«Яс-Сящищу-л-Мусняд»мин ясбаби-н-Нузул китабыны йазмаьы мяним цчцн асанлашдыран Ужа Аллаща щямд едирям



Yüklə 2,89 Mb.
səhifə21/27
tarix05.06.2018
ölçüsü2,89 Mb.
#47632
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

«Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdiklə­ri mehri özlə­rinə qay­tarın. Həmin qadınların mehrlərini özlərinə verdi­yiniz hal­da onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınla­rınızı kəbin altında saxlamayın, sərf et­di­yi­niz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsin­lər. Allahın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah Bilən­dir, Müd­rikdir»197

Bu ayə nazil olduqdan sonra Ömər (r.a) iki müşrik zöv­cəsini boşadı və onlardan birini Müaviyə ibn Əbi Süfyan (r.a), digərini isə Səfvan ibn Ümeyyə aldı. Peyğəmbər  Mədinəyə gəldikdən sonra müsəl­man olmuş qüreyşli Əbu Bəsir (Ütbə ibn Useyd əs-Səqəfi) (r.a) onun yanına gəldi. Qüreyş də onu geri qaytarmaq üçün iki kişi göndərdi və on­lar Peyğəmbə­rin  yanına gəlib: «Bizimlə bağladığın sülh müqavilə­si­nə görə Əbu Bəsiri (r.a) geri qaytar!»- deyə ona müraciət etdilər. O, Əbu Bəsiri (r.a) həmin iki kişiyə təhvil verdi. Onlar Əbu Bəsirlə (r.a) Məkkəyə yola düşdülər və nə­hayət gəlib zul-Hüleyfəyə çatdılar. Burada onlar (xurcun­la­rındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir (r.a) onlardan birinə (Xuney ibn Cabirə): «Ey filankəs, Allaha and olsun ki, sənin bu qılıncın çox gözəldir!»- dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi: «Doğrudan da bu çox gö­zəl qılıncdır. Mən onu bir neçə dəfə təc­rübədən ke­çirmi­şəm». Əbu Bəsir (r.a): «Göstər görüm necə qılıncdır»- dedi, sonra fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi kəsi­lə­nə qədər qılıncla onu vurdu. O birisi isə (başqa rəva­yətdə Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbə­r  onun vahimə içində yüyürə-yü­yü­rə gəldiyini görüb: «Bu adam nədənsə qorxub!»- dedi. O, Peyğəmbə­rin  yanına gəlib dedi: «Allaha and olsun ki, yoldaşım öldürüldü! (Qo­ru­masanız) mən də öldürüləcə­yəm».

Bu vaxt Əbu Bəsir (r.a) gəlib dedi: «Ey Allahın pey­ğəm­bəri! Allaha and olsun ki, artıq O, sənə vədini yerinə yetir­məyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah mə­ni onların əlindən xilas etdi.

Peyğəmbə­r  dedi: «Vay bunun anasının halına!198 Bu, müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nə­fər də onunla həmrəy olsa (o zaman mü­haribə alovu qı­zı­şa­caq və sülh müqaviləsi pozula­caq) ».

Əbu Bəsir (r.a) bunu eşitdikdə onun yenidən müşriklərə qay­tarılacağını ba­şa düşdü və Mədinədən çıxıb dənizin sa­hi­linə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyl (r.a) də ona qoşuldu. Daha sonra isə Məkkə müşriklərin­dən yaxa qurtaran hər bir müsəlman ona qoşuldu və belə­liklə də onlar qüvvətli bir dəstəyə çevril­dilər. Vallahi onlar hər dəfə Qüreyşin ticarət karvanının Şa­ma yola düşdüyündən xəbər tut­duqda, karvanın qabağını kə­sər və onları öldürüb mallarını götürərdilər. Bu təhlükəni görən Qüreyş öz tərəfindən bir nümayəndəni (Əbu Süfyanı (r.a)) Peyğəmbərin  yanına göndərdi. Bu dəfə Qüreyş Pey­ğəmbəri  Allaha and verib aralarında olan qo­humluq əla­qələrinin hör­mətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir (r.a) və onun camaatından qorumaq üçün) ona yal­va­rırdı. Onlar Peyğəmbərə  : «Bundan sonra müsəlman ola­raq Məkkədən Mədinəyə hicrət etmiş hər bir şəxs əmin ola bilər (geri gətiril­məyəcəkdir.) »- deyə xəbər göndər­miş­di­lər».

Peyğəmbər  səhabələrdən birini (bu xoş xəbəri çat­dır­maq üçün) Əbu Bəsir və onun camaatının yanına göndərdi və Uca Allah bu ayələri nazil etdi:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭼ حتى بلغ ﭽ ﮘ ﮙ ﮚ ﭼ
«Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur..» ayəsindən, «Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıl­dıqla­rı zaman …»199 ayəsinə qədər.

Onların təkəbbür və təəssübü, Hüdeybiyyə müqaviləsinə «Bismillahir-Rəh­manir-Rəhim», «Muhəmmədun-rəsulul­lah» söz­lərini yazmaqdan imtina etmə­ləri və həmin il (hic­rə­tin altıncı ilində) müsəlmanların Məkkəyə daxil olub Alla­hın evini ziyarət etməyə razılıq verməmələri idi.

Bu hədisi həmçinin Abdurrəzaq «Müsənnəf» əsərində (5-ci cild, səh. 342), Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 331) və ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 101) tə­vayət etmişlər.

Muslim «Səhih» əsərində (12-ci cild, səh. 187) de­miş­­dir­: «Ənəs ibn Malik (r.a) rəvayət edir ki, səksən nəfər silahlı Məkkə müşriki Tən'im dağı tərəfdən müsəlmanlara hücum etmiş, lakin əsir tutulub Peyğəm­bərin  yanına gətiril­miş­dilər. O da onlara heç bir cəza verməyib hamısını azad et­miş və bu ayə nazil olmuşdu:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭼ
«Sizi onların üzərində qələbə çalmağa müvəffəq et­dik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur..».

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 185), Əbu Davud «Sünən» əsərində (3-cü cild, səh. 13), Əhməd «Müsnəd» əsərində (3-cü cild, səh. 122, 125) və ibn Cərir «Təf­sir»ində (26-cı cild, səh. 94) rəvayət et­mişlər.

Muslim «Səhih» əsərində (12-ci cild, səh. 174) de­miş­­dir­: «Sələmə ibn əl-Əkva (r.a) demiş­dir: «Peyğəmbərlə  bir­lik­də Hüdeybiyyəyə gəldiyimiz zaman bizim sayımız min dörd yüz nəfər idi və biz özümüzlə əlli qoç da gətirmişdik. (Ora çatdıqda hamı susamışdı. Elə buna görə də) Peyğəmbər  su quyusunun yanında oturdu, sonra ya dua etdi, ya da onun içinə tüpürdü və oradan su fəvvarə vurdu. Biz o sudan do­yunca içdik, heyvanları­mızı suvardıq və ehtiyat üçün qabla­rımıza da doldurduq. Sonra Peyğəmbər  beyət etmək üçün bizim hamımızı ağacın altına dəvət etdi. Mən ilk beyət edənlərdən idim. Beyət edənlərin sayı yarıya çatdıqda Pey­ğəmbər  dedi:

– Ey Sələmə, gəl beyət et!

– Ey Allahın elçisi, artıq mən ilk zümrə ilə birlikdə sənə beyət etdim!

– Yenə beyət et!

Sonra o məni əliboş – yəni silahsız görüb bir qalxan ver­di və beyət etməyinə davam etdi. Beyətin sonunda o dedi:

– Ey Sələmə, mənə beyət etmirsən?

– Ey Allahın elçisi, artıq mən əvvəlki və sonrakı camaatla birlikdə sənə beyət etdim!

– Yenə beyət et!

Mən üçüncü dəfə ona beyət etdim. Sonra o mənə dedi: «Ey Sələmə, sənə verdiyim qalxan haradadır?»

Mən dedim: «Ey Allahın elçisi! Mən əmim Amiri (r.a) silahsız görüb qal­xanı ona ver­dim».

Pey­ğəmbər  gülüb dedi: «Həqiqətən, sən, sanki ilk əv­vəl: «Allahım! Özümdən də artıq sevdiyimi (bir ne­məti) mənə əta et!»- deyən şəxsə bənzəyirsən!»

Sonra müşriklər bizim yanımıza öz nümayəndələrini gön­dərib onlarla sülh müqavi­ləsi bağ­lamağı təklif etdilər. Biz bununla razılaşdıq və aradakı gediş-gəliş bər­pa olundu. O zamanlar mən Təlhə ibn Ubeydullahın (r.a) xidmətçisi idim. Mən onun atını suvarır, qaşovla belini toz-torpaqdan tə­miz­ləyir, habelə digər xid­mətlər göstərir­ və Təlhənin (r.a) çörə­yini yeyirdim. Mən Allahın (riza­sını qazanmaq) və Pey­ğəm­bərinin  (əmrinə tabe ol­maq) xatirinə var-dövlətimi və qo­hum-əqrəbamı tərk edib Mədinəyə hicrət et­mişdim.

Məkkə əhli ilə bizim aramızda sülh müqavi­ləsi bağ­la­nı­lıb ge­diş-gəliş bər­pa olunduqdan sonra mən tikanlı bir ağa­cın yanına gəlib altına tökülmüş ti­kan­ları təmizlədim və din­cəlmək üçün orada uzandım. Bu zaman dörd Məkkə müşriki yanıma gəlib Peyğəmbər  barəsində nalayiq sözlər danış­mağa başladılar. Mən onların dediklərinə nifrət etdim və ge­dib başqa ağacın altında uzandım. Onlar silahlarını ağacdan asıb orada uzandı­lar. Elə bu vaxt carçı vadinin aşağı tə­rə­fin­dən car çəkib dedi: «Ey mühacirlər, ibn Zuneymi (r.a) öldü­rüblər!» Mən dərhal qılıncımı çıxarıb o dörd nəfərin üstünə hücum etdim və onların qılınclarını əlimə toplayıb dedim: «Məhəm­mədin hör­mətini ucaldan Allaha and olsun ki, siz­lərdən biri başını tərpətsə onun boynunu vuraram!» Sonra mən onları əsir tutub Peyğəm­bərin  yanına gə­tirdim. Bu arada əmim Amir (r.a) zirehli atın üzərində, əsir tutulmuş Ablat oğullarından olan Mikrəzi və başqa yetmiş müşriki Peyğəmbərin  yanına gətirdi. Peyğəmbər  onlara nəzər salıb dedi: «Onları azad edin! Bu onların birinci və axırıncı günahı ol­sun!»

Peyğəmbər  onları bağışlayıb hamısını azad etdi və Uca Allah da bu ayəni nazil etdi:


ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭼ
«Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir».

Sonra biz oradan çıxıb geriyə, Mədinəyə döndük və yol­üstü müşrik olan bənu Lihyan qəbiləsinə yaxın bir yerdə da­yanmalı ol­duq. Onlarla bizim aramızda bir dağ var idi. Pey­ğəmbər  o gecə dağa qalxıb müşrik­lər barəsində ona və sə­habələrinə xəbər gətirən şəxs üçün Allahdan bağışlan­ma dilədi. Mən o gecə iki və ya üç dəfə dağa qalxdım.

Biz Mədinəyə gəlib çatdıqdan sonra Peyğəmbər  xid­mətçisi Rəbahı (r.a) mənimlə birlikdə geridə qalmış sürüyə baş çəkməyə gön­dərdi və biz Təlhənin (r.a) atına minib ora getdik. Biz ora çatdıqda artıq Abdurrəhman ibn Bədr əl-Fə­zari sürüyə basqın etmiş, çobanı öldürüb mal-qaranı sü­rüb aparmışdı. Mən: «Ey Rəbah! Götür bu atı Təlhə ibn Ubey­dullaha (r.a) çatdır, Peyğəmbərə  də xəbər ver ki, artıq müşriklər onun sürüsünə basqın ediblər».

Sonra mən bir təpənin üstünə qalxıb Mədinəyə tərəf üz tut­dum və üç dəfə: «Köməyə gəlin!» – deyə çağırdım.

Daha sonra mən müşrikləri təqib edib onları ox atəşinə tut­dum və rəcəz200 ilə bu sözləri oxudum:
Əkvanın oğluyam mən Ölüm günüdür bu gün.

Sonra yaxınlaşıb onlardan birini oxla vurdum. Mənim atdığım oxun ucu onun atının yəhərindən keçib çiyininə dəydi. Mən yenə:


Əkvanın oğluyam mən Ölüm günüdür bu gün.
deyib onları ox atəşinə tutdum. Allaha and olsun ki, at­lı­lardan hər biri mənə hücum etdikcə onları (atlarını) oxla vurub yarala­yırdım. Mən o vaxta qədər ox atdım ki, nəhayət onlar (çıxılmaz vəziyyətə düşdülər və) özlərini dağ də­rə­si­nə saldılar. Mən dağın üstünə qalxıb onların başlarına o qədər daş yağdırdım ki, nəhayət ələ keçirdikləri mal-qaranı geri qaytardılar. Onlar həyəcanla otuz­dan çox zireh və nizələri yerə atdılar. Mən bu silahların üzərinə o qədər daşlar saldım ki, Peyğəmbər  və səhabələri dağın döşündəki dərəyə gəl­dikdə onların orada olduğunu bilsin. Bu vaxt Abdurrəhman ibn Bədr əl-Fəzari gə­lib çıxdı və onlar oturub nahar etməyə başladılar. Mən isə dağın üs­tündən onlara tamaşa edirdim. O dedi: «Bu gördüklərim nədir? (Burada nə baş verib?)» Onlar dedilər: «Biz bunun təzyiqinə mə­ruz qalmışıq. Allaha and olsun ki, alaqaranlıqdan indiyə kimi bizdən əl çəkmə­yib, bizi ox atəşinə tutub və hər şeyi (mal-qaranı, zireh­ləri­mizi və nizə­lərimizi) əlimizdən alıb. Abdurrəhman ibn Bədr əl-Fəzari dedi: «Dörd nəfər (danışıqlar aparmaq üçün) onun yanına get­sin!»

Onlardan dördü mənim yanıma qalxdı. Mən danışmağa fürsət tapan kimi dedim: «Məni tanıyırsınızmı?» Onlar de­dilər: «Xeyr, sən kimsən?» Mən dedim: «Mən Sələmə ibn əl-Əkvayam. Məhəmmədin hör­mətini ucaldan Allaha and olsun ki, mən is­təsəm sizin hər birinizi öldürə bilərəm, an­caq siz is­təsəniz də məni öldürə bilməyəcək­siniz!» Onlar­dan biri: «Bəli! Zənn edirəm ki, o doğru deyir»- dedi və on­lar geri qayıtdılar. Peyğəmbərin  süvari qoşunu ağaclar ara­sından görünənədək mən tutduğum mövqeyi tərk etmə­dim. Qoşunun önündə Əxrəm əl-Əsədi (r.a), onun ar­dınca Əbu Qətadə əl-Ənsari (r.a), onun da ar­dın­ca Miqdad ibn əl-Əsvəd əl-Kindi (r.a) gəlirdi. Mən Əxrəmin (r.a) atının yüyə­nindən tutduqda o dedi: «Axı onlar qaçırlar!» Mən dedim: «Ey Əxrəm, onlardan özünü qoru! Mən istəmi­rəm ki, Pey­ğəmbər  və səha­bələri gəlincəyə qədər onlar səni öldür­sünlər!» O dedi: «Ey Sələmə! Əgər sən Allaha və axirət gü­nünə, cən­nətin və cəhən­nəmin haqq olduğuna inanırsan­sa Onun yolunda şəhid olmağıma mane ol­ma!»

Mən ona mane olmadım və o Abdurrəhman ibn Bədr əl-Fəzari ilə təkbətək göyüşdə şəhid oldu. O, yalnız Abdur­rəh­manın atını yaralaya bildi, Abdurrəhman isə onu öldürüb atına sahib oldu. Sonra Əbu Qətadə (r.a) Abdurrəhmanla təkbətək döyüşdü və qılıncla onu öldürdü. Məhəmmədin hörmətini ucaldan Allaha and olsun ki, mən onların ardınca qaçdım və arxada nə bir səha­bə, nə də onlardan bir toz-tor­paq (əsər-əlamət) gördüm. Müşrik­lər gün batmamışdan əv­vəl gəlib zu-Qərəd adlanan, su olan bir dərəyə çatdılar və susuzluqlarını ya­tırtmaq üçün suyun kənarına gəldilər. Son­ra nəzər salıb mənim onların dalınca gəldi­yimi, on­ları qa­baqladığımı görüb dərhal oranı tərk etdilər və bir qurtum belə o su­dan içə bilmədilər. Onlar yenə dağın döşünə çəkil­dilər. Mən qaça-qaça onlara yaxınlaşıb:
Əkvanın oğluyam mən Ölüm günüdür bu gün.

deyib qarşımdakı müşrikin çiynindən bir ox vurdum.

O dedi: «Anası onu itirsin! Bu, səhərki Əkvadı?» Mən: «Bəli, ey nəfsinin düşməni! Mənəm, səhərki Əkva!»- deyə cavab ver­dim».

Onlar dağın döşündə iki at tərk edib qaçdılar. Mən bu at­ları da sürüb Peyğəm­bərin  yanına apardım və yolda Amirlə (r.a) rast­laşdım. Onun əlində birində bir az süd, di­gə­rində isə su olan iki tuluq var idi. Mən (süddən) içib (sudan) dəstəmaz aldıqdan sonra Peyğəm­bərin  yanına gəldim. O, müşriklərin tərk etdi­yi suyun kənarında oturmuş və onlardan aldığım dəvələ­ri, zi­rehləri və nizələri götür­müş­dü. Bilal (r.a) isə bu dəvələrdən birini kə­sib ciyərindən və hörgücündən Peyğəm­bər  üçün qı­zardırdı. Mən dedim: «Ey Allahın elçisi, izn ver səhabələrdən yüz nəfər seçib gö­türüm və onların ardınca gedib hamısını öldürüm!»

Peyğəm­bər  azı dişləri tonqal işığında görünənə qə­dər (ürəkdən) güldü və dedi: «Ey Sələmə! Sən bunu bacara bilə­cəyinə arxayinsan?» Mən dedim: «Əlbəttə! Səni ən hörmətli edən Allaha and olsun ki, bacara­ram!» O dedi: «Hal hazırda onlar Ğətəfan diyarında gonaqdırlar!»

Bu vaxt Ğətəfandan bir kişi gəlib dedi: «Filankəs onlar uçun bir dəvə kəs­di. Onlar dəvənin dərisini soyarkən üzə­rində olan toz-torpağı görüb: «Mü­səlmanlar gəlirlər»- deyə qaçıb getdilər.

Ertəsi gün Peyğəm­bər  : «Bu günkü gündə ən yaxşı sü­varimiz Əbu Qətadə və ən yaxşı piyadamız Sə­ləmədir!» – deyib süvari və piyadalar üçün ayrılmış qənimət pay­ların­dan iki­si­ni (hərəsindən bir pay) mənə verdi. Sonra o məni öz arxasına, Adbaya201 min­dirdi və biz Mədinəyə qayıt­dıq. Yolda ən bərk qa­çan ənsarlardan biri: «Mədinəyə qədər ya­rışmaq istəyən varmı?»- deyə bir neçə dəfə təkrar etdi.

Mən onun bu qəti tələbini eşitdikdə dedim: «Məgər sən alicə­nab, möhtə­rəm insanlara hörmət etmirsən?» O: «Xeyr, mən yal­nız Allahın elçisinə hörmət edirəm!»202- dedi. Mən Peyğəmbərə  : «Atam-anamsan ey Allahın elçi­si! İzn ver onunla yarışım» - dedim. O : «İstəyirsənsə yarış!» - dedi. Sonra mən (üzümü yarışmaq istəyən ənsara tutub): «Hazır­laş!»- dedim. Mən ayaqlarımı büküb qaçış vəziyyətini al­dım, sonra dərhal yerimdən sıçra­yıb qaçdım. Yolda nəfəsi­mi dərmək üçün bir müd­dət dayandıqdan sonra yenə onun ardınca qaçdım. Bir az sonra mən yenə yorğunluğumu al­maq üçün da­yandım. Sonra qalxıb onun dalınca qaçdım və nəhayət gəlib onu keçdikdə çiyninə vu­rub dedim: «Vallahi mən səni ötdüm!». O dedi: «Hesab edirəm ki, sən məni öt­dün».

Beləliklə biz Mədinəyə qədər yarışdıq və mən onu arxada qoy­dum. Allaha and olsun ki, biz cəmi üç gün Mədinədə qal­dıqdan sonra Peyğəmbərlə  birlikdə Xeybərə getdik. Bu vaxt əmim Amir (r.a) rəcəz ilə bu sözləri oxudu:
Təllahi!203 İstəməsəydı Allah, düz yola gəlməzdik biz,

Nə sədəqə verərdik, nə namaz qılardıq biz,

Olmasaydı lütfün Sənin, keçinə bilməzdik biz.

Sabit et qədəmləri, düşmən gəldikdə bizə,

Sonra da bir təskinlik Özün nazil et bizə!
Allahın elçisi  dedi: «Bu kimdir?»

O dedi: «Mənəm, Amir». Peyğəmbər  ona: «Rəbbin sə­ni bağışlasın!»- dedi. Peyğəmbər  kiməsə Allahdan xüsu­sən məğfirət dilə­yərdisə o şəxs mütləq şəhid olardı. Bu vaxt dəvəsinin üstündə əyləşmiş Ömər ibn əl-Xəttab (r.a) onu çağırıb dedi: «Ey Allahın Peyğəmbəri! İzn ver Amir oxusun biz də həzz alaq!»

Biz Xeybərə gəlib çatdıqda düşmənin başçısı Mərhəb qabağa çıxıb qılıncını havada oynatdı və dedi:

Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!

Müharibə başlayıb döyüş alovlanarkən,

Mahir silah ustası, təcrübəli ərəm mən.


Bu vaxt əmim Amir (r.a) onunla təkbətək döyüşə çıxıb dedi:
Artıq Xeybər tanıdı, bildi ki Amirəm mən,

Mahir silah ustası, çevik qəhrəmanam mən.


Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc zər­bə­si en­dirdi. Mərhə­bin vurduğu qılınc Amirin (r.a) qalxanına dəydi. Amir (r.a) onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdıb ve­nasını kəsdi və o şəhid oldu. Mən bir neçə səha­bənin: «Amir intihar etdi və əməlləri puç oldu!»- dediyini eşitdim. Mən ağlaya-ağlaya Peyğəmbərin  yanına gəlib dedim: «Ey Allahın elçisi, Amirin əməlləri puç oldu!» Pey­ğəmbər  : «Bunu kim deyir?»- deyə soruşduq­da mən: «Sə­habələrin­dən bir neçəsi!» - deyə cavab verdim. O dedi: «Ya­lan deyirlər! Əksinə, o ikiqat savab qazandı!»

O zaman Əli (r.a) gözlərinin ağ­rısından əziyyət çəkirdi və Pey­ğəmbər  məni onun yanına göndərib dedi: «Mən bayrağı Allah və Onun rəsulunu sevən və (ya)204 Allah və rəsulunun sevdiyi bir şəxsə verəcəyəm!»

Əli (r.a) göz ağrısından iztirab çəkdiyi üçün onun əlin­dən tutub Peyğəm­bərin  yanına gətirdim. O, Əlinin (r.a) gözlərinə tüpürdü və onun gözləri sağaldı. Peyğəmbər  bayrağı ona verdik­dən sonra Mərhəb yenə qabağa çıxıb de­di:
Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!

Müharibə başlayıb döyüş alovlanarkən,

Mahir silah ustası, təcrübəli ərəm mən.

Əli (r.a) dedi:


Anamın Heydər205 adlandırdığı mənəm,

Meşələr şiri tək zəhimli görkəmliyəm,

Düşmənləri pərən-pərən edib tez öldürürəm.
O, Mərhəbin baş nahiyəsinə qılınc zərbəsi endirib onu öldür­dü. Xeybər də məhz Əlinin (r.a) əli ilə fəth olundu».

Muslim bu hədisin başqa isnadla da rəvayət olunduğunu qeyd etmişdir.

Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 86) de­miş­­dir­: «Abdullah ibn Məğəffəl əl-Muzəni (r.a) demişdir: «Biz Hü­deybiyyədə Pey­ğəmbərlə  birlikdə, Uca Allahın Quranda qeyd etdiyi ağacın206 altında toplaşmışdıq. O ağa­cın bu­daq­larından bəziləri onun belinə toxu­nurdu. Bu vaxt Əli ibn Əbi Talib (r.a) və Suheyl ibn Amr Pey­ğəmbə­rin  qarşı­sın­da oturmuşdular. Peyğəm­bə­r  Əliyə (r.a) əmr edib dedi: «Yaz! Rəhmli, Mərhəmətli Allahın adı ilə (Bismillahir-Rəh­manir-Rə­him)!» Su­heyl ibn Amr onun əlindən tutub dedi: «Müqaviləmiz­də «Bismil­lahir-Rəhma­nir-Rəhim!»– ifadəsi­nin yazılmasını qəbul etmirik. Bizim bildiyi­miz «Allahım, Sənin adınla başlayıram (Bis­mikə Allahummə)»- başlığını yaz!

Peyğəmbər  Əliyə (r.a) : «Yaz! Allahım, Sə­nin adın­la başlayıram! Bu, Allahın elçisi Məhəmmədin Məkkə əhli ilə bağladığı sülh müqaviləsidir!»- dedi. Suheyl yenə onun əlindən tutub dedi: «Doğrudan da Onun elçisisənsə onda belə çıxır ki, biz sənə zülm etmişik. Sən bi­zim qəbul et­di­yi­miz başlığı yaz!»

Peyğəmbər  : «Mən Allahın elçisiyəm!» - dedi və ka­ti­bi­nə: «Bu Məhəmməd ibn Abdullah ibn Abdulmuttalibin bağ­ladığı sülh müqaviləsidir!» yazmağı əmr etdi. Elə bu vaxt silahlanmış otuz gənc bizə tərəf hücum etdi. Peyğəmbər  Allaha dua etdi və onların gözləri kor oldu. Biz onları əsir tutub Pey­ğəmbərin  yanına gətirdik. O : «Siz kiminləsə müqavilə bağlamağa gəlmisiniz, ya kimsə sizin təhlükə­siz­li­yinizə zəmanət ve­rib?»

Onlar: «Xeyr!» - deyə cavab verdilər. Peyğəmbər  on­la­ra heç bir cəza verməyib hamısını azad etdi və Uca Allah bu ayəni nazil etdi:

ﭽ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭼ
«Sizi onların üzərində qələbə çalmağa müvəffəq et­dik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir».

Bu hədisi həmçinin ibn Cərir «Təfsir»ində (26-cı cild, səh. 94), Beyhəqi «Sünən» əsərində (6-cı cild, səh. 319) və Hakim «Mus­tədrək» əsərin­də (2-ci cild, səh. 461) rəvayət etmişlər.

Hakim bu hədisin Buxari və Muslimin şərtlərinə görə «səhih» olduğunu qeyd et­mişdir. Lakin qeyd etmək lazımdır ki, Hakimin rəvayət etdiyi isnad heç də Buxari və Muslimin şərtlərinə müvafiq deyildir.

Əbu Abdurrəhman demişdir: «Hüseyn ibn Vaqid Buxa­ri­nin istinad etdiyi ra­vilərdən deyildir». Həmçinin Buxari və Muslim, Sabitin Abdullah ibn Müğəf­fəldən rəvayət etdiyini deməmişlər. Mizzi bu isnadı «Tuhfətul-Əşraf» əsə­rində qeyd etmişdir. Həmçi­nin bu Əlainin «Camiut-Təhsil» əsə­rində də, öz təsdiqini tapıb.



QEYD: İbn Həcər «Fəthul-Bari» əsərində (5-ci cild, səh. 351) demişdir: «Bu ayənin məhz Əbu Bəsir (r.a) barə­sində nazil olması müəmmalıdır. Çün­ki Muslimin «Səhih» əsərində ayənin Sələmə ibn əl-Əkva (r.a) barəsində nazil ol­du­ğu, Əhmədin «Müs­nəd» və Nəsainin «Sünən» əsərlərində isə bu ayənin müsəlman­lara hücum edən silah­lanmış bir dəstə gənc barəsində nazil ol­duğu rəvayət olunmuşdur. Ayə­nin digər başqa səbəblərə görə nazil olduğu da mövcuddur».

İbn Həcərin fikrini bu ayədəki


ﭽ ﭘ ﭙ ﭼ
«Məkkə vadisində» - ifadəsi təsdiqləyir. Çünki Əbu Bəsir (r.a) və onun camaatı Məkkə vadisində ol­mamışdılar. Daha doğrusu­nu isə Allah bilir!
Əl-Hücurat surəsi
Uca Allah buyurur:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﭼ

«Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir».

(1-ci ayə)
Buxari «Səhih» əsərində (9-cu cild, səh. 147; 10-cu cild, səh. 214) de­miş­­dir­: «Abdullah ibn əz-Zubeyr (r.a) rəvayət edir ki, Bənu Tə­­mim qəbiləsindən olan bir dəstə Peyğəm­bərin  ya­nı­na gəldiyi zaman Əbu Bəkr (r.a) ona, Qa'qa ibn Mə'bəd ibn Zuraranı (r.a), Ömər isə Əqra' ibn Habisi (r.a) on­la­ra əmir təyin etməyini təklif etdi. Bu an Əbu Bəkr (r.a) Ömərə (r.a): «Sən mənə müxalif olmaq istəyir­sən!»- dedi. Ömər (r.a) də ona: «Mən sənə müxalif olmaq is­təmədim!»- deyə cavab verdi. Beləliklə onlar mübahisə edib səs­lərini qaldırdılar və bu ayə nazil oldu»:
ﭽ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﭼ الآية

«Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun El­çisini qabaqlamayın...»
Uca Allah buyurur:
ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﭼ
«Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsin­dən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz ki­mi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər».

(2-ci ayə)
Buxari «Səhih» əsərində (10-cu cild, səh. 212; 17-ci cild, səh. 39) de­miş­­dir­: «İbn Əbi Muleykə belə demişdir: «Əbu Bəkr (r.a) və Ömər (r.a) kimi xeyirxah səhabələr az qala hə­lak olacaqdılar! Bənu Tə­­mim qə­biləsindən olan bir dəstə Peyğəmbərin  ya­nı­na gəl­di­yi za­man Əbu Bəkrlə (r.a) Ömər (r.a )(mübahisə edib) səslərini qaldır­dılar. Onlardan biri Əqra' ibn Ha­bisi (r.a), digəri isə baş­qa birisi­ni on­la­ra əmir təyin olunmasını Peyğəmbərə  təklif etdi».

Nafi (əl-Cuməhi)207 deyir ki, ikincinin (yəni əmir təyin olunacaq digər səhabə­nin) adını yadımda saxlamamışam.

«Bu an Əbu Bəkr (r.a) Ömərə (r.a): «Sən mənə müxalif olmaq istəyirsən!»- dedi. Ömər (r.a) də ona: «Mən sənə mü­xalif olmaq istəmədim!»- deyə cavab verdi. Beləliklə onlar mübahisə edib səs­lərini qaldırdılar və bu ayə nazil oldu»:
ﭽ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﭼ الآية
«Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsin­dən yüksəyə qaldırmayın…» - ib­n əz-Zubeyr (r.a) de­yir ki, bu ayə nazil olduq­dan sonra Ömər (r.a) Pey­ğəm­bər­dən  so­ru­şacağı məsələləri ona eşitdirə biləcək səslə so­ruşardı.

İbn əz-Zubeyr (r.a) babasının – yəni Əbu Bəkrin (r.a) – belə et­di­yi­ni qeyd etməmişdir.

Bu hədisi həmçinin Tirmizi «Sünən» əsərində (4-cü cild, səh. 185), Əhməd «Müsnəd» əsərində (4-cü cild, səh. 6) və Təbərani «Mucəm» əsərində (26-cı cild, səh. 119) rəvayət etmişlər.

İbn Həcər «Fəthul-Bari» əsərində (10-cu cild, səh. 212) demiş­dir: «Beləliklə hədisin isnadında olan bağlılıq (ibn Əbi Muleykə­nin bu hədisi bilavasitə ibn əz-Zubeyrdən rə­va­yət etməsi) məlum oldu».


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə