ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

38 
dığı  «Этимология  названия  «Зангезур»  неясна»  [185]  fikrinin 
heç bir əsası yoxdur. 
Artıq yuxarıda da qeyd etdiyimiz kimi, Zəngəzur bölgəsi sak-
ların  yaşadığı  Sisakan  vilayəti  tərkibində  Albaniyaya  daxil  idi  və 
«Sisqan» adlanan Qafqaz keçidini qoruyan ordunun komandanı da 
Sisakan nəslinə mənsub idi. [71, s.77]. 
Bəzi  tədqiqatçıların  fikrincə,  skif  tayfalarından  olan  hel  və 
lehlər amazonkalar və albanlarlar arasında  yaşayırdılar.Bizim döv-
rümüzdə də həmin tayfaların adlarını yaşadan toponimlər Zəngəzur-
da qalmaqdadı. Mehri rayonundakı Nüvədi kəndin ərazisində aşkar 
olunan daş üzərindəki qarqar yazıları, Leh, Lehvaz kəndləri leh tay-
fa adını, Qubadlı rayonunun Hal kəndi hel tayfa adını yaşadır. Sako-
vuz, Maqovuz, Mavdanyer adlarında da qədim tayfaların ünvanları 
qalıb. Qafanın Keypəşin kəndinin də qədim tarixi var. Firdövsinin 
«Şahnamə»  poemasında  da  qeyd  olunur  ki,  Keyqubad  şahın  3-cü 
oğlunun adı Keypəşindir. Kənddə 3-4-cü əsrlərdə inşa edilmiş alban 
məbədinin  qalıqları  üzərində  məscid  tikilmişdi.  Çünki  xalq  bilirdi 
ki, bu yer ən qədim zamanlardan onların ata-babalarının ziyarətgahı 
olub, bu məkan müqəddəs sayılıb. Çağdaş Qarabağ müharibəsinin 
gedişində, 1993-cü ildə baş vermiş erməni işğalına qədər Zəngəzu-
run Qubadlı rayonunun Muradxanlı, Qalalı və Əliquluuşağı kəndlə-
rində III-V əsrlərə aid atəşpərəst qalalarının izləri qalmaqda idi və 
onlar xalq tərəfindən müqəddəs ziyarətgah sayılırdılar. Azərbayca-
nın bir çox bölgələrində olduğu kimi, bölgə əhalisinin dünyagörü-
şündə,  həyat  və  yaşamında  od,  ocaq,  günəş  kultu  yaşamaqda  idi. 
İnsanların  dilində  «Bu  ocaq  haqqı»,  «Gün  haqqı»,  «Bu  axar  suya 
and olsun», «Bu ocaq mənə qənim olsun», «Bu yanar ocaq köməyin 
olsun», «Günəş yoluna nur saçsın» kimi andlar gen-bol işlənir, oda, 
ocağa  tüpürmək,  murdarlamaq  günah  sayılır,  yaşlılar  çörək,  xörək 
bişirdikləri  ocağın  külünü  təmiz  yerə  tökər,  bu  zaman  dəfələrlə 
«Bismillah» – deməyi də unutmazdılar. Türk dilinə, oğuz türklərinə 
mənsubluğunu yaşadan onlarla yer-yurd, dağ, dərə, çay, qala, kənd 
adlarını erməniləşdirən nankor qonşularımız indiki Ermənistan adla-
nan torpaqlarda türk izini yox edə bilməyəcəklər [71, s-32-36]. Zən-


 
 39
 
gəzur bölgəsində tariximizin ən qədim dövrlərini, türksoylu tayfala-
rın  bu  yerlərdə  mövcud  olduğunu  sübut  edən  onlarla  abidənin  bir 
çoxu indi məhv edilsə də, izi, adı tarixi, elmi ədəbiyyatlarda yaşayır 
[52, s.22-23]. 
Tariximizin, ədəbiyyatımızın, coğrafiyamızın möhtəşəm qay-
naqlarından biri olan  «Kitabi-Dədə Qorqud»dan bir deyim:  «Oğuz 
igidi Usun oğlu Əkrək dədə-baba, el  yolu,  yəni Gorus-Əngəlyurd-
Dərəşam yolu ilə üç gün-üç gecəyə yortaraq Əlincə qalaya çatdı....» 
[59, s.263]. 
Zəngəzurun baş kəndi Gorus – us, uş tayfasının qərargahı, ya-
şayış yeri, igid uslar yurdu» olması barədə də filoloji təhlillər vardır 
[140,  s.5].  Azərbaycan  tarixçisi  Moisey  Kalankatlı  «Alban  tarixi» 
əsərində yazırdı: «...Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gə-
lib Sünikdə məskən saldı». Qor – əski türkcəmizdə həm də igid, cə-
sur  adam  deməkdi.  Gorus  bəzi  mənbələrdə  Qorus  kimi  də  gedib. 
Zəngəzur ellərindən Qaf, Qazan köklü 40-dan çox toponim var. Si-
sianın adı ilkin yazılı mənbələrin əksəriyyətində «Sisakan»dır. Moi-
sey  Xorenatsi  «Erməni  tarixi»  əsərində  yazırdı:  «...Qoxtan  əhalisi 
Sisak nəslinin varisləridir». Qoxtan əhalisi Naxçıvan və Zəngəzurda 
məskunlaşmışdı. Sisakan toponimində həm də türk-oğuz mənşəli ar-
xaik söz daşlaşıb qalıb; «kan» – hündür dağ silsiləsi, dağlıq yer an-
lamında gen-bol işlənmişdir, yəni “Sisakan” Sisak nəslinin yaşadığı 
dağlıq yer” mənasındadır. Sisianda Şirikan adlı kənd də vardı. 
Müqayisə  üçün:  Balakən,  Beyləqan,  Abakan,  Balkan,  Alban 
dövlətinin vilayətləri Atropatakan, Vaspurakan, Varaşkan, Paytara-
kan, Mardpetakan və b. bu kimi toponimlər də bir qayda olaraq han-
sısa tayfanın, şəxsiyyətin yaşadığı yer mənasını verməkdədir. Zən-
gəzurun ən böyük şəhərləri Qafan – qaf türk etnosunun, Qacaran – 
qacar tayfalarının yurd yerləri olmuşdur, an – əski türkcəmizdə də 
cəmlik, çoxluq bildirir [140, s.5-6]. 
Gətirilən  bütün  faktlar  Zəngəzur  torpaqlarının  Azərbaycan 
türklərinin  qədim  yurdu  olduğuna  dəlalət  edir.  Səfəvilər  dövründə 
Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 
942 kvadratkilometr olmuşdur. 1587-1603-cü illəri əhatə edən I Os-


40 
manlı idarəçiliyi dövründə də Sisian nahiyəsi Naxçıvan sancağının 
inzibati ərazisinə daxil olmuşdur. Bu zaman Sisian Şərur qəzasının 
5 nahiyəsindən biri idi. Bu nahiyənin tərkibinə 31 kənd, 4 məzrə da-
xil  edilmişdi.  Nahiyənin  ərazisi  təqribi  hesablamalara  görə  1263 
kvadratkilometr olmuşdur. Sisian ərazisi XVIII əsrin əvvəllərinə aid 
sənədlərdə  də  məhz  Naxçıvanın  bir  nahiyəsi  kimi  göstərilmişdir. 
1727-ci  ilə  aid  “Naxçıvan  sancağının  müfəssəl  dəftəri”ndə  Naxçı-
van sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir 
ki, bunlardan biri də Sisiandır. Bu zaman yaşayış məntəqələrinin sa-
yına görə Sisian Dərələyəzdən sonra Naxçıvan sancağının ikinci ən 
böyük nahiyəsi idi. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin 
ərazisində mənbələrdə 41 kənd, 1 yaylağın adı çəkilir [106, s.3]. 
Digər bir mənbədə də təsdiq olunur ki, Sisakan, Sisqan, Sisa-
can, Syuni və s. kimi yer adları Sisyanın adıdır. Sis – qədim türk di-
lində “dağ üstü, meşəli kənd, yaşayış  yeri” deməkdir. Sak isə mə-
lum  türk  tayfalarının  adıdır.  Bu  diyarın  əzəli  sakinləri  hər  şeydən 
əvvəl saklar və onların törəmələri, uti, uz, qarqar, ud və başqaları ol-
muşlar.  Zəngəzur  bölgəsi  toponimlərinin  araşdırılması  ilə  birlikdə 
gəldiyimiz qənaətləri tarixi, filoloji faktlar da gücləndirir. Zəngəzu-
ru erməni torpağı elan edən erməni tarixçilərinin iddialarına rəğmən 
nə  Arsax,  nə  də  ki,  Sünik  heç  zaman  ermənilərə  mənsub  olmayıb 
[104, s.267]. 
Digər türk etnosları kimi, albanlar da azəri türklərinin soy-kö-
kündə duran etnosdur. Yəni bir çox ədəbiyyatlarda qeyd edilən ki-
mi, albanlar sonradan türkləşib indiki Azərbaycan türklərini  yarat-
mayıblar, əksinə o vaxtkı Alnbaniyanın əhalisini təşkil edən müxtə-
lif türkdilli tayfalar tədriclə yaxınlaşaraq, qaynayıb qovuşaraq Azər-
baycan  türklərinin  təşəkkül  tapmasına  səbəb  olmuşlar.  Başqa  hər 
hansı bir etnosun türkləşməsindən söhbət gedə bilməz, “Kitabi-Də-
də Qorqud”un baş qəhrəmanı Qazan xanın həm də “albanlar başı” 
rütbəsini daşıması da bu fikrin məntiqi sübutudur [104, s.355]. 
Azərbaycan xalqını bu torpaqlara gəlmə sayan dırnaqarası ta-
rixçilər  bu  məsələdə  tam  mənbəsizdirlər.  Ta  qədimdən  bu  ərazidə 
yerli türk etnosları məskunlaşmış, türk dillərində danışan digər tay-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə