0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
13
 
 
 
•   Giriş  •
6. Ərazinin hündürlüyünü müəyyənləşdirməklə səth sularının axın istiqamətini 
təyin etmək mümkündür.  
Nümunə:  
a) Çay B nöqtəsindən A nöqtəsinə axır. Çünki B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çay şimal-qərbə, 
dik yamacla və böyük sürətlə axır. 
 
 
b)  Çay C nöqtəsindən D nöqtəsinə axır. Çünki C nöqtəsi D-dən yüksəkdə yerləşir. Çay cənub-
şərqə doğru az meyilli yamacla və aşağı sürətlə axır. 
 
 
c) Məktəblilərin yolu.  Tətil günlərində IX sinif şagirdləri ekskursiyaya getdilər. Onlar məktəbdən 
(A məntəqəsi) çıxdılar və  yamacdakı B məntəqəsinə qalxmaq istədilər. Uşaqlar bulaq başında 
istirahət etməyi planlaşdırdılar. Məktəblilərin getdiyi yolu aşağıdakı kimi təsvir etmək olar. 
1.  Məktəblilər A məntəqəsindən 315°-lik azimutla, şimal-qərb istiqamətində kolluqdan keçərək 
hərəkət etdilər.  
2.  Təqribən 25 m hündürlükdə yerləşən körpüyə 
çatdılar.  
3.  Körpü şimal-şərqdən cənub-qərbə doğru axan 
Ağçayın üzərində idi.  
4.  Təqribən 30 m hündürlükdə yerləşən bulağa çatdılar. 
5.  Sonra onlar şimala doğru 0°(360°)-lik azimutla get-
dilər. 
6.  Yamacda 50 m hündürlükdən yuxarıda enliyarpaqlı 
meşə vardır. 
7.  Məktəblilərin çatdığı B məntəqəsi 70 m hündürlükdə 
olan kiçik gölün kənarındadır. 
• Topoqrafik xəritənin miqyasına əsasən məsafəni 
təyin etmək mümkündür. Verilən topoqrafik 
xəritədə 1 sm 500 m-ə bərabərdir. Xəritədə ölç-
düyümüz yol 7 sm-ə bərabərdir.  
 
Deməli, uşaqlar 7 
500 = 3500 m və ya 3 km 
500 m yol getmişlər. 
 
 
 
 
C 
D 
A 
B 


 
 
 
 
14 
 
 
 
1.  Böyük Qışlaq kəndində (B məntəqəsi) yaşayan şagirdlər hər gün qonşu Yenikənddə yer-
ləşən məktəbə (A məntəqəsi) topoqrafik xəritədə qırmızı xətlə göstərilən marşrutla gedirlər.  
 
Xəritə və mətndəki nümunələrdən istifadə edərək: 
a) məktəblilərin Böyük Qışlaqdan məktəbə qədər getdikləri yolu təsvir edin; 
b) məktəbdən geriyə – kəndə olan yolu müfəssəl təsvir edin;  
c) miqyasa əsasən AB məntəqələri arasındakı yolun uzunluğunu təyin edin. 
 
Miqyas: 1 : 50 000 
 
 
 
2. Topoqrafik xəritədə buraxılmış iki səhvi müəyyən edin. 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
 
I
 bölmə 
YER KÜRƏSİNİN TƏBİƏTİ 
ONUN TƏSƏRRÜFAT 
ƏHƏMİYYƏTİ 
 
1
 
I   
•  
Relyef və onun təsərrüfata təsiri
  •
 
 
II  
 
•  
İqlim və onun təsərrüfatda rolu  

 
 
III   
•  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti 
 • 
 
IV   
•  
Bioehtiyatların müxtəlifliyi və onlardan istifadə 
• 
 


 
 
16 
 
 
 
 
 
 
 
  
A
VROPANIN RELYEFİ  
 
 
Avropanın fiziki xəritəsi 
 
 
 
Xəritə üzrə iş

Şimali Avropa 
Mərkəzi Avropa 
Cənubi Avropa 
Şərqi Avropa 
Avropanın 
regionları  
Müzakirə edin: 
1. Fiziki xəritəyə əsasən şimaldan 
cənuba doğru Avropada region-
ların ərazisinin hündürlüyü necə 
dəyişir? 
2. Regionun hündürlüyünü nəzərə 
alaraq, Avropanın hansı regionu 
geoloji yaşına görə daha cavan 
ola bilər? 
3. Avropanın regionlarına uyğun 
gələn iri relyef formalarını sada-
layın. 
RELYEF VƏ ONUN 
TƏSƏRRÜFATA 
TƏSİRİ 
1


 
 
17 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Avropa  Avrasiya  materikinin  qərb  hissəsində  yerləşən  qitədir.  Qitədə  regionlar 
relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skan-
dinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək 
deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).  
Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Ha-
zırda  bu  ərazilərdə  belə  buzlaqlar  yoxdur,  lakin  buzlaqların  fəaliyyəti  nəticəsində 
yaranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirələri, təpələri  troq 
dərələridir. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu 
dərələr su altında qalmış, dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş dik, 
sıldırım qayalı sahillərdəki bu ensiz və dərin körfəzlər fyordlar adlanır. 
 
 
 
Soqne-fyord. Norveç 
Salpausselkya-moren tirəsi. Finlandiya.  
Müzakirə edin: 
1.  Mətnə və şəklə əsasən fyordu təsvir edin və sxemini dəftərinizə çəkin. 
2.  Buzlaşma dövründən sonra Şimali Avropanın iqlim və bitki örtüyü necə dəyişmişdir?  
 
 
 
 
Mərkəzi Avropanın  relyefi  üçün  düzənliklər  səciyyəvidir.  Onlardan  ən  böyüyü 
Almaniya-Polşa ovalığıdır. Mərkəzi Avropanın Atlantik okeanı sahillərində qurunun 
tektonik əyilməsi baş verir. Tədrici enmələr sahilboyu ərazilərin su altında qalması 
ilə nəticələnir. Subasmaların qarşısını almaq üçün bəndlər tikilir, dəniz qurudulur və 
antropogen mənşəli düzənliklər yaradılır. 
 
Polder. Niderland 
 
• Polder – əvvəllər dənizin dibi olmuş ərazilərdir. 
Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi 
ilə insanlar bu əraziləri quruya çevirmişlər. Şəkil-
də gördüyünüz Niderlandın tarixi əhəmiyyətli də-
yərlərindən  sayılan  yel  dəyirmanlarının  yerində 
bir zamanlar dəniz olmuşdur.  
 
Müzakirə edin: 
– Hansı təbii proses Niderland sakinlərini süni dü-
zənliklər yaratmağa  məcbur  edir? 
 
Şəkil üzrə iş
Mətn və şəkil üzrə iş
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə