1. Orfoepiya təliminin nəqsəd və vəzifələri



Yüklə 125,57 Kb.
səhifə40/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   52
orfoqrafiya və orfoepiya

Qeyd. Tərkibində təhər morfemi olan sifətlər istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.
7. Köməkçi sözlərin yazılışı
1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi
Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı
2. Qoşmalar iki cür yazılır:
1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.;
2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki
Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələmlə və s.
3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə ,halbuki
4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də,
5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də
-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndi gəlmişik və s.
6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.
7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
43.yazılışı və tələffüzü fərqlənən sözlərin orfoqrafiyası.
İbtidai siniflərdə samitlərin tələffüzü üzrə aşağıdakı orfoepik qaydalar öyrənilir. a) v samiti bəzi sözlərdə f samiti kimi tələffüz olunur: Kərimof,dedektif;
ç) t samitindən əvvəl gələn v samiti f kimi tələffüz olunur: aftomat, aftomobil;
c) söz ortasında qoşa q samitlərindən birincisi k şəklində tələffüz
olunur. sakqal, hakqında, dokquz, şakqa və s.; d) sözlərdə kar samitdən sonra gələn t samiti cingiltiləşir: dəfdər, xəsdə, taxda;
e) sözlərdə kar samitdən sonra gələn k səsi cingiltiləşir: sǝkgiz, seçgi, kəsgin;
ǝ) sözlərdə o saitlərindən sonra gələn v samiti tələffüzdən düşür. do:şan, do:ğa və s.
İbtidai siniflərdə ayrı-ayrı qaydaların izahı qısa, aydın, uşaqların yaş xüsusiyyətinə uyğun olmalı, rəngarəng misallar və illüstrasiyalarla müşayət olunmalıdır. Şagirdlərə düzgün tələffüz nümunəsi vermək, imitasiyalardan istifadə, səsin artikulyasiyasına yiyələnmək, eşitmə-tələffüzetmə vərdişlərini mənimsəmək və s. yanaşı, orfoepik - orfoqrafik cədvəl və sxemlər, çalışma və tapşırıqlar, İKT-dən İstifadə etmək orfoepik qaydaların formalaşması üçün mühüm əhəmiyyətə malikdir.
1. Saitlərin tələffüzü.
Sözlərdə bəzi saitlərin uzun tələffüz olunması.
İsimlərdə: Təranə, alim, matəm, müharibə, kabel, qanun, elan, şölə, Füzuli,Səbuhi və s.
Sifətlərdə: mənəvi, məsum, nadinc, natamam, bisavad, mötǝdil və s.
II. Samitlərin tələffüzü.
a) cingiltili samitlərin karlaşaraq tələffüz olunması.
İsimlərdə: avtobus, avtomat, toqqa, saqqal, Oqtay, nöqtə, mübtəda və s.Saylarda: yeddi.
Feillərdə şaqqıldamaq, pıqqıldamaq və s.
b) kar samitin cingiltili çalarlıqda tələffüz olunması: İsimlərdə: taxta, usta, bitki, Səttar, Məkkə, kəşfiyyat, müttəfiq və s.
Sifətlərdə: xəstə, isti, yastı, məxfi və s.
Saylarda: səkkiz.
Feillərdə: axtarmaq, istəmək, göstərmək və s.
Bağlayıcılarda: hətta
samitlərin əvəzlənərək tələffüz olunması.
İsimlərdə: əcdad-ǝlj]dad, vicdan -vilj]dan, sünbül- sü[m]bül, zənbil-zə[m]bil,
Sifətlərdə: tənbəl-tǝ[m]bǝl.
Ədatlarda: məgər-mǝlylər, əgər-ə[y]ər və s.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə