1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Perspektiva anlayışı. Perspektiva qanunları və üsulları



Yüklə 301,97 Kb.
səhifə56/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   52   53   54   55   56   57   58   59   ...   64
tesviriince

60.Perspektiva anlayışı. Perspektiva qanunları və üsulları.

Perspektiv latın və fransız sözlərindən götürülüb, mənası «aydın görürəm deməkdir.Prespektivdə təsvirin yaradılması insanın ətraf aləmdəki cisimləri görüb, qavramasına uyğun olan təsvir etmə sistemidir. Başqa sözlə, prespektiv - həcmli cisimlərin fəza quruluşunun və onların ayrı- ayrı hissələrinin müşahidə nöqtəsindən uzaqlığını nəzərə almaqla müstəvi, yaxud hər hansı səth üzərində təsviri sistemidir. Beləki, müşahidəçi ilə əşya arasındakı məsafədən asılı olaraq əşyanın əyani görünən ümumi şəkli, forması və rəngi olduğu kimi deyil, dəyişilmiş şəkildə qavranılır. İnsanın gözünün görmə qabiliyyətinə, onun qavrayışına əsaslanan bu keyfiyyətindən rəssam prespektivanın qanunlarının köməyilə istifadə edir və daha canlı təsvirlər yaradılır.

Qeyd etmək lazımdır ki, perspektiv qanunları eramızın XV əsrindən başlayaraq italyan rəssamları tərəfindən hərtərəfli öyrənilmiş və bu dövrdə bədii əsərlərin yaradılmasında ondan istifadə olunmuşdur. Artıq bu dövrdə rəssamlar perspektiv sahəsində çox əhəmiyyətli kəşflər etmiş və çox yüksək nailiyyətlər əldə etmişlər. Əldə olunmuş bu nailiyətlərin sistemləşdirilməsi nəticəsində perspektiv - adlanan yeni bir elm sahəsi yaranmışdır.

Dahi italyan rəssamı Leonardo da Vinçi özünün “Boyakarlıq haqqında” əsərində perspektivi boyakarlığın "anası” adlandırmış və bu elmin rəssamların yaradıcılıq təcrübəsində əmələ gələn bir elm olduğunu göstərmişdir.

Leonardo da Vinçi perspektiv sahəsində əldə eldiyi nəticələrini 3 istiqamətdə sistemləşdirmişdir:

1.O. məsafədən asılı olaraq uzaqlaşdıqca əşyaların ölçülərinin kiçilmə qanununu vermiş və bu qanunun xətti perspektivə aid olduğunu bildirmişdir.

2.O, məsafədən asılı olaraq uzaqlaşdıqca əşyaların rənginə hava layının tə-sirini müəyyənləşdirmiş və uzaqlaşdıqca əşyaların rənginin olduğu kimi deyil, dəyişilmiş qavranılması qanununu

3.Leonardo da Vinçi məsafədən asılı olaraq əşyaların sərhəddinin dəqiqliyini, mənzərə elementlərini, işığın təzadının və kölgənin düşmə xüsusiyyətinin qanuna uyğunluqlarını hərtərəfli öyrənmiş və bütün bunları əks perspektivə aid etmişdir.

Beləliklə, bu üç istiqamətdə aparılmış geniş tədqiqatlar nəticəsində “Perspektiv” kimi bir elm sahəsi fənn yaranmışdır. Perspektivin qanunları əsasında yaradılan rəsm əsərləri imkan verir ki, rəssamlar onları elə işləsinlər ki, onlar insanların gözünün təbii qavrama qabiliyyətinə tamamilə uyğun olsun. Bu baxımdan intibah dövrünün görkəmli alman rəssamı Albrext Dürrerin yaratdığı qravüralar perspektivanın onun tərəfindən çox yüksək səviyyədə mənimsənilməsidən və öz əsərlərinin yaradılmasında ondan çox məharətlə istifadə etməsindən xəbər verir. Qeyd etmək lazımdır kı. A.Dürerin qravüraları intibah dövrünün rəssamlarının müşa-hidələnni. bacarıq və vərdişlərini Özündə demək olar ki, tam aks etdirir. Albrext Dürrer hətta çox sadə mexanizmə malik xüsusi perspektiv aparatıda yaratmışdır ki, bu aparat vasitəsi ilə ən mürəkkəb görüntüləri də olduğu kimi təsvir etmək çox asan olur. Bəzi rəssamlar hətta indi də mürəkkəb kompozisiyalı bədii əsərlərin yaradılmasında bu aparatdan istifadə edirlər

Çox maraqlıdır ki. XV əsrdə rəssamlar tərəfindən yaradılmış perspektiv nəzəriyyəsi hal-hazırda öz əhəmiyyətini itirməmiş və təmamilə qanunauyğun olduğunu sübut etmişdir.



Xətti perspektiv. Müxtəlif əşyaları diqqətlə müşahidə edərkən, biz onların həqiqi ölçülərini təxminən görə bilirik, lakın onları müəyyən məsafədə, uzaqlıqda yerləşdirərkən bizim gözümüzdə onun həqiqi ölçüləri dəyişir, yəni kiçilir və olduğu kimi deyil, dəyişilmiş şəkildə görünmür. Məstan: Pəncərədən baxarkən eyni ölçüdə olan binalar, yol. ağaclar, insanlar və s. bizim gözümüzdən uzaqlaşdıqca, onların ölçülən dəyişir və getdikcə kiçilir.

Beləliklə, xətti prespektiva təsəvvürə, əşya müstəvisinə perpendikulyar olan düz səthli müstəvi üzərində alınır.


Hava perspektivi. Müəyyən məsafədən asılı olaraq əşyanın rənginin və görü-nüşünün dəyişilməsi hava pcrspektivası ilə əlaqədardır. Müşahidəçi ilə əşya arasında olan qatı hava təbəqəsi əşyanın əsl rənginə təsir göstərir və beləliklə,müşahidəçidən çox uzaqda olan əşyalar sanki mavi tüstü ilə örtülmüş kimi görünür.Başqa sözlə, eyni rəngli əşyaların yaxında , yaxud uzaqda yerləşməsindən asılı olaraq , onlar müxtəlif rəng çalarlarında istifadə olunur.

Əks perspektiv- Müstəvidə genişliyin verilməsi üçün tətbiq edilən şərli üsullar sistemidir. Burada rəssam geniş fəzada əşyaların sərhədlərinin dəqiqliyini, müxtəlif mənzərə elementlərini təsvir edərkən ölçülərin kəskin dəyişməsindən, işığın təzadından və kölgənin düşmə xüsisiyyətindən düzgün istifadə elməklə təsviri yaradır.

Rakurs qısaltma, ixtisar etmə mənasında işlənən fransız sözüdür. Bu termindən rəssamlıqda görünüş nöqtəsinin mürəkkəbliyini, ön hissədə əşyaların Ölçülərinin kəskin qısalmasını ifadə etmək məqsədilə istifadə edilir. Məsələn: küçədə üzbəüz gəldiyiniz adamlar bizə olduğu kimi görünürlər. Lakin küçəyə yuxan mərtəbədən baxdıqda aşağıdakı hərəkət edən adamların ölçüləri qeyri-adi formada qısalır və əsasən, onların başlan və çiyinləri bizə olduğu kimi görünür. Buna görə də insan təsvirləri müxtəlif profillərdən çəkildikdə burada mürəkkəb qısalmalar, yəni, rakurslar alınır.

Beləliklə, biz hər hansı bir əşyaya baxanda həmin əşyanın quruluşu, ölçüsü və rəngi haqqında məlumat toplayırıq. Bütün bu parametrləri (ölçüləri, qaydaları) əks etdirməklə rəssamlar boyakarltq və heykltaraşlıq nümunələri, rəsm əsərləri və s. yaradırlar.

Üfüq xətti - Cismin xəyalən üfüq müstəvisi ilə kəsişməsi nəticəsində əmələ gəlir və mütləq göz səviyyəsində olur. Üfüq xətti təsvirdə üç vəziyyətdə ola bilər: Normal üfüq xətli; göz səviyyəsindən aşağıda yerləşən üfüq xətti: göz səviyyəsindən yuxarıda yerləşən üfüq xətti.

Üfüq xəttinin yerə görə perspektivdə təsviri aşağıdakı kimi olur:

1.Normal üfüq xəttinin hündürlüyü, insanın boyu, səviyyəsində qəbul olunur, məsələn, dəniz, təbiət mənzərələri və s. bu kimi kompozisiyaların təsvi zamanı

2.Göz səviyyəsindən aşağıda yerləşən üfüq xəttindən əsasən hündür binaların və ya başqa obyektlərin təsviri zamanı istifadə olunur.

3.Göz səviyyəsindən yuxarıda yerləşən üfüq xəttindən kiçik ölçülü əşyaların, mənzərə detallarının və digər obyektlərin prespektivdə təsviri zamanı istifadə olunur.

Perspektivin qanundan əsasında təsvir qurarkən aşağıda göstərilən qaydaları nəzərə almaq lazımdır;



  1. Şəkil müstəvisinə paralel olan üfüq xəttindən başqa müstəvi üzərindəki bütün digər xətlər üfüq xəttinə doğru yönəlmiş olur.




  1. Şəkil müstəvisinə perpendikulyar olan şaquli xətlər baş nöqtədə kəsişir.


3.Baxış nöqtəsində yuxarıda yerləşən şaquli xətt perspektivada aşağıya doğru yönəlmiş olur.


4. Baxış nöqtəsindən aşağıda yerləşən şaquli xəttlər üfüq xəttinə doğru yönəldilmiş olur.

Termin və anlayışlar:

Nöqtə- Karandaşın kağız üzərinə toxunmasından əmələ gəlir

İşıq- səthin işıqlanan hissəsidir.

Kölgə- Əşyanın işıqdan gizlənən hissəsidir.

Yarimkölgə-əyri səthlərdə (konus, şilindir, kürə vəs.) işıqdan kölgəyə tədricən keçid hissəsidir.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə