Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   99   100   101   102   103   104   105   106   107

ədəbiyyatşünas Firudin bəy Köçərli, məhz XX əsrin
yetişmələri sayılır. Ədəbiyyatda yumor və satira böyük
sənətkarların qələmi ilə kulturoloji səviyyəyə qaldırılmış,
bəşəri ideyalar cəhətdən mənalandırılmışdır. Bu cəhətdən
C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığı müstəsnalıq
təşkil edir, xalqımızın bu mötəbər ziyalıları xalq həyatının
bütün sevincli və kədərli, işıqlı və kölgəli, yeni və köhnə
mənzərələri ilə  ədəbiyyata gətirən, söz sənətini xalq qurtuluş
və səadəti üçün səfərbər etməyi vacib vətəndaş vəzifəsi sayan
öncül ədiblərdəndir. C.Məmmədquluzadənin yaradıcılığında
dramaturji fəaliyyət mühüm yer tutaraq Azərbaycan
ədəbiyyatına "Çay dəsgahı" (1889) kimi alleqorik mənzum
əsəri, "Ölülər" (1909), "Danabaş kəndinin məktəbi" (1971),
"Anamın kitabı" (1920) kimi dəyərli bədii əsərlər bəxş
etmişdir. Bu əsərlər hazırda müasir teatr afişalarından
düşməyən komediyalar, dramlardır.Bu əsərlərin həmişə
yaşarlığı onların mövzularının həqiqi reallıqlardan, ictamai
mübarizələrdən, canlı məişətindən
götürülməsidir.Ümumiyyətlə, C.Məmmədquluzadə ictimai
inkişaf tarixində dramaturqluqla yanaşı, görkəmli jurnalist
kimi də məşhurluq tapmışdı.Belə ki, əsrin əvvəllərində milli
mətbuatdan formalaşması üçün kulturoloji əhəmiyyət kəsb
edən məşhur "MollaNəsrəddin"in nəşri onun adı ilə bağlıdır.
Milli mətbuat tarixində ilk inqilabi - demokratik satirik
məcmuə olan "Molla Nəsrəddin" 1906-cı ilin aprelin 7-də
Tiflisdə "Qeyrət" Mətbəəsində nəşrə başladı.Məcmuənin belə
adlandırılması milli xalq ədəbiyyat - ənənələri, güclə  Şərq
kaloriti ilə sıx bağlılığı ilə izah edilirdi. Jurnalın çox maraqlı,
rəngarəng proqramı vardı: məqalələr, kəskin tənqidlər,
felyetonlar, məzhəki şerlər, məzhəki teleqramlar, satirik
hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, karikatura
və illüstrasiyalar. "Molla Nəsrəddin" satirik məcmuəsi daha
sonralar milli Azərbaycan mətbuatının inkişafında, uşaq
mətbuatının yaradılmasında möhtəşəm rol oynadı.Əsrin
əvvəllərində Molla Nəsrədinçi kimi məşhurluq qazanan


görkəmli satirik ustadlardan biri də M.Ə.Sabir oldu.Klassik
şair S.Ə.Şirvanin şagirdi olmuş Sabir XX əsr ədəbiyyatının
zənginləşməsində görkəmli xidmətləri olmuşdur.Belə
xidmətlərdən ən önəmlisi onun Azərbaycan şerinə tamamilə
yeni bir ruh, yeni həyat, yeni məzmun, yeni söz kəsəri
göstərməsidir.Şair M.Ə.Sabir bütün düşüncə, mülahizə və
təsvirlərini uca, qəhqəhəli, sağlam bir ictimai mənalı gülüşlə
bədii şəkildə ifadə edildi.XX əsr Azərbaycan şeriyyətində
xüsusi yeri olan şairlərdən biri Səməd Vurğun hesab edilir.
Yaşadığı dövrdə S.Vurğunun "Şairin andı" (1930), "Fanar"
(1932), "Könül dəftəri" (1934), "Şerlər (1935), "Azad ilham"
(1939), "Talıstan" (1940), "Səadət uğrunda" (1942), "İstiqbal
təranəsi" (1947), "Muğan" (1950), "Dünyanın xəritəsi"
(1951), "Aygün" (1956) adlı kitabları nəşr olunmuşdur. XX əsr
Azərbaycan dramaturgiyasında xüsusi xidmətləri olan
sənətkarlardan biri də  İlyas Əfəndiyev (1914) idi. Onun
"Unuda bilmirəm"(1968), "Məhv olmuş gündəliklər"(1969),
"Mahnı dağlarda qaldı"(1971), "Bağlardan gələn səs"(1976),
"Xurşudbanu-Natəvan" (1982), "Büllur sarayda"(1984) adlı
pyestləri Azərbaycan Dövlət Dram Teatrının repertuarının
daimi tamaşalarındandır. İ.Əfəndiyev dramaturgiyada müasir
mövzulara dalıb böyük üstünlük verirdi.Bir sıra pyeslərində
isə, ("Mahnı dağlarda qaldı", "Natəvan") tarixi hadisə və
şəxsiyətlərin bədii təcəssümünə də üstünlük verilmişdir.XX
əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, milli
şüurun güclü oyanışı  əbədi mühitin saflaşmasına demokratik
prinsiplərin daha üstünlük kəsb etməsinə güclü zəmin
yaratdı.Yeni ədəbi nəsl nümayəndələrinin yaradıcılığı mühüm
yer tutdu.
XX əsr Azərbaycan kulturoloji fikirin inkişafının
çiçəklənməsində müstəsna əhəmiyət kəsb edən hadisələrdən
biri də milli teatr incəsənətinin inkişafda idi.Hələ  əsası
yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 70-ci illərində qoyulan
Azərbaycan professional teatrının inkişafı üçün yeni- əsr
mühüm əhəmiyyət kəsb etməyə başladı.Bu tərəfdən, öz gözəl


və rəngarəng istedadları ilə fərqlənən yeni dramaturqların
formalaşması digərtərəfdən aktyor rejissor nəslinin yetişməsi
teatrın müxtəlif janrlarının Azərbaycanda təşəkkünülə çox
əhəmiyətli təsir göstərir.C.Zeynalov, H.Ərəblinski, M.A.
Əliyev, H.Sarabski, Əbülfət Vəli, Əlvəndi kimi ilk aktyorlar
əsrin əvvəllərində milli teatrın inkişafına zəmanət verənlər
olmuşlar.Daha sonralar, sovet dövründə Azərbaycan teatr
sənəti mədəniyyətin ən aparıcı sahələrindən birinə çevrildi.
Sovet hakimiyyətinin ilk illərində Şərqdə ilk teatr kimi tanınan
"Tənqid və Təbliğ" teatrı (1921-ci il 13 noyabr) öz ətrafında
S.S. Axundov, M.S. Ordubadi, A. Şaiq, Ə. Haqverdiyev,
C.Cabbarlı, C. Məmmədquluzadə kimi görkəmli ədibləri
ətrafında birləşdirdi. 1926-cı ildə isə, professional milli teatrı
"Dövlət Türk Akademik teatrı" adlanmağa başlayaraq
fəaliyyətini davam etdirdi.Həmin teatırda uzun illər rejisorluq
edən A.Tuqanovun fəaliyyətini xüsusi qeyd etmək
lazımdır.Yaradıcılığı bu illərdən başlayaraq həmin teatr bir
sıra milli, rus, gürcü, digər bəşəri müəllif dramaturqların
pyeslərini səhnələşdirən tamaşaya qoymuşlar. "Küləklər
şəhəri", "Relslər uğuldayır", "Konstantin Terexin", "Hücum",
"Siqnal", "İnqa", "Qəzəb", "Hind qızı", "Paris Notrdam
kilsəsi", "Yanğın", "Yollar", "Gizli əl", "Kölgə" və s. əsərləri
müvəffəqiyyətlə səhnələşdirmişdir. Artıq XX əsrimn 30-cu
illərində respublikada digər yeni teatr - kimi tamaşaçılar
teatrı öz fəaliyyətinə boşlayaraq Azərbaycan teatr sənətinin
yüksəlişinə  əhəmiyyətli tövhələrini bəxş etdi.Teatr təkcə
bakıda deyil, Azərbaycanın digər regionlarnıda yaranmağa
başlayır: Gəncədə, Naxçıvanda, Lənkərandə, Ağdam, Şamaxı,
Ağdaşda da teatrlar fəaliyyət göstərməyə başlayır. XX əsr
Azərbaycan kulturoloji fikir tarixindən danışarkən
professional musiqinin formalaşması, inkişafını da nəzərdən
keçirmək mütləq vacibdir.Bu sahədə xüsusi xidmətləri olan
görkəmli bəstəkarlar
uhacibeyov
,
M. Maqomayevin
 adlarını
qeyd etmək lazımdır.Şərq aləmində ilk professional musiqi,
məhz Azərbaycan xalqına məxsus olmuşdur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə