0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61

 
 
9
 
 
 
•   Giriş  •
Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələş-
dirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi təsvirdir. Xəritə-sxemlərdə əl qra-
fikasından istifadə edilir.  
 
Xəritə-sxem. “İçərişəhər”   
1. Qız qalası.  2. Cümə məscidi.  3. Hamam.  4. Qala divarı. 
 
Kartoqram – coğrafi xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişmə-
sini vizual əks etdirən təsviridir. Kartoqramda məlumatlar müxtəlif  ştrixlər, rənglər 
və nöqtələrlə ifadə olunur.  
 
Kartoqram.  “Dənli bitkilərin məhsuldarlığı” 
 
Kartodiaqram  coğrafiya  xəritəsi  ilə  diaqramın  birləşməsidir.  Burada  məlumatlar 
həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə 
təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim edilən 
xəritədəki diaqramda dairənin böyüklüyü bu şəhərdə sənayenin daha güclü olduğunu 
bildirir.  
 
Kartodiaqram. “Sənaye sahələri”  
1. Yeyinti sənayesi.   2. Yüngül sənaye. 3. Maşınqayırma. 
 
– 40–50 s/ha 
– 30–40 s/ha 
– 20–30 s/ha 


 
 
 
 
10 
 
Beləliklə, xəritə, xəritə-sxem, kartoqram  kartodiaqram təbii, iqtisadi göstəri-
ciləri, eləcə də baş verən prosesləri əks etdirmək məqsədilə tərtib olunur. Onlar yeni 
yaşayış məntəqələrinin planlaşdırılması, müəssisələrin tikilməsi, müəyyən ərazilər-
də əhali və təsərrüfatın səmərəli yerləşdirilməsi zamanı istifadə edilir.  
 
 
 
1. Göstərilən coğrafi informasiyaların təqdimolunma formalarını dəftərinizə yazın və 
mövzudakı məlumatlardan istifadə edərək onların daha dörd üsulunu əlavə edin: 
 
1. Mətn. 2. Şəkil. 3. Cədvəl.  4. Qrafik.  5. ... .  6. ... . 7. ... .  8. ... . 
 
  2. Şəkildəki uşaqların rastlaşdığı təsvir üsulu hansıdır? 
 
Nəbatat bağına ekskursiya zamanı 
 
3. Mövzuda verilən kartodiaqramdan istifadə edərək göstərilən dairələrin ölçülərini 
nəzərə almaqla suallara cavab verin. 
 
a)  Hansı sənaye sahələri hər iki şəhərdə inkişaf etmişdir? 
b)  Şəhərlərdən hansı yüngül sənaye üzrə ixtisaslaşmışdır? 
c)  Xaçmazda, yoxsa Qusarda sənaye sahələri daha güclü inkişaf etmişdir? 
 
4. Sxemi dəftərinizə çəkin. Şərti işarələrə uyğun olaraq kartoqramı tərtib edin, əraziləri 
ştrixləyin. Daha hansı təbii və iqtisadi coğrafi göstəriciləri kartoqram üsulu ilə təsvir 
etmək olar? 
A –  əhalinin sıxlığı 10–50 nəfər/km

B – əhalinin sıxlığı 50–100 nəfər/km
2
 
C – əhalinin sıxlığı 100 nəfər/km
2
-dən çox 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
11
 
 
 
•   Giriş  •
  
T
OPOQRAFİK XƏRİTƏLƏRİ NECƏ OXUMALI 
 
 
 
Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritələrin legendasında 
göstərilir.  Şərti  işarələrə  əsasən  xəritədə  siz  nəyin  təsvir  edildiyini  başa  düşürsü-
nüzsə, deməli, onu “oxuya bilirsiniz”.  
Topoqrafik  xəritələri  oxumaq,  əlbəttə,  hər  şeydən 
əvvəl diqqət tələb edir.  
Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədə-
kindən fərqlənə bilər. Çaylar, göllər və digər su obyekt-
ləri  hər  iki  xəritədə  göy  rənglə  verildiyi  halda,  yaşıl 
rənglə fiziki xəritələrdə ovalıqlar, topoqrafik xəritələrdə 
isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərq-
ləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.  
Topoqrafik xəritədə təsvir olunan relyef formalarını 
təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır: 
1. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq 
hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi 
xətlərlə  çəkilir.  Ərazinin  relyef  xüsusiyyətləri  onlara 
əsasən müəyyən edilir. 
2. Adətən, dairə formasında olan qapalı horizontallar 
təpə və ya çökəkliyi göstərir.
  
          
 

Təpə
Çökəklik 
 
Şəkil üzrə iş
Müzakirə edin: 
1.  Xəritəni “oxumaq” olarmı?  
2.  Bunun üçün hansı bilik və bacarıqlara 
malik olmaq lazımdır? 
 
 
– Burada ki heç nə yazılmayıb, 
ancaq şəkil çəkilib...  
– Sən burada nə yazıldığını 
oxuya bilərsənmi?  
1. Enliyarpaqlı meşə
 
2. İynəyarpaqlı 
meşə  
 
3. Kolluq 
Topoqrafik işarələr 
Horizontallar   
Horizontalların seyrək 
yerləşməsi səthin azmeyilli 
olmasını əks etdirir.
Sıx horizontallar yamacların 
dik olmasını göstərir.


 
 
 
 
12 
 
3. Ərazinin hündürlüyünü horizontallar üzərində olan rəqəmlərə görə müəyyən 
etmək olar: 
 
 
 
4. Horizontallar üzərində, təpələrin və çökəkliklərin mərkəzində yazılan rəqəm 
müvafiq olaraq həmin nöqtənin mütləq hündürlüyünü göstərir:  
 
 
 
 
5. Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir: 
 
 
 
 
 
nöqtəsinin hündürlüyü = 20 m 
В nöqtəsinin hündürlüyü = 50 m 
С nöqtəsinin hündürlüyü – 30 m-dən çox, 40 m-dən azdır             
                                            (30< С < 40) 
 
Dik yamac – 
horizontallar 
sıx yerləşir.
 
Azmeyilli yamac – 
horizontallar bir-
birindən aralı 
yerləşir. 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə