Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə6/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   2   3   4   5   6   7   8   9   ...   179

20

şey  vardı:  Allah  özü  göndərdiyi  bəladan  məni  niyə  hifz  elədi? 

Bunu  uzun-uzun  illər  dönə-dönə  fikirləşəcəkdim,  sualın  cavabı-

nısa çox-çox sonralar, ömrüm qüruba əyiləndə dərk eləyəcəkdim. 

Bəs  o,  yeganə  cavab  idimi  –  bilmirəm…

16.  Səhəri  gün  məni  nəinki  bayıra,  heç  eyvana  da  çıxmağa 

qoymadılar.  Bu,  Dariyaya  tapşırılmışdı,  o  da  buyruğu  yerinə 

yetirmək  üçün  bütün  bacarığını  ortaya  qoydu,  hətta  madam 

Qrenyönün  dərs  saatından  sonra  Rusudan  xanım  Davidlə  Ke-

tinonu  çağırıb  mənimlə  tanış  elədi.  Onların  ağlı  bir  qədər  çox 

kəsirdi,  fəlakətin  miqyasını  məndən  yaxşı  qavrayırdılar,  bu 

səbəbdən  qarşılarındakı  zavallıya  –  mənə  sudan  çıxarılmış  pişik 



balasına  göz  qoyan  kimi,  mərhəmətlə  baxırdılar.  Dariyanın  geyin-

dirdiyi,  yəqin  ki,  artıq  Davidin  əyninə  gəlməyən  təmiz  paltar-

da  buxarının  böyrünə  qısılmışdım,  elə  bilirdilər,  qaçmağa  fürsət 

axtarıram,  amma  getməyə  yerim  vardımı,  bunu  ağlıma  gətirə 

bilmirdim.  Səhər  Dariya  zorla  bir-iki  tikə  yedirtmişdi,  günorta 

da  boğazımdan  nəsə  ötürənəcən  xeyli  əziyyət  çəkdi.  Görgü  ağa-

nın  böyük  evini  də  indi-indi  qavramağa  başlamışdım.  Evin  alt 

qatında  mətbəx,  Dariyanın  otağı,  anbar,  bir  də  nəsə  başqa  bir 

otaq  vardı.  İç  pilləkənlə  ikinci  qata  çıxanda  böyük  salon  qonaq 

otağı,  Görgü  ağayla  Rusudan  xanımın,  Davidin,  Ketinonun,  bir 

də  mürəbbiyənin  otaqları  vardı.  Hələ  təkcə  qonaq  otağındakı 

müxəlləfatı görmüşdüm, o vaxt gördüklərimi, təbii ki, sözlə ifadə 

eləyəcək  halda  deyildim,  bircə  onu  deyim,  o  yaşımacan  belə 

şeylər  görməmişdim,  elə  bil  kasıb  evimizdən  çıxıb  nağıllardakı 

şah  saraylarına  düşmüşdüm.  Hündür  tavan,  tağlı  pəncərələr,  tül 

pərdələr,  tünd  qırmızı  ağacdan  şkaflar,  iri  bədənnüma  güzgü, 

zəngli  saat,  gümüş  şamdanlar,  salonun  ortasında  uzun  masa, 

yerdə,  divarlarda  gözəl  xalı-xalçalar,  divar  diblərində  yumşaq 

kreslolar…  indi  də  gözlərimin  qabağındadı.  Bir  divardan  da  xal-

çanın  üstündən  xəncərlər,  qılınclar,  bir  tüfəng  asılmışdı;  tüfəngi 

Çar  bağında  gəzəndə  atam  göstərmişdi,  amma  nəyə  yaradığını 

hələ  dərk  eləmirdim.

17.  Axşama  yaxın  qulluqçu  Dariya  məni  otağına  apardı. 

İçəri  girəndə  Züleyxanın  anası  Rusxara  xalanı  gördüm.  Başı-

mı  sinəsinə  sıxdı,  gözlərini  bir  yumub  min  tökdü,  tifil  balam, 

dedi,  bu  nə  müsibətdi,  başımıza  gəldi,  Allah  sizə  əl  qaldıranları 




21

cəzasına  çatdırsın.  Görünür,  məndən  qabaq  nəsə  danışmışdılar, 

görüm,  Görgü  ağanı  min  budaq  olsun,  dedi,  kimsəsizə  yiyə 

durmağının  əvəzini  Gözəgörünməz  qat-qat  artıq  verəcək.  Sonra, 

ürəyin  istəyəndə,  qapımız  üzünə  həmişə  açıqdı,  oğlum,  əlavə 

elədi,  Görgü  ağa  belə  məsləhət  bilibsə,  mənim  sözüm  yoxdu.  Elə 

alxış  eləyə-eləyə  də  çıxıb  getdi.  Həmin  axşamda  Dariya  xalanın 

otağında  mənə  yer  hazırladılar,  geyim-kecim  tədarük  elədilər. 

Şübhəsiz,  bu  məndən  ötrü  daha  məqbul  idi,  əvvəla,  evin  üst 

qatındakı  zənginlik  məni  sıxırdı,  kasıb  evimizdən  çıxıb  dərhal 

o  şıqlığa,  dəbdəbəyə  alışmağım  çətiniydi,  ikincisi,  daha  vacibi 

yanımda  anamı  xatırladan  kimsənin  olmasına  ehtiyacım  vardı, 

elə  bil  yerdəki  nizamın  gözəgörünməz  sahibi  ehtiyacımı  nəzərə 

alıb  hifz  eləyən  mələk  kimi  aysor  Dariyanı  göndərmişdi.  Axşam 

yeməyindən  qabaq  Görgü  ağa  başımı  sığalladı,  oğlum,  dedi, 

qəzavü-qədərdən  qaçmaq  bizim  əlimizdə  deyil,  bundan  sonra 

ailəmizin  bir  üzvüsən,  Allah  qoysa,  əlin  çörəyə  çatar,  evinizin 

yerində  daha  yaxşı  ev  tikərsən,  böyüdükcə  yaraların  qaysaqlana-

caq,  hər  şey  yoluna  düşəcək.  Amma  masa  arxasında  sıxılırdım, 

gözaltı  Davidlə  Ketinonun  necə  çəngəl-bıçaq  işlətdiklərinə  baxa-

baxa  boğazım  kilidlənirdi.  Deyəsən,  bunu  Görgü  ağayla  xanımı 

da  duydular,  o  gündən  sonra  yeməyimi  iri  salonda  yox,  elə  öz 

otağımızda  Dariya  xalayla  yeyirdim,  üst  qata  ancaq  ehtiyac  olan-

da,  məclis-filan  qurulanda  qalxırdım.  Bunun  Dariya  xalaya  daha 

çox  xoş  gəldiyini  duyurdum,  görünür,  Görgü  ağanın  evində 

qalmağımın  əsas  səbəbkarı  da  elə  o  idi.

18.  Evimizin  halını  dəfn  gününün  səhəri  gördüm,  ayaqlarım 

məni  Görgü  ağanın  evinin  yüz  addımlığındakı  o  xarabalığa  apa-

rıb  çıxardı.  Ev  deyilən  şeydən  dörd  yarıyanmış  divar,  kösövə 

dönmüş  dörd  dirək,  nə  olduğunu  anışdıra  bilmədiyim  qaral-

mış  dəmir  parçaları,  hislənmiş  çay  daşları  qalmışdı.  Yerə  çöküb 

uzun-uzadı  xarabalığa  baxdım,  atamın  əndişəli  üzünü,  anamın 

yaşlı  gözlərini,  bacımın  fəryadını,  qardaşımın  qışqırtısını,  bir  də 

çaqqal  gözlərinin  parıltısını,  kəsik  qulağın  yerinə  sarınmış  əski 

parçasını  xatırladım.  Ağlamaq,  qışqırmaq,  özümü  xarabalığa  at-

maq  istəyirdim,  amma  nə  gözlərimdən  yaş  gəlir,  nə  səsim  çıxır-

dı,  təkcə  içimdə  boğuq  inilti  duyurdum.  Sonra  eləcə  çöməldiyim 

yerdən  aşağı,  Meydana  baxdım:  orda  heç  nə  dəyişməmişdi,  bir 




22

ailənin  dağılması,  dörd  nəfərin  qanına  qəltan  edilməsi,  mənim 

kimsəsiz  itkin  qalmağım  o  qələbəliyin  halına  təfavüt  eləməmişdi, 

yenə  dükanlar,  meyxanalar,  hamamlar  açıq  idi,  cürbəcür  səslər 

eşidilir,  yüklü-yüksüz  atlar,  dəvələr,  eşşəklər,  qatırlar,  at  və  öküz 

arabaları  gedib-gəlir,  kintolar  başlarındakı  iri  sinilərə  yığdıqları 

malları  satmaq  üçün  qışqırışırdılar.  Beləcə,  nə  qədər  durduğumu 

bilmirəm,  çiynimə  əl  toxunanda  dönüb  baxdım.  Dariya  xalay-

dı,  gözlərinin  nəmindən  ağladığını  duydum,  qalx,  oğlum,  dedi, 

olacağa  çarə  yoxdu,  bu  dünyada  dərdli  təkcə  sən  deyilsən,  hər 

kəsin  özünə  görə  dərdi  var.  O  gecə  də  mənə  –  yeddi  yaşlı  uşağa 

öz  hekayətini  danışdı.  Dağlıların  kəndlərinə  basqınında  ailəsini 

itirmişdi, özü əsir aparılıb bir müddət dağlarda saxlanmışdı, son-

ra  elə  əsir  götürən  də  onu  özünə  arvad  eləmişdi,  amma  Dariya 

günlərin birində qaçıb Tiflisə yetişməyi bacarmış, tale onu Görgü 

ağaya  rast  gətirmişdi.

19.  Görgü  ağanın  evində  qəribə  nizam  vardı:  qulluqçuyla 

türkcə,  öz  aralarında  gürcücə,  Madam  Qrenyöylə  kələ-kötür 

firəng  dilində  danışırdılar;  Davidlə  Ketino  mürəbbiyəylə,  həm  də 

öz aralarında firəngcə, ata-analarıyla gürcücə anlaşırdılar; üstəlik, 

madam  Qrenyönün  dediyi  David  və  Ketinodan  ötrü  qanun  idi, 

onun  buyruqlarına  sözsüz-sovsuz  əməl  eləyirdilər;  bütün  günü 

böyük  salondan  mürəbbiyənin  hökmlü  səsi  eşidilirdi,  uşaqlar 

nəyisə  oxuyur,  əzbərləyir,  gözəl  yerimək,  zərif  danışmaq  öyrənir, 

həftədə  bir  kərə  onunla  gəzməyə  çıxırdılar.  Adını  bilmədiyim  bu 

daim ciddi, kədərli olan qadının hələ harda yerləşdiyini təsəvvür 

belə  eləyə  bilmədiyim  uzaq  Firəngistandan  bura  nəyə  görə 

gəldiyi  mənə  qaranlıq  idi.  Davidlə  Ketino  dincələndə,  ya  tapşı-

rıqları  yerinə  yetirəndə  onu  kresloda  oturub  kitab  oxuyan,  ya  da 

küləfrəngidən  şəhərə  baxan  görürdüm.  Axund  Səməndərdəki  əl 

yazısı Quran-i Şərifdən sonra basma kitabı ilk dəfə Madam Qren-

yönün əlində görmüşdüm, bir qarış eni, iki qarış uzunluğu, dörd 

barmaq  da  qalınlığı  olardı,  qurğuşun  qoxusu  verirdi.  O  günlərdə 

ən  böyük  arzularımdan  biri  Madam  Qrenyönün  kitabını  əlimə 

götürmək,  vərəqlərini  çevirmək,  orda  nə  yazıldığından  xəbər  tut-

maq  idi.  Bəlkə  də  Axund  Səməndərin  yanında  dərsimə  davam 

eləmək  istəyimə  elə  o  kitab  təkan  verdi.  Dariya  xala  da  məndən 

xəbərsiz  ürəyimi  oxuyub  Görgü  ağayla  danışıbmış,  deyibmiş, 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə