17
ğım məsləhətdi. Ardınca əlavə elədi ki, olan-qalanımı cəmləyib
bir həftəyə neyləyə biləcəyimi deyərəm, bəlkə elə Meydanda
qumaş dükanı açdım, tanış çarvadarlar Təbrizdən, Gəncədən,
Bərdədən qumaş gətirirlər, satıb külfətimizi dolandıraram. Üzü-
nü görməsəm də, anam, yəqin, azacıq rahatlanmışdı, bir qədər
toxtaq səslə, Allah ağzından eşitsin, dedi, bu vaxt geri dönəndə
nəzərləri qapının arasından mənə sataşdı. Sonrakı dörd gündə
anamı dəfələrlə görsəm də, nədənsə yadımda eləcə, yarıaçıq qa-
pının arasından baxdığı görkəmdə qalıb. Ardınca eyvana çıxdı,
örpəyini düzəldib gözlərini gizləyə-gizləyə ağartısatanın gəlib-
gəlmədiyini soruşdu, özü də aşağı boylandı.
13. Sonrakı dörd gündən yadımda açıq-aydın bir əhvalat qal-
mayıb, yaddaşıma hopan ancaq həmin anlaşılmaz duyğuyla bağ-
lıydı. Atam hər gün Meydana enib tanış-bilişlə görüşür, fikrində
tutduğunu gerçəkləşdirməyə çalışırdı. Qardaşımla axundun ya-
nından qayıdandan sonra eyvandakı balaca taxtda oturub yaz-
dığımızı oxuyub-əzbərləyir, arabir Görgü ağanın külafirəngisinə
baxırdıq. Davidlə Ketino günün dəqiq vaxtlarında görünürdülər,
mürəbbiyələri də mütləq yanlarında olur, tez-tez anlamadığımız
firəng dilində onlara nəsə deyirdi. Qalan vaxtlar qulluqçu qadın
Dariya görünür, xalça-palaz çırpırdı. Gündə bir neçə dəfə də
tanış kintoların evə meyvə, ağartı, çərəz, çörək gətirdiklərini gö-
rürdük. O tutqun günlərin ağırlığı, elə bil, canımıza hopmuşdu,
nə Meydana enməyə həvəsimiz vardı, nə də Mələyin oxuduqları-
mız barədə suallarına cavab verməyə. Eləcə taxtın üstündən Şah
Abbas məscidinin ayparalı minarəsinə, Narınqalanın bəzi yerləri
uçmuş divarlarına, çayın bulanıq suyuna, Hallavar yoluna, Metex
qalasına baxır, axşamın düşməyini gözləyirdik. Elə bil nəsə ağır
bir şey duyğularımıza çökür, şəffaf olduğu qədər də qatı hava
evimizin havasına qarışırdı. Anam da işi olmayanda əlini qoy-
nuna qoyub eyvandan aşağı baxırdı, bir neçə kərə qorxu içində
əllərini qoynundan çəkib qoymağa yer tapmadığını sezmişdim.
Atam özünü dik saxlamağa çalışsa da, oturaq həyatın ona nə
qədər ağır başa gəldiyini duyurdum. Əlbəttə, o məqamlarla bağ-
lı təfərrüatları sonralar Görgü ağanın himayəsində olanda da,
firəng macəraçısına qoşulub Firəngistana gedəndə də, pansion
deyilən yerdə ömrümün on ilini keçirəndə də, yolları əriş-arğac
18
eləyəndə də dönə-dönə yaşayıb, hətta xırda-para qeydlər apar-
mışdım, ona görə belə, az-çox yerli-yataqlı danışıram.
14. O məşum gecədə yerimdən dik atılanda əvvəl elə bildim,
göy guruldayır. Sonra atamın “Namərdlər!” bağırdığını eşitdim.
Ardınca pəncərəmiz işıqlandı, deyəsən, alova oxşayırdı. Bir an
sonra anamın fəryadını eşitdik. Qəriblə Mələk qorxudan qıc ol-
muş halda yerə çökmüşdülər, aradabir boğuq iniltiləri gəlirdi.
Necə qaçıb eyvana çıxdığım yadımda deyil. Atamı pilləkənin
üstünə yıxılmış gördüm, anam da onu qucaqlayıb qaldırmağa
çalışa-çalışa fəryad qoparırdı. Aşağıda iki nəfər dayanmışdı, cu-
mub anamın qollarından yapışdılar, həmin anda birinin bağırtısı
eşidildi, görünür, zavallı anam o qansızın əlindən qurtulmaq
üçün əlini dişləmişdi. O biri qulaylanıb xəncəri anamın kürəyinə
saplayanda get-gedə böyüyən yanğının ziyasında çaqqal kimi pa-
rıldayan gözlərini, sağ qulağının yerinə bağlı əski parçasını gör-
düm. Bilmirəm, niyə özümü anamın üstünə atmadım, sonralar
ağlım kəsəndə özümə bu sualı çox verdim, amma dəqiq cavab
tapa bilmədim, görünür, əsl səbəb həmin məqamda hisslərimin
qıc olmasıyla bağlıydı. Qulağıkəsik xəncəri geri çəkəndə məni
gördü, çaqqal sifətindən ürəkbulandıran həzz dalğası keçdi. O
pilləkənə cumanda mən eyvandan aşırılıb dirəklə aşağı sürüş-
düm, pilləkənin arxa tərəfindəki çəlləyin dalına sindim. Bir an
sonra bacımın bədəni başımın üstündən keçib bir neçə addım-
lıqdakı uçurumda yox oldu. Sonra eyvanda qardaşımın qısa qış-
qırtısını eşitdim. Ardınca ayaq səsləri gəldi, Görgü ağanın evi
tərəfdən səs-küy eşidildi, evimizi söndürməyə çalışan adamların
harayı qaçanların dalınca düşənlərin bağırtılarına qarışdı. Başı-
mın üstündə eyvanın döşəməsi od tutanda yerimdən tərpəndim.
Bu vaxt qolumdan kimsə yapışdı. Əl sahibinin Görgü ağa ol-
duğunu dərhal anışdıra bilmədim. Sonralar fikirləşdim ki, görü-
nür, Allah adama istədiyi adamları yox, ehtiyacı olan adamları verir;
o adamlar sizi sevir, həyatın dolanbaclarından keçirir, ömür yolunu
müəyyənləşdirirlər...
19
III
ALLAHIN HİFZİ
Bu bəlanı mənə Allah özü göndərdi, fəqət,
Özü də hifz eləyər, etsə bəladan, əlbət.
Musa ŞƏHƏVAT
(VIII yüzil)
15. Görgü ağanın hələ gözəlliyini, dəbdəbəsini duya bilmə-
diyim böyük salonunda buxarının qabağına uzadılanda, Rusudan
xanımın qulluqçu Dariyaya öz dilimizdə «su gətir, tifil yaman
qorxub» deyəndə fərqinə vardım ki, yatağımdan dik atılandan
indiyəcən nə qışqırmışam, nə ağlamışam, eləcə qax-qurut olub
qalmışam. Bu müddət nə qədər çəkmişdi, bir namaz vaxtı boy-
damı, axundun dərsi qədərmi, bilmirəm, hisslərim qıc olmuşdu,
gözlərimin qabağındakıları tanıyırdım, amma dərk eləmirdim,
dediklərini eşidirdim, bununla belə, mənə aid olduğunu tam
qavramırdım. Artıq ikigözlü yarıtaxta evimiz tamam yanandan,
Görgü ağa qayıdandan sonra nələr baş verdiyi aydın oldu. Gör-
gü ağa yatdığımı zənn eləyib yarıpıçıltıyla arvadına, yəqin, bir
də qulluqçuya deyirdi, xatakarlar iki nəfərmiş, rəhmətliklə (bu
şübhəsiz, atama aiddi) çəkişmələri varmış, qaçıb aradan çıxdılar;
sonra əlavə elədi ki, meyitləri (bunlar da anama, qardaşıma, bacıma
aiddi) məscidə göndərtdim, sabah günorta namazından sonra
müsəlman qəbiristanlığında dəfn eləyirik. Bəs bu tifil nolacaq,
Dariya soruşdu, Görgü ağa da dedi, bir çarə taparıq, yaxın qo-
humu-filanı olmasa, elə bilərəm, üç övladım var, qalar burda.
Sonra Rusudan xanım Dariyaya dedi, sən uşağın yanında yat,
gecə oyanıb qorxar. Az sonra Dariyanın nəfəsini boynumda hiss
eləyəndə gözlərimin çeşməsi qaynadı-qaynadı, üzüaşağı axdı,
amma səsim çıxmadı. Dariya nəsə duyub elə qaranlıqdaca əlini
yanağıma çəkdi, sonra başımı sinəsinə sıxdı, deyəsən, mənim
müsibətimə o da ağlayırdı. Amma hələ tamam anlamadığım bir
Dostları ilə paylaş: |