Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə8/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   4   5   6   7   8   9   10   11   ...   179

26

cuduna,  incə  hərəkətlərinə  göz  qoyur,  gözlərinin  kədəri  barədə 

düşünürdüm. Bəzən mənimlə ayrıca məşğul olur, söylədiklərinin 

mənasını  hərəkətlərlə  başa  salır,  sözlərin  düzgün  tələffüzünə 

diqqət  yetirirdi.  Onun  sayəsində  firəng  əlifbasını  öyrənmişdim, 

üstəlik,  arzuladığım  o  kitabı  əlimə  götürüb  vərəqlərini  çevir-

mişdim.

23.  O  günün  ərəfəsində  evdə  qonaq  olacağının,  həm  də  bir 



müddət  qalacağının  əlamətlərini  görülən  hazırlıqdan  duydum. 

Davidin  otağında  dəyişiklik  eləyib  bir  çarpayı  yerləşdirdilər, 

məni  cürbəcür  şeylər  sifarişlər  vermək  üçün  göndərdilər.  Axı-

rıncı  tapşırıqlarını  yerinə  yetirib  qayıdanda  Görgü  ağanın  evinə 

qalxan  yoxuşda  –  evimizin  xarabalığının  bərabərində  qazalaqla 

rastlaşdım.  Çərkəz  paltarındakı  kişinin  yanında  qəribə  geyimli 

bir  adam  əyləşmişdi,  başında  tərsinə  çevrilmiş,  amma  kənarları 

enli mis qazana oxşayan papaq vardı, üzü tüksüz idi, göy gözləri 

parıldayır, papağının altından sarışın saçları görünürdü. Nədənsə 

addımlarımı  yavaşıtdım.  Qazalaq  Görgü  ağanın  qapısına  çatanda 

həmin  adam  çevik  hərəkətlə  yerə  atıldı,  bu  vaxt  məni  görüb 

gülümsədi,  firəngcə  «Müsyö  Qriqolun  evi  budurmu?»  –  soruş-

du,  görünür,  Qriqol  ağanın  adını  çəkməyimdən  kimi  axtardığını 

anlayacağımı  düşünmüşdü.  Mən  də  gələnin  gözlədiyimiz  qonaq 

olduğunu  duyub,  «Bəli,  müsyö,  –  dedim,  –  düz  gəlmisiniz».  O, 

firəngcə  cavabımı  eşidib  duruxdu,  nəsə  demək  istədi,  amma 

demədi,  əllərini  uşaqsayağı  qaldırıb  «Kolett»  Kolett!»  qışqıra-qış-

qıra  (sonra  öyrəndim  ki,  madam  Qrenyönün  adı  Nikoletta  imiş)  evə 

doğru  getdi.  Səsə  əvvəlcə  Dariya  xala,  ardınca  madam  Qrenyö 

çıxdı.  Madam  Qrenyö  elə  pilləkəndəcə  ucadan  «Ah,  əzizim  Jo-

zef,  axır  ki,  gəlib  çıxdın!»  səsləndi,  qaçıb  özünü  qonağın  qolları 

arasına  atdı.  Sonra  pilləkəndə  Rusudan  xanım,  ardınca  Davidlə 

Ketino  göründülər,  hamı  dayanıb  onların  görüşünə  tamaşa  elədi. 

Madam  Qrenyönün  gözləri  yaşarmışdı,  «Ah,  Jozef,  –  deyir-

di,  –  haralarda  itib-batmısan,  on  ildi,  hey  yollara  baxıram  ki, 

gələcəksən».  Sonra  qonaq  papağını  çıxardı,  Rusudan  xanıma, 

Davidə,  Ketinoya,  Dariyaya  bir-bir  baş  əydi,  dəvəti  qəbul  eləyib 

evin  üst  qatına  çıxdı.  Mən  də  qazalaq  yiyəsinin  köməyilə  onun 

iri  sandığını  evə  apardım.

24.  Olub-keçənin  məğzini  Dariya  xaladan  öyrəndim.  Bu  Jozef 




27

deyilən  qonaq  madam  Qrenyönün  qardaşıymış,  bir  növ  səyyah 

kimi  bir  şeymiş.  Qrenyölər  Tiflisə  on  il  qabaq  gəliblərmiş,  Ma-

dam  Qrenyö  Görgü  ağanın  evində  uşaqların  mürəbbiyəsi  kimi 

qalandan  sonra  qardaşı  səfərinə  davam  eləyib,  indi  Davidin  oxu-

maq  üçün  Firəngistana  getmək  məsələsi  var,  deyəsən,  Görgü 

ağa  artıq  razılığını  verib,  mürəbbiyə  də  qardaşını  bura  ona  görə 

çağırıb.  Əlbəttə,  Dariya  xalanın  dediklərində  madam  Qrenyö-

nün  gözlərindəki  kədərlə  bağlı  bir  şey  yox  idi,  amma  başlıca 

mətləb  aydın  olmuşdu.  Dərhal  Şamaxıya,  Bərdəyə,  Ərdəbilə,  ya-

xud  Təbrizə  mədrəsədə  oxumağa  getmək  istəyim  içimdə  yeni 

qüvvəylə baş qaldırdı, amma hiss elədim ki, o duyğuya hələ anışdı-



ra  bilmədiyim  nəsə  qarışır,  istəyimin  yönü  dəyişir.  Axşam  Görgü  ağa 

qulluqdan  qayıdandan  sonra  qonaq  otağında  ziyafət  süfrəsində 

əyləşmişdilər,  ağa  məni  də  çağırtdırdı,  həyəcandan  əsə-əsə  Da-

vidin  yanında  əyləşməli  oldum.  Daha  çox  qonaq  danışırdı,  gör-

düyü  yerlərdən,  gəmilərlə,  atlarla,  arabalarla  getdiyi  yollardan, 

gəzdiyi  çoxlu  şəhərlərdən  elə  vəcdlə  söz  açırdı,  hamı  qulaq 

asmalı  olurdu.  Davidlə  Ketino  onun  danışdıqlarını  gürcücəyə 

çevirirdilər,  mən  tam  anlamasam  da  müsyö  Jozefin  haralardan, 

nələrdən  söz  açdığını  başa  düşürdüm.  Axırda  qonaq  gəminin 

Batum  limanından  iki  həftə  sonra  çıxacağını,  bu  barədə  elə  bu 

səhər  Tiflisə  girəndə  xəbər  tutduğunu,  Kolettlə  Davidin  yola 

hazırlaşmalı  olduğunu  söylədi.  Həmin  məqamda  Davidə  paxıllıq 

yox,  həsəd  hissilə  baxdım:  gedib  dünyanı  görəcək,  Firəngistanda 

oxuyacaq,  böyük  adam  olacaqdı.  Bəs  mən,  heç  olmasa,  Şamaxıya 

gedib  çıxa  biləcəkdimmi?  Şübhəsiz,  həmin  gecə  gözümə  yuxu 

getmədi.


25.  Dariya  xala  halımdan  xəbər  tutmuşdu,  səhər  dedi,  Da-

vidin  Firəngistanda  oxumağının  mənasını  başa  düşmür;  tutaq 

ki,  firəngcə  oxudu,  deyirdi,  Tiflisdə  oxuduğu  nə  işə  yarayacaq, 

yox,  əgər  oxuyub  Firəngistanda  qalacaqsa,  bunun  Görgü  ağaya 

nə  faydası  var?  Əlbəttə,  bütün  bunlar  mənə  də  aydın  deyil-

di,  amma  o  məqamda  fayda-filan  fikirləşəsi  halda  da  deyildim, 

başlıcası  içində  olduğum  aləmin  hüdudlarından  qırağa  çıxmaq, 

görmədiyim  yerləri  görmək,  tanımadığım  adamları  tanımaq,  qa-

nımdakı  çarvadar  ehtirasını  təmin  eləməkdi.  Görünür,  bu  müsyö 

Jozef  Qrenyö  gəlib  çıxmasaydı,  David  Firəngistana  getməsəydi 




28

də,  mən  qulaqlarımı  yolların  çağırışına  qapamayacaqdım.  Bu  halım-

da  heç  Züleyxanı  da  düşünə  bilmirdim:  yaxşı  ki,  hələ  söz  ve-

rib,  söz  almamışdım,  ancaq  gözlərimiz  danışmışdı,  Şamaxıya, 

Bərdəyə,  Ərdəbilə,  yaxud  Təbrizə  getsəydim,  Züleyxanın  məni 

gözləyib-gözləməyəcəyini bilmirdim. Əgər Tiflisdə qalıb yaşamalı 

olsaydım,  yəqin,  qismətimə  baqqallıq,  mirzəlik,  uzaqbaşı,  Gör-

gü  ağanın  qulluq  elədiyi  zərbxanada  babat  bir  iş  düşə  bilərdi. 

Amma  bu  cür  oturaq  işlərin  mənlik  olmadığına  əmindim,  mütləq 

yolların  ağrı-acısını  duymalıydım.  O  gecə  də  yuxumda  qəribə  yo-

layrıcı  gördüm:  var  gücümlə  həmin  yolayrıcına  doğru  qaçırdım, 

amma  tanımadığım  adamlar  qollarımdan  dartıb  məni  ora  çatma-

ğa  qoymurdular,  mən  də  çırpınırdım,  qollarımdan  yapışanları 

itələyirdim,  onlardan  birinin  də  Züleyxa  olduğunu  görürdüm; 

Züleyxa  qəfildən  göyərçin  olub  havaya  qalxır,  məndən  uzaq-

laşırdı.  Dik  atılıb  yatağımda  oturanda  Dariya  xalanın  pərdəni 

aralayıb  mənə  baxdığını  gördüm.  Bir  söz  demədi,  başını  bulayıb 

köksünü  ötürdü,  sonra  dilləndi:  «Səni  də  yol  çəkir,  oğul…»

26.  Görünür,  müsyö  Jozef  ona  firəngcə  cavab  verən,  ziyafət 

vaxtı  dinməzcə  qulaq  asan  oğlanı,  yəni  məni  qəfildən  xatırlayıb 

bacısından  sorğu-sual  eləmişdi,  səhəri  gün  günorta  yeməyindən 

sonra yanına çağırdı, mehriban görkəmlə dedi, hə, dostum, bəlkə 

mənə  şəhəri  gəzdirəsən,  görüm  bu  on  ildə  nə  dəyişib,  istəyini 

anlayıb-anlamağımı  bilmək  üçün  zənlə  üzümə  baxdı.  Dedim, 

mənimçün  də  çox  xoş  olar,  müsyö,  nə  vaxt  istəsəniz,  qulluğu-

nuzda  hazıram.  Müsyö  Jozef  firəngcə  dediyimdə,  deyəsən,  bir 

səhv  tutdu,  amma  heyrətini  üz-gözündən  oxudum.  Durub  papa-

ğını  başına  qoydu,  əsasını  götürdü,  aşağı  enib  Meydana  doğru 

getdik.  Qonaq  əsasını  fırlaya-fırlaya  ətrafına  maraqla  baxır,  ara-

dabir  nəsə,  məsələn,  camaatın  ilin  bu  vaxtınacan  meyvəni  necə 

saxladıqlarını  soruşurdu.  Ayaq  saxlayıb  Şah  Abbas  məscidinin 

minarəsinə  uzun-uzadı  baxdı,  xeyli  təriflədi,  bəzi  sözləri  anlama-

sam  da  başa  düşdüm  ki,  tikilişin  gözəlliyinə  heyranlığını  bildi-

rir.  Məscidin  yanından  ötüb  Hallavar  körpüsünə  çıxdıq,  müsyö 

Jozef  Metex  qalasının  əzəmətinə  tərif  yağdırdı,  sonra  Narınqala 

səmtinə  çıxıb,  ordan  aşağı  baxdıq.  Müsyö  Jozef  deyirdi,  çox 

yerlər  gəzib,  amma  təbiətinə  görə  İstanbuldan,  bir  də  Tiflisdən 

gözəl  yer  görməyib.  Sonra  Parisdən  danışdı,  dedi,  şəhərdən  belə 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə