1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   62   63   64   65   66   67   68   69   70

ilədək  müddətə  həqiqi  hərbi  xidmətdə  olan  hərbi  qulluqçulara,  həmçinin  kontrakt 
(bağlaşma)  əsasında  sıravi  və  gizir  vəzifələrində  hərbi  xidmətdə  olan  hərbi  qulluqçulara 
tətbiq  edilir,  bir  şərtlə  ki,  onlar  hökm  çıxarılanadək  qanunla  müəyyən  edilmiş  xidmət 
müddətini başa vurmamış olsunlar. 
Bu  cəza  növünün  hüquqi  mahiyyəti,  məhkumun  müəyyən  müddətə  məcburi  olaraq  intizam 
xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah edilməsindən ibarətdir. 
Azadlıqdan  məhrum  etmə  cəzası  intizam  xarakterli  hərbi  hissədə  saxlama  cəzası  ilə  əvəz 
edildikdə,  azadlıqdan  məhrum  etmə  cəzasının  müddəti  intizam  xarakterli  hərbi  hissədə  saxlama 
cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. 
12. Cinayət Məcəlləsinin 55-ci maddəsində əsas cəza növü kimi müəyyən müddətə azadlıqdan 
məhrum etmə cəzasından bəhs olunur. 
Müəyyən  müddətə azadlıqdan  məhrum etmə məhkumun  koloniya -  məntəqəyə, ümumi, ciddi 
və  xüsusi  rejimli  islah  koloniyasına  və  ya  həbsxanaya  yerləşdirilməsi  yolu  ilə  onun  cəmiyyətdən 
təcrid olunmasından ibarətdir. 
Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan on beş ilədək müddətə müəyyən 
edilir. Lakin cinayətlərin  məcmusu üzrə cəza  təyin edilərkən azadlıqdan  məhrum etmə  müddətinin 
qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi on beş ildən, 
hökmlərin məcmusu üzrə isə iyirmi ildən artıq ola bilməz. 
13.  Azərbaycan  Respublikası  ölüm  cəzasının  ləğv  olunması  ilə  əlaqədar  10  fevral  1998-ci  il 
tarixli  qanunu  qəbul  etməklə  beynəlxalq  aləmdə  özünün  demokratik,  dünyəvi  və  hüquqi 
dövlət olduğunu bir daha sübut etdi. 
Əsas cəza növü kimi ömürlük azadlıqdan məhrum etmə də məhz bu qanunla respublikamızın 
cinayət qanunvericiliyinə daxil edildi. 
Qanunvericilik  yalnız  sülh  və  bəşəriyyət  əleyhinə,  müharibə  cinayətləri  ilə  əlaqədar, 
şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə bu cəza növünün 
tətbiqinə  yol  verir.  Lakin  qanunvericilik  burada  da  humanizm  prinsipindən  çıxış  edərək  ömürlük 
azadlıqdan  məhrum  etmə  cəzasını  müəyyən  kateqoriya  şəxslərə  -  qadınlara,  cinayət  törədərkən  on 
səkkiz  yaşı  tamam  olmayanlara,  habelə  hökm  çıxarılanadək  altmış  beş  yaşına  çatmış  kişilərə 
tətbiqini qadağan edir. 
Məhkəmə,  ömürlük  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  məhkumun  azadlıqdan 
məhrum  etmənin  ən  azı  iyirmi  beş  ilini  həqiqətən  cəkdiyini,  həmçinin  onun  bu  cəzanı  çəkdiyi 
müddətə  qəsdən  cinayət  törətmədiyini  nəzərə  alaraq  və  məhkumun  həmin  cəzanı  çəkməsinə  daha 
lüzum  olmadığı  qənaətinə  gələrsə,  ömürlük  azadlıqdan  məhrum  etmə  cəza  növünü  müəyyən 
müddətə azadlıqdan  məhrum etmə ilə əvəz edə  və ya onu bu cəzadan şərti olaraq  vaxtından əvvəl 
azad edə bilər. 
 
 
 
 
 


MЮВЗУ 8: ИНЗИБАTИ  ЩЦГУГУН  ЯСАСЛАРЫ 
 
П Л А Н 
1. Инзибаtи щцгугун анлайышы, предmеtи вя mеtоду 
2. Инзибаtи щцгугун mянбяйи вя сисtеmи 
3. Инзибаtи щцгуг mцнасибяtляри вя онларын субйекtляри 
4. Физики шяхсляр инзибаtи щцгуг mцнасибяtляринин субйекtи киmи 
5. Инзибаtи mясулиййяt.  Инзибаtи хяtа вя онун tяркиби 
6. Инзибаtи tянбещ вя онун нювляри 
 
İnzibati  hüququn  anlayışı,  predmeti,  metodu.  Hakimiyyətin  bölgüsü  prinsipinə  görə 
icra  hakimiyyəti  dövlət  hakimiyyətinin  üç  əsas  sahəsindən  (qolundan)  biridir.  İcra 
hakimiyyətinin səlahiyyətlərini dövlət orqanları həyata keçirir. Söhbət prezidentdən, Nazırlər 
Kabinetindən, nazirliklərdən va digər dövlət hakimiyyət orqanlarından gedir. Bu orqanlar hər 
şeydən əvvəl, dövlət idarəcilik (idaraetmə) fəaliyyəti ilə məşğul olurlar. Dövlət idərəçiliyinin 
obyekti  rolunda  iqtisadiyyat,  elm,  madəniyyət,  təhsil,  səhiyyə,  müdafiə,  vətəndaşların 
hüquqlarının  qorunması,  hüquq  qaydası  va  digər  məsələlər  çıxış  edir.  Həmin  orqanlar  bu 
məsələlər  üzrə  dövlət  idərəçiliyini  həyata  keçirirlər.  Onlar  bununla  icra  fəaliyyati  ilə  məşgul 
olurlar. Bələ ki, göstərilən orqanlar qanunları icra edir, onların göstərişlərini həyata keçirirlər. 
Digər tərəfdən  icra  hakimiyyətini  həyata keçirən orqanlar sərəncam vermək  fəaliyyəti ilə də 
məşğul olurlar. Onlar özündən aşağı olan dövlət orqanları üçün məcburi sərəncamlar vərirlər. 
Dövlət  icra  hakimiyyət  orqanlarının  idarəcilik,  icra  və  sərəncam  fəaliyyətinin  həyata 
keçirilməsi, bir sözlə, icra hakimiyyəti orqanlarının təşkili va fəaliyyəti prosesində müəyyən növ 
içtimai  münasibətlər  əmələ  gəlir.  Bu  münasibətlər  hüquq  normaları  ilə  nizama  salınır.  Həmin 
normaların sistemi və macmusu inzibati hüquq adlanır. 
İnzibati  hüquq  dedikdə,  icra  hakimiyyət  orqanlarının  təşkili,  habelə  bu  orqanların 
idarəcilik,  icrə  və  sərəncam  fəaliyyəti  prosesində  əmələ  gələn  ictimai  münasibətləri 
tənzimləyən hüquq normalarının sistemi başa düşülür. 
İnzibati  hüquq  dövlət  idarəetməsi  (idarəçiliyi)  sahəsində  yaranan  münasibətləri 


tənzimləyən  hüquq  normalarının  sistemi  deməkdir.  Buna  göra  onu  bəzən  «idarəetme 
hüququ» və ya «idarəcilik hüququ» da adlandırırlar. 
İcra hakimiyyəti orqanlarının təşkili ve fəaliyyəti 
prosesində 
müəyyən 
ictimai 
münasibətlər  əmələ  gəlir.  Məhz  bu  münasibətlər  inzibati  hüququn  predmetini  təşkil  edir. 
Həmin münasibətlər həm icra hakimiyyəti orqanlarının öz aralarında (yuxarı və aşağı orqanlar 
arasında),  həm  də  bu  orqanlarla  vətəndaşlar  arasında  yaranır.  İnzibati  hüququn  predmetini 
dövlət  idarəetməsi  (idarəçiliyi)  səhəsındə  əmələ  gələn  münasibətlər  təşkil  edir.  Onlar 
hakimiyyət-tabeçilik  münasibətləridir.  Gösterilən  münasibətlərin  bir  tərəfində  hökmən  və 
mütləq icra hakimiyyət orqanı (vəzifəli şəxs) çıxış edir. 
İnzibati  hüququn  metoduna  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  hakimiyyət  təsiri 
(hakimiyyət və tabeçilik) bu hüquq sahəsində əsas metod sayılır. Bu metodun mahiyyəti idarə 
olunan  subyektlərin  iradəsinə  və  davranışına  hakimiyyət  tərəfindən  təsir  göstərilməsindən 
ibarətdir.  Belə  halda  həmin  subyektlər  idarə  edən  subyektin  sərəncamını  şərtsiz  yerinə 
yetirirlər. 
İnzibati  hüquqda  həm  də  məcburetmə  metodundan  istifadə  olunur.  Bu  metodun 
mahiyyəti  inzibati  hüquq  pozuntusuna  (inzibati  xətaya)  görə  inzibati  məsuliyyət  tədbirinin 
tətbiq edilməsindən ibarətdir. 
  
 
İnzibati hüququn mənbəyi və sistemi. İcra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti 
prosesində  yaranan içtimai münasibətlər hüquq normaları ilə tənzimlənir və qaydaya salınır. 
Həmin  normalar  inzibati  hüquq  normaları  adlanır.    Bu  normalar  zahirən  rəsmi  dövlət 
sənədlərində  (məsələn,  prezident  fərmanlarında,  ayrı-ayrı  qanunlarda  və  s.)  ifadə  olunur. 
Göstərilən sənədlərə inzibati hüququn mənbəyi deyilir. 
İnzibati  hüququn  əsas  mənbəyi  Azərbaycan  Respublikasının  Konstitusiyası  hesab  edilir. 
Konstitusiya icra hakimiyyətinin səlahiyyət və funksiyalarını müəyyən edir. 
Azərbaycan  Respublikasının  qanunları  inzibati  hüququn  mühüm  mənbə  növlərindən 
biridir.  Söhbət  dövlət  idareçiliyinin  (idarəetməsinin)  əsas  sahələri  barədə  (təhsil  haqqında, 
əhalinin  sağlamlığı  barədə,  idman  barədə,  polis  barədə,  daxili  qoşunlar  barədə,  müdafiə 
barədə  və  s.)  qəbul  edilən  qanunlardan  gedir.  Bu  qanunlar  dövlət  idarəçiliyinin  müxtəlif 
sahələrində  əmələ  gələn  münasibətləri  tənzimləyir,  dövlət  mexanizmində  icra  hakimiyyət 
orqanlarının yerini müəyyənləşdirir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə