Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

2016v1 

11 


 

yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri 

ödəməyə borcludurlar. 

 

Maddə  11.  Avtomobil  yollarından  istifadə  olunması  zamanı  yol  hərəkəti  təhlükəsizliyinin  təmin 



edilməsi 

I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə 

avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən 

saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir. 

II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. 

Nəqliyyat  vasitəsinin  yol  çiyini  ilə  hərəkətinə  yalnız  dar  yollarda  başqa  nəqliyyat  vasitəsi  ilə  toqquşmamaq,  habelə 

qısamüddətə dayanmaq üçün icazə verilir. 

III.  Nasaz  nəqliyyat  vasitələrinin,  yüklərin,  materialların  sahibləri  onları ümumi  istifadədə  olan  yolun təhkim zolağı  

hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat 

vasitələrini,  yükləri,  materialları  təhkim  zolağının  hüdudlarından  kənara  çıxarmaq  hüququna  malikdirlər.  Bu  zaman 

avtomobil  yollarına  xidmət  edən  yol  təsərrüfatı  müəssisələri  nəqliyyat  vasitələrinin,  yüklərin  və  materialların 

salamatlığı üçün məsuliyyət daşımırlar. 

IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır: 

1)  örtüyü  təkmilləşdirilmiş  yollarda

 

avtomobil  yollarını  korlayan  konstruksiya  elementləri  olan,  tırtıllı,  yaxud 



metal  tikanlı  şinləri  olan  nəqliyyat  vasitələrinin  hərəkəti  (dolayı  yollar  olmadıqda,  onların  körpülərdən,  bəndlərdən, 

bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol 

təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər), həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

karxana  avtomobillərinə  aid  edilmiş  avtonəqliyyat  vasitələrinin  ümumi  istifadədə  olan  avtomobil  yolları  ilə  yüklə 

hərəkəti; 

2)  yolların  və  ya  yol  qurğularının  kənar  predmetlərlə  zibillənməsi,  yaxud  tutulması,  yolda  kənd  təsərrüfatı 

məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması; 

3) yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə 

daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada 

qablaşdırılmadan aparılması;  

4) avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol 

fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;  

5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması; 

6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə 

mal-qaranın  aparılması,  habelə  avtomobil  yollarının  sahiblərinin  razılığı  olmadan  müəyyən  edilən  yerlərdən  kənar 

avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi  

7)  üzən  nəqliyyat  vasitələrinin  körpü  dayaqlarına  yan  alması,  körpülərin  altında  qayıq  stansiyalarının,  digər 

qurğuların yerləşdirilməsi; 

8)  avtomobil  yollarının  saxlanılması  və  təmiri  ilə  bağlı  işlər  istisna  olmaqla,  torpağın  şumlanması,  çimin 

çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması; 

9) kütləvi istirahət yerlərinin təşkil edilməsi

10) suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan 

kənarlaşdırılması  üçün  tikilmiş  kanalizasiya  sisteminə,  suyu  kənara  axıdan  qurğulara  və  yolboyu  torpaq  sahəsinə 

axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;  

12) müəyyənləşdirilməmiş yerlərdə yola girmə və yoldan çıxma. 

V.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırmadan  avtomobil  yollarında  və  nəzarət 

edilən zonalarda aşağıdakılar qadağandır: 

1)  yolun  hərəkət  hissəsində  və  ya  səkilərdə  materialların  yığılması  və  predmetlərin  saxlanılması  (səkilərdə 

materialların  və  ya  predmetlərin  saxlanılması  nəticəsində  yaranmış  məhdudiyyətlərin  piyadaların  gediş-gəlişi  üçün 

yolun hərəkət  hissəsindən  istifadə  etməsinə səbəb olmadığı  hallar  istisna  olmaqla),  yol  hərəkətinin təhlükəsizliyinə 

mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə 

əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması;  

2)  geoloji,  axtarış,  tikinti,  meliorasiya  işlərinin  aparılması,  rabitə  və  elektrik  xətlərinin,  digər 

kommunikasiyaların çəkilməsi, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən 

razılığın şərtlərinə əməl edilməməsi;  

3) daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması; 

4)  yolların  hərəkət  hissəsində  sədlərin,  şlaqbaumların  qurulması  və  nəqliyyat  vasitələrinin  hərəkətinin  başqa 

üsullarla  kəsilməsi,  habelə  avtomobil  yollarında  nəqliyyat  vasitələrinin  və  piyadaların  hərəkətinə  maneələr 

yaradılması;  

5) avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və 

transparantların  qurulması,

 

bu  Qanunun  tələblərinə  uyğun  olmayan  yol  nişanlarının  yerləşdirilməsi,  həmçinin 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə