Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə1/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
  1   2   3   4   5   6   7   8   9   ...   133


AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

 

Prof., i.e.d. ZAH D FƏRRUX MƏMMƏDOV  

 

 

 

 

 

BEYNƏLXALQ VALYUTA – 

KRED T MÜNAS BƏTLƏR  VƏ 

XAR C  ÖLKƏLƏRIN PUL- 

KRED T S STEM  

 

(DƏRSL K) 

V NƏŞ

 

 

Azərbaycan Respublikası təhsil 

nazirinin 673 11.07.2000-ci il 

tarixli əmri ilə ali məktəblər üçün 

dərslik kimi təsdiq edilmişdir. 

 

 

 

 

 

BAKI-2012 


 

2

BBK 6.1. 

M-40 

 

 



 

 

M-40 Zahid Fərrux Məmmədov. Beynəlxalq valyuta-kredit  münasi-

bətləri  və  xarici  ölkələrin  pul-kredit  sistemi.  (Dərslik).  Bakı, 

Azərnəşr 2012, səh 504 



 

«Beynəlxalq valyuta – kredit münasibətləri və xarici ölkələrin pul- kredit 

sistemi»  fənn  tədrisinin  əsas  məqsədi  əsas  məqsədi  -  valyuta  münasibətlərinin 

nəzəri  əsasını  və  müasir  beynəlxalq  valyuta  sisteminin  struktural  prinsiplərini 

öyrənmək; tədiyə balansının strukturunu təhlil etmək qabiliyyətinə malik olmaq; 

valyuta məzənnəsinin valyuta siyasətinin reallaşmasında və beynəlxalq investisi-

yanın  inkişafında  beynəlxalq  kreditin  rolu;  beynəlxalq  bankçılıq  və  beynəlxalq 

maliyyə  bazarının  fəaliyyəti  və  beynəlxalq  maliyyə  təşkilatlarının  məqsədləri 

haqqında dolğun məlumat; beynəlxalq portfel investisiyasının diversifikasiya si-

yasətini  yerinə  yetirmə  qaydası;  qlobal  maliyyə  böhranları  səbəb  və  nəticələri 

kimi mövzularla tələbələrin bilik və məlumatlarını zənginləşdirməkdir.  

Kitab Azərbaycan ali məktəblərində «Beynəlxalq valyuta – kredit müna-

sibətləri» və « maliyyə» ixtisası üzrə tədris planına daxil edilmiş ixtisas kursla-

rının tədrisində istifadəsi zəruridir. 

Kitabın metodoloji və nəzəri əsasnıı berynəlxalq maliyyə-bank institutla-

rının  fəaliyyətini  tənzimləyən  sənəd  və  direktivlər  təşkil  edir.  Tədqiqat  zamanı 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  elmi-tədqiqat  nəşrlərindən  istifadə 

olunmuşdur.    

Kitab geniş oxucu auditoriyası, maliyyə və bankçılıq məsələri ilə əlaqə-

dar məşğul olan mütəxəssislər, ekspertlər və «Maliyyə» ixtisası üzrə tədris edə

əllimlər, təhsil alan bakalavr, magistr və doktorantlar, xüsusən də beynəlxalq 

valyuta-kredit  və  bankçılq  sahəsində  işləyənlər  üçün  çox  əhəmiyyətli  bir  tədris 

və məlumat nəşridir. 

 

 

 

M-40

 

 

 

                                                          © Zahid Fərrux Məmmədov, 2012.

 

   0601000000 

M-651 (07) 2012 

qrifli nəş


 

3

G   R   Ş 

 

Dünya  maliyyə  bazarlarının  əsas  qloballaşması  istehsal 

prosesinin qloballaşması deməkdir,  yəni, rezidentin müəssisəsinin 

daxili,  milli  bazarı  özünün  birinci  dərəcəli  əhəmiyyətini  itirmiş 

olur və firma öz ölkəsinə doğru istiqamətləndirilmir, həmçinin bu 

cür tələbatların bütün dünya miqyaslı səviyyədə həyata keçirilməsi 

ilə  məşğul  olur.  Bu  halda,  məhsulun  qlobal  dövriyyəsi  meydana 

çıxır,  bazarlar  və  məhsullar  daha  çox  standartlara  uyğunlaşdırılır, 

eləcə  də,  bazarın  müvəffəqiyyət  qazanmasının  qiymətləndirilməsi 

üçün maliyyə baxımından beynəlxalq kriteriyalardan və qiymətlər-

dən  istifadə  olunur.  Qloballaşma  prosesi  daha  çox  transmilli 

korporasiyalar  tərəfindən  həyata  keçirilir  və  bu  korporasiyaların 

sayı  2000-ci  ilin  1  yanvar  tarixində  dünya  miqyasında  63  000-i 

ötüb  keçmiş    və  bütün  kontinentlərdə  yerləşən  700  000  filial 

təşkilatlar onlara məxsusdurlar. 

Maliyyə  bazarlarının  qloballaşması  virtual  iqtisadiyyatın 

təşəkkül tapması ilə sıx əlaqədardır. Məhz müasir telekommunika-

siya vasitələri beynəlxalq maliyyə bazarlarının sutkada 24 saat fəa-

liyyət göstərməsinə, yəni, mahiyyət etibarilə, vahid canlı orqanizm 

olmasına  imkan  yaradırlar.  Maliyyə  qloballaşması  institusional 

ə

sasların,  maliyyə  inteqrasiyasının  və  maliyyə  innovasiyalarının 



yaradılması ilə müşayiət olunur.  

Maliyyə  qloballaşması  -    dünya  miqyaslı  maliyyə  bazarları 

arasındakı  çoxsaylı  əlaqələri  inkişaf  etdirməklə,  onlar  arasındakı 

maneənin  aradan  qaldırılması  ilə  əlaqədardır.  Maliyyə  kapitalı 

məhdudiyyətlər  olmadan  daxili  bazardan  dünya  maliyyə  bazarına 

və ya əksinə ötürülə bilər. Bununla yanaşı, maliyyə institutları borc 

götürülən  pul  vəsaitləri,  kredit  verilməsi,  investisiya  qoyulması 

funksiyalarının  yerinə  yetirilməsi  və  digər  maliyyə  xidmətlərinin 

göstərilməsi  üçün  aparıcı  maliyyə  mərkəzlərində  filiallarını  təsis 

edirlər. 

Maliyyə inteqrasiyası həm borc alanlara, həm də kreditorlara 

eyni  dərəcədə  fayda  gətirir.  Amma  həm  borc  alanlar,  həm  də 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə