ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

 
 55
 
Rusların törətdiyi Gəncə qətliamı, Sisianovun hədələri qarşı-
sında bərk qorxuya düşmüş Qarabağ hökmdarı İbrahim xan Sisiano-
vun arzusuna uyğun olaraq bu nümayəndələri dustaq etdi və ruslara 
öz sədaqətini nümayiş etdirdi. Rusiyaya tabe olmağın özü və təbəə-
ləri üçün hansı  nəticələrə gətirib çıxaracağını duya bilməyən  İbra-
himxəlil  xan  Sisianovun  ətəyindən  yapışmaq  siyasətindən  əl  çək-
mirdi. O bu yolla hakimiyyətini qoruyub saxlamaq ümidində idi, elə 
buna görə də  Qarabağ bəyləri içərisində hökmran olan antirus  əh-
val-ruhiyyəsi ilə hesablaşmaq istəmirdi. Gəncənin işğalından sonra 
rus  siyasətinin  –  Sisianovun  Qarabağla  bağlı  siyasətinin  məğzi  və 
formasında  çox  güclü  dəyişiklik  baş  verir:  hər  məktubda  İbrahim 
xan  təhqir  olunur,  ruslar  qaba  şəkildə  öz  tələblərinin  qeyd-şərtsiz 
qəbul  olunmasını  tələb  edirdilər.  Sisianovun  göndərdiyi  müqavilə 
layihəsi altı günlük müzakirələrdən sonra Qarabağın nüfuzlu bəyləri 
tərəfindən rədd olunsa da, get-gedə qətiyyətini daha çox itirən İbra-
himxəlil xan bu müqaviləni qəbul etmək qərarına gəldi və 1805-ci il 
mayın 14-də Gəncədən bir qədər aralıda, Sisianovun Kürəkçaydakı 
düşərgəsində  Qarabağ  xanlığının  Rusiya  təbəəliyinə  keçməsi  haq-
qında  məlum  müqaviləni  imzalayaraq  Qarabağın  bəxtinə  qara  bir 
dövr caladı. Qarabağla birlikdə Zəngəzur torpaqları da rusların əlinə 
keçdi [124, s.69-70]. 
Lakin xalq, Qarabağın qeyrətli oğulları qorxaq xanın bu addı-
mı  ilə  razılaşmaq  fikrində  deyildilər.  Bir  qədər  sonra,  1805-ci  ilin 
iyun ayında Xudafərindən bir qədər aralıda, Cəbrayıl bağları ətrafın-
da  Pirqulu  xan  Qacarın  qızılbaş  qoşunu  yerli  üsyançılarla  birlikdə 
rus və Qarabağ xanlığının qoşununu darmadağın edərək onları Şuşa 
qalasına çəkilib orada gizlənmək zorunda qoydu [124, s.71-72]. 
Taktiki  vəziyyət  rusların  zərərinə  olaraq  dəyişdi.  Qarabağ 
bəylərinin  xeyli  hissəsi,  hətta  alban  məlikliklərinin  bütün  kəndləri 
Qacar ordusunun tərkibində vuruşan Əbülfət xanın ətrafında birləşə-
rək rus işğalçıları və onların əlaltılarını Qarabağda çətin vəziyyətə 
saldılar.  Sisianovun  köməyə  göndərdiyi  polkovniklər  Koryagin  və 
Kotlyarevskinin çoxsaylı rus qoşunu da Əsgəran yaxınlığındakı şid-
dətli döyüşdə darmadağın edildi. Bunun ardınca Şahbulaq döyüşün-


56 
də də uduzan ruslar Gəncəyə qaçmalı oldular. Lakin Qacar koman-
danlığı növbəti səhvə yol verdi: Abbas Mirzənin qoşunlarının Ahıs-
ka-İrəvan bölgələrinə yönəlməsi mayor Sisianovun və Qarabağ xa-
nının oğlu Mehdiqulu ağanın Zəngəzur və Qafanı yenidən tutmala-
rına imkan yaratdı. Lakin Qarabağda hakim olan bu Cavanşirlər ai-
ləsinin belə cidd-cəhdləri rusları sakitləşdirmədi [122, s.194-195]. 
1806-cı ilin ortalarında Qarabağın əksər hissələri yenidən Qa-
carların  və  onların  qarabağlı  müttəfiqlərinin  əlinə  keçdiyi  bir  za-
manda İbrahimxəlil xanın bir sıra ailə üzvləri və bəzi yaxın adamla-
rı  ilə  birlikdə  Lisaneviçin  başçılıq  etdiyi  rus  əsgərləri  tərəfindən 
vəhşicəsinə qətlə yetirildilər. Bu olaylar işğalçıların vəziyyətini da-
ha da ağırlaşdırdı [122, s.194-195]. 
Bu dövrdə ruslara tam sədaqət nümayiş etdirmiş ağsaqqal xan 
və  onun  ailə  üzvlərinin  heç  bir  səbəb  olmadan  qətlə  yetirilmələri 
bölgədəki narazılığı son həddə çatdırdı. Hər yerdə itaətsizlik geniş 
miqyas aldı. Kütləvi çıxışların qarşısını almağa çalışan çar Rusiyası 
Tiflisdən Gəncəyədək bütün ərazi boyu keşikçi dəstələri yerləşdirdi. 
Lakin, ən qaynar nöqtə Qarabağ xanlığı olaraq qalırdı. 
Atasının  nahaq  qanını  ruslara  çox  asanlıqla  bağışlamış  yeni 
Qarabağ  hakimi  Mehdiqulu  xanın  cəhdlərinə  baxmayaraq,  burada 
əhali  sakitləşmək  bilmirdi.  Xanın  öldürülməsi  Qarabağ  bəylərinə 
üsyan üçün bir işarə oldu. Onlar öz elatı ilə birlikdə Əbülfət xana 
qoşuldular. Əsasən, xanlığın Rusiya tərəfindən tutulmasından sonra 
başlanan  və  artıq  qarşısı  alınmaz  olan  bu  proses  Qarabağın  əsas 
bəyləri sayılan İbrahim xanın qohumları Feyzi bəy və Mirzə Əli bə-
yin  Əbülfət  xana  qoşulması  ilə  kütləvi  xarakter  almışdı.  Nəticədə 
qüvvələr nisbəti Zəngəzurda qərar tutan Əbülfət xanın xeyrinə get-
dikcə dəyişirdi. Abbas Mirzənin başçılıq etdiyi qoşunların Ağoğlan-
da  möhkəmlənməsi  isə  Şuşadakı  rus  qarnizonunun  tezliklə  oranı 
tərk edəcəyinə tam yəqinlik yaradırdı. Çünki əks təqdirdə bu qarni-
zonun  xilası  tam  müşkül  bir  məsələyə  çevrilə  bilərdi  [122,  s.194-
195]. 
Buna baxmayaraq qüvvələrin qeyri-bərabərliyi özünü göstər-
di. Bu hadisədən çox keçməmiş general-mayor Nebolsinin başçılıq 


 
 57
 
etdiyi  qoşun  Əsgəran  ətrafında  göründü.  Mehdiqulu  xan  Qarabağ 
atlıları ilə qaladan çıxıb rus qoşunları ilə birləşdi. İyulun ortalarında 
baş verən döyüşdə  İran  qoşunları məğlub olaraq Arazın o tərəfinə 
çəkildi. İranlıların bu məğlubiyyəti rusların əl-qolunu açdı. Əbülfət 
xan rusların yeni kömək alaraq qələbə çaldığını eşidərək Naxçıvana 
doğru geri çəkilməyə başladı. Onları təqib etmək isə İbrahim xanın 
nəvəsi Cəfərqulu ağanın atlıları və məlik Cümşüdün 200 nəfərlik pi-
yadası  ilə  birlikdə  Lisaneviçin  batalyonuna  tapşırıldı  [214,  s.243]. 
Əbülfət xan da məğlub olaraq Qarabağı tərk etməyə məcbur oldu. 
İşğalçıların  Qarabağdan  çıxarılması  üçün  göstərilən  bütün  cəhdlər 
bir nəticə vermədi. İyulun axırlarında ruslar Qarabağda öz hakimiy-
yətlərini möhkəmləndirdilər. İşğalçıların say və silah üstünlüklərinə 
baxmayaraq, silahsız əhali üsyan etməkdə davam edirdi. Lakin üs-
yanlar eyni vaxtda deyil, müxtəlif vaxtlarda və müxtəlif ərazilərdə 
kortəbii  baş  verirdi.  Qarabağ  xanlığında  Əbülfət  xanın  təsiri  çox 
güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hü-
cum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı. 
Bütün  görülən  tədbirlərə  baxmayaraq,  Əbülfət  xanın  yaxınlaşması 
haqqında verilən hər xəbər əhali arasında ruh yüksəkliyinə və çax-
naşmaya səbəb olurdu. Bərgüşad, Mehri, Güney əhalisi ona tabe ol-
maqda davam edirdi [215, s.405]. İşğalçılarla və işğalla barışmaq is-
təməyən və onlara dərin nifrət bəsləyən Qarabağ əhalisi yadellilərin 
qaladan çıxmasını tələb edirdi. Bundan narahat olan məlik Cümşüd 
Qudoviçə  göndərdiyi  məktubunda  yazırdı:  «…buradakı  tatarlar  – 
azərbaycanlılar həmişə deyirlər ki, rus qoşunları qaladan çıxmalıdır, 
bu, erməniləri həyəcanlandırır və narahat edir… Əgər belə şey olsa, 
bütün erməniləri də yığıb Gürcüstana aparın» [178, s.604]. Rusiya-
nın bu xanlıq ərazisindəki qoşunların başçısı Kotlyarevski Qarabağı 
itaətdə  saxlamaq  üçün  bütün  Azərbaycan  kəndlərinin  hər  birindən 
bir neçə nüfuzlu ailəni qalada girov saxlamağı tövsiyə edirdi. Müs-
təmləkəçilərin amansızlığı, qabalığı, hədsiz-hüdudsuz özbaşınalıqla-
rı, hətta, Mehdiqulu xan kimi iradəsiz hakimi tərəddüdə salırdı. Ona 
o  qədər  də  etibar  etməyən  ruslar  tezliklə  Qarabağda,  o  cümlədən 
Zəngəzurda xeyli fəallaşdılar. 1810-cu ilin əvvəllərində rus işğalçı-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə