31
Summary
Azerbaijan In Cyprus Turkish Culture And Azerbaijani Turkish Image
The Oghuz Turks, Azerbaijani and Turkish Cypriots live on two different
geography Caucasus and Cyprus, have political, social and cultural relations in
between them from the past where the main developments has began with the
independence of Azerbaijan after 1990s. In this study, Azerbaijan in Cyprus Turkish
culture and Azerbaijani Turkish image will be considered from past to present to
determine the evolution.
Key Words: Azerbaijan, Cyprus, Cyprus Turkish Culture, Azerbaıjanı
Turkish Image
32
AZƏRBAYCANDA MİLLİ ÖZÜNÜDƏRK PROSESİNİN TARİXİ
VƏ TÜRKÇÜLÜK İDEYALARININ TƏSİRİ
Elçin Əli oğlu İbrahimov
Milli şüur, milli özünüdərk mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır.
Özünüdərk və şüur anlayışı nə qədər ümumidirsə, milli şüur istilahında həm ümu-
milik, həm də xüsusilik vardır. Milli şüur bir növ fərdi şüurla ümumi şüur arasında
əlaqələndirici keyfiyyətə malikdir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu
konkret etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər
də öz əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir millətin, dinin, mədə-
niyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən bəşəriliyə aid əlamətləri də
daşıyırıq.
Ona görə də, milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa
düşüb, yalnız türkçülük kimi yozmaq doğru deyildir. Türkçülük milli şüurun biri
hissəsidir. Daha doğrusu onun aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki,
milli şüurun formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi
(etnos) ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki,
özünü onunla ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və təhsil
alan hər bir Azərbaycan vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çox-
saylı Azərbaycan türkləri), həm də azərbaycanlı (türklər və azsaylı etnik qruplar)
kimi qəbul edir. Bu bütövlük nəticəsində yaranan azərbaycanlılıq milli şüurun
özünüdərk nümunəsidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri
tutur.
Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur.
Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da
vurmaq mümkündür. Vətənin, millətin nə ilə fərqləndiyini bilmədikdə, onun rasional
simasını görmədikdə, onun mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları
üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur.
Ziya Göyalpın da dediyi kimi, millilik müasir vəziyyətə görə və ilk növbədə
kültür və mədəniyyət ümumiliyi əsasında təyin edilməlidir.
1
Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması,
davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu
böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq
üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin,
maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli
ideologiya da eyni bir təməl üzərindəmilli fəlsəfi fikir zəminində formalaşır.
2
Türkçülük geniş anlayış olub türklərin tarixi varlığını özündə əks etdirir.
Geniş mənada türkçülük türklərin yüksəliş və qalibiyyət fəlsəfəsidir. Düşə biləcəyi
nə qədər ağır durum olursa olsun, türklərin milli özünəqayıdış fikri olan türkçülük
1 Ziya Göyalp. Türkçülüyün əsasları. B., Maarif, 1991, səh. 33
2 Milli Fəlsəfi Fikir və Milli Özünüdərk, www. felsefedunyasi. org/files/38_idsdp09jdd. doc (15. 03.
2013)
33
onları xilas edər.
Türkçülük tarixin müxtəlif dönəmlərində türkün ana ideologiyası olmuşdur.
Türkçülük türkün özünümüdafiə qılıncı olub, düşmənlərə qarşı savaşan türkün birlik
fikridir. Türkçülüyün bugünkü anlamı ilə milli ideoloji əsaslarının yaranması XIX
əsrin ikinci yarısı və XX əsrin əvvəllərinə təsadüf edir. Avropada kapitalizmin
yaranması ilə imperiya maraqlarını milli maraqlar tutmağa başladı.
Şərqdə və bütün Türk dünyasında milli kimlik və Türçülük ideologiyasının
yaranma mənbəyi Azərbaycan olmuşdu. Mirzə Fətəli Axundov Avropa çağdaşlıq
prinsiplərini Şərqə gətirdi. Beləliklə milli ideoloji inkişafın sonrakı inkişafına zəmin
yarandı. Sonradan Ziya Göyalp özünün “Türkçülüyün əsasları” kitabında ilk türk-
çülər kimi Mirzə Fətəl Axundov və İsmayıl bəy Qaspiralının adını çəkirdi.
1
Həmçinin Türk dünyasında türkçülük ideyasının yaradıcısı olan Yusuf Akçura
da özünün “Türkçülüyün tarixi” kitabında da qeyd edir ki türkçülük idayeasının
tarixi M. F. Axundovla bağlıdır.
2
XIX əsrin sonlarında başlayaraq Türk dünyasında bir çox mütəfəkkir də bu
ideyanı müdafiə etməyə başladı. Hər zaman Türk və Turanşılıq sevgisi ilə seçilən
Əli Bəy Hüseynzadə də Türkçülüyün nəzəri əsaslarını təbliğ etməyə başladı.
3
Türkçülük tarixindən danışarkən bu ideyanı ilk olaraq irəli sürən və onu daha
sonra yaşadan Türk Dünyasının böyük ədiblərindən olan mütəffəkirlər haqqında qısa
da olsa danışmaq istərdim. İlk olaraq bu ideyanı yaradanlardan olan Yusuf Akçura
haqqında danışmaq istərdim.
Yusuf Akçura (1876-1935) adı türk millətinin milli şüurunun oyanmasında,
türkçülük ideologiyasının genişlənməsində böyük rol oynamış dahi şəxsiyyətlərdən
biridir. Türk milli təfəkkürünün inkişafında müstəsna xidmətləri olan Yusuf bəy
haqqında təəssüf ki, Azərbaycanda məlumat azlığı həddindən artıq çoxdur.
Milliyətcə Kazan tatarı olan bu böyük ideoloq bizdən fərqli olaraq, türk dünyasında
daha çox öyrənilmiş, əsərləri tədqiq edilmiş və hələ də öyrənilməkdədir.
4
Günümüzdə Yusuf Akçura irsini türk dünyası üçün bu qədər əvəzsiz edən heç
şübhəsiz ki, onun türkçülük nəzəriyyəsinin təməlini və siyasi türkçülüyün
prinsiplərini formalaşdırmasıdır. Akçuranın 1904-cü ildə yazdığı “Üç tərzi-siyasət”
məqaləsi belə onun türk milləti üçün nə qədər dəyərli bir sima olduğuna sübutdur.
5
Yusuf Akçuraoğlunun türklük siyasəti proqramını araşdırarkən aydın olur ki,
onun baxışına əsasən bütün türk xalqları milli azadlıq əldə etməli və mədəni-kültürəl
cəhətdən qaynayıb-qarışmalıdır. Lakin o heç zaman vahid dövlət anlayışından bəhs
etməmişdir. 1908-1912-ci illər ərzində onun tərəfindən qurulan “Türk dərnəyi”,
“Türk bilgi dərnəyi”, “Türk ocağı”, “Türk yurdu” kimi cəmiyyətlərin hər biri Yusuf
bəyin mədəni türkçülük prinsipləri əsasında fəaliyət göstərmişdir. Bu isə türkçülük
ideologiyasının inkişafında böyük əhəmiyyət kəsb edən çalışmalar sırasına daxildir.
1 Ziya Göyalp. Türkçülüyün əsasları. B, Maarif, 1991, səh. 44
2 Yusuf Akçuraoğlu, “Türkçülüyün tarixi”, Bakı, Qanun-2012, səhifə-58
3 Tofiq Hacıyev, “Türkçlər üçün ortaq ünsiyyət dili”, Bakı-2013, səhifə-48
4 Sabri Arıkan, “İ. B. Gaspıralı’ya Göre Dilde-Fikirde-İşte Birlik Niçin Şarttır?”, Türk Dünyası
Kültür Dergisi, S. 2000/07-163, s. 19.
5 Yusuf Akçuraoğlu, “Türkçülüyün tarixi”, Bakı, Qanun-2012, səhifə-11