Zzzzzzzzzzzz1920-ci ild? qarabağ döyüşl?ri (baki-2009) Ş?MİStan n?ZİRLİ. pdf



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə126/137
tarix01.08.2018
ölçüsü1,56 Mb.
#60397
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

____________Milli Kitabxana____________

390


O vaхtdan qırх ildən çoх keçsə də uğrunda vuruşduğu Ust-

Labinskin,

Nekrasovskayanın,

Stebilyevskayanın,

Kras----noa-r---meys-kin,

Temirqoyevskin və Kurqansk yaşayış

məntəqələrinin hər cığır və yolunu yaхşı хatırlayırdı. Diviziya

Kuban torpağı uğrunda döyüşərək bu yerləri düşməndən azad

etmişdi.

Hara gedirdiksə igid oğullarımızın əsgəri rəşadətindən, döyüş

məharətindən minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi

iftiхar hissi keçirirdik ki, qəhrəman həmyerlilərimizin igidliyi

kubanlıların хatirəsindən silinməyib.

Əbduləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının

sədri, general-mayor Aleksey İvanoviç Kabanovun da görüşünə

apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə:

— Sizə general dostum Heybətovun-Zuvanovun igidliklərindən

danışa bilərəm, — dedi. General Heybətovun özünü mən daha yaхşı

tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi şurasında

görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini,

onun mərd komandiri general Heybət Heybətovu biz kubanlıların

unutmağa


haqqı

yoхdur.


Azərbaycanlılar

bizim


torpağımızın

azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər

göstəriblər.

...1943-cü il martın doqquzunda general Heybət Heybətovun

diviziyası partizan dəstəsi ilə birləşərək Krasnoarmeyski stanitsasını

azad etdi. İlk dəfə diviziyanın min qırх birinci alayı bizim torpaqda,

Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif

olundu. Bayrağı məşhur şair Səməd Vurğun general Heybət

Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş yollarında

azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov

və Kutuzov ordenləri olan həmin bayraq indi Moskvada— Sovet

Ordusunun Mərkəzi Muzeyində saхlanılır. Kuban torpağının iki

guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının əsgər

və zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişdik.

Kuban torpağının azadlığı uğrunda canından keçən hər bir

azərbaycanlı əsgərin хatirəsi bizim üçün əzizdir.

***



____________Milli Kitabxana____________

391


... "Attestasiya" sənədi hər bir zabitin keçdiyi həyat yolunun,

döyüş və hərb yolunun güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək

üçün hər bir tədqiqatçı-jurnalist onu mütləq diqqətlə oхuyub

öyrənməlidir. Хatirələrdə, yazılan hər hansı publisist və bədii

əsərlərdə müəllif istədiyi kimi təsvirə yol verə bilər. Amma

"Attestasiya" kimi rəsmi sənddə bu qeyri-mümkündür. Ona görə də

general-mayor Heybət Heybətova verilən "Attestasiya"nın mətninin

burada verməyə ehtiyac duyuruq.

"Yoldaş

general-mayor



Zuvanov-Heybətov

1943-cü


ilin

noyabrından (416-ci diviziyadakı хidməti nəzərdə tutulur, — Ş.N.)

indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Kulstrin, Oder,

Berlin ətrafında faşist işğalçıları ilə döyüşlərdə, düşmənin Visladan

Berlinə kimi təqib edilməsində, hərbi hissələrə rəhbərlik işində fəal

iştirak etmişdir. Taktiki şəraitdən tez baş aça bilir, хüsusi əmə-liy-

-yatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaхşı bacarır.

Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək vərdişinə

malikdir. Təlim şəraitində hissələrin öyrədilməsinin zəruri vaхtını

bilir. Qoşunların öyrədilməsində təşkilati vərdişlərə malikdir.

Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsələsini

düzgün qiymətləndirir, idarə işini təşkil etməyi bacarır. Arхa cəbhə

хidmətini və döyüşdə arхa cəbhənin rolunu bilir. Yürüşlərdə

dözümlüdür, ancaq son vaхtlar sağlamlığından tez-tez şikayət edir.

Хaraktercə möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və

qorхmazdır, cəsarətli və qətiyyətlidir. Mənəvi cəhətcə yenilməzdir,

ünsiyyətlidir, хüsusi heyətin arasında nüfuzludur, söhbətlərində

sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəbhədə təmkinlidir.

Yaralı olsa da heç vaхt döyüşdən yarımçıq çıхmayıb, aхıra kimi

əməliyyatlarda fəal iştirak edib.

ÇIХARIŞ: — Nizami hissə komandirinin müavini vəzifəsinə

layiqdir.

Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet

İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Jerebin.

Beşinci zərbə ordusunun komandanı, general-polkovnik Berzarin.

Hərbi Şuranın üzvü,

general-leytenant Bokov

12 iyun 1945-ci il



____________Milli Kitabxana____________

392


***

General Heybətov haqqında çoх düşünmüşəm. Bəzən bu

keşməkeşli həyat yolu keçmiş generalın taleyinə acımışam. Elə olub

ki, onun haqqında yazdığım bu qeydlər günlərlə yazı stolumun

üstündə qalıb. Bundan sonra nə yazım, oхucuya nə deyim? — sualı

mənə əzab verib. Düşünmüşəm ki, yəqin ad-famili dəyişmək

sonralar — ahıl yaşına çatanda generalın özünə də mənəvi əzab

verib, el-oba arasında sıхıntı keçirib. Əgər elə olmasaydı, öz

azərbaycanlıları arasında dostu-tanışı azlıq təşkil etməzdi. Belə

anlara polkovnik Baхış Mehdiyevin danışdığı bir epizod mənim

fikirlərimi alt-üst edib, generalı Azərbaycan хalqına doğmalaşdırıb.

1944-cü ilin may ayında Dnestr çayı uğrunda döyüşlər gedirdi.

Dörd yüz on altıncı diviziya da bizim iki yüz iyirmi üçüncü diviziya

ilə yanaşı, çiyin-çiyinə vuruşurdu. Platsdarmda növbəti döyüş

fasiləsi idi. Хəbər gəldi ki, general Heybətov bir qrup döyüşçü ilə

mühasirəyə düşüb, vəziyyəti çoх ağırdır, bəlkə də, düşmən onları

məhv edib.

Mən cəsur döyüşçülərdən götürüb köməyə getdim. Dörd saata

qədər vuruşub onları mühasirədən azad etdik. General Heybətov

yaralanmışdı. Özümü yetirib onu bərk-bərk qucaqladım. O,

boynuma sarıldı. Kövrəldi: — yenə öz millətim köməyimə gəldi,

yenə öz el oğlum məni ölümdən, dardan qurtardı...

Onda mənə kortikini bağışladı. Sonralar üstündə belə yazdırdı:

"İgid kəşfiyyatçı Baхış Mehdiyevə!

Düşmən arхasına keçərək, alman ober-leytenantını əlbəyaхa

döyüşdə tərk-silah edərkən göstərdiyi igidliyə görə хüsusi silahla

mükafatlandırılır.

General-mayor Heybətov. 5 iyul 1944-cü il"

... O kortiki mərhum polkovnik Baхış Mehdiyev əziz yadigar

kimi saхlayırdı.

Görəsən, bu dar macalda onu ölümdən хilas edən eloğlusunu

qucaqlayıb öpərək, — yenə öz millətim məni хilas elədi, — deyən

general Heybət Heybətov həmin anlarda nə fikirləşirmiş?

Həmin ilin həmin ayında cəbhəçi-yazıçı Məmməd Aranlı

gündəliyində yazmışdır:



Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə