1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

edilməyən cinayətlərə görə cinayət məsuliyyətinin sferalarının məhdudlaşdırılması. Belə ki, cinayət 
qanununu ilk dəfə pozan şəxsə cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, 
şərti məhkum etmə, hökmün icrasını təxirə salma, habelə cəzanı əvəz edən digər inzibati, tərbiyəvi 
və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər. 
 
2.  Cinayət qanunu və cinayətin anlayışı. 
Cinayət qanunu - Respublikanın ali qanunverici orqanı (Milli Məclis) tərəfindən qəbul edilən 
-  cinayət  məsuliyyətinin  prinsiplərini  və  əsaslarını,  hansı  əməllərin  cinayət  olduğunu  və  belə 
əməlləri törətmədə təqsiri olan şəxslər barəsində tətbiq ediləcək cəzaları, məsuliyyətdən və cəzadan 
azad etmənin şərtlərini müəyyən edən hüquq normalarından ibarət aktdır.
1
 
Cinayət  hüququnun  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  yalnız  cinayət  qanunu  cinayət  hüquq 
normalarını: əməli cinayət  və cəzalanmalı olması, cinayət  məsuliyyətinin əsasları, cəzanın sistemi, 
onun təyin edilməsi şərtləri və qaydalarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə 
və s. normaları özündə əks etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə mənbəyidir. 
Heç  bir  digər  hüquqi  aktlar  və  yaxud  məhkəmə  qərarları  cinayət  hüquq  normalarını  təyin  edə 
bilməz. 
Azərbaycan  Respublikasında  cinayət  qanunvericiliyinin  əsasını  1999-cu  il  dekabrın  30-da 
qəbul  edilmiş,  2000-ci  ilin  sentyabrın  1-də  qüvvəyə  minmiş  Azərbaycan  Respublikası  Cinayət 
Məcəlləsi  təşkil  edir.  Keçən  dövr  ərzində  qüvvədə  olan  Cinayət  Məcəlləsinə  bir  sıra  dəyişikliklər 
edilmişdir.  
 
Cinayət  Məcəlləsi  cinayət  hüquq  normalarının  sistemləşdirilmiş  ifadəsidir.  O  iki  hissədən 
ibarətdir:  ümumi  və  xüsusi.  Ümumi  hissədə  cinayət  hüququnun  rəhbər  prinsipləri  və  ümumi 
müddəaları şərh olunur, xüsusidə isə konkret cinayətlər və bu cinayətlərə görə cəzaların növləri və 
hədləri  müəyyən  olunur.  Ümumi  və  xüsusi  hissələr  qarşılıqlı  əlaqədədirlər  və  vahid  tamı  təşkil 
edirlər: ümumi hissəyə müraciət etmədən xüsusi hissənin normalarını tətbiq etmək olmaz. 
Cinayət  Məcəlləsinin  Ümumi  və  Xüsusi  hissələri  bölmələrə  və  yaxud  fəsillərə  bölünür, 
sonuncular da öz növbəsində məzmununu cinayət - hüquq normaları təşkil edən maddələrdən (353 
maddə)  ibarətdir.  Cinayət  Məcəlləsinin  Ümumi  hissəsinin  maddələri  təyinedici  normalar  olmaqla, 
cinayət  məsuliyyətinin  prinsiplərini  və  əsaslarını,  həmçinin  cinayət  məsuliyyətindən  və  cəzadan 
azad etmənin şərtlərini müəyyən edir və möhkəmləndirir. Ümumidən fərqli olaraq, Xüsusi hissənin 
normaları  quruluşca  iki  hissədən:  dispozisiya  (müəyyən  növ  cinayətin  əlamətlərini  nəzərdə  tutan 
norma)  və  sanksiyadan  (müəyyən  növ  cinayətə  görə  cəzanın  növünü  və  həddini  nəzərdə  tutan 
normadan) ibarətdir. 
Cinayət Məcəlləsinin ümumi hissəsində cinayət qanununun məkana və zamana görə qüvvəsi 
tənzim olunur. 
Cinayət  qanununun  məkana  görə  qüvvəsi  ərazi,  vətəndaşlıq,  real,  universal  və  cinayətkarın 
verilməsi prinsiplərinə əsaslanır. 
Ərazi  prinsipinin  mahiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycan  Respublikasının  ərazisində 
cinayət  törətmiş  şəxslər  -  Azərbaycan  Respublikasının  vətəndaşları,  xarici  ölkənin  vətəndaşları, 
həmçinin  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  əsasında 
cinayət  məsuliyyətinə  cəlb  edilirlər.  Lakin  bu  qayda  Azərbaycan  Respublikası  ərazisində  cinayət 
törətmiş  xarici  dövlətlərin  diplomatik  nümayəndələrinə  və  toxunulmazlıq  hüququna  malik  olan 
digər şəxslərə tətbiq edilmir. Belə ki, Cinayət Məcəlləsinin 11-ci maddəsinin 5-ci hissəsinə əsasən, 
bu  şəxslərin  cinayət  məsuliyyəti  haqqında  məsələ  diplomatik  yollarla,  yəni  beynəlxalq  hüquq 
normalarına uyğun olaraq həll edilir. 
 
Cinayət qanununun  vətəndaşlıq prinsipinə  görə Azərbaycan Respublikasının  vətəndaşları  və 
Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 
Respublikasının  hüdudlarında  kənarda  törətdikləri  əmələ  görə,  bu  əməl  həm  Azərbaycan 
Respublikasının,  həm  də  ərazisində  törədildiyi  xarici  dövlətin  qanunvericiliyinə  əsasən  cinayət 


sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, respublikanın 
qüvvədə  olan  yeni  Cinayət  Məcəlləsi  əsasında  cinayət  məsuliyyətinə  cəlb  edilirlər  (Cinayət 
Məcəlləsinin  12.1  maddəsi).  Göstərilən  şəxslər  respublika  ərazisində  mühakimə  edilərkən  onlara 
Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş 
xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. 
Cinayət  Məcəlləsinin  12-ci  maddəsinin  2-ci  hissəsində  cinayət  qanununun  real  prinsipindən 
bəhs  olunur.  Bu  prinsipə  müvafiq  olaraq  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 
Respublikasının  hüdudlarından  kənarda  Azərbaycan  Respublikasının  vətəndaşlarına,  Azərbaycan 
Respublikasının  maraqlarına  qarşı  cinayət  törətdikləri  halda,  habelə  Azərbaycan  Respublikasının 
tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallarda  və  bu  cinayətə  görə  xarici 
dövlətdə məhkum olunmadıqda respublikanın cinayət qanunları əsasında cinayət məsuliyyətinə cəlb 
edilə bilərlər. 
Cinayət  qanununun  məkana  görə  qüvvəsinin  universal  prinsipinin  tələblərinə  riayət  etmək 
Azərbaycan 
Respublikasının 
cinayətkarlıqla 
mübarizə 
sahəsində 
beynəlxalq 

hüquqi 
öhdəliklərindən  irəli  gəlir.  Universal  prinsipin  mahiyyətinə  görə  şəxsin  hansı  ölkənin  vətəndaşı 
olmasından  və  cinayəti  hansı  ölkənin  ərazisində  törətməsindən  asılı  olmayaraq,  onu  istənilən 
dövlətin özünün milli qanunvericiliyi ilə cinayət məsuliyyətinə almaq səlahiyyəti vardır. 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  10-cu  maddəsində  cinayət  qanunun  zamana 
görə  qüvvəsi  təsbit  olunmuşdur.  Həmin  maddəyə  əsasən  əməlin  cinayət  sayılması  və  həmin  əmələ 
görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi 
zaman  cinayət  sayılmayan  əmələ  görə  heç  kəs  cinayət  məsuliyyətinə  cəlb  oluna  və  cəzalandırıla 
bilməz.  İctimai  təhlükəli  əməlin  törədilmə  vaxtı,  onun  nəticələrinin  baş  verdiyi  andan  asılı 
olmayaraq,  cinayətin  törədildiyi  vaxt  sayılır.  Göstərilən  maddənin  3-cü  hissəsi  cinayət  qanununun 
geriyə qüvvəsinə yol verir, yəni qanun, onun qüvvəyə minməsindən əvvəl törədilmiş əməllərə şamil 
edilir.  Bu  isə,  yalnız  əməlin  cinayət  sayılmasını  və  bu  əmələ  görə  cəzanı  aradan  qaldıran,  cəzanı 
yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran hallarda mümkündür. 
Əməlin  cinayət  sayılmasını  və  həmin  əmələ  görə  cəza  müəyyən  edən,  cəzanı  ağırlaşdıran, 
yaxud  cinayət  törətmiş  şəxsin  vəziyyətini  başqa  cür  ağırlaşdıran  cinayət  qanunun  geriyə  qüvvəsi 
yoxdur. (Cinayət Məcəlləsinin maddə 10.4) 
Cinayət  hüququnun  əsas  anlayışlarından  biri  –  cinayət  anlayışdır.  O  insanların  hansı 
əməllərinin cinayət sayılması  və onların qanun tərəfindən nə üçün qadağan olunması  və s. bu kimi 
suallara cavab verir. 
Cinayət  qanunu  ilə  cəza  təhdidi  altında  qadağan  olunmuş  ictimai  təhlükəli  əməlin,  yəni 
hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. 
Cinayət  hüquq  ədəbiyyatında  cinayət  ictimai-təhlükəli,  qeyri-hüquqi,  təqsirli,  cəzalanmalı 
olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur. 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  14-cü  maddəsinin  2-ci  hissəsinə  əsasən, 
cinayət qanununda nəzərdə tutulmuş cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə 
ictimai  təhlükəli  sayılmayan,  yəni  şəxsiyyətə,  cəmiyyətə  və  yaxud  dövlətə  zərər  yetirməyən  və  ya 
zərər  yetirmək  təhlükəsi  yaratmayan  əməl  cinayət  hesab  edilmir.  Buna  görə  də  cinayətin  ən  vacib 
əlaməti onu digər hüquq pozuntularından fərqləndirən xüsusi ictimai-təhlükəli olmasıdır. Cinayətin 
ictimai-təhlükəliliyi  ondan  ibarətdir  ki,  o  mövcud  ictimai  münasibətlərə  qəsd  etməklə  bu 
münasibətlərə  çox  mühüm  ziyan  yetirir  və  yaxud  belə  ziyanın  yetirilməsi  təhlükəsini  yaradır. 
İctimai münasibətlərə digər hüquq pozuntuları: inzibati, intizam və mülki hüquq pozuntusu ilə ziyan 
vurulması  o  qədər  də  mühüm  əhəmiyyət  kəsb  etmir,  buna  görə  də  hüquq  qaydalarının  belə  hüquq 
pozuntularından  mühafizə  edilməsi  üçün  cinayət  məsuliyyətinin  müəyyən  edilməsinə  ehtiyac 
yoxdur. Cinayətin ictimai təhlükəliliyinin xarakter və dərəcəsi qəsd edilən obyektin əhəmiyyəti, bu 
obyektə vurulan ziyanın ağırlığı, həmçinin təqsirin forması, əməlin motiv və məqsədi ilə xarakterizə 
olunan digər əlamətlərlə müəyyən olunur. 
Cinayətin  ikinci  əlaməti  onun  qeyri-hüquqiliyidir.  Əməlin  qeyri-hüquqiliyi  onun  cinayət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə