Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   2   3   4   5   6   7   8   9   ...   107

8
Burada rusların 944-cü ildə ölkəyə basqını da təsvir olunmuşdur. Kitab alban
hökmdarlarının və katalikoslarının siyahısı ilə qurtarır.
«Alban tarixi»ndə aşağıdakı mənbələrdən istifadə olunub: 1. Xalq
rəvayətləri və hekayələri. 2. Monastır və qəsrlərin arxivlərində saxlanmış kübar
şəxslərin epistolyar yazışmaları. 3. Müəllifin özünün və şahidlərin müasirlərinin
məlumatları. 4. Alban aqioqrafik ədəbiyyatı, (Alban müqəddəslərinin həyatı və
əzabları). 5. Alban kilsə kanonları (V əsr Aquen kanonları, 705-ci il Simeonun
kanonu. 6. Alban xronikaları (Vironun). 7. Alban şairi Dəvdəcin Cavanşirin
ölümünə hşəsr etdiyi ağı. 8. Başqa dillərdə yazılmış mənbələr Romalı  İppolitin
xronikası (III əsr), V-VII əsrlərdə yaşamış erməni müəlliflərinin əsərləri.
Azərbaycan tarixşünaslığında belə bir fikir var. «Alban tarixi»nin qrabar
(qədim erməni dili) çevrilməsi - VIII yüzillikdə  ərəb xilafətinin köməyi ilə
qriqoryan kilsəsinin Albaniyanı öz nüfuzuna tabe etməsi ilə bağlıdır. (Bax.
Z.Bünyadov. Azərbaycan V-IX əsrlərdə).
Beləliklə, bənzərsiz tarixi yol keçmiş «Alban tarixi» Qafqaz Albaniyasını
I-X əsr tarixinin öyrənilməsi üçün qiymətli mənbədir.
Görkəmli Qafqazşünas tarixçi İ.İ.Krupov yazırdı: «Lakin bir şey
məlumdur. Qafqaz Albaniyasnın taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul
olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya
elminə borcludurlar».
«Kitabi-Dədə Qorqud».
Azərbaycanın IV-XII yüzilliklərə aid orta əsr qaynaqlarından birini də
«Kitabi-Dədə Qorqud» abidəsi təşkil edir. Dastanda baş verən hadisələr hələ
ibtidai icma quruluşunu dağıldığı və hərbi demokratiya institutlarının yaşadığı
zamanlara gedib çıxdığını söyləmək olar.
Dədələrimizin Ərməğanı olan dastan bir çox yüzilliklər boyu Ozan
sənətinin kürəsindən keçərək, bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış


9
fars (pəhləvi) və ərəb dillərinə də «Oğuznamə» adı ilə çevrilmişdir. Kitabın iki
əsrə yaxın öyrənilmə tarixində böyük xidmətləri olan rus türkoloqu
V.V.Bartoldun yazdığı kimi, dastan islamın ilk yüzilliyində, yəni VII əsrdə
Qafqaz mühitində – Dərbənd keçidi ilə Ermənistan yaylası arasında torpaqlarda
bəstələnmişdir.
Qeyd etmək lazımdır ki, oğuzların dili yazılı dil idi. Hələ Orta Asiyada
onların dilində  əsərlər yaranmışdır. «Kitabi-Dədə Qorqud»un dili həmin
oğuzların dili ilə yerli Alban-Atropaten dillərinin konsolidasiyası prosesinin
nəticəsində təşəkkül tapmış dil idi.
Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da, bu
oğuz cəmiyyəti əslində hələ islam və  şəriət qanunlarından kəarda durur. Onlar
hələ də Allah yerinə daha çox, daha tez-tez tanrı (tenqri) işlədirlər. Kitabda 73
dəfə tanrı sözü, 54 yerdə isə Allah sözü işlənmişdir. Hətta bir neçə yerdə
Qurandakı «Allah-təala» tanrı-təala kimi işlənmişdir. Halbuki, klassik İslam
mühitində yaranan abidələrin heç birində Allah anlayışı islamdan qabaqkı yerli
ilahi adı ilə əvəz olunmamışdır və oluna da bilməzdi.
Deyilənlərlə yanaşı, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilmir,
onların molla, seyid, müəzzinləri yoxdur.
Yeniyetmələr yalnız 15 yaşa çatdıqdan və igidlik göstərdikdən sonra ad
alırlar, bu adlar islamdan çox-çox qabaq oğuz dədələrin yaşatdığı türk adları idi.
Halbuki, şəriətə görə, uşaqlar doğulan kimi onlara Allahın, peyğəmbərin və
imamların adları verilməli idi. Oğuz qadınları yaşma nə olduğunu bilmirlər.
Kişilər isə yalnız bir qadınla ailə qururlar. İslam və  şəriətin əksinə olaraq,
onların hamısı təkarvadlıdır. Oğuz ərləri «ağ üzümdən» sıxılmış şərab içirlər.
Beləliklə, milli mədəniyyətimizin iftixarı, intibah abidəsi olan «Kitabi-
Dədə Qorqud» milli tariximizin öyrənilməsi baxımından ən qiymətli mənbəə
rolunu oynayır
Nizaməddin Şami. «Zəfərnamə». Bu yazılı mənbə Teymurləngin dövrünə
aid tarixi əsərdir. Müəllif Təbrizdə doğulub. Teymur Bağdadı tutarkən (1393)


10
burada yaşayırdı. Əsir alınıb. Teymura and içib onun xidmətinə keçib. Bu
mənbədə Əmirin Hindistandan dönərkən İraq və Azərbaycan səfərləri Teymurun
Qarabağa - Arrana gəlməsi və orada eyş-işrətlə vaxtını keçirməsi təsvir olunur.
Azərbaycan tarixinə aid Osmanlı tarixi mənbələrindən biri də XVI əsrin ikinci
yarısını  əhatə edən Selaniki Mustafa əfəndinin «Tarixi-Selaniki» əsəridir. Bu
tarixi mənbədə (1560-1600) illərdəki hadisələr əhatə olunur. Burada XVI əsr
tariximizə dair qiymətli məlumatlar var.
Tədqiqatlarla müəyyən olunub ki, hələ 12 milyon il əvvəl Azərbaycan
ərazisində insanabənzər meymunlar yaşayıb. İnsanın təşəkkülü və formalaşması
4-cü geoloci dövrlə bağlıdır. Azərbaycanda ən qədim mədəniyyət Quruçay
arxeoloci mədəniyyətinin 1,5 milyon ildən artıq yaşı var. Bu, şərqi Afrikadakı
Olduvay paleolit mədəniyyəti ilə eyni tarixə malikdir. İbtidai insan sürüsü
Mustiyə dövründə formalaşır. İbtidai insan sürü icması 1,5 milyon illik bir vaxtı
əhatə edir. Azıxantrop təxminən 400 min il bundan əvvəl yaşayıb. Azıx
mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var.
Quruçay mədəniyyəti üç mərhələyə bölünüb.
1 mərhələ. Paleolitin ilk təşəkkül dövrü.
2 mərhələ. Erkən və orta Aşel dövrü (700-150) min il.
3 mərhələ. Aşel və Erkən Mustiya dövrü (150-120) min il.
Aşel dövründə insanlar ibtidai dini təsəvvürləri yaradır və sadə
incəsənətlə məşğul olur. Paleolitin son mərhələsində (təxminən 40-30 min əvvəl
başlanmış və m.ö.12-ci minilliyə qədər) müasir insan tipi meydana gəlir. Bu
mərhələnin maddi qalıqlarına Tağlar, Damcılı, Zar mağaralarında təsadüf
olunur. Bu dövrdən etibarən ibtidai sürü icma nəsli qəbələ quruluşu ilə  əvəz
olunur. Bu dövrdə insanlar ana xətti üzrə qohumluq əlaqələri əsasında birləşir.
Mezolit dövrü eradan əvvəl (12-8-ci minilliklər). Bu dövrdə ox və kaman
kəşf olunur. F.Engels yazır: Barbarlıq üçün dəmir qılınc və sivilizasiya üçün
odlu silah nə idisə, vəhşilik dövrü üçün kaman və ox eyni şey idi. Bu dövrdə
ilkin əkinçilik vərdişləri yaranır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə