0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
 
24 
 
Region zəngin təbii ehtiyatlara malikdir. Dünyanın ən zəngin qalay-volfram qur-
şağı  buradadır.  Hazırda  Malayziya  və  Tailandda  metallurgiya  sənayesinin  inkişaf 
etməsinin səbəbi də buradakı əlvan metal yataqlarıdır. Cənub-Şərqi Asiya həm də neft-
qaz ehtiyatları ilə zəngindir. Sahilboyu ərazilər isə məşhur turizm zonalarıdır. 
 
 
•  1991-ci  ildə  Filippin  adalarında 
püskürən  Pinatubo  vulkanı  bəşə-
riyyət tarixində ən güclü püskür-
mələrdən  biridir.  Vulkan  külü-
ndən ibarət olan bulud stratosferə 
qədər qalxmışdı. Püskürmə zama-
nı  yaranan  “dirəyin”  hündürlüyü 
34  km-ə  çatmışdı.  Havaya  atılan 
kül  səmada  125  000  km
2
  ərazini 
əhatə etmişdi. Bu ərazidə bir neçə 
saat  ərzində  tam  qaranlıq  müşa-
hidə  edilmişdi.  Kül  nəinki  Filip-
pini,  həm  də  Vyetnamı,  Kam-
bocanı və Malayziyayanı da əhatə 
etmişdi.  
Müzakirə edin:  
1.  Cənub-Şərqi Asiyada daha hansı vulkan püskürmüşdür? 
2. 
Vulkan püskürmələrinin təbii və iqtisadi fəsadlarını sadalayın.
 
 
Cənubi Asiyanın əsas hissəsini Hindistan yarımadası tutur. Yarımadanın mər-
kəzi hissəsində denudasion mənşəli Dekan yaylası yerləşir. Ərazi daş kömür, dəmir 
filizi və qrafit kimi mineral ehtiyatlarla zəngindir. 
 
 
 
 
Mətn və şəkil üzrə iş
 
Şəkil üzrə iş
Müzakirə edin:  
–  Litosfer  tavalarının  hərəkəti 
nəticəsində  ərazidə  daha  hansı 
dəyişikliklər baş vermişdir? 
 
Vaxtilə Hondvananın tərkibinə 
daxil olan Hindistan tektonik pro-
seslər nəticəsində Avrasiyaya 
sonradan birləşmişdir.
 
Pinatubo. Filippin. Püskürmə zamanı yaranan 
vulkanik qaz-kül buludları 
qurunun hərəkət 
istiqaməti 
Litosfer tavasının 
hərəkəti nəticəsində 
Hindistan yarımada-
sının yerinin dəyişməsi
 


 
 
25 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Cənubi Asiya Mərkəzi və Şərqi Asiyadan Himalay dağları ilə ayrılır. Himalay 
dağları Hind-Avstraliya tavasının tərkibinə aid olan Hindistan platforması ilə Av-
rasiya litosfer tavalarının toqquşması nəticəsində yaranmışdır. Bu dağlar Hindistan, 
Nepal və Çin arasında 2500 km uzunluğunda dövlət sərhədi yaradır. Buradakı zir-
vələrin hündürlüyü 8000 m-dən  çoxdur.  Bunlardan Nepal  ilə Çin sərhədində yer-
ləşən dünyanın ən hündür zirvəsi Comolunqma (Everest – 8848 m) və hündürlüyünə 
görə ikinci Karakorum dağlarında olan Çoqori zirvələrini (və ya K2 – 8611 m) gös-
tərmək olar.  
 
 
 
 
1. Mətndəki coğrafi obyektlərin adlarını  dəftərinizə yazın, fiziki xəritədə göstərin və kontur xəritədə 
qeyd edin.  
  
2.  Asiya  ölkələrinin  iqtisadiyyatına  zəlzələ,  vulkan  püskürmələri  və  sunami  kimi  tektonik  hadi-
sələrin hansı mənfi təsiri vardır? Konkret misallar göstərin.  
 
3. Alp-Himalay qurşağına daxil olan dağların çox hündür olmasını necə izah edə bilərsiniz?  
 
4. İzah edin: dağların yaşı ilə onların seysmikliyi arasında hansı əlaqə vardır? Hansı qrafikdə bu qanuna-
uyğunluq düzgün göstərilmişdir? 
 
 
 
  A 
 
 
           B   
 
 
     C
 
 
5. Mətndəki Asiyada yerləşən zirvələrin adlarını seçin, onların hündürlüklərini dəftərinizdə qrafiklə 
təsvir edin. 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 


 
 
26 
 
  
Ş
İMALİ AMERİKANIN RELYEFİ 
 
 
Şimali Amerikanın  qərbi  üçün  dağlıq,  mərkəzi  üçün  isə  düzənlik  relyef  səciy-
yəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri bo-
yunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika 
və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.  

Müzakirə edin: 
1. Materikin hansı hissəsində ovalıqlar və yüksəkliklər üstünlük təşkil edir? 
2. Materikin qərbində hansı dağ sistemi yerləşir? Dağların hansı hissəsi daha hündürdür? 
3. Fiziki və tektonik xəritələri müqayisə edərək suallara cavab verin: a) Şimali Amerikanın hansı 
hissəsi  platformadır?    b)  Şimali  Amerikada  litosfer  tavalarının  sərhədində  və  ondan  kənarda 
yerləşən dağlar hansılardır?  C) Appalac və Kordilyer dağları hansı qırışıqlıqda yaranmışdır? 
Şimali Amerikanın fiziki xəritəsi 
  
Xəritə üzrə iş
Şimali Amerikanın 
tektonik xəritə-sxemi 
Qədim platforma 
Qədim qırışıq zona 
Orta qırışıq zona 
Yeni qırışıq zona 
Platformanın örtük hissəsi 
Zəlzələ ocaqları 
Tavaların sərhədi 


 
 
27 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Kordilyer dağlarında Şimali Amerikanın ən yüksək zirvəsi – Mak-Kinli (6194 m) 
və ən alçaq nöqtəsi – Ölüm dərəsi (–86 m) yerləşir.  
Kordilyer dağları qərb və şərq silsilələrindən ibarətdir. Kordilyer dağlarının qərb 
hissəsi – (Sahil sıra dağları) daha cavan olub, Sakit okean “Odlu halqası”na daxildir. 
Qərbi Kordilyerdə Kaskad, Şərqi Kordilyerdə isə Qayalı dağ sistemləri yerləşir. Kor-
dilyer dağlarının mərkəzi hissəsi yüksək plato (yəni səthi hamar olan ərazi) və yayla-
lardan  ibarətdir.  Bunların  içərisində  nəhəngləri  Böyük  Hövzə,  Meksika  yaylaları, 
Kolorado və Kolumbiya platolarıdır.  
 
 
 
Yayla və platolar üçün intensiv denudasiya prosesləri səciyyəvidir. Onlar dərin, 
dar  dərələrlə,  çox  vaxt  kanyonlarla  kəsilir.  Şimali  Amerikanın  cənubunda  Kor-
dilyerlər daralır və Meksikada onu Syerra-Madre adlandırırlar. Kordilyer dağlarında 
çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar vardır: məsələn, Reynir, Şasta, Kolima, 
Orisaba, Taxumulko, Popokatepetl, Mamatombo.  
 
 
 
Şimali  Amerikanın  mərkəzi  və  şərq  hissələri  platformadır.  Burada  düzənliklər 
üstünlük təşkil edir. Onların formalaşması müxtəlif ekzogen proseslərlə əlaqədardır. 
Şimalda  Lavrenti  yüksəkliyində  buzlaq  relyef  formaları  üstünlük  təşkil  edir.  Ona 
görə  də  bu  hissədə  buzlaq  mənşəli  göl  çökəklikləri  çoxdur.  Mərkəzi  düzənlikdə 
buzlaq formaları ilə yanaşı, çaylar da böyük rola malikdir. Mərkəzi düzənliklərdən 
qərbdə  Böyük  düzənliklər  yerləşir.  Hündürlüyü  500  m-dən  yüksək  olan  Böyük 
düzənliklər  Kordilyer  dağlarına  keçid  zonasıdır.  Atlantik  okeanının  sahilboyunda 
• Relyef xüsusiyyətlərinə görə Kordilyer dağları 3 hissəyə bölünür: 1. Qa-
yalı dağlar. 2. Kaskad dağları. 3. Böyük Hövzə yaylası. 4. Meksika 
yaylası. 5. Syerra-Madre. 6. Kolorado platosu. 
– Kordilyer dağlarındakı relyef formalarını onun hissələrinə uyğun olaraq 
qruplaşdırın: 
Kordilyerin hissələri 
Relyef formalarının adı 
Qərbi Kordilyer 
 
Mərkəzi Kordilyer 
 
Şərqi Kordilyer 
 
 
Mətn və şəkil üzrə iş
• Qeyri-adi relyef formaları turistlər üçün ma-
raqlı obyektlərdən biridir. Bunlardan biri də 
Kolorado kanyonudur. Onun dərinliyi 2 km-
ə çatır. 
Kordilyer dağlarında Kolorado çayı-
nın dərəsinə 
piyada, maşın və vertolyotla 
ekskursiyalar təşkil olunur.
 
Müzakirə edin:  
1. Dağlıq regionlarda turizmin inkişafına nə 
mane ola bilər?  
  
Şəkil üzrə iş
 
Böyük Kanyon.  ABŞ 
2. Azərbaycanda  şəkildəkinə  oxşar  relyef  formalarına  harada  rast  gəlmək  olar?  Turistləri  bu 
ərazilərə cəlb etmək üçün nə kimi tədbirlər görmək lazımdır? 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə