Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə9/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   5   6   7   8   9   10   11   12   ...   179

29

bir  çay  keçir,  amma  havası  o  qədər  də  xoşəgələn  deyil,  Bu-

lon  meşəsi  olmasa,  yaşamaq  çətinləşər.  Geri  qayıdanda  yaraq-

əsləhə  dükanının  qənşərində  dayandı,  xeyli  qılınclara,  xəncərlərə, 

qəmələrə  baxdı,  birini  almaq  istəyirdi,  amma  nədənsə  fikrindən 

daşındı.  Dükandan  aralananda  qəfildən  ayaq  saxlayıb  üzümə 

baxdı,  dedi,  bura  bax,  dostum,  niyə  Parisə  oxumağa  getməyəsən, 

bəlkə  mən  müsyö  Qriqolla  danışım?  Ayaqlarım  yerə  yapışdı, 

deyəsən,  həyəcanımdan  dilim-dodağım  təpimişdi.

27. Bir neçə kəlmə söz bütün düşüncələrimi elə alt-üst eləmişdi 

ki,  axşam  düşüb,  Görgü  ağa  qulluqdan  qayıdanacan  özümə 

yer  tapa  bilmədim.  Nədənsə  ağlıma  evimizin  xarabalığına  baş 

çəkmək  düşdü.  Qaralmış  dirəklərin  ikisinin  yağışdan-küləkdən 

yıxıldığını  indi  gördüm.  Az  qala,  daşlaşmış  kösövlərin  arasın-

dan  yaz  otları  fışqırıb  qalxmışdı.  Gözümə  anamın  yarıyanmış 

bir  tay  başmağı  sataşdı,  götürüb  tozdan-hisdən  təmizlədim,  göz 

yaşlarımı  saxlaya  bilmədim.  Hücrəmdə  başmağı  təmiz  parçaya 

büküb  yastığımın  altına  qoydum:  əgər  burdan  getsəydim,  mənə 

doğmalarımı  xatırladan  bir  şey  kimi  özümlə  aparacaqdım.  Bütün 

bunları  fikirləşsəm  də  qulağım  üst  qatdan  gələn  səslərdəydi, 

güman  ki,  elə  bu  məqamda  taleyim  həll  olunurdu,  gələcəyim 

Görgü  ağanın  bircə  kəlməsindən  asılıydı.  Amma  yuxarıdan  uzun 

müddət  səs  çıxmadı,  yalnız  intizardan  süst  düşüb  yatağa  uzan-

maq  istəyəndə  pilləkəndə  addım  səsləri  eşitdim,  kürəyimdən 

anlaşılmaz gizilti keçdi. Dariya xala dedi, ağa səni çağırır, səsinin 

titrəməsindən  də  kefsiz  olduğunu  duydum.  Görgü  ağa,  müsyö 

Jozef,  madam  Qrenyö  və  David  salonda  oturmuşdular,  salam-

kalamdan  sonra  ağa  dedi,  oğlum,  bilirsən  ki,  səni  bu  vaxtacan 

öz  balalarımdan  ayırmamışam,  sən  də  özünü  layiqli  övlad  kimi 

göstəribsən.  İndi  müsyö  Qrenyö  səni  Davidlə  Parisə  aparmaq 

istəyir,  həm  oxuyarsınız,  həm  də  bir-birinizə  göz  olarsınız,  nə 

deyirsən?  O  məqamda  soyuq  başla  düşünüb-daşınmaq,  əlbəttə, 

möhkəm  iradə  istəyirdi,  mənsə  ancaq  bunu  deyə  bildim:  «Ağam, 

siz  nə  məsləhət  bilsəniz,  qəbulumdu».  Vəssalam,  hər  şey  bitdi. 

Sonra  müsyö  Qrenyö  əlini  kürəyimə  vurdu,  onda  hazırlaş,  dedi, 

üç-dörd  gündən  sonra  yola  çıxacağıq,  gəmiyə  yetişməliyik».  Ma-

dam  Qrenyö  və  Davidsə  gülümsəyib  başlarını  tərpətdilər.

28.  Aşağı  enəndə  Dariya  xalanı  oturub  ağlayan  gördüm:  as-



30

ta-asta  başını  yırğalayır,  göz  yaşları  yanaqlarından  axır,  lampa 

işığında  sirli  yola  oxşayırdı.  Bu  yeddi  ildə  mehrini  yetim  oğlana 

salmış  dərdli  qadını  mən  gedəndən  sonra  üzləşəcəyi  təklik  ağla-

dırdı.  Boynuma  alıram,  bəlkə  onun  mehri  olmasaydı,  ailəmizin 

fəlakətini  belə  dözümlə  qarşılaya  bilməzdim.  Boynunu  qucaqla-

dım,  dedim,  ömürlük  Firəngistanda  qalmaq  fikrim  yoxdu,  oxu-

yub  qayıdaram,  bir  qulluğa  girərəm,  ev  tikdirərəm,  evlənərəm, 

yaşayarıq.  Dariya  xala  gümüş  qolbağını  ovcuma  basdı,  dedi, 

yanında  məni  xatırlamağa  bir  şey  olsun,  sonra  özündən  aralayıb 

üzümə  xeyli  baxdı,  yenə  həmin  sözünü  dedi:  «Səni  yol  çəkir, 

oğul…»  Bəlkə  də  düz  deyirdi,  nəslimiz  çarvadar  olmasaydı,  yol-

ları  əriş-arğac  eləməsəydi,  səfərə  çıxmaq  sevdasına  düşərdimmi, 

bilmirəm.  Amma  o  nəsildə  mirzə  də  olmuşdu,  səfərlərə  çıxmasa 

da,  yazı-pozu  adamı  kimi  tanınmışdı,  deməli,  mənim  səfərə  çı-

xıb  yazı-pozuya  baş  qoşmağım  heç  də  Allahın  təsadüfi  deyildi, 

bəlkə də zərurətiydi. Bu zərurət qarşısında Görgü ağa da, müsyö 

Jozef  də,  Dariya  xala  da,  elə  mən  özüm  də  gücsüzdük,  taleyə 

yazılanı  silə  bilməzdik.  Bu  həqiqəti  gərək  Züleyxa  da  anlayaydı, 

əgər qəlbində vardımsa, gərək səbirlə oturub yolumu gözləyəydi. 

Amma  bu  səbir  məsələsini  ona  necə  anladacaqdım,  bunu  heç 

cür  kəsdirə  bilmirdim.  Şübhəsiz,  yolqabağı  Ruxsara  xalayla  vi-

dalaşmağa  getməliydim,  elə  o  vaxt  da  Züleyxanı  görməliydim, 

qalanı  Allahın  məsləhətindən  asılıydı.  Yəqin,  xəbəri  eşidəndə 

münasibətini  bir  cür  bildirəcəkdi.  On  dörd  yaşında  olasan, 

qəfildən  qarşına  uzaq,  naməlum,  macəralar  vəd  eləyən  bir  yol 

çıxa, bu fürsətdən boyun qaçırarsınızmı? Mən qaçıra bilmədim, o 

gecə  də  yarıyuxulu  dənizlər  keçdim,  yollar  yordum,  ağlagəlməz 

təhlükələri  aradan  qaldırıb  mənzilbaşına  çatdım.  Onda  elə  bi-

lirdim,  bütün  yollar  Romaya  apardığı  kimi,  Parisdən  də  ancaq 

Tiflisə  qayıda  bilərəm.  Amma  sonralar  başa  düşdüm  ki,  ola  bil-



sin,  hər  bir  adamın  həyatında  elə  bir  kəs  peyda  olur  ki,  bundan  sonra 

dəyişməyə  məhkumdu;  bu  dəyişikliyin  mahiyyəti  birmənalı  olmasa  da, 

daha  əvvəlki  adam  olmayacağını  dərk  eləyir... 


31

V

YOL  VƏ  QƏMLİ  GÖZLƏRİN  HEKAYƏTİ



O  qəmlər  ki,  mənim  var,  dağları  da  parçalar,

Amma  bir  bax  səbrimə,  dost-düşmən  də  əl  çalar.

Eyn-əl-Qüzat  MİYANƏÇİ

(XII  yüzil)

29.  Tale  çox  şıltaq  şeydi:  bəzən  başımıza  ağlagəlməz  oyunlar  açır, 



bəzən  də  buraxdığımız  səhvləri  düzəltmək,  həyatımızı  yaxşılığa  doğru 

dəyişmək  üçün  şərait  yaradır,  bəzən  də  heç  gözləmədiyimiz  şahanə 

bəxşiş  verir.  Mənim  Parisə  getməyim  də  belə  bir  tale  bəxşişiydi.  

gedişi  yerli-yataqlı  danışsam,  çox  uzun  çəkər:  hər  halda,  on 

dörd  yaşındaydım,  üstəlik  də  sonralar  bəzi  şeyləri  kağıza  köçü-

rüb  dönə-dönə  oxumuşdum.  Yəqin,  sövqi-təbiiylə  nəsə  yazmaq 

istəyirdim,  amma  o  kağızlarım  olan  sandığı  aclıq  ilində  İsfahana 

qaçan  vaxt  itirdim.  Xülasə  kimi,  Ruxsara  xalagilə,  daha  doğrusu, 

Züleyxayla  vidalaşmağa  getmədiyimi  deyim:  Züleyxanın  baxışla-

rındakı  töhməti  görüb  sına  biləcəyimdən  qorxurdum,  ola  bilsin, 

Dariya  xalaya  dedim,  olub-keçəni  yetirsin  Rübabə  xalaya,  qalanı 

qismətdən  asılıydı.  Dariya  xalayla  halal-hümbət  eləməyimiz  ağır 

olmadı,  artıq  taleyilə  barışmış,  üç  gün  ərzində  gizli-gizli  ağlayıb 

toxtamışdı.  Davidin  vidalaşmağa  gələn  qohumları  seyrələndən 

sonra  Görgü  ağadan  və  Rusudan  xanımdan  halallıq  istədim,  Ke-

tinoya  xoşbəxtlik  dilədim.  Görgü  ağa  bizi  Batum  limanına  apar-

maq  üçün  ikiatlı,  dördçarxlı,  üstüörtülü  araba  sifariş  eləmişdi, 

özü  yanında  iki  atlıyla  şəhərdən  çıxanacan  ötürdü,  atlıların  biri 

də  bizi  limana  çatdıranacan  yanımızda  oldu.  Yəqin,  hisslərimin 

bolluğundandı,  o  yaz  gününün  başqa  təfərrüatları  o  qədər  də 

yadımda  qalmayıb.  Ən  çox  xatırladığım  başımızın  üstündəki  iri, 

gur  işıq  saçan  Günəşdi,  zümrüd  donlu  dağlardı,  geniş  vadilərdi, 

qıvrıla-qıvrıla  gedən  çaylardı,  aradabir  tələsib  bizdən  irəli  keçən 

yolçuların  atlarının  dırnaqlarından,  arabalarının  çarxlarından  qal-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə