Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə3/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   2   3   4   5   6   7   8   9   ...   179

11

görəcəksən,  ya  yox;  deyirdi,  savad  öyrənərsən,  ya  mirzə  olub 

baban  kimi  rahat  yaşayarsan,  ya  da  sarayda  mustoufi  olub  pul-

para  hesablayarsan.  Atamın  arzusuna  onun  yoxluğunda  əməl 

elədim,  saraylarda  yaşadım,  amma  pul-para  yox,  söz  hesabıyla 

məşğul  oldum.

6.  Həftədə  bir  dəfə  anamla  Şeytanbazar  meydanındakı  Sərin 

hamama  enirdik.  Anam  fitə  sərib  bizi  kisələyir,  sabunlayır,  çir-

kimizi-pasımızı  tökür,  sonra  özüylə  məşğul  olurdu.  Biz  də  ha-

mamın divarlarından qaynaya-qaynaya hovuza tökülən kükürdlü 

suya,  lampaların  zəif  işıqlandırdığı  salona,  taxtların  üstündə  uza-

nıb saçlarını, dırnaqlarını boyadan, üzlərinə ənlik-kirşan çəkdirən 

qadınlara,  bir-birinə  su  atıb  zarafatlaşan  qız-gəlinə  baxırdıq.  Biz 

ancaq  üçtağlı  salondakı  ilıq  sulu  hovuzda  çimirdik,  böyüklər 

qaynar  sulu  axırıncı  salona  keçirdilər.  Hamamdan  çıxandan 

sonra  canımızdakı  kükürd  qoxusu,  az  qala,  növbəti  həftəyəcən 

çəkilib  getmirdi.  Qardaşım  beş  yaşına  keçəndə  qadın  hamamın-

da  çimməkdən  məhrum  oldu,  mən  də  elə  o  yaşda  eyni  aqibətlə 

üzləşdim,  daha  bizi  atam  evdə  olduğu  günlərdə  şəhər  məliyi 

Eynalı  bəyin  təzəcə  tikdirdiyi  hamama  aparırdı,  onun  səfəri  çox 

çəkəndəsə,  anam  su  qızdırıb  evdəcə  çimizdirirdi.  Bəzən  də  əli 

gətirəndə  atam  bizi  gəzməyə  aparırdı.  İki  dəfə  Qarpız  meyda-

nında  qoç  döyüşünə,  bir  dəfə  xoruz  döyüşünə,  bir  neçə  dəfə  də 

ilan  və  meymun  oynadanlara  tamaşa  elədiyim  yadımdadı.  Bir 

dəfə də iki dəstənin bir-birinə xəncər çəkdiyini gördük: nə üstəsə 

sözləri  çəp  gəlmişdi.  Amma  ağaya  oxşayan  bazburudlu  bir  nəfər 

iki  tərəfi  də  sakitləşdirdi,  bununla  belə,  basılan  qoçun  yiyəsi  bir 

göz  qırpımında  heyvanını  yıxıb  xəncəri  boğazına  çəkdi:  «Cama-



atın  içində  papağımı  yerə  soxan  qoç  mənə  lazım  deyil!»  –  bunu  elə 

qəzəblə  elədi  ki,  qorxumdan  qıçlarım  tutuldu.  Bir  dəfə  də  çarın 

doğum  günündə  Çar  bağına  getməyimiz  yadımdadı:  bağdakı 

gözəl  ağaclar,  qalaya  doğru  qalxan  pilləkən,  bir  də  al-əlvan  ge-

yinmiş  adamlar  gözümün  qabağındadı.

7.  Yeddiyaşlı  uşağın  yadında  atalı-analı  günlərdən  daha  nə 

qala  bilər?!.  Qonşumuz  çərkəz  Şamilin  təkbətək  döyüşdə  kürd 

Memonu  qanına  qəltan  elədiyi  yadımdadı;  erməni  Mamikonun 

evdə  arvadını  yad  kişiylə  tutub  hönkür-hönkür  ağladığı  yadım-

dadı,  gürcü  İvanenin  evinin  yanması  yadımdadı,  mən  doğulan-




12

dan  bir  il  qabaq  Tiflisə  firəng  səyyahın  gəlməsi  barədə  danışı-

lanlar  (deyirdilər,  yaxşı  şəkil  də  çəkirmiş)  yadımdadı,  fars  Mehranın 

türk  qızı  Səlmanın  dərdindən  dəli-divanə  olub  özünü  Kürə  at-

ması  yadımdadı,  bir  il  bərk  qıtlıq  olub  yaza  çətinliklə  çıxmağı-

mız  yadımdadı  –  amma  bütün  bunların  təfərrüatlarına  varmaq 

niyyətində deyiləm, qorxuram ömür möhlətim tükənər, söyləmək 

istədiklərim  yarımçıq  qalar.  Bununla  belə,  anamın  əndişələrini 

yenə  xatırlatmalıyam:  ərinin  səfərlərə  çıxması  onu  heç  açmırdı, 

neçə  dəfə  eşitmişdim,  atama  deyirdi,  əlindəkini-ovcundakını  yı-

ğışdır,  elə  meydandanca  dükan  al,  həm  külfətinə  yaxın  olarsan, 

həm də ayağın yollardan çəkilər; atam da gülüb deyirdi, a sərrac 

qızı,  bu  bir  azardı  ki,  hələm-hələm  canımdan  çıxmaz,  Allah  ya-

zan  qisməti  bəndə  dəyişdirə  bilməz,  alnımıza  nə  yazılıbsa,  o  da  olacaq. 

Anam  gözlərinin  yaşını  axıdanda  atam  ona  ürək-dirək  verirdi, 

Sonam,  deyirdi,  Allaha  sığın,  o  gözəgörünməz  məsləhət  görübsə, 

dünyanın  odu,  seli,  tufanı  heç  nə  eləməz.  Amma  Sonası  özünə 

rahatlıq  tapmırdı,  qar  yağanda,  yağış  tökəndə,  gün  şaxıyanda 

eyvanın  bir  küncündə  oturub  gözlərini  yollardan  çəkmirdi.  Ağ-

ladığını  da  görürdüm,  amma  bizim  yanımızda  üzə  vurmamağa 

çalışırdı.  Bəzən  gecələr  yatağından  dik  qalxıb  səksəkə  içində 

bayırı  dinşədiyinin  də  şahidi  olmuşdum. 

  Bu  həqiqətmiş  ki,  yalnız  bir  şeyi  itirəndən  sonra  qədrini  bilməyə 



başlayırıq,  nəyəsə  gecikəndə  tələsirik,  yalnız  ölümü  görəndə  yaşamağı 

öyrənirik... 


13

II

DÖRD  GÜN  ƏVVƏLİN  YUXUSU



Yuxuyozan  duşunda  əlini  Günəşə  uzadıb 

dörd  yuxa  alan  adama  deyir:

–  Get  vəsiyyətini  elə,  ölümünə  dörd 

gündən  çox  qalmayıb.

–  Bunu  nədən  bildin?  –  kişi  soruşur.

–  Haqq-taala  kəlamından  dörd  yuxa  almağın

  ömründən  cəmi  dörd  gün  qalmasıdı.

  Əbülfəzl  Hübeyş  TİFLİSİ, 

«Kamili  -təbir» (XII  yüzil)

8. Yeddi yaşım tamam olub qardaşımla axund yanına gedəndə 

bəlkə  də  dünyanın  ən  xoşbəxti  olmuşdum.  Atamla  namaza  dur-

maq  bir  yana,  Axund  Səməndərdən  yazıb-oxumağı  öyrənmək 

məndən  ötrü  yeni  bir  aləmin  qapısını  açmağıydı.  Yadımdadı 

ki,  hərfləri  tanıyanda,  höccələyə-höccələyə  oxuyanda,  hesablama-

ğı  öyrənəndə  qardaşımın  köməyilə  doğum  tariximi  təxmini  də 

olsa  dəqiqləşdirdim:  əgər  bizim,  az  qala,  yarım  günlük  haqq-

hesabımızın,  höcətləşib-dalaşmağımızın,  barışıb-razılaşmağımızın 

nəticəsinə inansaq, həm də Axund Səməndərin dəqiqləşdirməsini 

qəbul eləsək (dediyinə görə, firəng səyyahı Pyer dö Şardənin gəlişindən 

bir  il  sonraya  düşür,  o  hicri  1085-ci  ildə  gəlibmiş),  hicri  1086-cı  il 

Novruz  bayramına  on  gün  qalmış,  yəni  yazın  əvvəlində  do-

ğulmuşdum.  Yaxşı  ki,  sonralar  Firəngistanda  milad  hesabını 

öyrənəndə  bunun  təxmini  də  olsa,  1673-cü  il  mart  ayının  onuna 

uyğun  gəldiyini  hesablayıb  yadımda  saxladım.  Axundun  yanına 

yeddi yaşıma bir-iki ay qalmış getmişdim, atam bunu elm-mərifət 

öyrənməyə  marağımla  izah  eləyib,  səxavət  kisəsindən  bir  abbası 

vermişdi,  qardaşımla  özümüzü  dərhal  şirniyyat  dükanına  salmış-

dıq.  Anam  gözəl  bir  darbalaq  tikib,  dağarcıq  tədarük  eləmişdi, 

həmin  dağarcığa  mürəkkəb-qələmimi,  kağızlarımı  qoymalıydım. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə