Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə4/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   2   3   4   5   6   7   8   9   ...   179

14

Axundun  yanına  getdiyim  birinci  gün  Tiflisə  qar  düşməsini  də 

anam  xeyirliyə  yozdu,  dedi,  yazı-pozuda  baxtım  qar  kimi  ağ 

olacaq,  ancaq  gözəl  şeylərdən  yazacaqsan.  Üstündən  keçməyib 

deyim,  anamın  bəlkə  də  məğzinə  varmadan  dediyi  o  sözlər 

yaddaşımda  özünə  nə  təhər  yer  tutmuşdusa,  sonralar  saraylarda 

yetərincə  yüksək  məqam  təklif  olunanda  məhz  həmin  səbəbdən 

boyun  qaçırmışdım.  Bunu  gözü-könlü  toxluğumla  bağlayanlar 

da  olurdu,  amma  əsl  sirri  buydu:  mənim  əlimlə  nahaq  fərmanlar 

yazılmasını  istəmirdim.

9.  Yeddi  yaşımdan,  axund  yanına  getməkdən  başqa  yadımda 

nə  qalıb  –  bəziləri  elə  bil  dünən  baş  verib,  bəzilərini  duman 

içində  yadıma  salıram.  Birincisi,  əlbət  ki,  Novruz  günlərinin 

birində anam, bir də bacımla aşağı məhəlləyə, çörəkçi Salmangilə 

getməyimdi.  Salmanın  arvadı  anamın  bibisi  qızıydı,  tez-tez  də 

olmasa,  gediş-gəlişimiz  vardı.  O  gün  nə  səbəbdən  məni  özüylə 

apardı,  bunu  xatırlamıram,  amma  qapıdan  girən  kimi,  nədənsə 

gözlərim  yaşıdımı  –  Züleyxanı  axtardı.  Yazbaşının  ilıq  havasında 

Züleyxayla,  bir  yaş  kiçik  qardaşı  İsmayılla,  bir  də  bacım  Mələklə 

həyətdə  cürbəcür  oyunlar  oynadıq.  Züleyxanın  zərif  vücudunu, 

iri qara gözlərini, şaqraq gülüşünü, işvəli baxışlarını onda yadda-

şıma  yazdım.  Əlbəttə  ki,  buna  ilk  sevgi-filan  kimi  rəng  vermək 

fikrində deyiləm, o hissə beş-altı il sonra gəlib çıxacaqdım, amma 

şübhəsiz,  bizi  bir-birimizə  bağlayan  gözəgörünməz  nəsə  var-

dı,  özümüzdən  xəbərsiz  şəffaf  tellərlə  ətrafımızda  tor  qururdu. 

Qəfildən  dayanır,  gülümsəyə-gülümsəyə  bir-birimizə  baxırdıq, 

nəyə  görə  baxışdığımızı,  təbii  ki,  dərk  eləmirdik  –  hələ  duyğu-

larımızdan  baş  açası  yaşda  deyildik.  Mənə  elə  gəlirdi,  içimizdən 

nəsə  qopub,  aralanıb  göylərdə  birləşir,  hələ  unaya  bilmədiyim 

şəklə  düşür,  nə  vaxtsa  özümüzə  qayıdıb  bizi  hər  şeydən  agah 

eləyəcək.  Bacım  həmin  məqamların  birində  təəccüblə  bizə  baxıb 

qaşlarını  çatdı,  zarafatla  Züleyxanın  qolundan  dartıb  dedi,  ay 

qız,  pişik  kimi  nə  marıtlamısan  uşağı,  Züleyxa  da  qəfil  ayıldı, 

yanaqlarına  xəfif  qızartı  çökdü,  cavab  verdi  ki,  ayda-ildə  bir  kərə 

gəlirsiniz,  ona  görə.  Öz-özlüyümdə  belə  məna  çıxardım  ki,  Zü-

leyxa  məni  tez-tez  görmək  istəyir.  Əlbəttə,  icazə  versəydilər,  bu 

evə  gündə  baş  çəkərdim.




15

10.  Bir  də  yayın  ortalarında  qonşuluğumuzdakı  ikiqatlı,  ya-

raşıqlı,  gen-bol  evə  bir  gürcü  ağanın  ailəsi  köçdüyü  yadımda-

dı.  Ev  yiyəsinin  əsl  adının  Qriqol  Eliqulaşvili  olduğunu  sonra 

öyrəndim,  hamımız  onu  Görgü  ağa  kimi  tanıyırdıq.  Atam  deyir-

di,  böyük  adamdı,  Xosrov  Mirzənin  (çar  Rostomu  hamı  belə  çağı-



rırmış)  sarayında  qulluq  eləyib,  sonra  şəhər  məliyi  Eynalı  ağanın 

qulluğunda  olub,  indi  Xoca  Behbudun  zərbxanasının  gəlir-çıxar 

işlərinə  baxır.  Elə  o  gün  də  Görgü  ağanın  uşaqlarının  –  məndən 

beş-altı  yaş  böyük  Davidin  və  Ketinonun  –  küləfrəngidə  dayanıb 

şəhərə  tamaşa  elədiklərini  gördük.  Gözəl  paltar  geyinmişdilər, 

tox  görünürdülər,  amma  elə  bil  hələ  təzə  yurdlarına  alışmağın 

xiffətini  çəkirdilər.  Səhəri  gün  Görgü  ağanın  xanımı  Rusudan 

bizə  qonşu  halallığı  –  sini  dolu  şirniyyat  göndərdi.  O  günün 

axşamı  da  xəbər  tutduq  ki,  uşaqların  “Madam  Qrenyö”  çağırdıq-

ları  firəng  mürəbbiyəsi  var.  Madam  Qrenyö  zərif  vücudlu,  ciddi, 

kədərli  baxışları  olan  solğunbənizli  xanım  idi,  nədənsə  mənə 

elə  gəlirdi,  o  cür  kədərli  gözlərin  ürəktərpədən  hekayəti  olma-

lıdı.  Üç  gün  sonra  həmin  evdə  bir  qadın  da  peyda  oldu,  ana-

mın  dediyinə  görə,  Dariya  çağırdıqları  qadın  asyordu,  külfətini 

itirəndən  sonra  kimsəsiz  qalıb.  Hər  nəsə,  Görgü  ağanın  ailəsi 

köçüb  qonşuluğumuzda  yerləşəndən  sonra,  elə  bil  məhəlləmizin 

havası  da  dəyişdi.  Əlbəttə,  Görgü  ağanın  uşaqları  bizim  kimi 

fürsət  tapıb  meydana,  dükan-bazara  qaçmırdılar,  tez-tez  üstü-

örtülü  faytona  minib  harasa  gedirdilər,  evdə  olandasa,  ancaq 

madam  Qrenyönün  icazəsilə  külafirəngiyə  çıxır,  ya  da  düşüb 

həyətdə  vüqarla  gəzişirdilər.  Görgü  ağa  dilimizi  yaxşı  bilirdi, 

bir  axşamüstü  faytondan  düşəndə  məni  yaxınlıqda  görüb  adımı 

soruşmuşdu,  üstəlik,  oxuyub-oxumadığımla  maraqlanmışdı,  mən 

də  onun  bu  iltifatından  çox  razı  qalmışdım.  Amma  sonralar 

dərk  elədim  ki,  həyatın  nağıla  çevrilməsinə  mane  olan  üç  şey  var: 

biri  zamandı,  ona  çatmaq  olmur;  ikincisi  yalandı,  onu  unutmaq  olmur; 

üçüncüsü  də  taledi,  onu  da  dəyişmək  olmur... 

11. O ilin payız günlərinin birində səfərdən dönən atamın ov-

qatı  evimizdə  çox  şeyi  dəyişdi.  Atam  bu  dəfə  bərk  həyəcanlıydı, 

üzünün  rəngi  qaçmışdı,  əllərinin  titrədiyini,  dodaqlarının  dartın-

dığını,  gözlərinin  qəzəblə  alışıb-yandığını  apaydın  xatırlayıram. 

Anamın  israrlı  sorğu-sualına  toxtaq  cavab  verməyə  çalışsa  da, 




16

əndişəsini  gizlədə  bilmədiyi  görünürdü.  Deyəsən,  mənim  hələ 

dünyadan  baş  açmadığımı  düşünüb  yanımdaca  başıma  gələnləri 

danışdı:  Bor  çalıdan,  Dəmirçihasanlıdan  qayıdanda  yolda  qar-

daşının  ömrünü  bitirən  namərdlərə  rast  gəlib,  sözləri  çəpləşib, 

atam  üç  nəfərlə  təkbətək  döyüşməli  olub,  xəncər  zərbəsilə  birini 

çiynindən  yaralayıb,  o  birinin  qulağını  üzüb,  üçüncüsü  qaçıb 

aradan  çıxa  bilib.  Bilirəm,  deyirdi,  əl  çəkməyəcəklər,  məni  də 

aradan  götürməyə  çalışacaqlar,  ona  görə  sərvaxt  olmaq  lazımdı. 

Anam  da  ağlar  səslə  əvvəl  dilinə  gətirdiklərinin  üstünə  qayıtdı, 

dedi,  sənin  başına  bir  iş  gəlsə,  mən  üç  tifillə  neylərəm,  gəl  sö-

zümü  qəribliyə  salma,  olan-qalanını  cəmlə,  bu  yaxında  dükan-

dan-filandan  aç,  yollardan  yığış.  Ata-baba  yolundan  əl  çəkməyin 

atamdan  ötrü  nə  qədər  çətin  olduğunu  o  vaxt  anlamasam  da, 

sonralar,  özüm  yollara  düşəndə  dərk  elədim.  Amma  görünür, 

olub-keçənlər  yetərincə  ciddiydi,  susdu,  deyəsən,  anamla  razı-

laşdı,  qəfildən  danışıqlarını  eşitdiyimin  fərqinə  vardı,  mənə  sarı 

dönüb uzun-uzadı üzümə baxdı. Bəlkə də o baxış bircə an çəkdi, 

bununla  belə,  aradan  bu  qədər  müddət  ötəndən  sonra  yadımda 

həmin  məqamdakı  görkəmində  qalıb:  əndişəli,  üzgün,  kədərli, 

bizi  itirmək  qorxusundan,  az  qala,  çaşqın  haləti  Venesiya  sara-

yında  gördüyüm  rəsmlər  kimi  gerçəkdi.

12.  Səhəri  hamıdan  qabaq  oyanıb  bayıra  çıxanda  anamı  eyva-

nımızda  əli  qoynunda  durub  ağlayan  gördüm.  Yəqin,  göz  yaş-

larını  görməyim  deyə,  tələm-tələsik  örpəyinin  ucuyla  silib  mənə 

ağartısatanı  gözlədiyini  söylədi.  Şübhəsiz,  dediyinə  inanmadım, 

amma  olub-keçənlərdən  düz-əməlli  baş  çıxara  bilmədiyimə  görə 

susdum,  bədənimdən  keçən  giziltini  payız  havasının  sərinliyinə 

yozdum.  Amma  nagahan  bir  duyğu  məni  onun  böyründən 

çəkilməyə  qoymurdu,  bunun  da  səbəbini  atamın  sorğulu  baxışla-

rına  cavab  verəndə  dərk  elədim.  Səsi  qırıla-qırıla  dedi,  pis  yuxu 

gördüm,  gördüm  ki,  bardaqla  bulaqdan  su  götürürəm,  bu  vaxt 

bardağa  hardansa  atılan  qara  daş  dəyir,  bardaq  dörd  parça  olur. 

Eyvana  açılan  qapının  arasından  eşitdiyim  o  səsdən  bədənimdə 

yenə  bayaqkı  gizilti  dolaşdı,  ancaq  bu  artıq  payız  havasıyla  bağ-

lı  deyildi.  Atam  iri  əlini  anamın  yanağına  çəkdi,  dedi,  yuxunu 

xeyirliyə  yoz,  inşallah,  yaxşı  olar.  Sonra  dedi,  çox  götür-qoy 

elədim,  belə  qərara  gəldim  ki,  sizin  xətrinizə  yollardan  yığışma-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə