1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   62   63   64   65   66   67   68   69   70

idarəetmə  hüququndan  məhrum  etmə,  əmlak  müsadirəsi  və  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara məcburi çıxarma kimi cəzalar aiddir. 
Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə cəza növləri isə, həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. 
Cinayət  Məcəlləsinin  44-57-ci  maddələrində  ayrı  -  ayrılıqda  bu  cəza  növlərindən  bəhs 
olunur. 
1.  Cərimə  cinayət  qanunu  (Cinayət  Məcəlləsi)  ilə  müəyyən  edilmiş  hallarda  və  məbləğdə 
məhkəmə  tərəfindən  təyin  edilən  pul  tənbehidir.  O  həm  əsas,  həm  də  əlavə  cəza  kimi 
tətbiq edilən cəza növüdür. 
Cərimə  törədilmiş  cinayətin  ağırlığı  və  məhkumun  əmlak  vəziyyəti  nəzərə  alınmaqla 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  minimum  əmək  haqqı 
məbləğinin yüz mislindən beş min mislinədək miqdarda müəyyən olunur. 
Cəriməni  ödəməkdən  boyun  qaçıran  şəxslərə  bu  cəza  növü  ictimai  işlər,  islah  işləri  və  ya 
müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. 
2.  Nəqliyyat  vasitəsini  idarəetmə  hüququndan  məhrum  etmə  cəza  növü  Cinayət 
Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin 
xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən 
beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum 
etmə cəzası məhkəmələr tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir. 
3.  Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə 
dövlət orqanlarında, yerli özünü idarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret 
peşə  və  ya  digər  fəaliyyətlə  məşğul  olmağın  qadağan  edilməsindən  ibarətdir.  Bu  cəza 
növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək 
müddətə təyin edilir. 
4.  İctimai  işlər  məhkumun  əsas  işindən  və  ya  təhsilindən  asudə  vaxtlarında  haqqı 
ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə 
işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
İctimai  işlər  altmış  saatdan  iki  yüz  qırx  saatadək  müddətə  müəyyən  edilir  və  gün  ərzində 
saatdan çox ola bilməz. Şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai 
işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz 
edilir. 
İctimai  işlər  birinci  və  ikinci  qrup  əlillərə,  hamilə  qadınlara,  himayəsində  səkkiz  yaşınadək 
uşağı  olan  qadınlara,  pensiya  yaşına  çatmış  qadın  və  kişilərə,  hərbi  xidmətə  çağırış  üzrə  müddətli 
həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq oluna bilməz. 
Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir. 
5.  Cinayət  Məcəlləsinin  48-ci  maddəsinə  müvafiq  olaraq,  ağır  və  ya  xüsusilə  ağır  cinayət 
törətmiş  şəxsin  məhkum  olunması  zamanı  məhkəmə  cinayətin  xarakterini,  təqsirkarın 
şəxsiyyətini  və işin digər hallarını nəzərə olaraq onun  xüsusi  və ya hərbi rütbədən, fəxri 
addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə 
xüsusi 
və 
ya 
hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir. 
Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi, xüsusi rütbə və fəxri 
adların sahibi olan şəxslər üçün təyin edilmiş mümkün imtiyaz və üstünlüklərdən məhrum etməkdə 
təzahür edir. 
Xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  etmə  cəzası  yalnız 
əlavə cəza kimi tətbiq edilir. 
     6.  İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza 
məhkumun iş yeri üzrə çəkilir. 
İslah  işlərinə  məhkum  olmuş  şəxsin  qazancından  dövlət  nəfinə  beş  faizdən  iyirmi  faizədək 
məbləğdə  pul  tutulur.  Şəxsin  cəzanı  çəkmədən  qəsdən  boyun  qaçırması,  məhkəmə  tərəfindən  ona 


digər  cəza  növlərinin  -  azadlığın  məhdudlaşdırılması  və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum 
etmə kimi cəzaların tətbiqinə səbəb olur. 
7.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  məhkəmə  tərəfindən  yalnız  əsas  cəza  kimi,  tətbiq 
edilir.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  kontrakt  (bağlaşma)  əsasında  hərbi  xidmət 
keçən  və  hərbi  xidmət  əleyhinə  cinayət  törətməyə  görə  məhkum  olunmuş  hərbi 
qulluqçulara  Cinayət  Məcəlləsinin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə 
tutulmuş  hallarda,  habelə  kontrakt  (bağlaşma)  əsasında  hərbi  xidmət  keçən  və  başqa 
cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi 
hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək 
müddətə tətbiq edilir. Bu cəza növünə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə 
beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 
8.  Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun cinayət törədərkən 
istifadə  etdiyi  alət  və  vasitələrin,  habelə  cinayət  yolu  ilə  əldə  etdiyi  əmlakın  məcburi 
qaydada  və  əvəzsiz  olaraq  dövlət  nəfinə  alınmasından  ibarətdir.  Məhkum  və  onun 
himayəsindəki  şəxslər  üçün  zəruri  olan  və  cəzaların  icrası  haqqında  qanunvericiliklə 
müəyyən edilən əmlak müsadirə edilə bilməz. 
Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin olunur. 
9. 
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar 
ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, 
törədilmiş 
cinayətin 
xarakteri 
və 
ictimai 
təhlükəlilik 
dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallar,  habelə 
təyin  olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və  onun  ailəsinin  həyat  şəraitinə  təsiri  nəzərə 
alınmaqla tətbiq edilə bilər. 
Cinayət  Məcəlləmin  52.2.-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 
1)  barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının 
ərazisində daimi yaşayan şəxslərə; 
2)  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  Azərbaycan  Respublikasının 
vətəndaşı ilə nikahda olan şəxslərə; 
3)  Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 
4)  valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 
5)  qaçqın  statusuna  malik  olan  və  ya  Azərbaycan  Respublikası  tərəfindən  siyasi  sığınacaq 
verilmiş şəxslərə; 
6)  himayəsində, yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət qabiliyyəti olmayan və ya 
I və II qrup əlili olan şəxslərə; 
7)  məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə 
ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə. 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma  cəza  növü  yalnız  əlavə 
cəza kimi tətbiq edilir. 
10. Azadlığın  məhdudlaşdırılması əsas növü  olmaqla, ittiham hökmü çıxarılanadək on səkkiz 
yaşı  tamam  olmuş  məhkumların  cəmiyyətdən  təcrid  olunmadan,  lakin  nəzarət  altında 
xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir. 
Azadlığın  məhdudlaşdırılması  məhkumluğu  olmayan  və  qəsdən  cinayət  törətməyə  görə  bir 
ildən  üç  ilədək  müddətə,  ehtiyatsızlıqdan  cinayət  törətməyə  görə  məhkum  edilən  şəxslərə  isə  bir 
ildən beş ilədək müddətə təyin edilir. Qanunvericiliyə əsasən bir sıra şəxslərə - birinci və ikinci qrup 
əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, qocalığa görə pensiya yaşına 
çatmış  qadın  və  kişilərə,  habelə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi  qulluqçulara  bu  cəza 
növü tətbiq edilə bilməz. 
11.  Cinayət  qanunvericiliyində  intizam  xarakterli  hərbi  hissədə  saxlama  əsas  cəza  növü  kimi 
nəzərdə  tutulmuşdur.  İntizam  xarakterli  hərbi  hissədə  saxlama  növündə  cəza  3  aydan  2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə