1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

məsuliyyətin yaranmasının zəruri şərtidir. 
Motiv  -  subyektin  cinayət  törətdiyi  zaman  rəhbər  tutduğu,  dərk  olunmuş  daxili  arzusunun 
şərtləndirilmiş tələbatı və maraqlarıdır. 
Məqsəd  -  şəxsin  cinayət  törətdiyi  zaman  gələcək  nəticənin  əldə  edilməsi  üçün  göstərdiyi 
cəhdin təfəkkür modelidir. 
Təqsir əqli və iradi elementləri özündə əks etdirən psixoloji məzmuna malikdir. Təqsirin əqli 
elementi iki amillə xarakterizə olunur: əməlin ictimai - təhlükəli xarakterinin dərk edilməsi və onun 
ictimai-təhlükəli  nəticələrinin  qabaqcadan  görülməsi.  İradi  element  cinayətin  subyektinin 
psixikasında  baş  verən  iradəvi  proseslərlə  xarakterizə  olunur:  şəxs  ictimai-təhlükəli  nəticələrin  baş 
verməsini  arzu  edir  və  ya  şüurlu  surətdə  onlara  yol  verir,  yaxud  da  ictimai-təhlükəli  nəticələrin 
qarşısının alınmasına yüngül fıkirliliklə ümid bağlayır. 
Subyektin psixikasında baş verən əqli və iradi proseslərin intensivliyi və məzmunundakı fərq, 
təqsirin  forma  və  növlərə  bölgüsünə  əsaslanır.  Təqsirin  forması  dedikdə,  şəxsin  psixikasında  baş 
verən  və  onun,  cinayətin  obyektiv  xüsusiyyətlərinə  münasibətini  aşkara  çıxaran  əqli  və  iradi 
proseslərin qanunvericilik tərəfindən əlaqələndirilmiş anlayışı başa düşülür. Cinayət qanunvericiliyi 
təqsirin  iki  formasını  -  qəsd  və  ehtiyatsızlıq  formalarını  fərqləndirir.  Öz  növbəsində,  nəzəriyyə  və 
praktikada  qəsdin  birbaşa  və  dolayı,  ehtiyatsızlığın  isə,  cinayətkarcasına  özünə  güvənmə  və 
cinayətkarcasına etinasızlıq növlərinə rast gəlinir. 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  25-ci  maddəsinin  2-ci  hissəsinə  əsasən,  şəxs 
öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  olduğunu  dərk  etmiş,  onun  ictimai 
təhlükəli  nəticələrini  qabaqcadan  görmüş  və  bunları  arzu  etmişdirsə,  bu  halda  cinayət  bir-başa 
qəsdlə törədilmiş hesab olunur. Məsələn, qəsdən adam öldürmə, oğurluq, soyğunluq və s. 
Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddəsinin 3-cü hissəsinə əsasən, şəxs öz əməlinin 
(hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  olduğunu  dərk  etmiş,  onun  ictimai-təhlükəli 
nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu 
surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məsələn, içkili şəxs 
(xuliqan) çox adamlı küçədə atəş açır və nəticədə bir neçə adam ölür. 
Cinayət  Məcəlləsinin  26-cı  maddəsində  təqsirin  ehtiyatsızlıq  formasının  iki  növü: 
cinayətkarcasına özünə güvənmə və cinayətkarcasına etinasızlıq növlərindən bəhs olunur. 
Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  nəticələr  verə  biləcəyi 
imkanını  qabaqcadan  görmüş,  lakin  kifayət  qədər  əsas  olmadan  onların  qarşısını  alacağını  güman 
etmişdirsə,  bu  əməl  (hərəkət  və  ya  hərəkətsizlik)  cinayətkarcasına  özünəgüvənmə  nəticəsində 
törədilmiş  cinayət  hesab  olunur.  Məsələn,  sürücü  öz  sürücülük  məharətinə  güvənərək  maşını 
qadağan  edilmiş  sürətlə  sürərkən  qəfildən  yoldan  keçən  piyada  ilə  qarşılaşır  və  ehtiyatsızlığı 
üzündən ona ağır bədən xəsarəti yetirir. 
Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  nəticələr  verə  biləcəyi 
imkanmı lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, 
onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində 
törədilmiş cinayət hesab olunur. Məsələn, əgər tibb bacısı diqqətsizliyi ucbatından dərman əvəzinə 
öldürücü zəhəri inyeksiya edirsə, yəni iynə ilə dəri altında yeridirsə, dərmanın müəyyən edilməsinin 
mümkün olması sübut olunduğu təqdirdə ehtiyatsızlığa görə cinayət məsuliyyətinə cəlb edilir. 
Cinayətkarcasına  etinasızlığı  hadisədən  (kazusdan)  fərqləndirmək  lazımdır.  Hadisə  onunla 
xarakterizə  olunur  ki,  şəxs  öz  hərəkətlərinin  ictimai-təhlükəli  nəticələr  törətdiyini  şəraitdən  asılı 
olaraq  qabaqcadan  görmür  və  ya  görməməlidir,  yaxud  da  qabaqcadan  görə  də  bilməz.  Burada 
cinayət  məsuliyyəti  tamamilə  istisna  olunur.  Belə  ki,  küçədəki  səkidə  sürüşüb  yıxılarkən  digər, 
insanları da, ağır bədən xəsarəti yetirməklə yıxan şəxsin hərəkətində cinayət məsuliyyəti yoxdur. 
Cinayət subyekti yalnız fiziki şəxslər ola bilər. Hüquqi şəxslər cinayət məsuliyyəti daşımırlar. 
Ancaq  fiziki  şəxslərin  də  hamısı  deyil,  yalnız  fiziki,  psixoloji  və  sosial  inkişafın  müəyyən 
səviyyəsinə  çatan,  öz  hərəkətlərinin  ictimai  əhəmiyyətini  kifayət  qədər  dəqiq  dərk  edən,  ətraf 
mühitin  hadisə  və  təzahürlərində  düzgün  istiqamət  alan  şəxslər  cinayət  məsuliyyətinin  yaranması 


üçün  zəruri  olan  bu  keyfiyyət  şəxsin  anlaqlı  olması  və  onun  qanunla  müəyyən  edilən  yaş  həddinə 
çatması ilə müəyyən olunur. 
Anlaqlılıq  -  şəxsin  öz  hərəkətlərini  ölçüb-biçmək  və  onlara  rəhbərlik  etmək  qabiliyyətinin 
olmamasında,  yəni  ictimai-təhlükəli  əməli  törətdiyi  zaman  xəstəlik  vəziyyətində  olmasında  ifadə 
olunur. 
 
Cinayət Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət 
və  ya  hərəkətsizliyi)  törətdiyi  zaman  anlaqsız  vəziyyətdə  olmuş,  yəni  xroniki  psixi  xəstəlik,  psixi 
fəaliyyətin  müvəqqəti  pozulması,  kəmağıllıq  və  ya  sair  psixi  xəstəlik  nəticəsində  öz  əməlinin 
(hərəkət  və  ya  hərəkətsizliyinin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etməyən  və  ya 
onu  idarə  edə  bilməyən  şəxs  cinayət  məsuliyyətinə  cəlb  edilmir.  Əslində  belə  şəxslərə  cəzanın 
tətbiq edilməsi ədalətsizlik olardı, çünki öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik 
etmək  qabiliyyətinin  olmaması  nəticəsində  bu  şəxslər,  tətbiq  edilən  cəzanın  da  mahiyyətinin  dərk 
etmək  imkanına  malik  deyillər.  Onlara  məhkəmənin  təyinatına  əsasən  tibbi  xarakterli  məcburi 
tədbirlər  tətbiq  edilə  bilər:  psixoloji  xəstəxanalarda  yerləşdirmə,  məcburi  həkim  nəzarəti  altında 
qohumların və ya qəyyumların himayəsinə vermə. 
Qüvvədə  olan  cinayət  qanunvericiliyi  patoloji  sərxoşluq  istisna  olmaqla,  fizioloji  (adi) 
sərxoşluq vəziyyətində cinayət törətmiş şəxsləri anlıqlı hesab edir. 
Cinayət  Məcəlləsinin  23-cü  maddəsinə  əsasən,  səbəbindən  asılı  olmayaraq  (alkoqollu 
içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) 
sərxoş  halda  cinayət  törətmiş  şəxs  cinayət  məsuliyyətindən  azad  olunmur.  Demək,  adi  sərxoşluq 
vəziyyətində  cinayət  törətmiş  şəxs  (dərəcəsindən  asılı  olmayaraq)  anlaqlı  hesab  olunduğuna  görə, 
cinayət məsuliyyəti daşıyır. 
 
Cinayət  subyekti,  qeyd  edildiyi  kimi,  cinayət  törətdiyi  zaman  qanunla  müəyyən  edilən  yaş 
həddinə  çatan  şəxs  hesab  olunur.  Azərbaycan  cinayət  qanunvericiliyi  tarixində  cinayət 
məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  minimal  yaş  həddinin  dəfələrlə  dəyişməsinə  rast  gəlinir. 
Qüvvədə  olan  cinayət  qanunvericiliyi  yetkinlik  yaşana  çatmayanların  cinayət  məsuliyyətinə  cəlb 
edilməsi  üçün  bu  yaş  həddini  artırmışdır.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  20-ci 
maddəsinin  1-ci  hissəsinə  əsasən  cinayət  törədənədək  on  altı  yaşı  tamam  olmuş  şəxs  cinayət 
məsuliyyətinə  cəlb  edilir.  Lakin  yetkinlik  yaşına  çatmayanların  törətdikləri  əməllərin  ictimai  - 
təhlükəliliyini, onun xarakter  və  mahiyyətini  dərk etmələrini nəzərə alaraq qanun, bu  şəxslər üçün 
məhdud  qaydada  daha  erkən  yaş  həddi  müəyyən  etməklə  bu  qaydalardan  istisnalara  yol  verir. 
Qanunvericilikdə  14  yaşından  16  yaşına  qədər  şəxslərin  törədə  biləcəkləri  cinayətlərin  konkret 
siyahısı  müəyyən  edilmişdir.  Belə  ki,  Cinayət  Məcəlləsinin  20.2.-  ci  maddəsində  göstərilir  ki,  on 
dörd yaşı tamam olmuş şəxs  yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır  və  ya ağır 
zərər  vurmağa,  adam  oğurlamağa,  zorlamağa,  seksual  xarakterli  zorakılıq  hərəkətlərinə,  oğurluğa, 
soyğunçuluğa, quldurluğa, hədə - qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq 
avtomobil  və ya başqa  nəqliyyat  vasitəsi ələ  keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv 
etməyə  və  ya  zədələməyə,  terrorçuluğa,  adamları  girov  götürməyə,  ağırlaşdırıcı  hallarda 
xuliqanlığa,  odlu  silahı,  döyüş  sursatını,  partlayıcı  maddələri  və  qurğuları  talamağa  və  ya  hədə  - 
qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə - qorxu ilə 
tələb  etməyə,  nəqliyyat  vasitələrini  və  ya  yolları  yararsız  vəziyyətə  salmağa  görə  cinayət 
məsuliyyətinə cəlb edilir. 
Bu  maddənin  məzmunundan  belə  nəticə  çıxır  ki,  14  yaşından  16  yaşına  qədər  yetkinlik 
yaşına  çatmayanlar  qəsdən  törədilən  cinayətlərə  görə  məsuliyyət  daşıyırlar.  Bununla  belə,  bir  sıra 
cinayətlərə görə cinayət məsuliyyəti şəxsin yalnız 18 yaşına çatması ilə əmələ gəlir. Məsələn, hərbi 
xidmət keçməkdən boyun qaçırma (Cinayət Məcəlləsinin mad. 321) və s. 
 
4.  Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti. 
 
Qüvvədə olan cinayət qanunvericiliyi (CM. Maddələr 84-92) yetkinlik yaşına çatmayanların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə