1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   62   63   64   65   66   67   68   69   70

qaldırmaq  üçün  qanunla  qorunan  obyektlərə  zərər  vurmaq  yolu  ilə  törədilmiş  hərəkət,  əgər  həmin 
vəziyyətdə  bu  təhlükəni  başqa  vasitə  ilə  aradan  qaldırmaq  mümkün  deyildirsə  və  bu  zaman  son 
zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır. 
 
Yuxarıda qeyd olunan maddənin təhlili göstərir ki, son zərurət vəziyyətində edilmiş bu və ya 
digər hərəkət hüquqa uyğun olmalı, yəni əməlin ictimai təhlükəliliyini və qeyri-hüquqiliyini aradan 
qaldıran  və  özündə  cinayətin  əlamətlərini  istisna  edən  müəyyən  şərtlərin  məcmusunu  əks 
etdirməlidir.  Məsələn,  müəssisələrin  birində  baş  verən  yanğının  söndürülməsi  zamanı  yıxılan  tir 
yanğın  söndürənin  qolunu  basmışdır.  Bu  zaman  tavanın  uçularaq  yanğının  ərazisində  olan  bütün 
şəxslərin  həyatı  üçün  təhlükəni  törətməsi  ilə  əlaqədar  bölmə  komandiri  zərərçəkənin  qolunun 
kəsilməsi  barədə  əmr  verir.  Əmr  yerinə  yetirilir  və  digərlərinin  həyatı  xilas  olur.  Komandirin 
hərəkəti  isə,  son  zərurət  vəziyyətində  edilmiş  hərəkət  kimi  qiymətləndirilir  və  o,  cinayət 
məsuliyyətindən azad olunur. 
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi ilk dəfə olaraq əməlin cinayət 
olmasını  aradan  qaldıran  hallara  əsaslı  riski  de  aid  etmişdir.  Bu  halın  Cinayət  Məcəlləsinə  daxil 
edilməsi onunla izah olunur ki, elmin və texnikanın surətlə inkişaf etdiyi müasir şəraitdə əvvəllərdə 
olduğundan daha tez-tez insanın həyatına və sağlamlığına, yaxud əsasən maddi zərər vurmaq riskinə 
getmək  zərurəti  yaranır.  Cinayət  qanunu  bu  barədə  elə  olmalıdır  ki,  bir  tərəfdən  tərəqqi  yolunda 
əngələ  çevrilməsin,  digər  tərəfdən  isə  eksperiment  aparan  şəxs  cinayət  məsuliyyətinin  ümumi 
əsasları çərçivəsində təqsirli olduqda onun şəxsi məsuliyyətini istisna etməsin. Cinayət Məcəlləsinin 
əsaslı risk haqqındakı maddəsi məhz bu məqsədə xidmət edir. 
Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən ictimai faydalı məqsədə nail olmaq üçün əsaslı 
risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır. 
Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün 
deyildirsə  və  risk  edən  şəxs  Cinayət  qanunu  ilə  qorunan  obyektlərə  zərər  dəyməsini  aradan 
qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir. 
Hüquq ədəbiyyatında əsaslı riskin bir çox növü fərqləndirilir. Bunların bəzilərini qeyd edək: 
-  istehsal riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaqla ictimai faydalı məqsədə nail 
olmağa, yaxud da istehsalat fəaliyyətinin zərərli nəticələrinin qarşısını almağa səy edilir; 
-  təsərrüfat riski-hüquqla qorunan  mənafeyi təhlükədə qoymaq yolu ilə iqtisadi fayda əldə 
etməyə səy edilir; 
-  kommersiya  riski-qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla  bank,  birja,  kapital 
qoyuluşu  və  başqa  sahibkarlıq  fəaliyyətində  bazarın  vəziyyətini  nəzərə  almaqla  fayda 
götürməyə səy edilir; 
-  elmi-texniki  risk  -  qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla  tədqiqatlara, 
praktikaya  yeni  metodlar  gətirilir  (məsələn,  bu  və  ya  başqa  xəstəliyin  müalicəsi  üçün 
effekt verəcəyinə ümid edilən metodun tətbiqi). 
Elmi  ədəbiyyatda  qeyd  edilir  ki,  əsaslı  risk  peşəkar  fəaliyyətin  bütün  sahələrində  mümkün 
olan peşə riski ilə bağlıdır. 
Əsaslı riskin, yəni hüquqa uyğun riskin başlıca əlamətləri aşağıdakılardır: 
1)  hərəkətin (hərəkətsizliyin) ictimai-faydalı məqsədlərə nail olunmasına istiqamətlənməsi; 
2)  ictimai  faydalı  məqsədə  risklə  əlaqədar  olmayan  hərəkətlə  nail  olmağın  mümkün 
olmaması; 
3)  risk edən şəxsin hüquqla qorunan mənafelərə yetirilə biləcək zərərin qarşısını almaq üçün 
kifayət edən tədbirlər görməsi; 
4)  qəsd  edən  şəxs  bilə-bilə  ekoloji  qəza  ilə,  yaxud  da  ictimai  fəlakətlə  bağlı  olan  bir  çox 
insanın həyatını təhlükədə qoymamalıdır. 
Azərbaycan  Respublikasının  yeni  Cinayət  qanunvericiliyində  ilk  dəfə  olaraq  elə  hallar 
müəyyən  olunmuşdur  ki,  bunlar  əmrin  və  ya  sərəncamın  yerinə  yetirilməsi  kimi  əməlin  cinayət 
olmasını,  yəni  onun  ictimai  təhlükəliliyini  və  qeyri-hüquqiliyini  aradan  qaldırır.  Cinayət 
Məcəlləsinin  40-cı  maddəsinə  müvafiq  olaraq,  müəyyən  edilmiş  qayda-da  verilmiş  və  icrası  şəxs 


üçün  məcburi  olan  əmr  və  ya  sərəncamı  yerinə  yetirərkən  həmin  şəxs  tərəfindən  qanunla  qorunan 
obyektlərə zərər vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş 
şəxs cinayət məsuliyyəti daşıyır. Əgər şəxs əmrin və ya sərəncamın qanunsuz olduğunu bilərək onu 
yerinə yetirirsə, onda qəsdən cinayət törətmiş şəxs kimi məsuliyyətə cəlb olunur. Qanunsuz əmr və 
ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur. 
 
6.  Cinayətdə iştirakçılıq 
 
 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  əksər  maddələrinin  qanunverici  quruluşu 
elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq 
şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə 
iştirakçılıq  yaranmış  olur.  İştirakçılıq  zamanı  cinayətkarlar  öz  səylərini  birləşdirərək,  çox  vaxt  öz 
aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla 
və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin 
31-ci  maddəsinə  əsasən,  iki  və  ya  daha  çox  şəxsin  qəsdən  cinayət  törətməkdə  qəsdən  iştirakı 
iştirakçılıq sayılır. 
İki  və  daha  çox  şəxsin  cinayətdə  iştirakı  bu  şəxslərin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi 
üçün  onların  hamısının  qanunla  müəyyən  edilmiş  yaş  həddinə  çatmasını  və  həmçinin  cinayət 
törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin 
və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır. 
İştirakçılıq – cinayətin törədilməsində iki  və  ya daha çox şəxsin birgə iştirakıdır. Cinayətdə 
birgə  iştirakçılıq  ümumi  nəticənin  əldə  edilməsi  üçün  iştirakçıların  hərəkətlərinin  qarşılıqlı  olaraq 
şərtləşdirilməsində  özünü  göstərir.  Ancaq  hərəkətlərin  birgəliyi  təkcə  obyektiv  deyil,  həm  de 
iştirakçılığın subyektiv əlamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid 
psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtləşir. 
İştirakçılıq  yalnız  qəsdən  edilən  cinayətlərdə  mümkündür.  Ehtiyatsızlıq  üzündən  törədilən 
cinayətlərdə  isə  iştirakçılıq  istisna  olunur.  Buna  görə  də  subyektiv  cəhətdən  o  təkcə  iştirakçılar 
arasında  subyektiv  əlaqənin  olması  ilə  deyil,  həm  də  şəxsin  törətdiyi  əmələ  və  onun  nəticələrinə 
psixoloji  münasibəti  ilə  müəyyən  olunur.  Yalnız,  qəsdən  cinayət  törətməkdə  qəsdən  birgə  iştirak, 
iştirakçılıq yaradır. 
Azərbaycan 
Respublikasının 
qüvvədə 
olan 
Cinayət 
Məcəlləsində 
cinayətdə 
iştirakçılığın 
bir 
qrup 
şəxs, 
qabaqcadan 
əlbir 
olan 
bir 
qrup 
şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik (cinayətkar təşkilat) formaları göstərilir. 
 
Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir 
qrup  şəxs  tərəfindən  törədilmiş  cinayət  hesab  olunur.  Bu,  iştirakçılığın  az  yayılan  və  daha  az 
təhlükəli  olan  formasıdır.  İştirakçılığın  bu  forması  razılaşmanın  minimum  dərəcəsi,  yəni  cinayət 
törədilməsi  anına  qədər  iştirakçılar  arasında  əlbirliyin  qeyri  -  mümkünlüyü  ilə  şərlənir.  Burada 
cinayətin bütün iştirakçıları cinayətin birlikdə icraçısı kimi çıxış edirlər və onların birləşməsi yalnız 
cinayətin  törədilməsi  zamanı  mümkün  olur.  Bir  qrup  şəxs  tərəfindən  qabaqcadan  razılaşmadan 
törədilən cinayətlərə zorlama və s. cinayətlər misal ola bilər. 
 
Qabacadan  razılaşmaqla  iki  və  ya  daha  çox  şəxsin  birgə  iştirakı  ilə  törədilən  cinayət 
qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  törədilmiş  cinayət  hesab  olunur.  Qabaqcadan 
razılaşmaqla  yaranan  iştirakçılıq,  cinayətin  obyektiv  cəhətini  təşkil  edən  hərəkətlərin,  daha  dəqiq 
desək, Cinayət Məcəlləsinin xüsusi hissəsinin maddələrində nəzərdə tutulan əməllərin icrasına qədər 
iştirakçılar arasında razılaşmanın mövcud olmasını nəzərdə tutur. 
Bir  və  ya  bir  neçə  cinayətin  törədilməsi  üçün  qabaqcadan  birləşmiş  iki  və  ya  daha  çox 
şəxsdən  ibarət  olan  sabit  cinayətkar  qrup  tərəfindən  törədilən  cinayət  mütəşəkkil  dəstə  tərəfindən 
törədilmiş cinayət hesab olunur. 
Mütəşəkkil dəstə iştirakçılar arasında mütəşəkkilliyin yüksək dərəcəsi ilə xarakterizə olunur: 
rəhbərliyin  mövcudluğu,  cinayətin  törədilməsi  planının  işlənib  hazırlanması,  hazırlanmış  planın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə