ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

44 
ya Naxçıvanda düşüb, ya Qubadlıya qədər avtobusla gəlib yenidən 
avtobusla  erməni  kəndlərindən  keçib  getməklə  öz  kəndlərinə  çat-
maq üçün 2 gün vaxt itirmələrinə son qoyulmuşdu [134, s.71-72]. 
L.İ.Brejnevin  ölkəyə  rəhbərlik  etdiyi  dövrdə  (1964-1982)  də 
ermənilər  dəfələrlə  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi 
məsələsini qaldırmışdılar. 1965-ci ildə ermənilər Dağlıq Qarabağın 
və  Naxçıvanın  Ermənistana  birləşdirilməsi  tələbi  ilə  45  min  imza 
toplayaraq Moskvaya göndərmişdilər. 1967-ci ildə Sov.İKP MK-nın 
katibliyi  xüsusi  qərar  qəbul  edərək,  Azərbaycan  və  Ermənistan 
rəhbərlərinə tapşırmışdı ki, Dağlıq Qarabağın statusuna dair təkliflər 
versinlər.  Ermənilərin  SSRİ  rəhbərliyinə  hər  bir  müraciəti  Dağlıq 
Qarabağda 
təxribatlarla 
və 
vəziyyətin 
süni 
surətdə 
gərginləşdirilməsi  ilə  müşayiət  olunurdu.  Onlar  bununla  demək 
istəyirdilər  ki,  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində  qalması 
mümkün deyil. l967-ci ildə Xankəndində üç azərbaycanlının üstünə 
benzin  tökərək  maşının  içində  yandırmışdılar.  Vəziyyətin 
gərginliyini  dərk  edən  respublika  rəhbərliyi  keçmiş  Azərbaycan 
SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun və Dövlət Təhlükə-
sizlik  Komitəsinin  sədri  Heydər  Əliyevin  rəhbərliyi  ilə  dövlət 
komissiyası təşkil edib Xankəndinə göndərmişdi. İki həftəyə qədər 
Xankəndində  qalan  dövlət  komissiyası  kəsərli  tədbirlər  görməyə 
məcbur  olmuşdu.  Dağlıq  Qarabağ  ermənilərini  Ermənistana, 
oradakı azərbaycanlıları Qarabağa köçürmək üçün təşkilati tədbirlər 
görülməyə başlanmışdı. Lakin Mərkəz ermənilərə sərf etməyən bu 
plana  yol  verməmişdi.  Heydər  Əliyev  Azərbaycan  KP  MK-nın 
birinci  katibi  olduğu  dövrdə  ermənilərin  bəhanəsini  kəsmək  üçün 
Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına xüsusi 
diqqət  yetirirdi.  Xankəndinə  dəmir  yolu  çəkilmiş,  vilayətin  əra-
zisində bir neçə fabrik və zavod işə salınmışdı. Xankəndində Azər-
baycan  və  rus  bölmələri  olan  pedaqoji  institut  yaradılmışdı.  Məhz 
Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  illərdə  DQMV-nin 
tarixində  ilk  dəfə  vilayət  təhlükəsizlik  idarəsinin  başçısı  qeyri-
erməni, yəni rus təyin edilmişdi. Vilayət deputatları Soveti sədrinin 
birinci  müavini  məhz  Heydər  Əliyevin  qətiyyəti  sayəsində  azər-


 
 45
 
baycanlı  təyin  edilmişdi.  1977-ci  ildə  yeni  –  üçüncü  SSRİ  Kons-
titusiyasının  qəbul  edilməsi  fürsətindən  istifadə  edən  ermənilər 
Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  məsələsini  bir  daha 
qaldırdılar. Ermənilərin növbəti separatçılıq cəhdini Heydər Əliyev 
belə şərh etmişdi: «Konstitusiya Komissiyası təyin olunmuşdu, səd-
ri Brejnev idi, biz də onun üzvü idik, mən də Azərbaycanın nüma-
yəndəsi idim. Vaxtaşırı komissiyanın müzakirələri keçirilirdi. Bun-
ları o vaxt Mərkəzi Komitənin katibi vardı – akademik Ponomaryov 
– o aparırdı. Brejnev o qədər iştirak etmirdi [134, s.73]. 
Bir  dəfə  Moskvaya,  komissiyanın  iclasına  gəldim  gördüm, 
xeyli ərizə gəlib ki, «Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çı-
xarıb Ermənistana vermək lazımdır». Gördüm ki, Ponomaryov de-
yir  bunu  komissiyanın  müzakirəsinə  qoymaq  lazımdır  –  ermənilər 
də ona təsir göstərirdilər [134, s.72]. 
Elə  bu  faktın  özü  ki,  komissiyanın  müzakirəsinə  buraxılsın, 
başa düşürsünüzmü, bu, nə deməkdir? Hələ komissiyanın iclasından 
bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox... Yenə 
də getdim rəhmətlik Brejnevin yanına. Ona dedim ki, bu nədir, belə 
şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çı-
xar onu. Bununla da ermənilərin cəhdi uğursuzluqla nəticələndi. 
Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən 
sonra  ermənilər  xeyli  fəallaşmışdılar.  Bir  tərəfdən  M.Qorbaçovun 
elan etdiyi «yenidənqurma» və «aşkarlıq» prinsipləri, digər tərəfdən 
onun  arvadı  Raisa  Qorbaçovanın  ermənilərin  təsiri  altında  olması 
Dağlıq Qarabağda erməni separatizminin yenidən qızışmasına şərait 
yaradırdı. 1988-ci ilin payızında ermənilər Dağlıq Qarabağın Ermə-
nistana birləşdirilməsi üçün 80 min imza ilə Kremlə müraciət etmiş-
dilər. 1988-ci ilin dekabrında ABŞ-dakı Erməni Milli Assambleyası 
«Birləşmiş Ermənistan» yaratmağı və Dağlıq Qarabağı, Naxçıvanı, 
habelə Gürcüstanın Ahalkələk bölgəsini Ermənistana birləşdirməyi 
özünün  strateji  məqsədi  elan  etmiş,  SSRİ-nin  müxtəlif 
instansiyalarına ermənilərin şikayət məktubları axmağa başlamışdı. 
Sonralar M.Qorbaçov yazmışdı ki, 1985-88-ci illərdə Sov.İKP 
MK-ya Dağlıq Qarabağda vəziyyətə dair təxminən 500 məktub gön-


46 
dərilibmiş. Anonim məktublar və saxta teleqramlar M.Qorbaçovun 
karına gəlirdi. Digər tərəfdən, M.Qorbaçovun ətrafında cəmləşən er-
mənilərin  sayı  günbəgün  artırdı.  M.Qorbaçovun  müşavirləri  və 
köməkçiləri  olan  Aqanbekyan,  Şahnazarov,  Brutens,  Sitaryan, 
Onikov və başqaları onu üzük qaşı kimi dövrəyə almışdılar. 1988-ci 
ilin noyabrında M.Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı 
erməni diasporunun nümayəndələri ilə görüşmüşdü [20]. 
Görüşün təşkilində həmin vaxt SSRİ-nin ABŞ-dakı səfiri Yuri 
Dubininin  xanımı  Liana  Zavenovna  Dubinina  (ata  adının  kimlərə 
məxsus olması hər şeyi deyir – H.A.) xüsusi canfəşanlıq göstərmiş-
di. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli 
hədiyyələr, o cümlədən üstündə «Arsax» sözü yazılmış 62 karatlıq 
brilyant boyunbağı, sırğa və s. bağışlamış, M.Qorbaçovdan Dağlıq 
Qarabağ ermənilərini müdafiə etməyi xahiş etmişdilər. Ardınca da 
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə ayağa qalx-
maq məqamının yetişdiyini bildirən vərəqələr yayılmağa başlamış-
dı.  Həmin  il  –  1988-ci  il  fevralın  20-də  DQMV  Xalq  Deputatları 
Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən sessiyasın-
da qərara alındı ki, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb, 
Ermənistanın  tərkibinə  daxil  edilməsinə  razılıq  verilsin. 
M.Qorbaçov  elə  güman  edirdi  ki,  «yenidənqurma»  pərdəsi  altında 
DQMV-nin  Ermənistana  birləşdirilməsinə  Azərbaycan  xalqını  razı 
sala biləcək. Lakin o, yanılırdı. Moskvada isə bu presedentin SSRİ-
nin dağılmasına gətirib çıxaracağını dərk edənlər kifayət qədər idi. 
1988-ci ilin fevralında Azərbaycanda erməni separatizminin qarşısı-
nın almaması üçün təsirli tədbirlərin görülməməsi Dağlıq Qarabağ 
və Zəngəzurda ağır faciələrə yol açdı [110, s.86-87]. Böyük dövlət 
adamı Heydər Əliyev 1987-ci ildə SSRİ Nazirlər Soveti sədrinin 1-
ci  müavini  vəzifəsindən  və  Siyasi  Bürodan  uzaqlaşdırılan  kimi 
Moskvadakı və xarici dövlətlərdəki erməni lobbisinin ssenarisi əsa-
sında  süni  surətdə  ortaya  atılan  Dağlıq  Qarabağ  problemi  yenidən 
aktuallaşdırıldı, sanki ermənilərin qırışığı  yenidən açıldı, canlarına 
hərəkətlilik gəldi, köhnə azarları yenidən qalxdı. Ağanbekyanların, 
zoribalayanların, kaputikyanların, avanesovların  dilləri açıldı, anti-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə