40
və milli şüurun, özünüdərkin bu gün daha da yüksəsk səviyyəyə çatdırılması ilə bağlı
təklifləri nəzərdən keçirmək istərdik.
Azərbaycanın gəncliyi bu gün milli özünüdərk məsələsində çox geridədir.
Çünki onlara milli özünüdərki aşılayan heç bir yer yoxdur. Bu gün nə bağçalarda, nə
orta məktəblərdə, nə də ali təhsil ocaqlarında milli özünüdərkə aid heç bir şey öyrə-
dilmir. Belə olduğu halda bizim də ittiham etdiyimiz Gənclik hardan öyrənməlidir?
Gənclərə milli özünüdərk məsələsi ilə bağlı mərkəzləşmiş və planlı şəkildə aşılan-
malı, bu sahədə çoxlu işlər görülməlidir. Əgər bu gün dövlət öz vətəndaşına, onun
gələcəyinin təminatçısı olan gənclərinə sahib çıxmazsa başqaları ona sahib çıxaraq
öz mənfəətlərinə xidmət başqa ideologiyaya tərəf yönləndirəcək və onları bunu
etməyə məcbur edəcəkdir. Bunun da sonrakı proseslərdə hansı nəticələri ortaya çıxa-
cağını isə heç düşünmək belə istəmirəm!
Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması
mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq
gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən
zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə
çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə
qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk
deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin
tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk
etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda,
hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı
əsaslara söykənir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır.
Milli mənlik şüurunu mənimsəmək üçün nə lazımdır?
Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə
salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur.
Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa
düşüb, yalnız türkçülük kimi yozmaq doğru deyildir. Türkçülük milli şüurun biri
hissəsidir. Doğrudur, ancaq aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, milli
şüurun formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə
bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla
ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və təhsil alan hər bir
Azərbaycan vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çoxsaylı Azərbay-
can türkləri), həm də azərbaycanlı (türklər və azsaylı etnik qruplar) kimi qəbul edir.
Bu bütövlük nəticəsində yaranan azərbaycanlılıq milli şüurun özünüdərk nümunə-
sidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.
Bu mənada, milli şüur, milli ruh, qan birliyi əsasında formalaşa bilməz. Bu
prizmadan çıxış etsək görərik ki, milli ideologiyanı da yalnız qan-nəsil birliyi ilə
formalaşdırmaq çətindir. Ona görə də, milli şüur milli ideologiyanın formalaşma-
sında çox mühum rol oynaya bilər. Yəni türklüyümüzlə yanaşı, islamlılığı, çağdaş-
lığı və azərbaycanlılığı ifadə edən yeni bir milli şüura ehtiyacımız var. Burada türk-
lük dil, mədəniyyət və etnosla, azərbaycanlılıq vətən və dövlətçiliklə, islam dini inac
və etiqadla, müasirlik yeniləşmə və zəmanənin tələbləri ilə bağlıdır. Milli ideologiyaya
41
söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətlər, hətta sev-
gidən və millətçilik hisslərindən doğsa da son nəticədə ancaq ziyan gətirə bilər.
Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması,
davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu
böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq
üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin,
maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli
ideologiya da eyni bir təməl üzərində-milli fəlsəfi fikir zəminində formalaşır.
Ədəbiyyat
Akçuraoğlu Yusuf, “Türkçülüyün Tarixi”, Bakı, Qanun-2012
Aydın Balayev, “Məhəmmədəmin Rəsulzadə və Milli Özünüdərk Problemi” (25. 03. 2013)
Bəxtiyar Vahabzadə, “Gülüstan”, Ankara-1998
E. İbrahimov, “Türkdilli xalqlar arasında ortak ünsiyyət dilinin yaradılmasında Söz varlığının
rolu”, (05. 01. 2012)
F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası”, (14. 11. 2012)
F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Huseyn Baykara, (17. 10. 2012)
F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Əhməd Cəfəroğlu, (17. 09. 2012)
F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Bəxtiyar Vahabazdə, (14. 11. 2012)
M. B. Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı-1992
M. Ə. Rəsulzadə, “Stalinlə ixtilal xatirələri”, Bakı-1991
M. Ə. Rəsulzadə. Əsərləri. Bakı-2001, cild 2
M. Ə. Rəsulzadə. “İstiqlal məfkurəsi və gənclik”, Azadlıq, 31 dekabr 1990
Milli Fəlsəfi Fikir və Milli Özünüdərk, www. felsefedunyasi.org/files/38_ idsdp09jdd. doc
(15. 03. 2013)
Sabri Arıkan, “İsmail Bey Gaspıralı’ya Göre Dilde-Fikirde-İşte Birlik Niçin Şarttır?”, Türk
Dünyası Tarih ve Kültür Dergisi, S. 2000/07-163
Tofiq Hacıyev, “Türklər üçün ortaq ünsiyyət dili”, Bakı-2013
Ziya Göy Alp, “Türkçülüyün əsasları”,
XÜLASƏ
Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması
mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq
gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən
zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə
çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə
qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyən-
də ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin
tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk
etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda,
hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı
əsaslara söykənir.
Azərbaycanda milli özünüdərk prosesi və türkçülük ideyası böyük bir tarixi
yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk prosesində həyatını qurban