Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   2   3   4   5   6   7   8   9   ...   48

2016v1 

 



19)  nəqliyyat  vasitələrinin  konstruksiyalarının  hazırlanmasına  və  yenidən  quraşdırılmasına,  aqreqat,  ban  və  ban 

hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək

20)  Azərbaycan  Respublikasında  istehsal  olunan  nəqliyyat  vasitələrinin  hərəkət  təhlükəsizliyi,  ətraf  mühitin 

mühafizəsi  ilə  bağlı  tələblərə  uyğunluğu  baxımından  onların  texniki  layihə  sənədlərinə  və  texniki  vəziyyətinə  dair 

müvafiq  rəylər  vermək,  onların  sınaqlarında  iştirak  etmək,  bu  tələblərə  cavab  verməyən  nümunələrin  (məmulatın) 

istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək; 

21)  nəqliyyat  vasitələrinin  qeydiyyatını,  özgəninkiləşdirilməsinin  sənədləşdirilməsini  və  onların  uçotunu  aparmaq, 

ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat 

vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək; 

22)  yollarda  nəqliyyatın  və  piyadaların  təhlükəsiz,  səmərəli  və  rahat  hərəkətini  təşkil  etmək,  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətini 

təşkil etmək; 

23)  yol  hərəkətinə  nəzarət  funksiyalarını  yerinə  yetirmək  məqsədilə  stasionar  postların  siyahısını  və  dislokasiyasını 

müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, 

yol-nəqliyyat  hadisələrində  zərər  çəkənlərə  ilk  tibbi  yardım  göstərilməsi  üçün  tibbi  ləvazimatla  və  dava-dərmanla 

təmin etmək, insanın adi həyati ehtiyaclarının ödənilməsi üçün lazımi şəraitlə təmin etmək

24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və 

texniki  vasitələrin,  yol-nəqliyyat  hadisələrinin  nəticələrini  yüngülləşdirmək  üçün hadisə  yerində  tətbiq olunan  qəza-

xilasetmə  avadanlığının,  habelə  yol  hərəkətinin  təhlükəsizliyini  artırmağa  kömək  edən  digər  texniki  vasitələrin  və 

cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük 

vəsiqələrinin  blanklarının,  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnamələrinin,  dövlət  qeydiyyat  nişanlarının  və 

tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək; 

25)  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  bu  Qanunun  tələblərinin  yerinə  yetirilməsinə  nəzarət  etmək,  yol-nəqliyyat 

hadisələri  ilə  bağlı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  cinayət  işləri  üzrə 

təhqiqatın aparılmasını və inzibati işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək

26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, 

habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti 

iştirakçılarının axtarılmasını təşkil və təmin etmək; 

27)  yol-nəqliyyat  hadisələrinin,  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququndan  məhrum  olunmuş  vətəndaşların,  yol 

hərəkəti  qaydaları  pozuntularının,  bununla  əlaqədar  görülmüş  tədbirlərin  uçotunu  aparmaq,  şəxslərin  yol  hərəkəti 

qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəcilərəi 

(cərimələr  və  onların  ödənilməsi,  balların  sayı  və  ya  silinməsi)  ilə  bağlı  rəsmi  internet  informasiya  ehtiyatlarından 

məlumat almasını təmin etmək; 

28)  hərəkət  üçün  ayrılmış  yollara  nəzarət  etmək,  hərəkət  sürətinin  məhdudlaşdırıldığı  zonaları  müəyyənləşdirmək, 

orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və 

digər yaşayış məntəqələrindən keçməsini təşkil və təmin etmək; 

29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri 

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır: 

1)  yol  hərəkətinin  təşkili,  onun  təhlükəsizliyini  təmin  etmək,  ətraf  mühitin  mühafizəsi  və  yol  hərəkəti 

qaydalarının tələblərinə riayət etmək; 

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək 

və istirahət rejiminə əməl olunmasına nəzarət etmək; 

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırmaqla,  yol  hərəkəti  sahəsində  qüvvədə  olan  qaydalar,  normativlər  və 

standartlar əsasında xüsusi qaydalar qəbul etmək

5)  yol-nəqliyyat  hadisələrinin  profilaktikası  ilə  bağlı  tədbirlərin  təşkili  və  maliyyələşdirilməsi,  nəqliyyatın 

fövqəladə hallarda istismarı məsələlərini həll etmək; 

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. 

II.  Hüquqi  şəxslərin  sürücüləri  yol  hərəkətinin  təhlükəsizliyi  tələblərini  pozmağa  hər  hansı  fomada  sövq  etməsi 

qadağandır. 

 

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri 

I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır: 

1)  müəyyən  edilmiş  qaydalara  müvafiq  olaraq  avtomobil  yollarında  sərbəst  və  maneəsiz  hərəkət  etmək, 

müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə