1. Orfoepiya təliminin nəqsəd və vəzifələri



Yüklə 125,57 Kb.
səhifə43/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   52
orfoqrafiya və orfoepiya

Morfoloji prinsip: Müxtəlif çalarlıqda tələffüz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yəni morfoloji quruluşuna uyğun olaraq bir cür yazılmasına istiqamətverici əsas morfoloji prinsip adlanır. Müxtəlif şəkildə tələffüz olunan morfemlərin sözün mənalı hissələrinin eyni formada yazılmasını tələb edən prinsip morfoloji prinsip adlanır. Bu prinsip sözün mənalı hissələrinə əsaslanır. Morfoloji prinsipə əsasən, dilin xüsusiyyətləri nəzərə alınaraq, müxtəlif şəkildə tələffüz olunan kök və şəkilçilər deyildiyi kimi yox, vahid qaydada, yani bir formada yazılır. Morfoloji prinsipa göra, orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində, əsasən mənalı vahidlərin-sözlərin (söz kökləri, şəkilçilərlə düzəldilən, dəyişdirilən sözlər və şəkilşilər) orfoqrafiyası nəzərdə tutulur. Belə vahidlərin müxtəlif çalarlıqda tələffüzündə məna dəyişikliyi olmasa da, vahid ədəbi dil normalarının pozulmasına təsir göstərə bilir. Eyni vahidin müxtəlif çalarlıqda tələffüzü müxtəlif məqam və şəraitlə bağlıdır. Sözün və ya şəkilçinin tərkibində fonetik halda təzahür edən belə dəyişikliklər şivə xüsusiyyəti və ədəbi tələffüz norması halında müxtəlif fonetik məqamla əlaqədar olur. Məsələn: öv, öy, av, ev; dəyil, degil, döyl, dö:l, deyil; qeyit, qeid, qayit, qayıt; qeyşər, qǝyşər qənşər və s. Fonetik hadisələrdən səs uyuşması, səsdüşümü, səsartımı, yerdəyişmə, fərqləşmə, məxrəcdəyişmə sözlərin, şəkilçilərin müxtəlif variantlarda tələffüzünə təsir göstərir.
Tarixi-ənənəvi prinsip: Əvvəlki dövrlərdə tətbiq edilən bu və ya digər orfoqrafik qaydaların mühafizə olunması və müasir yazıda davam etdirilməsi ümumiləşmiş halda tarixi-ənənəvi prinsip adlanır. Sözün müasir tələffüzünə əsasən yazılmasını deyil, onun tarixi yazılış formasını tələb edən prinsip tarixi, yaxud ənənəvi prinsip adlanır. Bu prinsipǝ əsasən sözün tarixən necə yazıldığı əsas götürülür. Bunun nəticəsidir ki, bəzi sözlər ədəbi dildə tələffüz edildiyi şəkildə yazılmır. Buna görə həmin sözlərin tələffüzü ilə yazılışı bir-birindən fərqlənir. Məsələn, əlbətdə hətda deyilir, Əlbəttə, hətta yazılır. Müasir Azərbaycan dili orfoqrafiya qaydalarında bu prinsipdən istifadə olunur, amma bu prinsipdən tam halda öz mənasında deyil, bir qədər şərti mənada isrifadə olunur.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə