1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   62   63   64   65   66   67   68   69   70

reallaşdırılması üzrə hərəkətlərin müəyyən edilməsi və vəzifələrin bölüşdürülməsi və s. Onun üçün 
peşəkarlıq  və  sabitlik  xasdır:  qayda  üzrə,  iştirakçılar  bir  deyil,  bir  sıra  cinayətlərin  törədilməsi 
məqsədilə  birləşirlər.  Son  zamanlar  respublikamızın  iqtisadi  və  təsərrüfat  həyatında  baş  verən 
cinayətlərin çox hissəsinin məhz mütəşəkkil dəstə tərəfindən törədilməsinə daha çox təsadüf edilir. 
Buna görə də qüvvədə olan cinayət qanunvericiliyində o, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə 
tutulmuşdur. 
İştirakçılığın yuxarıda göstərilən formaları içərisində bəlkə də ən təhlükəlisi cinayətkar birlik 
hesab  olunur.  Cinayətkar  birlik,  yaxud  cinayətkar  təşkilat  dedikdə,  ağır  və  ya  xüsusilə  ağır 
cinayətlərin  törədilməsi  məqsədi  ilə  sabit  mütəşəkkil  cinayətkar  qrupun  yaradılması  və  ya  eyni 
məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi başa düşülür. Cinayətkar 
birliyin  sabitliyi  və  mütəşəkkilliyi,  bu  birliyin  üzvləri  arasında  uzun  müddətli  və  yaxud  daimi 
əlaqələrin  mövcudluğunu,  həmçinin  cinayətə  hazırlıq  və  cinayətin  törədilməsinin  spesifik 
metodlarını  əks  etdirir.  Cinayətkar  birliyin  yaradılmasına  narkobiznes,  terrorçuluq  və  s.  bu  kimi 
cinayətlərdə  xüsusilə  daha  çox  rast  gəlinir.  Cinayətkar  birliyin  təşkil  edilməsi  və  onda  iştirak, 
cinayət məsuliyyətinə səbəb olur və qanunvericilik tərəfindən ciddi surətdə cəzalandırılır. 
Cinayət  Məcəlləsinin  32-ci  maddəsində  cinayətdə  iştirakın  xarakterindən  asılı  olaraq 
iştirakçılığın - icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi növləri fərqləndirilir. 
Cinayəti  bilavasitə  törətmiş  və  ya  başqa  şəxslərlə  birlikdə  onun  törədilməsində  bilavasitə 
iştirak  etmiş  şəxs  (birgə  icraçılıq),  eləcə  də  Cinayət  Qanunu  ilə  nəzərdə  tutulmuş  hallarda  cinayət 
məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 
 
Cinayətin  törədilməsini  təşkil  etmiş  və  ya  həmin  cinayətin  törədilməsinə  rəhbərlik  etmiş, 
eləcə  də  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təşkilat)  yaratmış  və  ya  bunlara 
rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 
Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə 
sövq edən şəxs təhrikçi sayılır. 
Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün 
alət  və  ya  vasitələr  vermək  və  ya  maneələri  aradan  qaldırmaqla  yardım  etmiş  şəxs,  habelə  cinayət 
törətmiş  şəxsi,  cinayət  alətlərini  və  ya  vasitələrini,  cinayətin  izlərini,  yaxud  cinayət  yolu  ilə  əldə 
edilmiş  alətləri  gizlətməyi,  belə  alətləri  almağı  və  yaxud  satmağı  qabaqcadan  vəd  etmiş  şəxs 
köməkçi sayılır. 
Cinayətin  iştirakçılarının  məsuliyyəti  onların  hər  birinin  cinayətin  törədilməsində  faktiki 
iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 
7.  Cəzanın anlayışı və məqsədi 
 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  41.1-ci  maddəsində  cəzanın  anlayışı 
verilmişdir.  Həmin  maddəyə  əsasən,  cəza  məhkəmə  hökmü  ilə  təyin  edilən  cinayət  -  hüquqi 
xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs 
barəsində Cinayət Qanunu ilə  müəyyən edilən məhrumiyyətlər yaradılmasından  və ya onun hüquq 
və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 
Cəza,  digər  dövlət  məcburiyyəti  tədbirlərindən  (inzibati,  mülki-hüquqi)  aşağıdakı  mühüm 
əlamətləri ilə fərqlənir: 
1)  Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur. 
2)  Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq 
olunur. 
3)  Digər inzibati, intizam, mülki - hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları 
və  yaxud  vəzifəli  şəxsin  adından  tətbiq  edildiyi  halda,  cəza  yalnız  dövlət  adından 
məhkəmə tərəfindən tətbiq olunur. Bu, cəzaya ictimai xarakter verir. 
4)  Cəza törədilən cinayətə görə tənbehdir. 
5)  Cəza  məhkumluq  yaradır;  digər  dövlət  məcburiyyəti  tədbirləri  belə  nəticələr  əmələ 
gətirmir. 


6)  Cəza, törədilən cinayətin hüquqi nəticəsidir. 
Öz  məzmununa  görə  cəza  çox  sərt  olmaqla,  təqsirli  şəxsin  hüquqlarının  iri  miqyasda 
məhdudlaşdırılmasında  ifadə  olunur.  Onun  mahiyyəti  cinayət  törətmiş  şəxslərin  mənəvi,  siyasi, 
fiziki  və  əmlak  xarakterli  məhrumiyyətlərə  məruz  qoymaqla,  onları  tənbeh  etməkdən  ibarətdir. 
Tənbehsiz cəza öz mənasını itirmiş olardı və cinayətkarlıqla mübarizədə məcbur etmə vasitəsi hesab 
olunmazdı. 
Cəzanın  məqsədi  Cinayət  Məcəlləsinin  41.2.-  ci  maddəsinə  müvafiq  olaraq,  cəza  sosial 
ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni 
cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. 
Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu əməyə düzgün münasibət, 
qanunlara  dəqiq  riayət,  ümumyaşayış  qaydalarına  hörmət  ruhunda  islah  və  yenidən  tərbiyə  etmək 
məqsədi daşıyır. Cəza insan ləyaqətini alçaltma və yaxud fiziki əzab vermə məqsədi daşımır. 
Cəzanın  mahiyyəti  islah  etmə  və  yenidən  tərbiyə  etmə  anlayışları  ilə  sıx  əlaqədə,  olmaqla, 
cinayətkarın  şüurunda  neqativ  əhəmiyyətli  oriyentasiyanı  (səmti)  dəyişmək  və  onu  hüququn 
tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərini əks etdirir. 
Cinayət hüquq nəzəriyyəsində cəzanın xüsusi və ümumi xəbərdarlıq məqsədi fərqləndirilir. 
Xüsusi xəbərdarlıq cinayətkara göstərilən elə təsir vasitəsidir ki, onun nəticəsində cinayətkar 
gələcəkdə yeni cinayətlər törətmir. 
Ümumi  xəbərdarlıq  -  ictimai  cəhətdən  möhkəm  olmayan  (qeyri-sabit  olan)  şəxsləri 
cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir. 
 
8. Cəzanın sistemi və növləri 
 
Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan, məhkəmələr 
üçün  məcburi  olan,  ağırlığından  asılı  olaraq  qanunla  müəyyən  edilən  qaydada  düzülmüş  cəza 
növlərinin qəti siyahısıdır. 
Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri aşağıdakılardır: 
1.  cərimə 
2.  nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; 
3.  müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmə; 
4.  ictimai işlər; 
5.  xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; 
6.  islah işləri; 
7.  hərbi xidmət üzrə məhdudlaşdırma; 
8.  əmlak müsadirəsi; 
9.  Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 
10. Azadlığın məhdudlaşdırılması; 
11. İntizam xarakterli hərbi hissədə saxlama; 
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə; 
13. Ömürlük azadlıqdan məhrum etmə. 
Cinayət  qanunvericiliyində  nəzərdə  tutulan  bütün  bu  cəza  növləri  üç  qrupa  bölünür:  əsas 
cəzalar; əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar. 
Yalnız  əsas  cəza  kimi  tətbiq  edilən  cəzalara  -  ictimai  işlər,  islah  işləri,  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən 
müddətə  azadlıqdan  məhrum  etmə  və  ömürlük  azadlıqdan  məhrum  etmə  kimi  cəza  növləri  aiddir. 
Bunlar, müstəqil tətbiq edilən, hər hansı bir cəza növünə qoşula bilməyən cəzalardır. 
Müstəqil  tətbiq  edilə  bilməyən,  yalnız  əsas  cəzalara  qoşulan  cəzalar  əlavə  cəzalar  hesab 
olunur. Cəzanın məqsədinin təmin edilməsində köməkçi xarakter daşıyan bu cəza növlərinə - xüsusi 
və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  etmə,  nəqliyyat  vasitələrini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə