55474
Ənvər Çingizoğlu
ŞUŞA ŞƏHƏRİ:
TƏBRİZLİ MƏHƏLLƏSİ
(Tarixi-genealoji tədqiqat)
-
№
35
'
BAKI -2012
Ç01 (2010)
Q ^ 1
Elmi redaktor: Qasım Hacıyev,
tarix elmləri doktoru
Redaktor:
Vasif Quliyev
Rəyçilər:
Nurlana Cavanşir,
tarix elmləri üzrə fəlsəfə doktoru,
Ədalət Tahirzadə,
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
Ə. Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi. Bakı, «Zərdabi
LTD» MMC, 2012.- 324 səh.
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu kitabı Azərbaycan
xalqının mədəniyyətində mühüm rol oynamış Şuşa şəhərinin ilk
məhəllələrindən biri olan Təbrizli məhəlləsindən və sakinlərinin yaşam
yolundan bəhs edir.
XVIII, XIX, X X yüzilliklərdə Təbrizli məhəlləsində baş verən
önəmli hadisələr, şəhərin iqtisadi, mədəni həyatı sənədlərlə, şahidlərin
bilgisi ilə qələmə alınaraq oxucuların önünə çıxarılıb.
Kitabda arxiv materiallarından istifadə edilməklə Təbrizli məhəl
ləsinin demoqrafik mənzərəsi, məhəllə sakinlərinin şəcərəsi yaradılıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
г 05005000000
Ç 0103-2012
© Müəllif hüquqları qorunur. Müəllifin icazəsi olmadan bu kitabı
və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır!
© Ə. Çingizoğlu, 2012
giriş
Şuşanın tarixi Azərbaycan tarixinin maraqlı və mənalı
dövrüdür. Bu şəhər yarandığı gündən mədəniyyət yolunda qol
döyüb, qələm çalıb. Bu mədəni şəhərin məhəllə tarixinə aid olan
bu kitabda nə görəcəyik?
Müəllif Şuşa şəhərinin böyük bir yaşayış sahəsi olan Təbrizli
məhəlləsinin tarixini, demoqrafiyasını, əhalinin geneologiyasını
arxivlərdə mühafizə olunan sənədlərlə işləmiş, ortalığa bitkin bir
əsər çıxarmışdır.
Şuşanın məhəllələrinin tədqiqində Təbrizli məhəlləsinin
xüsusi yeri var. Məlumdur ki, məhəllə tarixi yalnız müəyyən
inzibati-ərazi vahidlərində baş verən dəyişiklikləri deyil, həm də
həmin massivdə əhalinin, təsərrüfatın, ticarətin, sənətkarlığın
problemlərini təbii-coğrafi şərait və insan fəaliyyətinin göstərilən
sahələrinə siyasi hadisələrin təsiri baxımından tədqiq edir.
Beləliklə, sosial-iqtisadi həyatın demək olar ki, bütün sahələri
məhəllə tarixinin tədqiqat obyektinə çevrilə bilər.
Təbrizli məhəlləsinin tarixinə dair az-çox məlumatları
özündə əks etdirən mənbələrin bir qismini arxiv sənədləri, digər
qismini isə çap olunmuş mənbələr təşkil edir. Arxiv sənədləri
içərisində Azərbaycanın Rusiya tərəfindən işğalı dövründə rus
məmurları tərəfindən tərtib edilmiş kameral təsvirlərin xüsusi
əhəmiyyəti var. Materialların məzmunundan aydın olur ki, çar
Rusiyası Azərbaycanın iqtisadi cəhətdən mənimsənilməsini başa
çatdırmaq üçün onun ayrı-ayn bölgələrinin sərvətləri, əhalinin
milli və sosial tərkibi, kənd təsərrüfatının, sənətkarlığın, şəhərlərin
vəziyyəti haqqında müfəssəl məlumat toplamağa çalışmışdır.
Müəllif Təbrizli məhəlləsinin tarixini öyrənməkdən ötrü
XIX yüzildə Şuşaya dair Rusiyada nəşr edilən tarixi ədəbiyyatla
tanış olmuş, onlara tənqidi cəhətdən yanaşaraq bir sıra faktiki
materillardan faydalanmış, habelə bu günə qədər tarix elminə az
məlum olan yeni arxiv sənədlərini üzə çıxarmışdır.
3
XVIII əsrin ikinci yarısına aid yerli faktiki materiallara
gəldikdə cəsarətlə demək olar ki, belə tipli sənədlər yox
dərəcəsindədir. Məsələ burasındadır ki, XVIII əsrin ikinci
yansından başlayaraq Türkmənçay (1828) müqaviləsinə qədərki
dövrdə Qarabağ xanlığını Ağa Məhəmməd şah Qovanlı-Qacarm
işğalı, birinci (1804- 1813) və ikinci (1826-1828) rus-İran
müharibələri dövründə Qarabağ xanlığı ərazisinin müharibələr
meydanına çevrilməsi faktları xanlığın həm siyasi və həm də
təsərrüfat həyatına zərbə endirmişdi. Bu müharibələr məhsuldar
qüvvələrin zəifləməsinə, maddi mədəniyyət abidələrinin, o
cümlədən, yazılı mənbələrin məhv olunmasına gətirib-çıxarmışdı.
Belə vəziyyət Qarabağ xanlığına aid olan bir çox faktların üzə
çıxarılmasına çətinlik törədir.
Beləliklə, kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə Şuşa
şəhərinin məhəllə tarixinin araşdırılmasına təşəbbüs göstərilir.
Burda Şuşanın ərazisinin dəyişilməsində siyasi hadisələrin,
müharibələrin təsiri araşdırılır, ölkənin ərazi-inzibati bölgüsü və
onun dəyişdirilməsinin səbəbləri, sənətkarlığın coğrafiyası,
əhalinin etnik və sosial tərkibi, demoqrafik dəyişmələri ilk dəfə
olaraq məhəllə tarixi baxımından tədqiq edilir.
Mənbələrin verdikləri məlumatlara əsasən belə fikir
söyləmək olar ki, Təbrizli məhəlləsi Şuşa şəhərinin ən qədim
məhəllələrindən biridir.
Müəllif əsərin ərsəyə gəlməsində etdikləri maddi və mənəvi
yardımlara görə mühəndis-menecer Rauf Müqimova təşəkkürünü
bildirir.
Şəkillərin toplanmasında yaxın yardımına görə Ədalət
Tahirzadəyə və Vasif Quliyevə minnətdarlıq borcumuz var.
4
Məhəllənin tarixi
Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir.
Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni
məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi,
meydan quruldu.
Ümumiyyətlə,
Şuşanın bir şəhər kimi
formalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: birinci
mərhələ 1750-ci ildən başlayaraq çox qeyri-sabit şəraitdə 1763-cü
ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdı.
Bu dövrdə şəhərin şərq hissəsində 9 məhəllə salınmışdı.
İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806)
təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha
keyfiyyətli və möhtəşəm olmuşdu. Bu dövrdə şəhərdə yaşayış
məhəllələrinin sayı 17-yə çatmışdı. XIX yüzili əhatə edən üçüncü
mərhələdə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə
salınmış və əslində, bununla Şuşanın formalaşması başa çatmışdı.
Təbrizli məhəlləsi Şuşa şəhərinin ilk məhəllələrindən
biridir. Bu məhəllə sakinləri Təbrizdən Bayat qalasına, ordan
Şahbulağa, sonra isə Şuşa şəhərinə gəliblər. Bayat qalasına
gəlmələri haqqında tarixçi Mirzə Camal Qarabaği yazır: “Hələ
Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan)
ətraf xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və
qohumlarının, qulluqçu və yaxın adamlarının və (el) böyüklərinin
qorunması üçün ellərin arasında münasib bir yerdə qala tikilməsini
lazım bilmişdi. Məşvərətdən sonra indi Kəbirli mahalı içində olan
Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar
və xəndək qaynldı, bazar, hamam və məscid tikildi. Xan bütün
ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını ora topladı.
Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və
məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi
və sənətkarlan belə, öz ailələri ilə birlikdə gəlib, Bayat qalasında
yerləşdilər”. 1
İbrahimxəlil xan Cavanşir 1783-cü ildə və 1785-ci ildə
Təbriz xanlığına yürüş etmişdi. O da bu yürüşlərində Təbrizdən
xeyli ailə gətirib Təbrizli məhəlləsində yerləşdirmişdi. Həmin
5
Yüklə Dostları ilə paylaş: |