1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   60   61   62   63   64   65   66   67   ...   70

yaş  xüsusiyyətlərini  nəzərə  alaraq,  onlara  tətbiq  olunan  cinayət  məsuliyyəti  və  cəzanın 
yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. 
Cinayət  qanunvericiliyində  yetkinlik  yaşına  çatmayanların  konkret  yaş  həddi  müəyyən 
edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan 
şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər cinayət törətdikdə, onlara cəza təyin 
edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
Cinayət  Məcəlləsinin  85-ci  maddəsinə  görə  yetkinlik  yaşına  çatmayanlara  aşağıdakı  cəza 
növləri təyin edilir: 
1.  cərimə; 
2.  ictimai işlər; 
3.  islah işləri; 
4.  müəyyən müddətə azadlıqdan məhrum etmə. 
Cərimə,  yalnız  müstəqil  əmək  haqqı  və  ya  bu  cəzanın  icrasına  yönəldilə  bilən  əmlakı  olan 
yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. 
İctimai  işlər  qırx  saatdan  yüz  altmış  saatadək  müddətə  təyin  olunur  və  yetkinlik  yaşına 
çatmayan  məhkumun  bacardığı,  onun  təhsildən  və  əsas  işindən  asudə  vaxtlarda  yerinə  yetirdiyi 
işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki və ya üç saatdan çox ola bilməz. 
 
Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. 
Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən 
iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. 
Məhkəmə,  yetkinlik  yaşına  çatmayanın  yenidən  tərbiyə  və  islah  edilməsinin  cəmiyyətdən 
təcrid  edilmədən  mümkün  olmamağını  yəqin  etdikdə,  ona  azadlıqdan  məhrum  etmə  növündə  cəza 
tətbiq edir. Məhkəmənin təyin etdiyi bu cəza növünün maksimal müddəti on ildən çox ola bilməz. 
Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 
1.  yetkinlik  yaşına  çatmayan  qızlar,  habelə  ilk  dəfə  azadlıqdan  məhrum  etməyə  məhkum 
olunmuş yetkinlik yaşına çatmayan oğlanlar - ümumi rejimli tərbiyə müəssisələrində; 
2.  əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmiş  yetkinlik  yaşına  çatmayan 
oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində. 
Yetkinlik yaşına çatmayan  məhkum xüsusi təhlükəli residivist hesab oluna bilməz. Cəzadan 
şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  onlara,  böyüklərə  nisbətən  daha  çox  tətbiq  olunur.  Belə 
şəxslərə  cəza  təyin  edərkən  məhkəmə,  onların  yetkinlik  yaşına  çatmamalarını  yüngülləşdirici  hal 
kimi  nəzərə  almalı,  psixi  inkişaf  səviyyələrini,  onların  şəxsiyyətlərinin  digər  xüsusiyyətlərini  və 
kənar  şəxslərin  onlara  təsirini  nəzərdən  qaçırmamalıdır.  Yetkinlik  yaşına  çatmayanlara  böyüklər 
üçün  qanunvericilikdə  nəzərdə  tutulanlarla  müqayisədə  ən  yüngül  cəza  təyin  edilir,  həmçinin  şərti 
məhkum etmə və cəzanın icrasını təxirə salma kimi yüngülləşdirici hallardan onlara aid işlərdə daha 
çox tətbiq olunur. 
Yetkinlik  yaşına  çatmayan  ilk  dəfə  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət 
etdikdə,  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq  etməklə  onun  islah  olunması  mümkün  hesab 
edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
Cinayət  Məcəlləsinin  88.2.-ci  maddəsinə  əsasən,  yetkinlik  yaşına  çatmayanlara  aşağıdakı 
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 
1.  xəbərdarlıq; 
2.  valideynlərin  və  ya  onları  əvəz  edən  şəxslərin  və  yaxud  müvafiq  dövlət  orqanının 
nəzarətinə vermək; 
3.  vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 
4.  yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq 
 
və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.  
 
Qanunvericilik,  belə  şəxslərə  eyni  vaxtda  bir  neçə  tərbiyəvi  xarakterli  məcburi  tədbirlərin 
tətbiq edilməsinə icazə verir. 
Əgər  yetkinlik  yaşına  çatmayan  tərbiyəvi  xarakterli  məcburi  tədbirləri  mütəmadi  olaraq 


yerinə yetirmirsə, onda, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və 
materiallar  yetkinlik  yaşına  çatmayanın  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  məhkəməyə 
göndərilir. 
 
5.  Əməlin cinayət olmasını aradan qaldıran hallar 
 
 
Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti zahirən cinayətə bənzəsə də əslində, 
onda  heç  bir  cinayət  tərkibi  olmur.  Bu  hərəkətlər,  konkret  vətəndaşların  şəxsi  və  ictimai 
mənafelərini və digər vətəndaşların hüquqlarını cinayətkar qəsdlərdən müdafiəsi üçün törədildiyinə 
görə  nəinki  cinayət  hesab  olunmur,  əksinə  ictimai  faydalı  əməl  kimi  həmişə  qanun  tərəfindən 
müdafiə edilir. 
Bir çox cinayət hüquq ədəbiyyatlarında oxşar hallar əməlin ictimai - təhlükəliliyini və qeyri-
hüquqiliyini  istisna  edən  və  aradan  qaldıran  hallar  kimi  xarakterizə  edilsələr  də,  Azərbaycan 
Respublikasının  qüvvədə  olan  Cinayət  Məcəlləsində  onlar  «Əməlin  cinayət  olmasını  aradan 
qaldıran  hallar»  adı  altında  təsbit  olunmuşdur.  Cinayət  Məcəlləsinin  36-40-cı  maddələrini  əhatə 
edən bu hallara zəruri müdafiə, cinayət törətmiş şəxsin tutulması, son zərurət, əsaslı risk, əmrin və 
ya sərəncamın yerinə yetirilməsi kimi hallar aid edilir. 
 
Hüquq  nəzəriyyəçiləri  tərəfindən  çox  zaman  ictimai  -  faydalı  əməl  kimi  qiymətləndirilən 
zəruri  müdafiədən  Cinayət Məcəlləsinin 36- cı maddəsində bəhs olunur. Orada  göstərilir  ki, zəruri 
müdafiə  vəziyyətində,  yəni  özünü  müdafiə  edənin  və  ya  başqa  şəxsin  həyatını,  sağlamlığını  və 
hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli 
qəsddən  qoruyarkən  törədilmiş  hərəkət,  zəruri  müdafiə  həddini  aşmamışdırsa,  cinayət  sayılır.  Belə 
hərəkət,  şəxsin  qanunda  nəzərdə  tutulan  üsullarla  öz  hüquqlarını  müdafiə  etməsi  kimi  ayrılmaz 
hüququndan,  yəni  zəruri  hüququndan  irəli  gəlməklə  cəmiyyətdə  hüquq  qaydalarının  və 
qanunçuluğun möhkəmlənməsində mühüm amilə çevrilmişdir. Respublikamızda bütün şəxslər peşə 
və ya digər xüsusi hazırlığından  və qulluq  vəziyyətindən asılı olmayaraq  zəruri  müdafiə hüququna 
malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, 
habelə ictimai təhlükəli qəsdən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil  olunur. 
Zəruri  müdafiənin  hüquqilik  şərtləri  qanunla  ciddi  təhlükəlilik  dərəcəsinə  açıq-aşkar  uyğun 
gəlməyən  qəsdən  törədilən  hərəkətlər  zəruri  müdafiə  həddini  aşmaq  hesab  edilir.  Məsələn,  zəruri 
müdafiə  həddini  və  ya  cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  olan  tədbirləri  aşmaqla  adam 
öldürməyə görə şəxs, Cinayət Məcəlləsinin 123-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilir. Lakin 
belə  hallarda,  qanun,  müvafiq  cinayətlərin  digər  növlərinə  nisbətən  daha  az  ciddi  cəza  müəyyən 
etmişdir. 
Cinayət  qanunvericiliyində  cinayət  törətmiş  şəxsin  tutulması  da  əməlin  kriminallığını,  yəni 
cinayət olmasını aradan qaldıran hal kimi göstərilir. Cinayət törətmiş şəxsin tutulması dedikdə, belə 
şəxsin  səlahiyyətli  dövlət  hakimiyyəti  orqanlarına  gətirilməsi  və  ya  yeni  cinayətlər  törətməsinin 
qarşısının  alınması  məqsədi  ilə  tutulması  başa  düşülür.  Belə  şəxsin  tutulduğu  zaman  ona  zərər 
yetirilməsi,  əgər  həmin  məqsəd  üçün  bütün  digər  təsir  imkanlarından  istifadə  lazımi  nəticə 
verməmişsə  və  bunun  üçün  zəruri  olan  tədbirlərin  həddi  aşılmamışdırsa,  cinayət  sayılır.  Lakin  bu 
zaman  təqsirkarın  tutulması  üçün  tətbiq  edilən  üsul  və  vasitələr  törədilmiş  əməlin  və  təqsirkarın 
ictimai  təhlükəlilik  dərəcəsinə,  habelə  tutulmanın  hallarına  aşkar  surətdə  uyğun  gəlməli  və  zərurət 
olmadan  şəxsə  açıq-aşkar  həddən  artıq  zərər  vurulmamalıdır.  Cinayət  törətmiş  şəxsin  tutulması 
ədalət  mühakiməsi  orqanları  qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsini  təmin  etdiyinə  görə 
ictimai  faydalı əməl hesab olunur. Cinayətkarın tutulması hüququna bütün  vətəndaşlar  malikdirlər. 
Polis orqanlarında işləyənlərin isə, bu əsas vəzifələrindən biridir. 
Son zərurət - qanunla qorunan digər  mənafelərə zərər  vurmaq yolu  ilə daha  mühüm zərərin 
qarşısının alınması üçün şəxsin düşdüyü vəziyyətdir. Cinayət Məcəlləsinin 38-ci maddəsinə müvafiq 
olaraq, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və 
hüquqlarını,  dövlətin  və  cəmiyyətin  mənafelərini  bilavasitə  qorxu  altına  alan  təhlükəni  aradan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə