Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   99   100   101   102   103   104   105   106   107

hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı.
İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar
meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın
müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici
aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş
içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki,
Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər.
Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin -
qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi
xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik
əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı
yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş
qanı axıdılmışdı...
Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş
çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək
yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə
gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi,
bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun
günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda
həlledici dönüş baş verdi.Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra
vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin
Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı
puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi
dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin
hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan
keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün
nələr etdi? Və ya 1993-cü ilin 15 İyun gününü nə üçün Qurtuluş günü adlandırmaq
olar?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa,
onların ən mühümlərini, ən böyüklərini sıraya düzək.
Ən başlıcası: azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv
xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın,
müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid
vermişik bu yolda. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu
qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm
dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq
ölümə məhkumdur. Azərbaycan dövləti bizim "olum ya ölüm" məsələmizdir.
Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən
böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən
kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan
dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən


qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin
qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi və prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin
Oktyabr və 1995-ci ilin Mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər
Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə
şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını,
Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və
əmin-amanlıq yarandı.
Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur -
sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə
güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını
sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır,
dönməz olacaqdır...
Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi
real vəziyyətlə hesablaşdı.Məkrli düşmənlərimizin və onların beynəlxalq
havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə
qədər təhlükəli olduğunu nəzərə aldı.Vəziyyəti düzgün qiymətləndirdi. Real
vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu. Bununla Azərbaycanın gənc,
sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı - genefondumuzu
xilas etdi. Bu, Azərbaycan xalqının yaşaması, gələcəyi deməkdir...
Prezident Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa
uğramaqdan xilas etdi.Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət
dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq
vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv
qərarların icrasını dayandırdı.Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli
və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik,
xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi
bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı.
Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan
artmaqdadır.Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi
dövlət nüfuzu qazanmışdır.Heydər Əliyev zəkasının məhsulu olan təməl
qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və
beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır.Yurdumuzda hökmranlıq
edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin
genişlənməsinə müsbət təsir göstərir.Özünün xarici siyasətini bərabərlik və
qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın
bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə