«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə24/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   19   20   21   22   23   24   25   26   27

«Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməli­saleh möminlər onun dostu və yardımçısıdır. Bun­lardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - müsəlman, mömin, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər».222

Aişə (r.a.) və Həfsə (r.a.) Peyğəmbərin  diğər zöv­cə­lə­rini də ona qarşı çıxmağa sövq etməkdə bir-birinə kömək edirdilər. Mən dedim: «Ey Allahın elçisi, sən onları boşa­mı­san?» O: «Xeyr»- deyə cavab verdi. Mən de­dim: «Ey Alla­hın elçisi! Mən məscidə daxil olduqda orada olanların kə­dərlə: «Alla­hın elçisi zövcələrini boşayıb!»- dediklərini eşit­dim. Bunun doğru olma­dı­ğını onlara xəbər verimmi?» O dedi: «İstəyirsən xəbər ver!» Peyğəmbərin  qəzəbi soyu­yub, üzündə təbəs­süm hiss olunana qədər mən onunla söh­bət etdim. O, oturduğu kötüyün üstündən qalxıb getdikdə mən dedim: «Ey Allahın elçisi, iyirmi doqquz gündür ki, otağındasan». O dedi: «Ay da iyirmi doqquz gündən ibarət olur». Mən məscidin qapısının önündə da­yanıb uca səslə car çə­kib dedim: «Allahın elçisi zövcələrini boşa­mayıb!» Uca Allahda bu ayəni nazil etdi:


ﭽ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﭼ الآية
«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayar­lar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər...»223

Mən də o xəbərin mahiyyətinə varan şəxslərdən idim».


Əl-Cinn surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭼ الآيات
«De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Qura­nı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Hə­qiqətən, biz heyrətamiz bir Quran dinlədik!..»

(1-ci və sonrakı ayələr)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 296) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  bir dəstə sə­habə ilə Ukaz bazarı­na224 getdilər. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə verdiyi xəbəri) oğrun-oğrun öy­rənməkdən məhrum olmuş və on­ları yandırıb yaxan ul­duz­lar təqib etmişdir. Onlar (İblisin yanına) qayıtdıqda şikayət edib dedilər: «Biz səmavi xəbəri öyrənməkdən məhrum ol­duq və üstümüzə yanar ulduzlar endirildi!» O dedi: «Sizə mane olan baş vermiş yeni hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və bu hadisənin nə olduğunu öyrə­nin!» Onlar, səmavi xəbəri öyrənməyə mane olan əsas səbəbi öy­rənmək üçün yer üzünü məşriqdən məğribə kimi gəzib dolaşdı­lar. Onlardan bir dəstə Tihaməyə225 tərəf getdi. Bu zaman onlar Ukaz bazarına getmək istəyən Peyğəmbərin  səhabə­ləri ilə birlikdə xurma ağacının yanında fəcr na­ma­zını qıldığını gördülər və onun oxuduğu Qurana qulaq asıb dedilər: «Budur bi­zi səmavi xəbərdən məhrum edən». Sonra onlar öz qövmünün ya­nına qayıdıb dedilər: «Ey qövm! Biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, haqq yolu göstərir Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmaya­cağıq». Uca Allah da Peyğəmbərinə  bu ayələri nazil etdi:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭼ الآيات
«De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Qu­ranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!..»

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (4-cü cild, səh. 167), Tirmizi «Sü­nən» əsərində (4-cü cild, səh. 207), Əhməd «Müsnəd» əsərində (1-cü cild, səh. 252), ibn Cərir «Təfsir»ində (29-ci cild, səh. 102), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 503), Beyhəqi «Dəlailun-Nübuvvə» əsərində (2-ci cild, səh. 12), və Əbu Nueym «Hilyə» əsə­rin­də (4-cü cild, səh. 301) rəvayət etmiş­lər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu demişdir. Ha­kim isə bu hədisin isnadının Buxari və Muslimin şərt­lə­ri­nə uyğun «sə­hih» olduğunu qeyd etmişdir.

Əl-Muzzəmmil surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﭼ
« Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan in­san­ların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən ya­rısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­ləşdirir. O, sizin bun­la­rı hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, töv­bələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə ola­caq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda müharibələrdə iştirak edəcəklər. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xe­yirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu gö­rəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!»

(20-ci ayə)
Əbu Davud «Sünən» əsərində (1-ci cild, səh. 503) de­miş­­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, «əl-Muzzəmmil» surəsinin əvvəlki ayələri nazil oduqdan son­ra səhabələr Ra­mazan ayında olduğu kimi digər gecələri də ibadətdə ke­çi­rərdilər. Bir il keçdikdən sonra isə bu surənin son ayəsi na­zil oldu.

Əhməd ibn Məhəmməd əl-Mər­vəzidən başqa bu hədisin isna­dında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ravi­lərdir. Əh­məd ibn Məhəmmədə gəlincə, o da «si­qa» ravidir.

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (29-cu cild, səh. 124-125) və ibn Əbi Hatim «Təfsir»ində (ibn Kəsirin «Təfsir»ində (4-cü cild, səh. 436) qeyd olunduğu kimi) isnadla rəvayət etmişlər. İsnadında olan ravilər Buxari və Muslimin istinad etdiyi ravilər­dir.
Əl-Muddəssir surəsi
Uca Allah buyurur:

ﭽ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﭼ


«Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!»

(1-5-ci ayələr)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 303) de­miş­­dir­: «Yəyhə ibn Əbi Kəsir rəvayət edir ki, mən Əbu Sələmə ibn Abdurrəhmandan Quranda ilk nazil olmuş ayə barəsində so­ruşduqda o:

ﭽ ﮬ ﮭ ﮮ ﭼ


«Ey libasına bürünüb örtünmüş peyğəmbər!» ayəsinin ilk na­zil olmuş ayə olduğunu mənə xəbər verdi. Mən dedim: «Bəs de­yirlər ilk nazil olmuş ayə

ﭽ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﭼ


«Yaradan Rəbbinin adı ilə oxu!»226 ayəsidir». Əbu Sə­ləmə dedi: «Vaxtı ilə mən də Ca­bir ibn Abdul­lah­dan (r.a) bu barədə soruşmuşdum. O mənə belə demişdi: «Mən sənə yal­nız Peyğəm­bə­rin  bizə danışdığı hədisi danışacağam. O  başına gələn hadisəni bizə danışıb dedi: «Hira dağının ya­nın­da olarkən kimsə məni çağırdı. Mən, sağıma və soluma, önümə və arxama bax­dım, lakin heç kəsi görmədim. Sonra yuxarı baxdım və (dəhşətli227) bir şey gör­düm. Mən dərhal evə getdim və Xədicəyə «Üstümü örtün! Üzərimə so­yuq su səpin!» dedim. Onlar mənim dediklərimi yerinə yetirdikdən sonra bu ayələr nazil oldu:
ﭽ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﭼ الآيات
«Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et!..»

Bu hədisi Buxari həmçinin (1-ci cild, səh. 31; 10-cu cild, səh. 305, 306, 351), Muslim «Səhih» əsərində (2-ci cild, səh. 206-208), Tirmizi «Sünən» əsə­rin­də (4-cü cild, səh. 208), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 377, 392), Abdurrəzaq «Müsənnəf» əsə­rində (5-ci cild, səh. 324), Tə­yalisi «Müs­nəd» əsərində (2-ci cild, səh. 7), ibn Cərir «Ta­rix» əsərində (2-ci cild, səh. 208-209) və «Təfsir»ində (29-cu cild, səh. 143), Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 251) və Beyhəqi «Dəlailun-Nübuvvə» əsərində (1-ci cild, səh. 410-411) rəvayət etmişlər.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə uyğun oldu­ğunu demiş və onların bu hədisi: «Peyğəmbər  vəhy nazil olduğu müddətdə baş verən hadisə barədə danışırdı» ləfzilə rəvayət etmədiklərini qeyd etmişdir. Lakin mən, xa­tırlat­maq istəyirəm ki, artıq Buxari «Səhih» əsərində (1-ci cild, səh. 31; 10-ci cild, səh. 305, 306, 350) və Muslim «Sə­hih» əsərində (2-ci cild, səh. 205-206) bu hədisi rəvayət et­mişlər.

QEYD : İbn Kəsir «Təfsirində» (4-ci cild, səh. 440) bu məsələ­ni belə izah etmişdir: «İslam alimlərinin böyük ək­sə­riyyəti Cabir ibn Abdullahdan (r.a) rəvayət olunan «əl-Mud­dəssir» surəsində olan ayənin ilk nazil olmuş ayə olduğu rə­yə müxalifdirlər. Onlar «əl-Ələq» surəsinin əvvəlki ayəsini ilk nazil olmuş ayə hesab edir­lər».

Sonra o, Buxari və Muslimin «Səhih» əsərlərindəki rəva­yəti nəql etmiş və de­miş­dir: «Muslim de­miş­­dir­: «Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər  ona vəhy nazil olduğu müd­dət­də baş verən hadisə barədə bizə xəbər verib dedi: «Mən, yolda getdiyim vaxt göydən səs eşitdim. Başı­mı qaldırıb səmaya baxdıqda Hira dağın­da ya­nı­ma gələn mələyin göylə-yer arasında yerləşdirilmiş kürsü üzərində əyləşdiyini gördüm və qorxudan üzüqoylu yerə yıxıldım. Sonra dərhal əhli-əyalımın yanına getdim və: «Üstümü ör­tün! Üstümü örtün!» dedim. Uca Allah da bu ayə­ləri nazil etdi:

ﭽ ﮬ ﮭ ﮮ ﭼ إلى قوله ﭽ ﯙ ﯚ ﯛ ﭼ

«Ey libasına bürünüb örtünmüş peyğəmbər!» ayəsindən «Pis şeyləri tərk et!» ayəsinə qədər.228

Əbu Sələmə «pis şeylərin» bütlər olduğunu izah etmiş­dir. Son­ra vəhyin na­zil olması davam etdi. Bu, Buxarinin rə­vayət etdiyi ləfz kimidir və buradakı: «Hira dağında ya­nı­ma gələn mələ­yin…» ləfzi sübutdur ki, o mələk, yəni Cəbrail  bu hadisə­dən əvvəl də artıq ona ayələr nazil etmişdir:


ﭽ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﭼ

«Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxta­sından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmə­dik­lə­rini öyrətdi».229

Bu ayələr nazil olduqdan sonra bir müddət vəhyin nazil olması dayandı, sonra yenə nazil olmağa başladı. Bütün bunları da cəm edib demək olar ki, vəhyin nazil olmasının dayanmasından bir müddət sonra ilk nazil olan ayə «əl-Muddəssir» surəsinin ayələri­dir».

İbn Həcər də «Fəthul-Bari» əsərində (1-ci cild, səh. 31; 10-cu cild, səh. 304-305) buna bənzər bir izah qeyd et­miş­dir.

Uca Allah buyurur:
ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﭼ الآيات
«Məni təkbaşına yaratdığım kimsə ilə tək burax, Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğul­lar verdim...»

(11,12,13 və sonrakı ayələr)

İbn Kəsir «Bidayə vən-Nihayə» əsərində (3-cü cild, səh. 60) de­miş­­dir­: «İbn Abbas (r.a) rə­vayət edir ki, Vəlid ibn əl-Müğirə Peyğəm­bə­rin  yanına gəlib onun oxuduğu Quranı dinlədi və sanki ona olan sərt münasibəti yumşaldı. Bu xə­bər gedib Əbu Cəhlə çatdıqda o, Vəlidin yanına gəlib dedi: «Ey əmi! Qövmün pul toplayıb sənə vermək istə­yir». Vəlid: «Nə üçün?» deyə soruşduqda o dedi: «Çünki sən Məhəm­mədin də­və­tini qəbul edib dədə-babalarının dinindən dön­müsən». O dedi: «Qüreyş qə­bi­ləsi mənim var-dövlə­timin hamısından çox olduğunu yaxşı bilir». Əbu Cəhl dedi: «Elə isə bir söz de, qövmün də bilsin ki, sən onun dəvətini inkar edir­sən!» O dedi: «Mən nə deyim! Allaha and olsun ki, şer və onun vəznlərini, qə­si­dələri və cinlərə məxsus şerləri mən­dən yaxşı bilə­niniz yoxdur! Allaha and olsun ki, onun dedikləri bunlardan heç birinə bənzəmir! Allaha and olsun ki, onun dediyi sözlər çox şi­rin, məlahətli, cazibədar və əv­vəlindən axırına qədər səmərəli və bərəkətli olan sözlər­dir. Bu sözlər (yaradılmışlar tərəfindən) deyi­lən­lərin hamısını üstələyir və onları puç edir. Onu isə heç nə üstə­ləmir». Əbu Cəhl dedi: «Onun dəvətini inkar etməyincə qövmün səndən razı qalmayacaq!» O dedi: «Dayan, bir az fikirləşim!». O, bir az fikirləşib dedi: «Həqiqətən, bu, bir sehrdir! O bununla ha­mı­nı ovsunlayır!» Uca Allah da bu ayələri nazil etdi:


ﭽ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﭼ الآيات
«Məni təkbaşına yaratdığım kimsə ilə tək burax, Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğul­lar verdim...»230 Beyhəqi bu hədisi Hakimdən231 «mürsəl» isnadla nəql etmişdir».

Əl-Qiyamə surəsi
Uca Allah buyurur:
ﭽ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﭼ
«Cəbrail sənə Quranı nazil etdikdə onu tə­ləm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aid­dir».

(16-17-ci ayələr)
Buxari «Səhih» əsərində (1-ci cild, səh. 32) de­miş­­dir­: «Səid ibn Cubeyr rəvayət edir ki, ibn Abbas (r.a) bu ayə ba­rəsində belə demiş­dir: «Allahın elçisi  ona nazil olan ayə­ləri əzbərləmək üçün (və ya ayə nazil ol­du­ğu zaman üzərinə düşən məşəqqətdən tez qurtar­maq üçün bu ayələri) do­daq­la­rını tərpədərək tə­ləm­tə­lə­sik oxu­yardı. Mən də onun dodaq­la­rının necə tərpət­mə­si­ni sizə göstəri­rəm. Eynilə Səid ibn Cubeyr də öz tə­lə­bə­lə­rinə:

«Mən də ibn Abbasın (r.a) dodaqlarının necə tərpən­diyi­ni gör­düyüm ki­mi dodaqlarımı tərpədəcəyəm!»- deyib do­daqlarını tər­pətdi.

Peyğəmbər  Quranı tələmtələsik oxuduğu üçün Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﭼ
«Cəbrail sənə Quranı nazil etdikdə onu tə­ləm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aid­dir». Yəni, Quranı sənin qəlbində cəm edəcəyik və sən də onu oxuyacaq­san. Biz onu oxu­duğumuz zaman diq­qətli ol, onu dinlə və sus! Həqiqətən, onu sə­nin dilində oxut­maq Bizə aiddir. Bu hadisədən sonra Cəbrail  hər dəfə Allahın elçisinə  ayələr nazil etdikdə o, bu ayələri yalnız dinləyərdi. Cəbrail  çıxıb getdikdən sonra isə Allahın el­çisi  bu ayələri eşitdiyi kimi oxuyardı».

Bu hədisi həmçinin Muslim «Səhih» əsərində (4-cü cild, səh. 165-166), Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 209), Nəsai «Sünən» əsərində (2-ci cild, səh. 115), Əhməd «Müsnəd» əsərində (1-ci cild, səh. 343), Təyalisi «Müs­nəd» əsərində (2-ci cild, səh. 25), ibn Sə'd «Təbəqat» əsərində (1-ci cild, səh. 132), ibn Cərir «Təfsir»ində (29-cu cild, səh. 187), Humeydi «Müsnəd» əsərin­də (1-ci cild, səh. 242) və ibn Əbu Hatim (ibn Kəsirin «Təfsir»ində (4-cü cild səh. 449) qeyd olunduğu kimi) rəvayət etmişlər.


Uca Allah buyurur:
ﭽ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﭼ
«Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!»

(34-35-ci ayələr)
Nəsai «Sünən» əsərində (ibn Kəsirin «Təfsir»ində (4-cü cild, səh. 452) qeyd olun­duğu kimi) de­miş­­dir­: «Səid ibn Cubeyr rəvayət edir ki, mən ibn Abbasdan (r.a) bu iki ayə
ﭽ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﭼ
«Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!» barə­sində soruş­dum. O dedi: «Bu ifadələri Allahın elçisi  Əbu Cəhlə dedi və bu ayələr nazil oldu».

Bu hədisin ravilərinin hamısı Buxari və Muslimin istinad etdiyi ra­vi­lər­­dir.

Hədisi həmçinin ibn Cərir «Təfsir»ində (29-cu cild, səh. 200) rəvayət etmiş­dir.

Ən-Naziat surəsi
Uca Allah buyurur:
ﭽ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﭼ
«Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?” – de­yə soruşurlar. Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən».

(42 - 45-ci aylər)
İbn Cərir «Təfsir»ində (30-cu cild, səh. 49) demiş­dir­: «Aişə (r.a) rəvayət edir ki, Peyğəm­bərə  qiyamət ba­rə­sin­də o qədər sual verdilər ki, Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﭼ الآيات
«Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sə­nin Rəbbinə aiddir...»

Bu hədisi həmçinin Hakim «Mustədrək» əsərində (1-ci cild, səh. 5; 2-ci cild, səh. 513), Əbu Nueym «Hilyə» əsə­rin­də (7-ci cild, səh. 314) və Xətib əl-Bəğdadi «Tarix» əsə­rin­də (11-ci cild, səh. 321) rəvayət etmişlər. Hakim bu hədisin isnadının Buxari və Mus­limin şərtlərinə görə «səhih» oldu­ğunu qeyd etmiş, Zəhəbi də bu­nu təsdiqləmiş­dir. Bu hədisi həmçinin ibn Əbi Hatim «İləl» əsə­rində nəql etdikdən sonra demişdir: «Bu hədisi mənə Əbu Zur'a rəvayət etmiş və de­mişdir: «Bu, «səhih, mür­səl» hədisdir».

Lakin qeyd etmək istəyirəm ki, bu «illə» (yəni «mürsəl» olma­sı) hədisin mötə­bər olmasına heç bir xələl gətirmir. Çünki Abdul­lah ibn əz-Zubeyr və Ya­qub ibn İbrahim bu hə­disi «məvsul» is­nadla rəvayət etmişlər. Həmçinin bu hədisin isnadının mötəbər olduğuna dair başqa bir hədis də möv­cud­dur.

İbn Cərir «Təfsir»ində de­mişdir: «Tariq ibn Şihab belə deyir: «Peyğəmbərə  qiyamət barəsində o qədər sual ver­dilər ki, bu ayələr nazil oldu:

ﭽ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﭼ إلى قوله ﭽ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﭼ
«Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?” – de­yə soruşurlar. Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən».

Heysəmi «Məvariduz-Zəman» əsərində (7-ci cild, səh. 13) bu hədisi qeyd etdikdən sonra demişdir: «Bu hədisi Bəzzar rəvayət edib və isnadında olan ra­vi­lə­rin hamısı Bu­xari və Muslimin isti­nad etdiyi ravilərdəndir».

İbn Kəsir «Təfsir»ində (2-ci cild, səh. 273) bu hədisin is­nadının «ceyyid» olduğunu qeyd etmişdir.
Əbəsə surəsi
Uca Allah buyurur:
ﭽ ﭑ ﭒ ﭓ ﭼ الآيات
«O qaşqabağını sallayıb üzünü yana çevirdi».

(1-ci və sonrakı ayələr)
Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 209) demiş­dir­: «Aişə (r.a) rəvayət edir ki,
ﭽ ﭑ ﭒ ﭓ ﭼ الآيات

«O qaşqabağını sallayıb üzünü yana çevirdi». (ayəsi və bun­dan sonrakı ayələr) kor olmuş ibn Ümmi Məktum (r.a) barəsində nazil olmuşdur. O, Pey­ğəm­­bə­­rin  yanına gəldi və dedi: «Ey Allahın elçisi! Mə­ni haqq yoluna isti­qamət­lən­dir». Müşriklərin başçılarından biri Peyğəm­bə­rin  yanında olduğundan o, ibn Ümmi Məktumdan (r.a) üz çevirdi və müşriklərin başçısına tərəf döndü. O: «Məgər mənim de­di­yimdə bir anlaşılmazlıq var?»- dedi və bu ayələr nazil ol­du».

Bu hədis «həsən, ğərib»dir.

Bu hədisi həmçinin ibn Hibban «Səhih» əsərində («Mə­variduz-Zaman» əsərində (səh. 438) qeyd olunduğu kimi), ibn Cərir «Təfsir»ində (30-cu cild, səh. 50) və Hakim «Mustədrək» əsərində (2-ci cild, səh. 514) rəvayət et­miş­lər. Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «sə­hih» olduğunu demişdir. Lakin Zəhə­bi bunun «mürsəl» ol­duğu­nu qeyd etmişdir. İraqi tədqiq etdiyi «İhya» əsərinin (4-cü cild, səh. 244) demiş­dir: «Bu hədisin isna­dında olan ravilərin hamısı Buxari və Muslimin istinad etdiyi ra­vilər­dir».

Bu hədisin mötəbər sayılması üçün başqa bir hədisi də qeyd etmək olar. Şəvkani «Fəthul-Qadir» əsərində (5-ci cild, səh. 386) demişdir: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, ibn Ümmi Mək­tum (r.a) Peyğəm­bə­rin  yanına gələndə o, Ubey ibn Xələf ilə söhbət edirdi. Peyğəm­bə­r  ibn Üm­mi Məktumu (r.a) görəndə ondan üz çevirdi. Uca Allah da bu ayələri nazil etdi:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭼ الآيات
«O qaşqabağını sallayıb üzünü yana çevirdi. Yanına bir korun gəlməsinə görə...». Bu ayələr nazil olduqdan Peyğəm­bə­r  ona ehtiram göstərirdi.

Bu hədisin isnadı ibn Kəsirin «Təfsir»ində (4-cü cild, səh. 470) qeyd olun­muş­dur. Məhəmməd ibn Məhdidən baş­qa bu isnadda olan ravilərin hamısı Buxari və Muslimin isti­nad etdiyi ravilərdir. Lakin bunun isnada heç bir təsiri yox­dur. Çünki o bu hədisi Ab­durrəzaqdan rəvayət etmişdir. O da bu hədisi «Müsənnəf» əsərin­də «səhih» isnadla rəvayət etmişdir..


Əl-Mutaffifin surəsi
Uca Allah buyurur:
ﭽ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﭼ
«Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. Onlar dirildiləcəklərini fikirləşmirlərmi? Həm də əzəmətli bir gündə. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar».

(1-6-cı ayələr)
İbn Macə «Sünən» əsərində (2223-cü hədis) demiş­dir­: «İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər  Mədinə şə­hərinə gəldiyi zaman oranın əhalisi (bir çoxları) çəkidə və ölçüdə aldadan ən nanəcib insanlar idi. Uca Allah da bu ayələri nazil etdi:
ﭽ ﯖ ﯗ ﯘ ﭼ الآيات
«Çəkidə və ölçüdə aldadanların vay halına!...» bundan son­ra onlar çəkidə aldatmadılar.

Bu hədisi həmçinin Nəsai «Sünən» əsərində (İbn Kəsirin «Təf­sir»ində (4-cü cild, səh. 483) qeyd olunduğu kimi), ibn Hib­­­ban «Səhih» əsərində (Heysəminin «Məvariduz-Zaman» əsərində (səh. 438) qeyd olunduğu kimi), ibn Cərir «Təf­sir»ində (29-cu cild, səh. 91) və Hakim «Mustədrək» əsə­rin­də (2-ci cild, səh. 33) rəvayət etmişlər. Hakim bu hədisin is­nadının «səhih» olduğunu qeyd etmiş, Zəhəbi də bunu təs­diqləmişdir. Bütün bu rəvayətlər bir-birini qüvvət­lən­dirir və hədisin sabit olduğunu sübut edir. Daha doğrusunu isə Allah bilir!


Əd-Duha surəsi
Uca Allah buyurur:
ﭽ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ
«And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəb­bin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu».

(1 - 3-cü ayələr)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 339) demiş­dir­: «Cündəb ibn Süfyan əl-Bəcəli (r.a) rəvayət edir ki, Peyğəm­bər  iki-üç gün xəstə yatdı. Bu vaxt bir qadın gəlib Pey­ğəmbərə  belə dedi: «Deyəsən şeytanın səni tərk edib! İki-üç gecədir ki, mən onun sənə yaxınlaşdığını (vəhy nazil et­diyini) görmürəm?» Bu vaxt Uca Allah bu ayələri nazil etdi:
ﭽ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭼ
«And olsun səhərə! And olsun sakitləşən gecəyə! Rəb­bin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu».

Bu hədisi Buxari həmçinin «Fədailul-Quran» fəslində (10-ci cild, səh. 382), «Namaz» fəslində (3-cü cild, səh. 250), Muslim «Səhih» əsərində (12-ci cild, səh. 156), Tir­mi­zi «Sünən» əsərində (4-cü cild, səh. 214), Əhməd «Müs­nəd» əsərində (4-cü cild, səh. 311-312), Təyalisi «Müsnəd» əsərində (2-ci cild, səh. 25), İbn Cə­rir «Təfsir»ində (30-cu cild, səh. 231), Humeydi «Müsnəd» əsərin­də (2-ci cild, səh. 342) və Xətib əl-Bağdadi «Muvəddih Əvhamil-Cəmi vət-Təfriq» əsərində (2-ci cild, səh. 22) rəvayət etmişlər.

Tirmizi bu hədisin «həsən-səhih» olduğunu qeyd etmiş­dir.
Uca Allah buyurur:
ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﭼ
«Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan».

(5-ci ayə)

İbn Kəsir «Təfsir»ində (4-cü cild, səh. 522) Abdullah ibn Abba­sın (r.a) rəvayət etdiyi hədisin isnadını qeyd etdikdən sonra de­mişdir: «Müsəlman ümmətinə nəsib ola­caq xə­zinə­lər (bol-bol nemətlər) Peyğəmbərə  gös­tərildi və o, çox se­vindi. Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﭼ
«Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan».

Rəbbi ona Cənnətdə bir milyon qəsr232 bəxş etmişdir ki, onla­rın hər birində ona layiq zövcələr və xidmətçilər möv­cuddur».

İbn Cərir və ibn Əbi Hatimin rəvayət etdikləri bu hədisin isna­dı «məvquf»dur, lakin buna baxmayaraq o «səhih»dir.

İbn Kəsir deyir ki, ibn Cəririn rəvayət etdiyi hədisin is­nadla­rından birində Amr ibn Hişam əl-Beyruti «daif» ra­vi­dir. Digər isnadda olan Rəvvad ibn əl-Cər­ra­h isə «müxtəlit» ravidir.

Hakim bu hədisi «Mustədrək» əsərində (2-ci cild, səh. 526) qeyd etmiş və səhih olduğunu bildirmişdir. Lakin Zə­həbi onu qı­namış və demişdir: «Asim ibn Rəvvadın atasın­dan rəvayət etdiyi hədis, Rəvvadın «daif» olduğuna gö­rə hə­dis mötəbər hesab olun­mur. Bu hədisi həmçinin Təbərani «Mucəmul-Kəbir» və «Mucə­mul-Əvsət» əsərlərində rəvayət etmişdir. Lakin bu isnadlardan bi­rindəki Müaviyə ibn Əbil-Abbasın kim olduğu mənə bəlli deyil­dir. Digər isnad isə (yəni «Mucəmul-Kəbir»dəki isnad) «həsən»­dir. Lakin bu hədisdə aşağıdakı ayə nazil ol­muş­­dur:
ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﭼ


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə