1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   62   63   64   65   66   67   68   69   70

Prezident  fərmanları  inzibati  hüququn  mənbəyi  sayılır.  Prezident  fərmanları  ilə  köhnə 
dövlət  orqanları  ləğv  edilir  və  onların  yerinə  yeni  dövlət  orqanları  yaradılır,  bu  orqanların 
funksiyaları  müəyyənləşdirilir.  Prezident  mərkəzi  icra  hakimiyyət  orqanlarının  rəhbərlərini  – 
nazirləri,  habelə  yerli  (rayon, şəhər)  icra  hakimiyyəti  başçılarını  vəzifəyə  təyin  edir.  Prezident 
nazirliklərin (məsələn, Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və s.) əsasnamələrini təsdiq 
edir. 
Nazirlər  Kabinetinin  qərarları  ayrı-ayrı  dövlət  orqanlarının  fəaaliyyətini  tənzimləyir, 
onların  səlahiyyətlərini  müəyyən  edir.  Məsələn,  Nazirlər  Kabinetinin  müvafiq  qərarları  ilə 
Azərbaycan  Dövlət  Dəmir  Yolunun,  Bakı  Beynəlxalq  Ticarət  Limanının,  Xəzər  Gəmicilik 
İdarəsinin, «Azal» Dövlət Konserninin və s. əsasnamələri təsdiq edilmişdir. 
Mərkəzi icra hakimiyyət orqanlarının (nazirliklərin və dövlət komitələrinin) normativ 
aktları  (təlimat,  əmr  və  s.)  inzibati  hüququn  mənbəyidir.  Bu  aktlar  qanunların,  prezident 
fərmanlarının və Nazirlər Kabinetinin qərarlarının icrası qaydasını müəyyənləşdirir. 
Bələdiyyələrin (yerli özünüidarəetmə orqanlarının)  normativ xarakterli aktları  inzibati 
hüququn  mənbəyi  hesab  edilir.  Bu  aktlar  yerli  əhəmiyyətli  məsələlərin  (yerli  əhəmiyyətli 
iqtisadi, sosial, ekoloji və digər məsələlərin) həll olunması üçün qəbul edilir. 
Yerli  icra  hakimiyyət  orqanlarının  normativ  xarakterli  aktları  inzibati  hüququn 
mənbəyi  hesab  edilir.  Söhbət  rayon  (şəhər)  icra  hakimiyyəti  başçılarının  vərdikləri 
sərəncamdan  gedir.  Bu  sərəncamlar  iqtisadiyyatın,  sosial  və  mədəni  sahələrın  inkişafının 
təmin edilməsinə yönəlir. 
İnzibati  hüququn  mənbələri  arasında  məcəllələşdirilmiş  aktlar  mühüm  yer  tutur.  Söhbət 
her şeydən əvvəl, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən gedir. Bu mə-
cəllə  2000-ci  il  sentyabrın  1-dən  qüvvəyə  minmişdir.  Məcəllələşdirilmiş  aktlar  içərisində 
Azərbaycan  Respublikası  Vergi  Məcəlləsi  vacib  rola  malikdir.  Bu  məcəllə  2001-ci  il 
yanvarın 1-dən qüvvəyə minmişdir. 
 İnzibati  hüququn  sistemi  iki  hissədən  ibarətdir:  ümumi  hissədən;  xüsusi  hissədən. 
Umumi  hissə odur ki, bu  hissəyə daxil olan  inzibati  hüquq  normaları dövlət  idarəetməsinin 
(idareçiliyinin)  bütün  sahələrini  nizamlayır.  Umumi  hissənin  normaları  inzibati  hüququn 
subyektlərini,  dövlət  idarəetmə  prinsiplərini,  icra  hakimiyyəti  orqan!arının  sistemini  va  bu 
orqanların  fəaliyyətinin  forma  və  metodlarını  və  umumi  xarakterli  digər  məsələləri  muəyyən 
edir. 


Xüsusi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları ayrı-ayrı idarəetma 
sahələrindəki  ictimai  münasibətləri  tənzimləyir.  Bu  münasibatlərə  daxildir:  maliyyə 
idarəetmasi  sahəsində  münasibətlər;  gömrük  idarəetməsi  sahəsində  münasibatlər;  vergi 
idarəetməsi  sahəsındə  münasibətlər;  səhiyyə  idarəetmesi  sahəsində  münasibətlər;  təhsil 
idarəetməsi  sahəsində  münasibətlər;  madaniyyet  idareetmesi  sahesinda  münasibatler; 
müdafie va milli tehlükesizlik idarəetməsi sahəsində münasibətlər və s.  
 
İnzibati  hüquq  münasibətləri  və  onların  subyektləri.  İcra  hakimiyyət  orqanlarının 
fəaliyyəti  prosesində,  ayrı-ayrı  dövlət  idarəetmə  sahələrində  müxtəlif  ictimai  münasibətlər 
əmələ  gəlir.  Bu  münasibətlər  yuxarı  dövlət  idarəetmə  (icra)  orqanları  ilə  aşağı  dövlət 
idarəetmə  orqanları  arasında,  habelə  həmin  orqanlarla  təşkilat  və  vətəndaşlar  arasında 
yarana  bilər.  Həmin  münasibatlər  hüquq  normaları  ilə  tənzimlənərək  inzibati  hüquq 
münasibətləri formasını alır. 
İnzibati  hüquq  münasibatləri  dedikdə,  icra  hakimiyyati  orqanlarının  fəaliyyəti 
prosesində,  dövlət  idarəetma  sahələrində  yaranan  və  hüquq  normaları  ilə 
tənzimlənən ictimai münasibətlər başa düşülür. 
İnzibati hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Buna görə də o, öz daxili 
quruluşuna (strukturuna) görə üç elementdən (tərkib hissesindən) ibarətdir. 
Məzmun  inzibati  hüquq  münasibətinin  elementlərindən  biridir,  inzibati  hüquq 
münasibətinin  məzmunu dedikdə, subyektlərin hüquq  və vəzifələri başa düşülür. Subyektlər 
qarşılıqlı  olaraq  hüquqlara  malik  olub,  vəzifələr  daşıyırlar.  Məhz  qarşılıqlı  hüquq  və 
vəzifələrin olması dövlət idarəetmə prosesinin qurulmasına imkan verir. 
Obyekt  inzibati  hüquq  münasibətinin  elementlərindən  biridir,  inzibati  hüquq 
münasibətinin  obyekti  rolunda  icra  hakimiyyət  orqanlarının  fəaliyyəti  və  onların  davranışı 
çıxış  edir.  Məhz  həmin  fəaliyyət  və  davranışla  bağlı  olaraq  inzibati  hüquq  münasibəti  əmələ 
gəlir. 
Subyektlər  inzibati  hüquq  münasibətinin  elementləri  sırasına  daxildir.  İnzibati 
hüquq münasibətinin subyektləri dedikdə, həmin ınünasibətdə çıxış edən iştirakçılar başa 
düşülür. Onlar hüquqlara malik olub, vəzifələr daşıyırlar. 
İcra  hakimiyyəti  (dövlət  idarəetmə)  orqanı  inzibati  hüquq  münasibətinin  məcburi  və 
labüd subyektidir. Bu, o deməkdir ki, inzibati  hüquq  münasibtinin  tərəflərindən  biri  hökmən 


və  mütləq  icra  hakimiyyət orqanı olmalıdır. Vətəndaş  və təşkilatlar bu  və  ya digər  məsələni 
həll  etmək  üçün  məhz  həmin  orqana  müraciət  edirlər.  Məsələn,  müvafiq  qurumu  dövlət 
qeydiyyatına götürmək üçün təsisçi (vətəndaş) dövlət orqanına (Ədliyyə Nazirliyinə) müraciət 
edir.  Bu  zaman  inzibati  hüquq  münasibətinin  bir  tərəfində  icra  hakimiyyət  orqanı  çıxış  edir. 
Vətəndaşın  nikaha  daxil  olması  qeydiyyata  alınan  hallarda  da  yaranan  inzibati  hüquq 
münasibətinin bir tərəfində icra hakimiyyati orqanı iştirak edir. Vətəndaş pensiya almaq üçün 
müraciət edandə də belə vəziyyət yaranır. 
İnzibati hüquq münasibəti subyektlərinin dairəsi kifayət qədər genişdir. Onlara aiddir. 
• icra hakimiyyət orqanlan; 
• fiziki şəxslər; 
• müəssisə, təşkilat, idarə və içtimai birliklər.  
İcra hakimiyyəti orqanları inzibati hüquq münasibətlərinin əsas və başlıca subyekti hesab 
olunur.  İcra  hakimiyyəti  orqanları  dedikdə,  dövlət  idarəetmə  orqanları  başa  düşülür.  Bu 
orqanlar dövlət idarəetmesi sahəsində fəaliyyət göstərir. 
Dövlət idarəetməsi dedikdə, dövlət orqanlarının icra və sərəncam fəaliyyəti başa düşülür. 
Onun  əsas  təyinatı  qanunları  və  digər  qanunvericilik  aktlarını  icra  etməkdən,  yeni  həyata 
keçirməkdən ibarətdir. Dövlət idarəetməsi dövlət işlərinin idarə edilməsinin başlıca sahəsidir. 
Onu dövlət idarəetmə orqanları həyata keçirir. 
Dövlət  idarəetme  orqanları  zahirən  icra  hakimiyyətini  təmsil  edir.  İcra  hakimiyyəti 
məhz  bu  orqanların  vasitə  və  köməyi  ilə  həyata  keçirilir.  Buna  görə  dövlət  idarəetme 
orqanlarını  həm  də  icra  hakimiyyət  orqanları  adlandırırlar.  Onlar  eynimənalı  (sinonim) 
anlayışlardır.  Digər  tərəfdən  dövlət  idarəetmə  orqanlarının  əsas  və  başlıca  funksiyası 
qanunları  və  digər  qanunvericilik  aktlarını  (məsələnn,  prezident  fərmanlarını,  Nazirlər 
Kabinetinin qərarlarını və s.) icra etməkdan ibarətdir. 
Dövlət  idarəetmə  orqanları  (icra  hakimiyyəti  orqanları)  müəyyən  sistem  halında 
birləşməsidir. Həmin sistemə aiddir: 
• prezident; 
• Nazirlər Kabineti; 
• mərkəzi icra hakimiyyəti orqanları; 
• yerli icra hakimiyyəti orqanları. 
Prezident  dövlət  idarəetme  (icra  hakimiyyəti)  orqanlarına  rəhbərlik  edir.  O,  icra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə