-fesil-1: Info10-(1). qxd



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Cədvəl rejimi. Bu rejimlə artıq tanışsınız. Elektron cədvəli xatır 

la dan bu

rejimdə verilənlər bazasında olan informasiya ekrana sətirlər və sütunlar şəklində

çıxarılır. Bu halda bü tün yazılar eyni anda gözünüzün qabağında olur ki, bu da

onların redaktəsini asan laşdırır. 

Şəkil 2.8. Verilənlər bazası cədvəl rejimində

Forma rejimi. Əgər yaratdığınız verilənlər bazasından yalnız özünüz istifadə

edəcəksinizsə, çox güman ki, birbaşa cədvəllərlə işləmək sizin üçün daha rahat-

dır. Yox, əgər sizin yaratdığınız verilənlər bazası ilə onun haqqında az biliyi olan

başqa şəxslər işləyəcəklərsə, onlar üçün birbaşa cədvəllər üzərində əməliyyat

aparmaq çətin ola bilər. Bu problemi həll etmək üçün verilənlər bazasının

idarəolun ması  sistemlərində  formalar nəzərdə tutulmuşdur.

Baza cədvəllərinə yazıları daxil etmək, redaktə etmək və baxmaq üçün for-

malardan istifadə olunur. Adətən, verilənlərin daxil edilməsi ilə xüsusi ayrılmış

işçilər məşğul olduqda formalar tətbiq edilir. 

Forma – elektron blankdır. Bu blankın sahələri verilənlər bazasındakı yazı la -

rın elementlərinə uyğun olur. Bu sahələrə yazılmış verilənlər avtomatik olaraq

baza cədvəllərinə daxil edilir. 



Şəkil 2.9. Verilənlər bazası forma rejimində

2.

VERİLƏNLƏR



BAZASI

35



Forma rejimində siz gözünüz önündə hər dəfə yalnız bir yazını görürsünüz.

Bununla belə, forma pəncərəsinin aşağı hissəsində bir yazıdan başqasına keçmək

üçün düymələr zolağı yerləşir.

Formalardan istifadə bir neçə səbəbdən əlverişlidir:

1. Verilənlərin daxil edilməsi ilə məşğul olan işçi heyətinin baza

cədvəllərinə birbaşa müraciəti arzuedilən deyil.

2. Eyni bir cədvələ verilənlərin bir neçə formadan daxil edilməsi

işçilər arasında sə lahiyyətlərin bölüşdürülməsinə və bununla da

verilənlərin qorunmasına imkan verir.

3. Böyük həcmli informasiyanın daxil edilməsi həddindən artıq yo -

rucu işdir. Yorulmuş insan isə daha tez səhv edir. Formalardan

istifadə olunması verilənlərin daxil edilməsini asanlaşdırır, səhv

ehtimalını azaldır və daxiledilmə prosesində verilənlərin

yoxlanılmasını təmin edir. 

4. Bazaya daxil ediləcək verilənlər çox zaman kağız blanklarda

yer ləşir. Əgər elektron formanın xarici görünüşü kağız blankın-

dakı orijinal formaya bənzəyərsə, daxiletmə zamanı xətaların

sayı bir neçə dəfə azalır.    

Verilənlər bazasını başqalarının dəyişdirməsindən qorumaq üçün xüsusi vasi -

tələr nəzərdə tutulmuşdur. Məsələn, elə parol təyin etmək olar ki, bu, istifadəçiyə

yalnız veri 

lənlərə baxmağa icazə versin. Başqa parol verilənlərə baxmaqla

yanaşı, həm də onları dəyişdirmək və yeni verilənlər daxil etmək səlahiyyəti verə

bilər. Yüksək sə 

viyyəli parol isə, hətta, verilənlərin strukturunu dəyiş 

dirmək


imkanı da verə bilər.

1. Verilənlərin idarə olunması üçün verilənlər bazasında hansı obyekt lər dən isti-

fadə olunur?

2. Formalardan istifadə hansı səbəblərdən əlverişlidir?

3. Verilənlər bazasını arzuolunmaz dəyişikliklərdən qorumaq üçün hansı vasi tə -

lərdən istifadə olunur?

36



PRAKTİKUM. 

FORMALARIN YARADILMASI VƏ VERİLƏNLƏRİN 

FORMAYA DAXİL EDİLMƏSİ

• Sadə formaları necə yaratmalı

• Formanı necə redaktə etməli

• Verilənlər cədvələ forma vasitəsilə necə daxil edilir

Access proqramında başqa obyektlər kimi formaları da sehrbazın köməyilə,

yaxud “əl ilə” (konstruktor rejimində)

yaratmaq olar. Formanı ilkin olaraq

sehrbaz vasitəsilə yaratmaq, sonra isə,

lazım gələrsə, konstruktor rejimində  redaktə etmək məsləhət görülür.

1.

Map verilənlər bazası faylını qoşa çıqqıldadın. 

Verilənlər bazasının baş

pən   cə rəsi  açılacaq  (bax şəkil 2.2).    

2.

Obyektlər panelində 

Forms ob yek   t ini  seçin 

(şəkil 2.10).  



Şəkil 2.10.

Forms pəncərəsi



3. 

Formanın sehrbaz vasitəsilə ya ra dılması (

Create form by using wi zard)

rejimini başladın. 

Form Wizardın birinci səhifəsi açılacaq  (şəkil 2.11).

ÇALIŞMA

1.

Qitələr cədvəli üçün formanın yaradılması

Forma


Formanın növləri

S

Ö

Z

L

Ü

K

2.6.

2.

VERİLƏNLƏR



BAZASI

37



Şəkil 2.11.

Form Wizard pəncərəsi



4.

Sehrbazın təklif etdiyi aşağıdakı addımları atmaqla formanı yaradın.



Addım 1. Forma üçün sahələrin cədvəldən seçilməsi:

1) 


Tables/Queries siyahısından Qitələr cədvəlini seçin;

2) 


>> düyməsini çıqqıldatmaqla Available Fields siyahısından

bütün sahələri 

Selected Fields siyahısına keçirin;

Hər hansı sahənin formada əks olunmasını istəmirsinizsə, 



< düy -

məsindən istifadə etməklə həmin sahəni 

Selected Fields

siyahısından uzaqlaşdırın.  

3) 

Next düyməsini çıqqıldadın.



Form Wizardın ikinci səhifəsi açılacaq (şəkil 2.12). Burada siz

yeni formada sahələrin necə yerləşməsini seçəcəksiniz. Sə hi fə -

nin sağ tərəfindəki variantları seçdikcə sol hissədəki qabaqca -

dan baxış sahəsində formanın necə görünəcəyi əks olunacaq.

38



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə