ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

 
 41
 
falar  da  biri-biri  ilə  qaynayıb-qarışmış,  Azərbaycan  türkləri  erkən 
dövrdən türk (prototürk, erkən türk) dilində danışmış və heç bir baş-
qa xalqdan dönməmişdir [104, s.358]. 
Azərbaycan  xalqının  etnogenezi  ilə  məşğul  olan  alimlərdən 
S.Əliyarovun fikrincə, türklərin Azərbaycan ərazisində olması haq-
qında "ən qədim dəlillər" həm də e.ə. I minilliyin mixi yazılarında 
olan turukki və turuxi etnik adları ilə təsdiq edilir. [104, s.356] 
 
 
1.3. Ümummilli lider Heydər Əliyev və Zəngəzur 
 
1969-1982-ci  və  1993-2003-cü  illərdə  –  33  il  Azərbaycana 
rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyev Naxçıvanda dünya-
ya gəlsə də, böyüyüb təhsil alsa da, həm ata, həm ana tərəfdən vali-
deynlərinin Zəngəzurda doğulub, yaşadığını, soy kökünün bu torpa-
ğa bağlılığını heç vaxt unutmamışdı [77]. 
Azərbaycan xalqının bu dahi oğlu, görkəmli siyasi xadim XX 
əsrin əvvəllərində erməni terrorçu dəstələrinin Zəngəzurda törətdiyi 
qətliamları  bütün  dəhşətləri  ilə  yaxşı  bilirdi.  Adını  daşıdığı  dayısı 
Heydər də Zəngəzurda erməni vəhşiliyinin qurbanı olmuşdu. Bu ba-
rədə mərhum Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva anası haqqında 
qələmə aldığı «Mənim anam» kitabındakı «Dayımız Heydər depor-
tasiya vaxtı öldü» bölümündə yazır: «Anam İzzət xanım 1895-ci il-
də  Qərbi  Azərbaycanın  Zəngəzur  mahalındakı  Comərdli  kəndində 
anadan  olub.  Bu  kənd  Zəngəzurun  bağ-bağatlı,  səfalı  guşəsi  olub, 
dağ kəndləri içərisində gözəlliyi ilə seçilirmiş. Kəndin özülünü ulu 
babam Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qardaşı 
Alagöz Məhəmməd. Anam İzzət xanım sayılıb-seçilən, böyük hör-
mət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir. Comərdli 
kəndində yaşayanların hamısı bizim tayfamız hesab olunur. Dağ qı-
zı olan anam elə dağ kimi də uca, əzəmətli, vüqarlı olub. Füsunkar 
gözəlliyi, qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənib. Ağır təbiət-
li, utancaq olduğu üçün babam onu çox sevərmiş. Ermənilərin Zən-
gəzur  torpağına  olan  təcavüzü  anamın  ömür  kitabında  gənclik 


42 
xatirələrinin ən acı səhifələridir. Öz torpağından  didərgin düşənlər 
Naxçıvanın  ətrafında  olan  kəndlərdə  -  Qazançı,  İşıqlar,  Cəhri  və 
Milax  kəndlərində  məskunlaşırlar.  Atam  Əlirza  və  anam  İzzət 
xanım  isə  Naxçıvana  gəlirlər.  Lakin  anamın  çəkdiyi  müsibətlərin 
hamısından  dəhşətlisi  Comərdlidən  qaçarkən  yolda  gördüyü 
mənzərə  olub.  Çox  sevdiyi,  gözəlliyi,  boy-buxunu  ilə  seçilən  23 
yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. Anamı qaçqın düşmək 
ağrısından  daha  çox  sevimli  qardaşının  ölümü  yandırırdı.  Düz  on 
beş  il  anam  bacı-qardaşlarının  sağ  olub-olmamasından  xəbər  tuta 
bilməyib. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona 
verirlər.  Özü  nəql  edirdi  ki,  qardaşlarımın  ətrini  yenicə  tapdığım 
övladlarından  alanda  elə  bil  dünyaya  təzədən  gəldim.  Məsmə, 
Səkinə, Rzaqulu, Humay...Onlar anam üçün artıq yoxluğa çevrilmiş 
bacı-qardaş tapıntısına bərabər sevinc idilər» [77]. 
Böyük siyasi xadim qəlbən, ruhən Zəngəzur ellərinə bağlı idi. 
Yazılarda,  xatirələrdə  bu  faktlar  dəfələrlə  qeyd  olunub  ki,  Heydər 
Əliyev hələ Naxçıvanda orta məktəbdə oxuyanda da tez-tez yay tə-
tillərində  Qarakilsəyə  (indiki  Sisiana)  gələr,  ata-baba  yurdları  Co-
mərdlidə, Urudda qalar, qohum-əqrəbaları ilə görüşər, bu yerləri qa-
rış-qarış gəzməkdən doymazdı. Bu kəndlərdə onun çoxlu uşaqlıq və 
gənclik  dostları  var  idi.  Bazarçayda  çimməyi,  hündürlükdən  suya 
baş vurmağı çox sevərmiş. Bu yerlərin hər qarışı, dərə-təpəsi, bula-
ğı, dağı, qayası, örüşü, kövşəni ona doğmaydı, əziz idi. Yaşlı adam-
lar həmişə danışardılar ki, müharibə illərində insanlar taxıl, çox işlə-
nən ərzaq məhsulları tapmaq sarıdan çox korluq çəkərdilər. Heydər 
Əliyev  hər  gəlişində  Sisian  camaatına  Naxçıvandan  dağarcıqlarda 
duz gətirərdi. O, dağlıq, sıldırımlı qayaları keçib çətin yollarla Nax-
çıvandan Qarakilsəyə olan məsafəni piyada gedib gələrdi. Çox təəs-
sübkeş və həssas idi. Neçə dəfə Naxçıvanda konsert proqramı hazır-
layıb  gəlib bu kəndlərdə camaata  göstərib, əhaliyə xoş ovqat bəxş 
etmişdi. Rəssamlıq qabiliyyəti olduğundan çoxunun rəsmini karan-
daşla çəkib xatirə kimi hədiyyə edərdi. Yerli cavanlarla xalq oyun-
ları hazırlayıb yarışlar keçirərdi. Elə bil bu yerin camaatının dərdini 
yüngülləşdirmək istəyirdi. Qarakilsəlilərin də gənc Heydər Əliyevə 


 
 43
 
sevgisi çox idi, hamı onun gələcəkdə böyük adam olacağına inanır-
dı. Dövlət xadimi Heydər Əliyev Bakıda müxtəlif vəzifələrdə çalış-
dığı illərdə də Zəngəzur camaatını unutmazdı [134, s.71-72]. Tez-
tez onların ağsaqqalları, ziyalıları ilə görüşər, məsləhətlərini verər, 
deyərdi ki, uşaqlar orta məktəbdə yaxşı oxusunlar, gənclər ayrı-ayrı 
yerlərdə  ali  təhsil  alsalar  da  mütləq  doğma  yurda  qayıtsınlar.  O, 
Zəngəzurun tarixinə, taleyinə dərindən bələd idi, mənfur qonşuları-
mızın daim pusquda durduğun bilirdi, ehtiyatlı olmağı tapşırar, istə-
yərdi ki, yurd yerlərimiz boşalmasın, soydaşlarımız o torpaqda ya-
şayıb daha dərin kök atsınlar. 1965-ci ildə ermənilər qondarma ge-
nosidin 50 illiyi ilə əlaqədar Qarakilsədə cəlladbaşı Andronikə abi-
də qoymaq istəyirmişlər. Müdrik insan Heydər Əliyev xəbər tutan 
kimi, böyük ustalıqla bu işə mane olub, daşnakların arzularını ürə-
yində  qoyub.  Elə  həmin  illərdə  İrəvanda  Ermənistan  KP  MK-nın 
plenumunda Azərbaycan, azərbaycanlılar haqqında təhqiramiz fikir-
lər səslənir, «Böyük Ermənistan» söhbəti aparılır, Azərbaycana qar-
şı  ərazi  iddiaları  qaldırılır.  Heydər  Əliyev  o  iclasda  iştirak  edən 
azərbaycanlılardan bu barədə xəbər tutan kimi məsələni təkidlə hə-
min vaxt SSRİ rəhbərliyi qarşısında qaldırır, onun prinsipial mövqe-
yi,  güclü  nüfuzu  sayəsində  Ermənistan  KP  MK-nın  birinci  katibi 
Koçinyan tutduğu vəzifədən azad edilir [112, s.25-26]. 
Sisyan rayonunun Şəki kəndində Novruz bayramı axşamı er-
mənilər özləri fitnə-fəsadla bir erməni «dığa»sını öldürüb, aranı qat-
maq istəyirlər, şərləyib bir neçə azərbaycanlının həbsinə nail olur-
lar, xeyli ailəni kənddən köçürməyə girişirlər. Respublikamızın rəh-
bəri Heydər Əliyevə məlumat çatanda nüfuzundan istifadə edib öz 
yardımını göstərir, haqsızlığa tuş  gəlmiş  şəkililərə kömək göstərir, 
təqib olunan ailələrin Bakının Saray kəndində yerləşməsinə yardım 
edir. Qarakilsə rayonunda orta məktəbi bitirənlər ali təhsil üçün Ba-
kıya gəlirdilər. Gəlib-getmək müşkül bir problem idi. Məhz Heydər 
Əliyevin birbaşa səyi ilə Bakı-Sisyan avtobus marşrutu açılmış, te-
lefon rabitəsi yaradılmışdı. Az sonra Bakı-Gorus təyyarə xətti də işə 
düşmüşdü: 45 dəqiqəlik uçuşdan sonra Qarakilsənin lap yaxınlığın-
dakı hava alanına çatmaq olurdu. Camaatın əziyyətlə qatarla Qafan, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə