Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   99   100   101   102   103   104   105   106   107

Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı
illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi.
Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır
 fəlakət illəri, "olum ya ölüm" dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar
rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan "Azərbaycan
 Xalq Cəbhəsi recimi" məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə
qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu
zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev
 zəkası idi. Bu dövrdə - 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi
günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın
törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının
qurtuluş mübarizəsinin önünə keçdi.
Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı
il iyulun 20-də Vətənə döndü. Lakin Vətəndə - onun paytaxtı Bakıda tariximizin ən
rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-
yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona
yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün
sonra - 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Heydər
Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Bu dövrdə
ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və
iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Ana Vətəndən
- Böyük Azərbaycandan da Naxçıvanın harayına cavab verən yox idi. Səriştəsiz
rəhbərlər, oyuncaq kürsü düşkünləri Vətən torpaqlarını hərraca qoymuşdular.
Təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın halı ağır idi. Yağıların torpaqlarımızı
bölüşdürmək planları reallaşmaqda, Yurdumuz, o cümlədən də Naxçıvanımız bir
siyasi varlıq kimi Cənubi Qafqazın siyasi xəritəsindən yox edilmək ərəfəsində idi.
Məhz belə bir ağır şəraitdə Heydər Əliyev "olum ya ölüm" savaşımızın ən ağır
cəbhəsindən - Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı.
Müasir daşnakların sovet sərhəd qoşunları ilə birləşərək üzük qaşı kimi mühasirəyə
aldığı Naxçıvanda təkcə həmin bölgəmizin deyil, bütün Azərbaycanın müqəddəratı
həll olunurdu. Ağlasığmaz dərəcədə ağır olan bu mürəkkəb tarixi şəraitdə Heydər
Əliyev şəxsiyyəti özünün yeganə silahı ilə - misilsiz siyasi dühası və dövlət


müdrikliyi sayəsində Naxçıvan camaatının mübarizliyinə, əzmkarlığına
arxalanaraq qəhrəman Kəngərli yurdunu tarixin ən ağır sınağından çıxara bildi!
Ermənilərin Naxçıvanı işğal etmək planı boşa çıxdı.
Uğursuz Qarabağ müharibəsi, hakimiyyəti ələ keçirmək xatirinə müqəddəs
torpaqlarımızın düşmənə təslim edilməsi, xaricdəki ağalara daha sədaqətlə
nökərçilik etmək üçün bəhsə-bəhs, vaxtı ilə Nərimanovun qətlə yetirildiyi Kreml
labirintlərindən salamat qurtarıb xalqını dardan xilas etmək üçün Vətənə qayıtmış
böyük dövlət adamımız Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmaması, onu
hətta Naxçıvanda da hakimiyyətdən götürmək cəhdi kimi rüsvayçılıqlar tariximizin
ən qara səhifələri, ən bağışlanmaz səhvləridir. Əgər o zaman bu müdrik siyasətçi
hakimiyyət sükanının arxasında əyləşsəydi, bunca müsibətlərə düçar olardıqmı?!
Bu suala Heydər Əliyev ömrünün Naxçıvan səhifələri daha aydın cavab verir: milli
dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından "sovet",
"sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının Naxçıvan Muxtar Respublikasınındövlət bayrağı kimi qəbul olunması,
1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin
SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar
respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin
dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü
elan olunması, nəhayət, böyük Vətəndən - Azərbaycandan ayrı düşmüş
Naxçıvanda, özü də amansız hərbi-iqtisadi blokada şəraitində vətən torpağının
düşməndən qorunub saxlanması - bax, bunlardır böyük şəxsiyyətimizin
Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəaliyyətin qısa
yekunu!
Bəs Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmadığı həmin dövrdə böyük
Vətəndə - Azərbaycanda nələr baş verdi?
Sərt tarixi həqiqət belədir: 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə
qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində
çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ
keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı.
Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-
hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı
məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq
vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata
bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün
başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi
qaçıb aradan çıxırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan
bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına sırışt
olmuşdu. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq
adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik
qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə