Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   2   3   4   5   6   7   8   9   10   ...   48

2016v1 

 



2)  avtomobil  yollarında  hərəkətin  məhdudlaşdırılmasının  və  ya  qadağan  edilməsinin  səbəbləri  barədə 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq; 

3)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  ilə  bağlı  məmulatların  və  xidmətlərin  keyfiyyəti  haqqında 

məlumat almaq; 

4)  yol-nəqliyyat  hadisələri  zamanı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

pulsuz tibbi yardım və digər təcili kömək almaq; 

5)  yolların  hərəkət  təhlükəsizliyi  tələblərinə  uyğunsuzluğu  nəticəsində  baş  vermiş  yol-nəqliyyat  hadisələri 

zamanı  səhhətinə,  eləcə  də  nəqliyyat  vasitəsinə  dəymiş  zərərin  ödənilməsini  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə müvafiq qaydada tələb etmək

6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin 

hərəkətlərindən məhkəməyə şikayət etmək; 

6-1)  barələrində  yol  hərəkəti  qaydalarının  pozuntusu  ilə  əlaqədar  tətbiq  edilən  inzibati  tənbeh  haqqında 

qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet 

informasiya ehtiyatlarından məlumat almaq; 

7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək. 

II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol 

hərəkəti qaydalarına əməl etmək; 

2)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsində  iştirak  etmək  və  bunun  üçün  keçirilən  tədbirlərdə 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək

3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək; 

4)  yol  hərəkəti  təhlükəsizliyinin  tibbi  təminatı  və  ətraf  mühitin  nəqliyyatın  zərərli  təsirindən  qorunması  üçün 

tədbirləri həyata keçirmək; 

5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 



2 FƏSİL 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi 

 

Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri 

I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır: 

1)  yol  hərəkətində  iştirak  edən  insanların  həyatının  və  sağlamlığının  təsərrüfat  fəaliyyətinin  iqtisadi 

nəticələrindən üstünlüyü

2)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsinə  görə  dövlətin  məsuliyyətinin  yol  hərəkətində  iştirak  edən 

insanların məsuliyyətindən üstünlüyü; 

3)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  zamanı  insanların,  cəmiyyətin  və  dövlətin  mənafelərinə  əməl 

olunması; 

4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma. 

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir: 

1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi; 

2)  yol  hərəkəti  təhlükəsizliyi  sahəsində  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi; 

3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada  işlənib  hazırlanması  və  onların  təsdiq 

edilməsi; 

4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması; 

5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması; 

6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması; 

7) yol hərəkətinin nizama salınması; 

8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili; 

9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi; 

10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi; 

11) ətraf mühitin mühafizəsi; 

12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı; 

13)  yol-nəqliyyat  hadisələrinin  qarşısının  alınması  və  onların  nəticələrinin  ağırlığını  azaltmaq  məqsədilə 

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 

14)  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  Azərbaycan  Respublikası  qanunvericiliyinin  və 

müvafiq  qaydaların,  standartların,  texniki  normaların  və  digər  normativ  sənədlərin  tələblərinin  yerinə  yetirilməsinə 

dövlət nəzarətinin həyata keçirilməsi. 

 

Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi 



2016v1 

 



I.  Yol  hərəkəti  təhlükəsizliyi  Azərbaycan  Respublikasında  qüvvədə  olan  standartlarda  və  yol  hərəkətinin  təşkili  ilə 

bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması 

əsasında təşkil edilməlidir. 

II. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə 

və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır. 

III.  Yol  hərəkətinin  təhlükəsizliyi  üçün  real  qorxu  mövcud  olan  təcili  hallarda  nəqliyyat  vasitələrinin  və  piyadaların 

hərəkətinin  təşkilində  dəyişikliklər  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  həyata 

keçirilir.  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  göstərişlərinin  icrası  yol  hərəkətinin  bütün 

iştirakçıları üçün məcburidir. 

 

Maddə  9.  Avtomobil  yollarının  layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  təmiri  zamanı  yol 



hərəkəti təhlükəsizliyinin təmin edilməsi 

I.  Azərbaycan  Respublikası  ərazisində  avtomobil  yollarının  layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  təmiri 

sahəsində  bütün  işlər  yol  hərəkəti  təhlükəsizliyi  üzrə  beynəlxalq  standartlar,  qaydalar  və  normativlər,  habelə 

nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə 

alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

II.  Avtomobil  yollarının  təmiri,  tikintisi,  yenidən  qurulması,  tədqiqi  və  sınağı  üzrə  layihə  və  podrat  işlərinin  icrası 

müsabiqəsi  əsasında  seçilən  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  yol  təsərrüfatı  orqanları  ilə  bağlanan  podrat 

müqavilələri əsasında həyata keçirilir.  

III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti 

təhlükəsizliyinin,  ətraf  mühitin  mühafizəsinin,  habelə  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  spesifik 

ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.  

IV.  Avtomobil  yollarının  tikintisinə,  yenidən  qurulmasına  və  təmirinə  dair  layihələr  yol  hərəkətinin  təhlükəsizliyi 

qaydalarının,  normativlərinin  və  standartlarının  tələblərinə  uyğunluğu  baxımından  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanlarında  ekspertizadan  keçirilməli  və  onlarla  razılaşdırılmalıdır.  Ekspertiza  keçirilməsi 

zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır. 

V.  Şəhərlərarası  avtomobil  yollarının  sanitariya-mühafizə  zonasında  yolların  tikilməsinə,  yol  kompleksi  tikililərinin 

ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının, 

bionəqliyyat  yollarının  çəkilməsinə,  yaşıllıq  zolağı  salınmasına,  xidmət  obyektlərinin  açılmasına  və  hərəkət 

təhlükəsizliyi  tələbləri  nəzərə  alınmaqla,  müəyyənləşdirilmiş  qaydada  hazırlanan  və  razılaşdırılan  layihələrə  uyğun 

olaraq  icazə  verilir.  Payız-qış  mövsümündə  yolun  sanitariya-mühafizə  zonasında  müvəqqəti  qarsaxlayan  qurğunun 

qurulmasına icazə verilir. 

VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin 

azaldılması qadağandır. 

VII.  Müvafiq  razılaşdırma  olmadan,  layihəçi  layihələşdirməyə  dair  müəyyən  edilmiş  tələblərdən  və  ya  tapşırıq 

şərtlərindən  kənara  çıxdıqda,  bu  uyğunsuzluğu  öz  hesabına  aradan  qaldırır.  Layihənin  ayrı-ayrı  hissələrinin  həyata 

keçirilməsini  qeyri-mümkün  edən  şərait  yarandıqda,  işlərin  icraçısı  yol  hərəkətinin  təhlükəsizliyinə  dair  əlavə 

tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir. 

VIII.  Tikilmiş,  yenidən  qurulmuş  və  ya  təmir  olunmuş  avtomobil  yollarının  yol  hərəkəti  təhlükəsizliyinin  təmin 

edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu 

avtomobil  yollarının  qəbul  edilmə  aktı  ilə  təsdiq  olunur.  Avtomobil  yollarının  qəbul  edilmə  aktı  yalnız  nəzarət 

qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu 

komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydası və 

tərkibi,  habelə  avtomobil  yollarının  qəbul  edilməsi  zamanı  müayinənin,  yoxlamanın  və  sınağın  keçirilməsi  qaydası 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

IX.  Avtomobil  yollarında  yol  hərəkətini  nizamlayan  texniki  vasitələr  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır. 

X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki 

şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 



Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi 

I.  Avtomobil  yollarında  piyada  keçidləri  təhsil,  səhiyyə,  iri  ticarət  (xidmət,  istehsalat)  müəssisələrinin,  nəqliyyatın 

dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin 

yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

II.  Avtomagistralların  yaşayış  məntəqələrindən  keçən  hissələrində  yerüstü  və  ya  yeraltı  keçidlər  arasında  məsafə 

400-800  metr,  digər  avtomobil  yollarının  yaşayış  məntəqələrindən  keçən  hissələrində  isə  piyada  keçidləri  arasında 

məsafə 150-300 metr (yolayırıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə