|
Ъянуби азярбайъанда милли – демократик щярякат
Folklorumuzun bönövrəsini təşkilləri muğam adları üzərində
ilk operanan müəllifi xalqımızın görkəmli sənətkarı Ü.
Hacıbəyova məxsusdur. "Leyli və Məcnun", "Koroğlu" kimi
operaları, "Məşədi İbad", "Arşın mal alan" operettaları XX
əsrin mədəniyyətinin Azərbaycan dünya sivilizasiyasına bəxş
etdiyi ən görkəmli sənət nümunələridir. Ü. Hacıbəyov, M.
Maqamayev özlərindən sonra XX əsrdə çox böyük və zəngin
musiqi məktəbi yaradaraq milli musiqinin gözəl ardıcıllarını
yetirmişlər: Bülbül, Ş.Məmmədova, Ş.Ələkbərova,
c.cahangirov,
Q.Qarayev
,
F.Əmirov
, A.Məlikov, S.Hacıyev,
T.Quliyev, R.Hacıyev,
Niyazi
və digərləri kimi rəngarəng
miqyaslı musiqiçilər dəstəsi bu dövrün ən məhsuldar
sənətkarları sırasına daxildirlər. Professional musiqidə əldə
edilən müvəffəqiyyətlər bütün dünyada öz əks sədasını tapdı.
Qara Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla" baleti, F.
Əmirovun "Sevil operası", "Kürd ovşarı", "Bayatı şiraz"
simfonik əsərləri, S. Hacıbəyovun "Karvan" simofonik lövhəsi
XX Azərbaycan musiqisinin şah əsərləri sırasına daxildir.
XX əsrdə Azərbaycan kulturoloji fikir tarixinə zənginlik
gətirən hadisələrdən biri də incəsəntdəki irəliləyişlər
idi.Xüsusilə, boyakarlıq, tətbiqi sənət, heykəltaraşlıq,
memarlıqda böyük naliyyətlər əldə edilir.Rəngarlıq
incəsənətində bu dövrə şöhrət qazanmış S.Şərifzadə,
M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev digərlərinin adlarını
qeyd etmək vacibdir.Bu rəssamlar naturanı, təbiəti, işığı,
havanı, rəng münasibətlərini öyrənmək üçün səylə çalışır,
müxtəlif mövzulu təsviri sənət yaradırlar. Ə.Əzimzadənin
Abşeron təbiətinə həsr olunan lirik akvarelləri, S.Şərifzadənin
"Üzüm bağı", M. Abdullayevin "Mərdəkanda",
B.Mirzəzadənin "Çəmən" (1939) adlı
əsərləri təbiət
mövzusunda işlənmiş ən dəyərli əsərlər sırasına daxildir.
Təbiət rəsimlərinin görkəmli sənətkarlarından formalaşarkən
S. Bəhlulzadənin adını xüsusilə qeyd etmək lazımdır.Xüsusilə,
mənzərə janrında yaratdığı lirik, poetik təsvirlər Abşeron,
Quba, Qarabağ, Lənkəran və digər yerlərin təsvirlərinə həsr
olunub.Rəssamı ilhama gətirən təbiət motivləri rəngarənglik
təşkil edir. 1953-cü ildə rəssam Qubaya gedərək
"Qudyalçayın sahili", "Qızbənövşə yolu" kimi əsərlərini
yaratmış, daha sonralar rəssam torpağa can verən insan
əməyini "Yaşıl xalı", "Bağlar arasında", "Bülbül baharı",
"Çiçəklənən torpaq" (1954- 60) əsərlərində tərənnüm
etmişdir. Mavi, göy, yaşıl, çəhrayı, ağ rəng çalarlarında
işlənmiş həmin mənzərələr tamaşaçıda intim hisslər, həyəcan
doğurur. "Doğma düzənliklər", "Gölməçələrdə ördəklər"
(1955) kimi şairin mənzərələrində Lənkəranın təbiətini əks
etdirən rəssam, "cıdır düzü", "Dumanlı dağlar"(1957)
lövhələrində Qarabağın səfalı yerlərini fırçaya almışdı.
Meyvələrin, çiçəklərin, qabların, məişət avadanlığı, və əmək
alətlərinin təsviri vasitəsilə insanın varlığa münasibətinin əks
etdirən natürmot janrında Azərbaycan rəssamları həvəslə
işləyirlər. T.Salanovun, T.Nərimanbəyovun, T.Tağıyevin,
B.Mirzəzadənin, M.Abdullayev, T.Sadığzadənin bu janırdakı
əsərləri Azərbaycan torpağına bərəkəti, meyvələrinin,
çiçəklərin gözəlliyi, təbiətin zəngin boyaların haqqında canlı
təsəvvür verir. Müxtəlif janırlarda əsərlər yaradan ötən əsrin
təşkil edilən sərgilərdə iştirak edən və rəssamlığın inkişafı
naminə axtarışlar aparan rəssamlardan F.Bağırov,
T.Şıxəliyev, R.Ülvi, B.Maratlı, Ə.Muradoğlu O.Ağababayev,
H.Cabbarlının da adlarını qeyd etmək lazımdır.
XX əsr Azərbaycan incəsənətinin ayrılmaz qollarından birini
də heykəltaraşlıq təşkil edirdi.Bu əsr heykəltaraşlığın
monumental formaları reallaşdırılır.Bununla yanaşı, dəzgah
və portret heykəltaraşlığı üzrə bir sıra qiymətli nümunələr
meydana çıxır, məişətimizə bədilik gətirən dekorativ
heykəltaraşlığı inkişaf edir.Azərbaycan monumental
heykəltaraşlığının inkişafında istedadlı sənətkar
F.Əbdürrəhmanovun xidmətləri böyükdür.Onun fərdi
yaradıcılıq üslubu dahi Nizaminin Gəncəyə (1946) və Bakıya
(1948) inşa edilmiş abidələrdə parlaq şəkildə təzahür edir.Hər
iki abidə olduqca əzəmətli aydın və ahəngdar plastik
formalarda həll olunmuşdur.F.Əbdürrəhmanov öz
monumental əsərlərin sürətin mahiyyətindən daxili qayəsindən
doğan plastik formalarda həll edir, orijinal kompozisiya
variasiyalarına əl atırdı.Bu baxımdan simvolik səpkidə verilən
"Azad Azərbaycan qadını" (1960) heykəli çox ehtiraslı və
dinamiktir.Heykəltaraşın digər əsəri xalq şairi S.Vurğunun
(1965) heykəlində isə romantik əhval ruhiyə vardır.Portiret və
monumental heykəltəraşlıq janrlarında C.Qaryağdının və
müstəsna xidmətləri vardır. O, öz əsərlərində döyüş və əmək
qəhramanlığına görə xalqın rəğbətini qazanmış
müasirlərimizin surətlərini ümumiləşdirməyə xüsusi əhəmiyyət
verir. Onun general - mayor H.Aslanov (1948), Bülbül (1948),
R.Behbudovun (1953), M.Ə.Sabirin (1958) portret heykəlləri
Bakı şəhərinin ən dəyərli sərvətləri hesab edilir. Portret
janrında görkəmli xidmətləri olan sənətkarlardan P.Sabçay,
H.Əhmədov, S.Quliyevin adlarını çəkmək olar. XX əsrin 50 -
60-cı illərindən respublikada ardıcıl axtarışları ilə
heykəltaraşlığa gələn sənətkarlar - Ö.Eldarov, M.Mirqasımov,
H.Abdullayev, E.Hüseynov, E.Şamilov, F.Nəcəfov,
K.Ələkbərov, İ.Zeynalov novator səpkili sənət əsərləri ilə milli
mədəniyyətimizi zənginləşdirirlər. T.Məmmədov və
Ö.Eldarovun əlbir əməyi sahəsində dahi Füzulinin 1962-ci
ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının binası
qarşısında abidəsi qoyuldu.6 metrlik boz qranit postament
üzərində yüksələn tünc
-
heykəl olduqca
cazibədardır.Ö.Eldarov portret sahəsində ciddi axtarışlar
apararaq M.Qorki, M.F.Axundov (1951 - 54), Natəvanın
(1954) mərmərdən obrazlarını yaratmışdı.Ümumiyyətlə, XX
əsr Azərbaycan incəsənəti özünün yüksəlişinə çataraq dünya
sivilizasiyasına mükəmməl sənət nümunələrini bəxş edərək
xalqın yaradıcılıq istedadını bütün bəşəriyyətə sübut etmişdir.
XX əsr Azərbaycan kulturoloji fikirin inkişaf tarixi ilə
yaxından tanış olduqda ,Azərbaycanın teatr
tarixinin,ədəbiyyat tarixinin, heykəltaraşlıq tarixinin və
rəssamlıq tarixinin zəngin və məhsuldar olduğunu birdaha
Dostları ilə paylaş: |
|
|