ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

52 
müqavilələrə görə Araz çayı Rusiya ilə Qacarlar səltənəti arasında 
yeni  sərhəd  oldu.  Zəngəzur  torpaqları  da  1822-ci  ilədək  Qarabağ 
xanlığının, sonra Qarabağ əyalətinin (1841-ci ilədək) tərkibində qal-
dı. XIX əsrin 40-cı illərinin əvvəllərində keçirilmiş inzibati-ərazi is-
lahatlarına əsasən Zəngəzur bölgəsi qısa zamanlı arada Xəzər vila-
yətinin  Qarabağ  qəzasının,  daha  sonra  isə  Şamaxı  quberniyasının 
Şuşa qəzasının tərkibinə də qatılmışdı. 
Romanovlar imperiyası və Qacarlar dövləti üçün Azərbayca-
nın, habelə Qarabağ bölgələrinin strateji mövqeyinin böyük əhəmiy-
yəti  var  idi.  O  zamankı  Qacar  hökmdarlarının,  o  cümlədən  Fətəli 
şah Qacarın özünün rəyinə görə alınmaz qala olan Şuşa şəhəri iran-
lılar üçün Cənubi Qafqazın açarı, ruslar üçün isə Qacarların qapısı 
hesab olunurdu [81, 182]. Ona görə də hər iki dövlətin bu  ərazini 
zəbt etmək üçün hər cür hərbi, siyasi və diplomatik vasitələrdən isti-
fadə edəcəkləri şübhəsiz idi. Burada Azərbaycan xalqının, Qarabağ 
xanlığının rəyi, demək olar ki, hesaba alınmırdı və ona bu işdə yal-
nız yardımçı qüvvə kimi baxılırdı. Xanlığın öz müstəqilliyini qoru-
maq üçün qüvvələrinin kifayət edib-etməyəcəyi çox böyük sual al-
tında  idi.  Əgər  Qacarlar  Qarabağda  öz  mövqelərini  möhkəmləndi-
rərdilərsə, bütün Cənubi Qafqazı öz təsiri dairəsində saxlamaq im-
kanı əldə edəcəkdilər və rusları buradan qovub çıxarmaq üçün real 
şans yaranacaqdı. Bunun üçün isə Qacar qoşunları ətraflı hazırlıq iş-
ləri görürdü. 
Əgər Rusiya bu əraziyə sahib olardısa, nəinki Arazın şimalın-
dakı xanlıqlar, hətta Qacarlar dövlətinin özü üçün də təhlükə yara-
nacaqdı. Əlbəttə, xeyli ərazilər əldə edərək cənuba doğru sürətlə irə-
liləyən,  güclü  orduya  malik  Rusiya  imperiyasının  bu  «qələbəyə» 
ümidi daha çox idi. Qarabağ xanlığının Rusiya himayəsinə keçməsi-
ni tələb etdiyi məktublarına lazımi cavab almayan Sisianov bu xan-
lığı cəzalandırmaq qərarına gəlir və bu məqsədlə mayor Lisaneviçi 
ora göndərir. Lakin qarabağlıların mal-qara və at ilxılarını apara bil-
məyən Lisaneviç 250 xristian ailəsini Gəncəyə köçürür [177, 182]. 
Buna cavab olaraq qarabağlılar da Gəncədən at ilxılarını aparmağa 
başlayır və buna mane olmaq üçün göndərilən dəstədən 23 kazakı 


 
 53
 
və 2 ermənini məhv edirlər. Qarabağ tarixinin tanınmış təzkirəçilə-
rindən biri olan Mirmehdi Xəzani bu hadisədən İbrahim xanın xəbə-
ri olmadığını, bunun «bir para quldurların» işi olduğunu qeyd edirdi 
[117, 161]. Bu məlumatın doğruluğuna inanmaq bir qədər çətindir. 
Bu dövr Qarabağ hökmdarının həmin məsələdə kəskin tərəddüdlər 
içərisində olduğu bir dövr idi. İbrahim xanın getdikcə Rusiya sərda-
rı ilə yaxınlaşdığını və onun yanına elçilər göndərdiyini eşidən Fətə-
li  şah  bu  işlərə  mane  olmaq  üçün  Qarabağ  hökmdarı  İbrahimxəlil 
xanın oğlu Əbülfət xanı 1805-ci ilin yanvarında 5 min nəfərlik qo-
şunla Qarabağa göndərdi. Şahın bu hərəkətindən inciyən İbrahimxə-
lil xan həmin qoşunu məğlub edərək Arazın o tayına qovmağa mü-
vəffəq oldu [117, 161]. Abbas Mirzənin başçılığı ilə şah qoşunları-
nın Qarabağa gözlənilən hücumu da İbrahimxəlil xanı narahat etmə-
yə başlamışdı. Öz siyasətini, əsasən, İran qoşunlarının yaxına bura-
xılmaması üzərində quran Qarabağ xanı yaxınlaşan Rusiya təhlükəsi 
qarşısında  da  Qacarların  köməyindən  istifadə  etməyi  lazım  bilmə-
yib, sərdar Sisianova müraciət etməyi qərara aldı. Həmin müraciət 
Sisianovun  Çartorıyskiyə  ünvanladığı  məktubunda  belə  açıqlanır: 
«İran qoşunlarının hərəkətindən qorxan İbrahim xan öz nümayəndə-
sini yanımıza göndərərək bizə itaət edəcəyini bildirir. Mənə elə gəlir 
ki, onu qorxu buna vadar etmişdir» [161, s.231-232]. Öz keçmiş gü-
nahlarına görə bağışlanacağına əmin olmayan İbrahimxəlil xan şah-
zadənin  Qarabağa  daxil  olmasını  öz  hakimiyyətinin  sonu  hesab 
edirdi. İran tarixçisi Nasir Nəcmi Ağa Məhəmməd şahın ölümündən 
sonra İbrahimxəlil xanın müstəqil siyasət yürütdüyünü və Qacarlar-
la  hesablaşmaq  istəmədiyini  xüsusi  vurğulayır.  Ümumiyyətlə,  bu 
dövrdə Azərbaycan xanlarının yeritdiyi siyasəti görkəmli tarixçimiz
AMEA-nın müxbir üzvü mərhum Mahmud İsmayılovun fikirləri ol-
duqca dəqiq əks etdirir: «Beynəlxalq şəraitin gərginləşdiyi bir şəra-
itdə qonşu xanlıqların ərazisini tutmaqla ölkəni həmin xanlıq ətra-
fında birləşdirmək cəhdlərinin baş tutmadığını görən xanlar, öz ha-
kimiyyətlərini  saxlamaq  naminə  xarici  dövlətlərin  nümayəndəsinə 
meyil göstərir, hərbi-siyasi vəziyyət və qüvvələr nisbəti dəyişdikcə, 
bu meyil də dəyişir» [95, s.39]. 


54 
XIX yüzilliyin sonlarına aid olan məlumatlara görə, Zəngəzur 
qəzası həmin əsrin 50-60-cı illərində Şamaxı, Bakı və İrəvan quber-
niyalarının  tərkibində  olmuşdur.  Cənubi  Qafqaz  diyarının  inzibati, 
məhkəmə  və  mərz  hissələrinin  yeni  quruluşu  haqqında  layihənin 
təsdiq edilməsindən etibarən Tiflis, Bakı və İrəvan quberniyaları he-
sabına 1868-ci il fevralın 25-də Yelizavetpol quberniyası yaradıldı. 
Bakı  quberniyasının  Şuşa  qəzası  və  İrəvan  quberniyasının  keçmiş 
Ordubad qəzasının bəzi hissələri hesabına yaradılmış Zəngəzur qə-
zası da bu yeni quberniyanın tərkibinə daxil edildi [189, s.233]. 
Kürəkçay  müqaviləsi  ərəfəsində  İbrahimxəlil  xanı  təhqir  və 
hədələrlə  dolu  məktubları  ilə  çıxılmaz  küncə  sıxışdıran  Sisianov 
üçün  hadisələrin  belə  axarı  tamamilə  məqbul  idi.  Şah  qoşunlarını 
məğlub edən İbrahimxəlil xanın hərəkətləri Qafqazdakı rus qoşunla-
rının baş komandan P.D.Sisianovu razı salırdı. O, Qarabağ xanlığı-
nın Rusiya himayəsinə qəbul olunması haqqında müqavilənin şərt-
ləri ilə İbrahim xanı tanış etmək və həmin müqavilənin imzalanması 
üçün xanın Gəncəyə gəlişini təşkil etmək məqsədilə Lisaneviçi xü-
susi təlimatla Şuşaya göndərdi. Hadisələrin belə axarından bərk na-
rahat olan Qacar hökmdarı Fətəli şah Kərim xanı və Abdulla xanı 
İbrahimxəlil xanın yanına göndərərək məktubunda ona belə yazmış-
dı: «Allah rizasına namusu-islamı mənzur edib, hər nə təvəqqeyi var 
məndən etsin, yerinə yetirim. Urus padşahına itaət etməsin. Şuşa qa-
lası  ki,  toxunulmazdır  və  qəleyi-Xudafərin  İranın  giriş  qapısıdır, 
Urus dövlətinə verib Rusiya qoşunlarını daxili şəhər qalası etməsin» 
[117, s.167]. Bununla heç bir nəticə əldə etməyən, İbrahim xandan 
qaneedici cavab almayan Fətəli şah nümayəndələrini yenidən İbra-
him xanın yanına göndərib təklif edir ki, Rusiya qoşununun qarşısı-
nı  almaq  üçün  Əsgəran  qalaları  möhkəmləndirilsin,  Şuşanın  üç 
verstliyində səngərlər qurulsun, Şahbulaqda 2-9 min atlı qoşun yer-
ləşdirilsin.  Bu  məntəqələr  Qacar  ordusunun  istifadəsinə  verilməli, 
hamı İbrahim xanın əmrinə tabe olmalı idi. Fətəli şah bu işlərin bü-
tün  xərclərini  öz  xəzinəsindən  ödəməyi  üzərinə  götürürdü  [117, 
s.169]. 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə