1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə7/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   2   3   4   5   6   7   8   9   10   ...   64
tesviriince

Dəzgah heykəltəraslığı nümunələri əsasən muzeylərdə, sərgi salonlarında, rəssamların emalatxanalarında nümayiş etdirilir. Belə heykəllər rəssamın sırf bədii yaradıcılıq işi kimi diqqəti cəlb edir. Monumental və dekorativ heykəltəraşlıq nümunə­lərindən fərqli olaraq, onların həcmi bir qədər kiçik olur və onları lazım gəldikdə bir yerdən başqa verə aparmaq mümkün olur.

Qrafika - təsviri incəsənətin ən qədim növlərindən biridir.

Qrafika yunan sözü olan “graphike” sözündən götrülüb. mənası “rəsm”, “şəkil” deməkdir. Buraya müxtəlif texniki üsullarla işlənmiş rəsmlər daxil cdilirdir. Qrafika üsulu ilə rəssamlar təsviri incəcənətin natürmort, portret, mənzərə, məişət və s. janrlarında çox maraqlı bədii sənət əsərlər yardırlar.

Qrafik löhvənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır Bunlara misal olaraq aşağıdakı texnikaları göstərmək olar: Rəsm, qravüra, litoqrafya, paleoqrafya və ya ksiloqrafiya,offort, linoqravüra, estamp, ekcilibris, sənaye qrafikası və s.

İşlənmə texnikasına görə qrafika sənəti iki böyük hissəyə ayrılır. Onlardan birincisi və ən qədimi ənənəvi rəsmdir. Ənənəvi rəsmlər əsasən kömür, karandaş, tuş, fiamaster və s. bu kimi vasitələrlə kağız, karton, parça və s. bu kimi materiallar üzərində çəkilir. Belə rəsmlər bır nüsxədə yaradılır. Bəzi rəsmlər rəng həllinə görə boyakarlığa yaxındır. Bunlar sulu boyalarla çəkilən (akvarcl, quaş, tempra) və yaxud, pastel (rəngli karandaşlar) texnikasında çəkilən rəsimlərdir.



İkincisi isə gravürdür. Qravür - çap qrafikasıdır. Burada rəsm yalnız bir nüsxədə yaradılsada, ondan eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür.

Buraya ağac, daş, metal, maqnezium, linolium və s. üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Bu əsərlərdə mövzudan asılı olaraq müxtəlif texnikalardan və alətlərdən istifadə olunur. Məsələn: mis metal üzərində xüsusi iynə ilə çəkilmiş və sonradan rəng vasitəsilə yaradılmış qravüralara ofort deyilir. Daş üzərində qazılmış, həkk olunmuş təsvirlərdən alınmış qravüralara litoqrafiya deyilir. Ağac üzərində həkk olunmuş qravüralara polioqrafiyaksiloqrafiya deyilir. Sonradan yaranmış linoleum üzərində cızılmış təsvirlərdən alınmış qravüralara linoqravüra deyilir və s.

Qrafikanın aşaığıdakı növləri vardır : dəzgah qrafikası, kitab və jurnal qrafikası , plakat qrafikası , tətbiqi qrafika , computer qrafikası , sənaye qrafikası .


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə