Milli Qurtuluşumuzun zəfər yürüşü



Yüklə 22,33 Kb.
tarix26.11.2017
ölçüsü22,33 Kb.
#12897

Milli Qurtuluşumuzun zəfər yürüşü

Tariximzə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il  iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil oldu.1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də,Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi.Vəziyyəti nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş,əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi,əvvəlcə o vaxtkı Baş nazir və Milli Məclis Sədrinin,sonra isə Prezidentin istefasını tələb etmişdi. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonlarda icra başçıları zorla dəyişdirilmiş ,Surət Hüseynovu qiyamı məhdud Gəncə civarlarından çıxaraq , üzü Bakıya doğru geniş miqyas almışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yegana çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arasına keçməsində görmüşdü.Bu sınaq anında xalqın çağırışına səs verən,dövlətin gələcək taleyinə biganə qalmayayan böyük strateq Heydər Əliyev Bakiya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəliyyətə başlamışdı.Ümummilli İiderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısı-nın alınmasında mühüm addım olmuşdu. Bundan bir neçə gün sonra- iyun ayının 15-də ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdi. Beləliklə də,15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmışdir.O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

                                                       Tədbirin keçirilməsi

Mərkəzi kitabxanada və kitabxana filiallarında 15 iyun –Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirlərdə çoxsaylı materialların oxucu kütləsinə catdırılması üçün əyani və şifahı təblığatın kitab sərqiləri, kitabxana plakatı,stend,söhbət,məruzə, mühazirə, oxucu konfransı, metodiki tovsiyələr və s.formalarından istifadə olunmalıdır. Oxucu sərqilər vasitəsilə kitabları bir-bir götürüb vərəqləmək,kitabların fəsilləri, bölmələri ilə tanış olmaq, kitablarda öz əksini tapan müxtəlif faktlarla tanış olmaq və s. Imkanlara malik olur.Aşağıda “15 İyun –Milli Qurtuluş günüdür!”başlıqlı sərginin sxemini  veririk.



1. Başlıq: “15 İyun Milli Qurtulş Günü”.

2. Xilaskar missiyası.

3. Böyük qayıdış.

4. Həqiqət və cəsarət.

5. Milli Qurtuluşun misilsiz nailiyyətləri.

6. Tariximizin parlaq səhifəsi.

7. 15 İyun Müstəqillik tariximizin dönüş nöqtəsidir.

8. Dövlətçilik tariximizi şərəfləndirən gün.

9. Mühüm tarixi gün. 

10.Heydər Əliyev Müstəqilliyimiz ədədidir.

                                                       İstifadə olunan ədəbiyyat siyahısı .



1. Azərbaycan. 1993 .Anarxiyadan sabitliyə. B.: 2000.- 415 s.

2. Qurtuluş. B.: Azərnəşr ,1998.- 428 s. 

3. Azərbaycan .1995. Qarşıdurmadan Milli Həmrəyliyə (birinci hissə). B.: 2005.- 455 s.

4. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. I cild. B.:2004.- 439 s.

5. Heydər Əliyev  və Azərbaycan Respublikasının Konstitusiyası. B.:UniPrint, 2009.-255 s.

6. Xalqa həsr olunan illər (II nəşr). (Azərbaycan və İngilis dilində). B.:2013.-525 s.

7. Müstəqil Azərbaycan 20 il. B.: 2011.- 637 s.

8. Əliyev, Heydər. Müstəqilliyimiz ədədidir. B.: “Zərdabi LTD”,2013.-446 s.

9. Fərəc Namiq Sığırlı. Azadlığın qədri. B.: İŞIQ,1996.-97 s.

10. İftixar. Böyük Turanın Himni. B.: 2004.-95 s.

                                                          Dövri mətbuat.



1. Qarakişiyev Q. Böyük qaydış. // Respublika qəzeti.- 2012.- 7iiyun.-  S.4.                                       

2. Aydınoğlu F. Həqiqət və cəsarət .// Respublika qəzeti.- 2012.- 8 iyun.- S.3.

3. Məsiyev B. Xalqımızın nicat günü. // Respublika qəzeti .- 2012.-9iyun .- S.4.

4. Şirəliyev R. Müstəqilliyimizin xilas günü .// Respublika qəzeti.- 2012.- 8 iyun .-S.4.

5. Məmmədov Q. Xilaskarliq missiyası. // Respublika qəzeti.- 2012 .-12.-12.- iyun. S.4.

6. Əhmədov A. Tarixumizin parlaq səhifəsi .// Respublika qəzeti .-2012.-9 iyun.-S.4.

7. Məsiyev Biləndər. Xalqımızın nicat günü .// Respublika qəzet.-2012.- 9 iyun .- s.4.

8. Niyazov Xalid.Tarixi taleyimizin qaydış səhifəsi. // Azərbaycan qəzeti.-2012.-12 iyun.-S.2.

9. Nəsirov E. 15 iyun- xaosun sonu ,milli qurtuluşun başlanğıcı .// Xalq qəzeti.-2013.-15iyun.-S.3.

10. Alıyev İ. 15 iyun -Qurtuluşun zəfər günü .// Xalq qəzeti.-2013.-12 iyun.- S.4.

11.Əsgərova İ. 15 iyun -Milli Qurtuluş Günüdür. Heydər Əliyev Müstəqilliyimizin xilaskarıdır.// Respublika qəzeti.-2013.-8 iyun.-S.9.

12. İsmayilqızı X. Müstəqilliyimizin Xilaskarı. // İKİ sahil.- 4 iyun .-2014.- S.12 .
Yüklə 22,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə