0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

 
 
28 
 
Meksika sahili və Atlantik sahili ovalıqları uzanır. Missisipi çayı ABŞ-da nəhəng 
allüvial mənşəli Missisipi ovalığını yaratmışdır. Bu ovalıqda və Meksika körfəzində 
zəngin neft və təbii qaz yataqları mövcuddur. 
 
 
Materikin şərq hissəsində yeganə qədim dağ sistemi Appalaçdır. Onun ən yüksək 
zirvəsi  Mitçelldir (2037  m). Dağlar güclü parçalanmaya  məruz  qalmışdır.  Burada 
zəngin faydalı qazıntı yataqları vardır. Şimali Amerikanın ən nəhəng Appalaç daş 
kömür  hövzəsi  də  buradadır.  Platformanin  sipər  (qalxan)  hissələrində,  Labrador 
yarımadasında və Böyük göllərin sahilində dəmir filizi yataqları mövcuddur. 
 
 
 
1.  Mətndə  adları  çəkilən  coğrafi  obyektləri  dəftərinizdəki  cədvəldə  qruplaşdırın,  onları  fiziki 
xəritədə göstərin və kontur xəritədə qeyd edin: 
Dağlar
 
Düzənliklər 
... 
... 
 
2.  Missisipi və Hudzon ovalıqlarını müqayisə edin. Onların 3 ümumi və 3 fərqli cəhətini dəftərinizdə 
qeyd edin.  
3.  Uyğunluğu tapın. 
 
 
 
•  Böyük  Hövzə  Kordilyer  dağlarının  mərkəzi  hissəsində  yerləşən  yayladır.  Yaylaların  yerləşdiyi
hissədə Qərbi və Şərqi Kordilyer dağları bir-birindən çox aralıdır. Hövzə hər tərəfdən dağlarla
əhatə olunmuşdur. Bu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsərək, onu yaylaya buraxmır.
Yaylanın səthi bitki örtüyünə görə kasıbdır, ətraf ərazilər yarımsəhranı xatırladır.  
Müzakirə edin: 
1. Fiziki xəritədə Böyük Hövzəni əhatə 
edən silsilələri müəyyən edin. 
2. Ərazinin iqliminin formalaşmasında 
onu əhatə edən relyefin rolu nədən 
ibarətdir? 
3. Yaylada bitki örtüyünün zəif olmasının 
səbəbini izah edin. 
Böyük Hövzə. ABŞ 
 
Mətn və şəkil üzrə iş
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Yaşına görə qədim dağlardır.
2. Qayalıq, Sahil və Kaskad silsilələrindən ibarətdir.
 
3. Materikin şərqində yerləşir.
4. Materikin qərbində yerləşir.
6. Şimali Amerikada ən nəhəng daş kömür yatağı buradadır.
 
5. Dünyanın ən dərin kanyonu buradadır.
7. Materikin ən hündür dağ zirvəsi buradadır.
 
Kordilyer
Appalaç


 
 
29 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
  
C
ƏNUBİ AMERİKANIN RELYEFİ 
 
 
 
Cənubi Amerika
 
nın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ 
sistemi olan (təqribən 9000 km)  And dağları uzanır. Bu dağlar Karib dənizi sahillə-
rindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq ada-
ları  da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər 
yerləşir. Yalnız 20° c.e. dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş pla-
tolar – Altiplano yaranır.  
 
 

  
Xəritə üzrə iş
Müzakirə edin: 
1. Materikin qərb və şərq hissələri üçün hansı relyef forma-
ları səciyyəvidir? 
2. Cənubi Amerikanın hansı hissəsi litosfer tavalarının sər-
hədində yerləşir? 
3. Cənubi Amerika platformasına hansı düzənliklər uyğun 
gəlir? 
Qədim platforma 
Ən qədim qırışıq zona 
Qədim qırışıq zona 
Yeni qırışıq zona
 
Platformanın örtük hissəsi 
Cənubi Amerikanın  
tektonik xəritə-sxemi
Cənubi Amerikanın  
fiziki xəritəsi 
Litosfer tavalarının 
hərəkət istiqaməti  
Zəlzələ ocaqları 
• Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində 
yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağaclar 
yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə örtülmüşdür. 
Müzakirə edin:  
– Altiplano yaylası  təsərrüfatın hansı sahələrinin inkişaf 
etdirilməsi üçün yararlıdır? 
Altiplano  
Akonkaqua 
(6960 m)
 
  
Mətn və şəkil üzrə iş


 
 
30 
 
And  dağları Sakit  okean, Naska  və  Cənubi  Amerika  litosfer  tavalarının  sərhə-
dindədir. Bu dağlar yüksək seysmikliyi, zəlzələlərin tez-tez baş verməsi və vulkan-
ların fəallığı ilə fərqlənir. And Sakit okean “odlu halqa”sının bir hissəsi olub sub-
duksiya zonasında yerləşir. 
 
 
 
And dağlarının ən yüksək zirvəsi Akonkaquadır (6960 m). Digər zirvələr – Çim-
boraso və Kotopaxinin də hündürlüyü 6000 m-dən yüksəkdir. Burada dünyanın ən 
hündür vulkan zirvəsi Llyulyayako yerləşir. Bu zirvələr dağ buzlaqları ilə örtülmüş-
dür. And dağlarında nəhəng “mis qurşağı” yerləşir. Zəngin mis ehtiyatları burada 
yerləşən ölkələrin, əsasən də Çili və Perunun iqtisadiyyatında xüsusi rola malikdir.   
Cənubi Amerika materikinin şərq hissəsi platformadır və onun üzərində düzənliklər 
yerləşir. Buranın relyefi ovalıqlar, yastı yayla, plato və yüksəkliklərdən ibarətdir. Ama-
zon, La-Plata və Orinoko kimi nəhəng ovalıqların yaranmasında Cənubi Amerikanın 
Amazon, Parana və Orinoko çayları böyük rol oynamışdır. Bu alçaq allüvial düzənliklər 
hamar relyefə malik olub, Atlantik okeanına tərəf meyillidirlər. Orinoko ovalığı dün-
yanın zəngin neft, təbii qaz ehtiyatlarının mövcud olduğu ərazilərdən biridir.  
 Braziliya  və  Qviana  yaylaları  qədim  dağ  sistemlərinin  qalıqları  olub,  denuda-
siyaya məruz qalmışdır. Braziliya yaylası filiz faydalı qazıntıları ilə zəngindir. Bra-
ziliya dövlətinin dəmir filizi ixracatçısı kimi dünyanın ilk onluğuna daxil olması da 
bununla əlaqədardır.  
Braziliya  və  Qviana  düzənlikləri 
üçün uyğun olaraq “Kəllə qənd” və 
tepuilər  –  “masavarı  dağlar”  kimi 
relyef  formaları  səciyyəvidir.  Bu 
relyef formaları turistlərin diqqətini 
cəlb edir. La-Plata ovalığından cə-
nuba doğru yerləşən ərazi Pataqo-
niya adlanır. Pataqoniya  yüksəklik 
və  platoların  üstünlük  təşkil  etdiyi 
regiondur. 
• Subduksiya okean litosfer tava-
sının materik litosfer tavasının 
altına batması prosesidir. Belə 
batma nəticəsində okean tavası 
tərəfində dərinsulu çökəkliklər – 
novlar əmələ gəlir. Materik tavası 
tərəfdə isə qövsvarı adalar və ya 
cavan dağlar yaranır. 
 
 
– Subduksiya zonasının sxemini 
dəftərinizə çəkin (And dağlarını,  
litosfer tavalarını və novu 
göstərin). 
 
  
Sxem üzrə iş
• Tepuilər – 800–1800 m 
yüksəkliyə malik olan  ma-
sayabənzər dağlardır. Te-
puilər kimyəvi və fiziki 
aşınma, axar suların fəaliy-
yəti ilə yaranmışdır. Əsa-
sən, Venesuela ərazisində 
Qviana yaylasında yerləşir. 
 
Tepuilər. Venesuela 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə