«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям


«Həqiqətən, Axirət sənə dünya həyatından da­ha xeyir­lidir»233



Yüklə 2,89 Mb.
səhifə25/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   19   20   21   22   23   24   25   26   27

«Həqiqətən, Axirət sənə dünya həyatından da­ha xeyir­lidir»233

Bu hədisi həmçinin Əbu Nueym «Hilyə» əsərində (3-cü cild, səh. 212) rəvayət etmişdir.


Əl-Ələq surəsi
Uca Allah buyurur:
ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﭼ
«Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün eh­ti­yacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün - Rəbbinədir! Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz dön­dəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kə­ki­lindən tuta­cağıq – yalançı, günahkar kəkilindən. Qoy o öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağı­ra­ca­ğıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha ya­xınlaş!»

(6-cı ayədən 19-cu ayəyə qədər)
Muslim «Səhih» əsərində (17-ci cild, səh. 139) demiş­dir­: «Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Əbu Cəhl ərəblərə belə dedi: «Məhəmməd sizin yanınızda üzünü torpağa sürtür­mü?» Onlar: «Bəli»- deyə cavab verdikdə o dedi: «And ol­sun Lat və Uzzaya, əgər mən onun belə etdiyi­ni görsəm, boynundan basıb üz-gözünü torpağa bulaşdıracağam!» Pey­ğəm­bər  gəlib namaz qılmağa başladı və Əbu Cəhl dedik­lərini doğrultmaq üçün ona tərəf yaxınlaşdı. Lakin hər dəfə onun üzə­ri­nə hücum et­dikdə əlləri ilə özünü müdafiə edərək ar­xaya çəkilirdi. Ondan: «Sənə nə olub?»- deyə soruşduqda o dedi: «Onunla mənim aramda çox va­hi­mə­li, atəşli bir xən­dək və (Mə­ləklərin qanadlarına oxşar) qanadlar var idi».

Peyğəmbər  dedi: «Əgər mənə yaxınlaşsaydı, mələk­lər onu didib parça-parça edərdilər!» Uca Allah da bu ayə­ləri nazil etdi:

ﭽ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﭼ إلى آخر السورة
«Xeyr! İnsan, doğrudan da, həddini aşır…» ayəsindən surənin sonuna qədər.

İbn Kəsir «Təfsir»ində (4-cü cild, səh. 529) deyir ki, bu hədisi Əhməd ibn Hənbəl, Muslim, Nəsai və ibn Əbi Hatim rəvayət et­mişlər.

Bu hədisi həmçinin İbn Cərir «Təfsir»ində (30-cu cild, səh. 256) və Beyhəqi «Dəlailu-n-Nubuvvə» əsərində (1-ci cild, səh. 438) rəvayət etmişlər.

İbn Cərir «Təfsir»ində (30-cu cild, səh. 256) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Əbu Cəhl ərəblərə belə de­di: «Əgər görsəm ki, Məhəm­məd Kəbənin yanında namaz qılır, mən onun başını tapdalayacağam!»

Peyğəmbər  dedi: «Əgər o, mənə pislik et­məyə cəhd göstərsəydi mələklər onu əyani surətdə (göz görə-görə) məhv edərdilər!»

Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 216) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  namaz qılar­kən Əbu Cəhl gəlib ona belə dedi: «Mə­gər mən bunu sənə qadağan etməmişdim?»

Peyğəmbər  onun dediyinə məhəl qoymayıb getdi. O, Peyğəmbərin  arxasınca donquldana­raq dedi: «Sən yaxşı bilirsən ki, mənim nə qədər tərəfdarım var». Uca Allah bu ayələri nazil etdi:

ﭽ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﭼ


«Qoy o öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq».

İbn Abbas (r.a) belə deyir: «Allaha and olsun ki, o tərəfdarla­rını çağırsaydı Cəhən­nəm­­ gözətçiləri onu məhv edərdilər».

Bu hədis «həsən, ğərib, səhih»dir.

Əl-Kəusər surəsi
Uca Allah buyurur:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﭼ
«Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur».

(3-cü ayə)
İbn Kəsir «Təfsir»ində (4-cü cild, səh. 560) demişdir: «Bəzzar demiş­dir­: «İbn Abbas (r.a) rə­vayət edir ki, Kə'b ibn əl-Əşrəf Məkkəyə gəldikdə Qüreyş­li­lər ona belə dedi: «Sən, camaat arasında çox tanınmış şəxsiyyətsən! Qöv­mün­dən ayrılıb özünü bizdən də artıq sayan bu sənbur234 (Pey­ğəmbər ) barəsində nə deyə bilərsən? Halbuki biz ziyarətgahda qulluq edir, oranı ziyarət etməyə gələnləri su ilə təmin edir və onlara digər xidmətlər göstə­ri­rik». O dedi: «Siz on­dan da artıq xeyirxahsınız!» Uca Allah bu ayəni nazil et­di:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﭼ
«Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur».235

Bu hədisin isnadı «səhih»dir. Hədisi həmçinin İbn Cərir «Təf­sir»ində (3-cü cild, səh. 330) rəvayət etmişdir. Lakin o rəvayətdə deyilir ki, bu ayə nazil olduqdan son­ra başqa ayələr də nazil oldu. Bu ayələrdə Uca Allah buyurur:


ﭽ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﭼ إلى قوله ﭽ ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭼ
«Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”- de­yirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lə­nətləyərsə, ona heç bir yardımçı tapmazsan»236 ayəsinə qədər». Bu rəvayətin isnadına gəlincə, o «mürsəl»dir.
Əl-Məsəd surəsi
Uca Allah buyurur:
ﭽ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﭼ
«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-döv­ləti, nə də qazandıqları onu qurtara bilməyəcək».

(1 və 2-ci ayələr)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 118) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Uca Allah:
ﭽ ﭿ ﮀ ﮁ ﮂ ﭼ
«Ən yaxın qohumlarını qorxut!»237 ayəsini nazil etdik­dən sonra, Pey­ğəm­bər  Səfa dağına qalxdı və: «Ey Fəhr oğulları! Ey Adiyy oğulları!»- deyərək qohum əqrəbasını ça­ğırdı. Qüreyşlilər onun yanına toplandı. İmkan tapıb gələ bil­məyənlərin hər biri öz tərəfindən bir nümayəndə gön­dər­di ki, ha­disə barəsində ona xəbər versinlər. Beləliklə də, Əbu Ləhəb başda olmaqla qüreyşlilər Peyğəmbərin  yanı­na top­landılar. O dedi: «Əgər mən sizə xəbər versəm ki, bu vadidə bir dəstə atlı var, onlar sizə hücum etmək istəyir mə­nə inanarsınız­mı?» Onlar dedilər: «Bəli, bu vaxta qədər sən­dən yalan eşitməmi­şik». O dedi: «Həqiqətən, mən sizi Alla­hın şiddətli əzabı ilə qor­xudan bir peyğəmbərəm!» Əbu Lə­həb də ona belə dedi: «Ölüm olsun sənə! Bizi buna görə bu­ra yığmısan?» Uca Allah da bu ayələri nazil etdi:
ﭽ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﭼ
«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövlə­ti, nə də qazandıqları onu qurtara bilməyəcək».

Bu hədisi həmçinin Buxari «Səhih» əsərində (3-cü cild, səh. 54; 10-cu cild, səh. 368-369), Muslim «Səhih» əsərində (3-cü cild, səh. 83), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 220), Əhməd «Müs­nəd» əsərində (1-ci cild, səh. 281), Beyhəqi «Dəlailun-Nubuvvə» əsərində (1-ci cild, səh. 431), İbn Cərir «Tarix» əsərində (2-ci cild, səh. 216) və «Təf­sir»ində (19-cu cild, səh. 121; 30-cu cild, səh. 337) rəvayət etmişlər.

Şeyximiz demişdir: «Bu hədisi Nəsai «Sünən» əsərində (İsmaili­nin «Ümdətul-Qari» əsərində (16-cı cild, səh. 93) qeyd olunduğu kimi) rəvayət etmişdir».

İsmaili «Ümdətul-Qari» əsərində (19-cu cild, səh. 102) bu hə­disin isnadı­nın «mürsəl» olduğunu qeyd etmiş və bunu belə izah etmişdir: «Bu hadisə baş verdikdə İbn Abbas (r.a) ya körpə idi, ya da anadan olmamışdı. Lakin səha­bədən «mürsəl» isnadla rə­vayət olunan hədis «məqbul»dur və zəif hesab olun­mur».

Daha doğrusunu bilən isə Uca Allahdır!

Bəzi hədis terminlərinin izahlı lüğəti
Əsbatus-Siqat: Əsbat – səbt ( ثَبْتٌ ) sözünün cəm for­ma­sı­dır. Bu da lüğətdə sə­batlı, sar­sılmaz, möhkəm, mətin, eti­barlı, mö­tə­bər və s. mənaları ifadə edir.238 Bu sö­zün həm­çinin istilahi mənası da mövcuddur. Belə ki, hədis alimləri «qəlbi, dili, yazı­sı və dəlil-sübutu səbatlı olan»- şəxsi «səbt»- adlandırırlar.239

Siqat isə - siqa ( ثِقَةُ ) sözünün cəm formasıdır. Bu da lü­ğətdə sədaqətli, sadiq, vəfalı, etibar qazanmış və s. mə­na­la­rı ifadə edir.240

İstilahi mənada isə, hədis alimləri - öz işində ədalət­li və dəqiq olan şəxsi «siqa»- adlandırırlar.241

Ceyyid: Bu kəlmə ( جَيِّدٌ ) lüğətdə yaxşı, çox gözəl, üstün və s. mənaları ifadə edir.242

İstilahi mənada isə bu «səhih» və ya ona yaxın dərəcədə olan hədisə deyilir.243



Daif: Bu kəlmə ( ضَعِيفٌ ) lüğətdə zəif, gücsüz, qeyri-qə­naət­bəxş və s. mənaları ifadə edir.244

İstilahi mə­nada isə - nəql etdiyi hədisə etimad olun­ma­yan, eti­barsız raviyə «daif»- deyilir.245

Hədislə bağlı terminə gəlincə, onun da özünə məxsus isti­­lahi mənası vardır. Belə ki, hə­dis alimləri hədi­sə «daif» de­dikdə, həsən hədisdən aşağı dərəcədə yerləşən, yaxud özündə həsən hədisin vəsfini cəm etmə­yən, hər hansı şərtlərindən biri olmayan hədisi qəsd edirlər.246

Hafiz: Bu kəlmə ( حَافِظٌ ) lüğətdə mühafizə edən, qoruyan, Qu­ranı əzbər bilən və s. mənaları ifadə edir.247

İstilahi mənada isə «hafiz» və «dabit» (təqribən eyni mə­nanı ifadə edir - əzbərlədiyini və ya yazdıqlarını qoru­yan, dəqiq olan). Bu iki kəlmə ayrı-ayrılıqda «ədl» ( عَدْلٌ ) «insaf» ləfzilə birgə ifa­də olun­masa ravinin mötəbər sayılması üçün kifayət etmir.248



Hədis: Bu kəlmə ( حَدِيثٌ ) lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və s. mənaları ifadə edir.249

İstilahi mənada isə - Peyğəmbərə  istinad edi­lən kəlmə, ya hərəkət, ya təsdiq etmə250, ya da sifət251 hə­dis adla­nır.252



Həsən: Bu kəlmə ( حَسَنٌ ) lüğətdə yaxşı, çox gözəl, və s. məna­ları ifadə edir.253

İstilahi mənada - Xəttabi254, Tirmizi255, İbn Həcər256 kimi hə­dis alimləri bu kəlməyə tərif vermişlər. İbn Həcərin tə­ri­fi­nə əsasla­nıb belə demək olar: «Həsən hədis, isnadının əv­və­lindən axırı­na qədər (mühafizə, yaxud yazdıqlarını qoru­maq baxımından) də­qiqliyi az olan insaflı ravinin aramsız, sapdırmadan (şazz olma­dan) və qü­sursuz («illə»siz) olaraq özü kimisindən xəbər verdiyi hədisdir».257



Həsən li-ğeyrihi: «Həsən» kəlməsinin lüğəti və istilahi məna­sı artıq yuxarıda izah olunub. «Li-ğeyrihi» ( لِغَيْرِهِ ) kəl­məsinə gə­lincə, bu ərəbcə «li»- ön qoşmasından, «ğeyrun»- is­mindən və «hu»- bitişən əvəzliyindən əmələ gəlmiş kəl­mədir. Ayrı-ayrılıqda «li»- aidiyyət, mənsubiyyət bildirir. «Ğeyrun»- kəlməsi özgə, baş­qa və qeyri mənalarını, «hu»- əvəzliyi isə onun, ona və onu məna­larını ifadə edir.258

İstilahi mənada isə - bu, bir çox yollarla (isnadlarla) rəva­yət olunmuş «daif» hədisdir ki, onun zəifliyinin səbəbi ra­vi­nin yalan­çı və ya fasiq olmasıyla əlaqəli deyildir.

Bu növ hədis dərəcə etibarilə «həsən»dən aşağı hesab olu­nur.259

Həsən-Səhih: Bu ifadənin zahiri mənası anlaşılmazdır. Belə ki, «həsən» dərəcə etibarı ilə «səhih»dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizinin bu ifadə­sin­də olan məq­sə­dini müx­təlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Həcərin izahı­dır. Bunu da Suyuti təqdirə layiq hesab etmişdir. Xülasə budur:

– Əgər hədisin iki və daha çox isnadı varsa bu ifadə: «Bu hədis bir isnadla «həsən», digər isnadla isə «səhih»dir – mə­na­sını ifadə edir.

– Əgər hədisin yalnız bir isnadı varsa bu ifadə: «Bu hə­dis bir qrup alimin rəyinə görə «həsən», digərlərinə görə isə «səhih»dir!- mə­nasını ifadə edir.260

İllə: Bu kəlmə ( عِلَّة ) lüğətdə xəstəlik, nöqsan, qüsur, zəif­lik, eyib və s. mənaları ifadə edir.261

İstilahi mənada isə - bu, hədisin mötəbər olmasında na­qislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir. «İllə»nin bu tərifin­dən belə nəticə çıxır ki, hədis alimlərinin rəyinə görə o, yalnız iki şərtlə «illə» hesab olunur:

– Anlaşılmaz və gizlin olması;

– Hədisin mötəbər olmasında naqislik əmələ gətirməsi.

Bu şərtlərdən hər hansı biri olmasa həmin səbəb istilahi məna­da olan «illə» adlanmır. Həmçinin qeyd etmək la­zım­dır ki, «illə» hədisin həm is­nadında, həm də mətnində ola bilər.262

İsnad: Bu kəlmə ( إِسْنَادٌ ) lüğətdə istinad, mənbə, dəlil-sübut, dayaq və s. mənaları ifadə edir.263

İstilahi mənada isə bu kəlmənin iki mənası var:

– Hədisi istinad edərək rəvayət edənə aid etmək;

– Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mə­nada o, «sənəd»in sinonimi hesab olunur.264



İttirab: Bu kəlmə ( اِضْطِرَابٌ ) lüğətdə qarışıqlıq, anlaşıl­mazlıq, qeyri-müəyyənlik, hərc-mərclik və s. mənaları ifadə edir.265

Qeyd etmək lazımdır ki, «ittirab» sənəddə də ola bilər, mətn­də də.266



Ğərib: Bu kəlmə ( غَرِيبٌ ) lüğətdə qəribə, naməlum, yad, qə­rib, tək və s. mənaları ifadə edir.267

İstilahi mənada isə - tək bir ravinin fərdi olaraq öz rə­va­yətini xəbər verməsi «ğərib» hə­dis adlanır.268



Leyyin: Bu kəlmə ( لَيِّنٌ ) lüğətdə həlim, yumşaq, mülayim, in­cəqəlbli, riqqətli, tez razılaşan, üzüyola və s. mənaları ifa­də edir.269

İstilahi mənada isə - bu o ravidir ki, az sayda hədis rə­va­yət et­miş, rəvayət etdiyi hədisin qəbul olunmamasına dair heç bir amil sübuta yetirilməmiş və həmin hədis də başqa hədislə gücləndiril­məmişdir».270



Leysə bil-qəviyyi: Bu ifadə ( لَيْسَ بِالقَوِيِّ ) ərəbcə «leysə»- felin­dən, «bi»- ön qoşmasından və «əl-qəviyyu»- ismindən əmələ gəl­miş söz birləşməsidir. Ayrı-ayrılıqda «leysə»- de­yil mənası­nı, «bi»- isə -lı (-li), -lu (-lü) şəkilçisini ifadə edir. «Qəviyyun» kəlmə­sinə gəlincə, o bir ne­çə mənada istifadə olunur. Məsələn: Cüclü, qüvvətli, inandırıcı və s.271

İstilahi mənada isə bu söz birləşməsi iki cür ifadə olunur, müəyyənlikdə «leysə bil-qəviyyi» və qeyri müəyyən­likdə «ley­sə bi qəviyyin». Belə olduqda onların hər biri özünə məxsus mənanı ifadə edir. Belə ki, «leysə bil-qəviyyi» ifa­dəsi yalnız ka­mil dərəcəni qüv­vətdən inkar edir (yəni ravi­nin kamil dərə­cə­də qüvvətli, ina­nılmış ravi olduğunu inkar edir). «Leysə bi qəviyyin»- ifadəsi isə etibarsızlığı tamamilə sübuta yetirməsə də qüvvəti büsbütün in­kar edir (yəni ravinin etibarsız ol­du­ğu­nu qətiyyətlə bildirmir).272



Məqbul: Bu kəlmə ( مَقبُولٌ ) ərəbcə «qabilə» ( قَبِلَ ) felinin məc­hul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu kəlmə lü­ğətdə bə­yənilən, təqdirə layiq, qəbul edilən, qəbul oluna bi­lən və s. məna­ları ifa­də edir.273

İstilahi mənada isə - bu o ravidir ki, az sayda hədis rəva­yət et­miş, rəvayət etdiyi hədisin qəbul olunmamasına dair heç bir amil sübuta yetirilməmiş və həmin hədis də başqa hədislə güc­ləndiril­mişdir».274



Mərfu: Bu kəlmə ( مَرْفُوعٌٌ ) ərəbcə «rəfəa» ( رَفَعَ ) felinin məc­hul nö­vündən əmələ gəlmiş feli sifətdir və «yük­səl­dil­miş» mə­nası­nı ifadə edir.275

İstilahi mənada isə - Peyğəmbərə  istinad edi­lən kəlmə, ya hərəkət, ya təsdiq etmə, ya da sifət276- «mərfu» hə­dis ad­lanır.277



Məsturul-hal: Bu ifadə ( مَسْتُورُ الحَال ) iki ismin birləşməsin­dən əmələ gəl­miş izafədir. Ayrı-ayrılıqda «məstur»- ərəbcə «sətə­rə» ( سَتَرَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da gizlin, gizlədilmiş, bağlanmış, örtülmüş və s. mənaları ifa­də edir. «Hal» isə vəziyyət, şərait, hal və s. mənaları ifadə edir.278

İstilahi mənaya gəlincə, ibn Həcərin bu haqda dediyini qeyd et­mək kifayətdir:

a) «Məchulul-ayn» o ravidir ki, ondan yalnız bir nəfər hədis rə­vayət edib və etibarlı hesab olunmayıb;

b) «Məchulul-hal» (yaxud, məsturul hal) o ravidir ki, on­dan iki və daha artıq şəxs rəvayət edib, inanılmış olub-ol­madığı isə mə­lum edilməyib.279



Mətn: Bu kəlmə ( مَتْنٌ ) lüğətdə möhkəm, bərk, arxa, bel və s. mənaları ifadə edir.280

İstilahi mənada isə - bu o kəlmədir ki, sənəd281 ona gətirib çı­xa­rır».282



Mətruk: Bu kəlmə ( مَتْرُوكٌ ) ərəbcə «tərəkə» ( تَرَكَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da lüğətdə tərk edilmiş, unudulmuş, atılmış, buraxılmış, mənaları ifa­də edir.283

İstilahi mənada bu termini izah etmək üçün Əhməd ib­nus-Səlahın dediyini qeyd etmək olar. O demişdir: «Bir kimsənin rə­vayət etdi­yi hədi­sin tərk olunmasında bütün alimlər həmfi­kir ol­mayınca onun rəva­yət etdiyi hədis tərk olunmur. Belə ki, kiməsə «filankəs daif ravi­dir» deyilir, la­kin «filankəs mətruk­dur» yalnız o raviyə deyilir ki, onun rə­vayət etdiyi hədisin tərk olunma­sında bütün alim­lər həm­fi­kir olsunlar.284



Məvquf: Bu kəlmə ( مَوْقُوفٌٌ ) ərəbcə «vəqəfə» ( وَقَفَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir və «dayan­dı­rıl­mış» mənasını ifa­də edir.285

İstilahi mənada isə - səhabəyə (r.a) istinad edilən kəlmə, ya hərə­kət, ya da təsdiq etmə286 «məvquf» hədis adlanır.287



Məvsul: Bu kəlmə ( مَوْصُولٌ ) ərəbcə «vəsələ» ( وَصَلَ ) feli­nin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Belə isnada «müt­tə­sil» də deyilir. Bu kəlmə isə ərəbcə «İttəsələ» ( اِتَّصَلَ ) felinin mə­lum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu iki kəlmə – bir­ləşdiril­miş, bitişdirilmiş, bağlanmış, əlaqədar və s. mənaları ifadə edir.288

İstilahi mənada isə – «mərfu» və ya «məvquf»289 qrupuna aid, sənə­dində bağlılıq olan isnad- «məvsul» adla­nır. Belə is­nad həm də «müttəsil» adlanır.290



Mu'dəl: Bu kəlmə ( مُعْضَلٌ ) ərəbcə «ə'dələ» ( أعْضَلَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da zəif­lə­dilmiş, gücdən salın­mış, üzgün, əldən düşmüş, yorğun və s. mənaları ifa­də edir.291

İstilahi mənada isə – isnadından iki və daha çox ravinin adla­rının ardıcıl olaraq buraxıldığı hədis «mu'dəl» adla­nır.292



Mübhəm: Bu kəlmə ( مُبْهَمٌ ) ərəbcə «əbhəmə» ( أبْهَمَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu kəl­mə, ay­dın ol­mayan, aşkar olmayan, qeyri-müəyyən, örtülü, şüb­hə­li və s. mə­naları ifadə edir.293

İstilahi mənada «mübhəm»- raviyə gəlincə, ondan rəva­yət qə­bul olunmur. Belə ki, ravinin insaflı olduğunu bilmək rəva­yətin qəbul olunması üçün qoyulmuş şərtdir. Bəs adı qeyri-müəyyən olanın kim olduğu bəlli deyildirsə, onun insaflı və dəqiq olduğu necə aydın ola bilər?».294



Müəlləq: Bu kəlmə ( مُعَلَّقٌ ) ərəbcə «alləqa» ( عَلَّقَ ) felinin məc­hul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu kəlmə - asılmış, bağlanmış, bənd edilmiş və s. mənaları ifadə edir.295

İstilahi mənada isə - bu o hədisdir ki, isnadının əv­vəlin­dən bir və daha çox ravinin adla­rı ardıcıl olaraq buraxıl­mış­dır.296



Müdəllis: Bu kəlmə ( مُدَلِّسٌ ) ərəbcə «dəlləsə» ( دَلَّسَ ) felinin məlum nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da ada­mal­da­dan, yalançı, fırıldaqçı, kələkbaz və s. mənaları ifadə edir.297

İstilahi mənada isə - bu, ravinin «tədlis» etməsi deməkdir. «Tədlis» kəlməsi lüğətdə yalan, fırıldaq, kələk və s. məna­la­rı ifadə edir. İstilahi mənada isə «tədlis» üç növdür:

a) «tədlisul-isnad»- bu, ravinin rastlaşdığı kimsədən (başqa bir ravidən) eşitmədiyi rəvayəti elə bir formada rə­vayət et­mə­sidir ki, həm eşitməsi həm də eşitməməsi ehti­mal edilir».

b) «tədlisut-təsviyə»- bu, «müdəllis» ravinin öz şeyxin­dən «eşit­dim» deməklə hədis rəvayət etməsidir ki, o, isna­dın tər­ki­bində olan, bir-birilə rastlaşmış iki «siqa» ravinin arasında (hə­disi birin­dən eşidib digərinə çatdırmaqda vasi­tə) olan «daif» ravinin adını vurğulamır və onlardan birin­cisi298 «müdəllis» də deyildir. Odur ki, «Müdəllis» ravi (şey­xindən eşitdiyi hədisin isnadını sadaladıq­da) elə bir ləfz gə­tirir ki, o iki «siqa» ravinin birinin digərindən həmin hədisi eşitməsi ehtimal edilir və beləliklə də isnadın tərkibi yalnız «siqa» ravilərdən ibarət olur.

v) «tədlisuş-şuyux»- bu, bir ravinin digərindən eşitdiyi hə­disi rə­vayət etməsi­dir ki, həmin ravi şeyxinin (hədisi rə­vayət edən şəx­sin) tanınmaması üçün onu məşhur olmadığı adı ilə, yaxud kun­yası ilə, yaxud nəsəbi ilə, yaxud da xas­səsi ilə qeyd edir.299

Müdrəc: Bu kəlmə ( مُدْرَجٌ ) ərəbcə «ədrəcə» ( أدْرَجَ ) felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bir şeyi başqa bir şeyə idrac etmək, onlardan birini digərinə idxal etmək və tər­ki­binə aid etmək deməkdir.300

İstilahi mənada isə - bu o hədisdir ki, isnadının üslubu də­yişdi­rilmiş, ya da mətninə aid olmayan bir şeyi ondan ayrı ol­duğu gös­tərilmədən ona əlavə edilmişdir.301



Mühəddis: Bu, hədislər rəvayət edib onları araşdırıb-an­la­maqla hədis elmilə məşğul olan bir kimsədir ki, əksər rə­va­yət­lər­dən və onları rəvayət edənlərdən xəbərdardır.

Müxtəlit: Bu kəlmə ( مُخْتَلِطُ ) ərəbcə «inqətəa» ( إخْتَلَطَ ) feli­nin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da qa­rış­dıran, dolaşıq salan və s. mənaları ifa­də edir.302

İstilahi mənada isə - ağlın korlanmasına, deyilən sözlərin və görülən əməllərin nizam intizamsız olmasına «ixtilət» deyi­lir.303



Münqəti: Bu kəlmə ( مُنْقَطِعٌ ) ərəbcə «inqətəa» ( إنْقَطَعَ ) feli­nin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da kə­sil­miş, ayrıl­mış və s. mənaları ifa­də edir.304

İstilahi mənada isə - isnadının hər hansı bir yerində (ya əv­vəlin­də, ya ortasında, ya da sonunda) bağlılıq olmayan sənəd «mün­qəti» adlanır. Odur ki, «mürsəl», «müəlləq» və «mu'dəl» kimi is­nadlar «münqəti» də adlana bilər.305



Münkər: Bu kəlmə ( مُنْكَرٌ ) ərəbcə «ənkərə» ( أنْكَرَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da inkar olun­muş, ha­mı tərəfin­dən qəbul edilməmiş və s. mənaları ifa­də edir.306

İstilahi mənada isə - etibarsız ravinin etibarlı raviyə mü­xalif olaraq rəvayət etdiyi hədis «münkər» adlanır.307



Mürsəl: Bu kəlmə ( مُرْسَلٌ ) ərəbcə «ərsələ» ( أرْسَلَ ) felinin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu söz gön­də­rilmiş, yollanmış və s. mənaları ifa­də edir.308

İstilahi mənada isə - bu o hədisdir ki, isnadının so­nun­dan, ta­biindən sonra gələn (Peyğəmbərlə  tabiin ara­sında olan) ra­vi buraxılmışdır.309



Müsəlsəl: Bu kəlmə ( مُسَلْسَلٌ ) ərəbcə «səlsələ» ( سَلْسَلَ ) feli­nin məchul nö­vündən əmələ gəlmiş feli sifətdir. Bu da ardı­cıl, bir-biri­nin dalınca gələn, sıra ilə, zəncirlənmiş və s. mə­naları ifa­də edir.310

İstilahi mənada isə - bu o isnaddır ki, tərkibində olan ra­vilər (isnadın əvvəlindən axırınadək hədisi rəvayət etdikdə) eyni xassə­də və ya eyni vəziyyətdə olmalı, yaxud da rə­va­yətin özü eyni for­mada olmalıdır.

Tərifin şərhi:

a) Ravilərin eyni xassədə olması, onların dedikləri sözün eyni ol­ması və ya onların eyni xüsusiyyətə311 malik olması deməkdir.

b) Ravilərin eyni vəziyyətdə olması isə, onların dedikləri sö­zün və ya etdikləri hərəkətin eyni olması deməkdir.

v) Rəvayətin eyni formada olmasına gəlincə, bu, rəva­yə­tin («eşit­dim», «mənə xəbər verdi» və s. bu kimi) eyni üsul ilə ra­vilər ara­sında bir-birinə ötürülməsi, yaxud onun eyni zaman və ya mə­kanla312 əlaqəli olması deməkdir.313



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə