIX əsrdə yaşamış bu kimi görkəmli şəxsiyyətlər yaratdıqları sənət əsərləri ilə Azərbaycan incəsənətinin çox qiymətli nümunələrini yaratmışlar.

XIX əsrin axırı və XX əsr Azərbaycan təsviri incəsənətində çox zəngin bir dövrü əhatə edir. Bu dövrdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr təsviri incəsənə¬tin müxtəlif növlərinin və janrlannın meydana gəlməsinə və inkişafına şərait yaratmışdır.



Bu dövrdə yaşayıb yaratmış sənətkarlardan biri olan
Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə