XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə16/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   ...   12   13   14   15   16   17   18   19   ...   222

38 

 

Qeyd  edək  ki,  Vahabzadəki  bu  milli  ruh,  Vətənin  bütövlüyü  rəmzi  altında 



Azərbaycanda  milli  ideyasının  yaşadılması  digər  poema  və  şeirlərində  də  özünü 

büruzə  vermişdi.  Bu  baxımdan  Vahabzadənin  Azərbaycan-türk  mütəfəkkiri  Cəlil 

Məmmədquluzadənin  «Anamın  kitabı»  əsərinə  həsr  etdiyi  eyni  adlı  şeiri  də  ibrə-

tamizdir. Bu şerində də o göstərir ki, bir vaxtlar Azərbaycanı ərəblər işğal edib hansı 

vəziyyətə  salmışdılarsa,  indi  də  Azərbaycanın  durumu  ondan  fərqli  deyildir. 

Vahabzadə yazır: 

Tapdandı anamın şərəfi, şanı,  

Bizdən sərvət alıb söz gətirdilər.  

Bu boyda ölkəni - Azərbaycanı 

Bir ərəb qızına cehiz verdilər.  

 

Milli dil məsələsinə gəlincə, Vahabzadənin bu dvördə qələmə aldığı  «Latın 



dili» poeması, «Ana dili» şeiri və başqa əsərləri Azərbaycan-türk dilinin qorunması 

və  yaşadılması  yolunda  atılmış  çox  mühüm  addımlar  olmuşdur.  Xüsusilə,  SSRİ 

rəhbərləri və ideoloqlarının türk dilini Azərbaycan dili ilə əvəz etdikdən sonra, daha 

çox onun statusunu aşağı salmaları, bunun əvəzində rus dilini az qala dövlət dili elan 

etməyə  çalışmaları  Azərbaycan  cəmiyyətinin  müxtəlif  təbəqələrində  əks-sədasız 

ötüşməmişdir.  O,  bu  xür  əsərlər  yazmaqla  SSRİ  rəhbərlərinin  və  ideoloqlarının 

nəzərinə çatdırırdı ki, hər hansı millətin anna dilinə qarşı assimilyasiya yürütmək, 

onu məhv etmək deməkdir. Bu mənada Azərbaycan xalqı üçün anna dilinin varlığı 

hər şeydən bnəmlidir. Vahabzadə «Ana dili» şeirində yazırdı: 

Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,  

Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.  

Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.  

Bu dil, - əcdadımızın bizə qoyub getdiyi 

Ən qiymətli mirasdır, onu gözlərimiz tək 

Qoruyub, nəsillərə biz də hədiyyə edək.  

 

Maraqlıdır  ki,  Vahabzadə  bu  şeirində  «Azərbaycan  dili»  sözündən  istifadə 



etməmişdir. Fikrimizcə, bununla da şair-mütəfəkir «Ana dili» dedikdə, dolayısıyla 

Azərbaycan türk dilinin nəzərdə tutmuşdur. Çünki bu dilin adı 1937-ci ildə dəyiş-

dirilib «Azərbaycan dili» adlanıdırılsa da, əslində onun ruhu, mahiyyəti, məzmunu 

və mənası türk dili olaraq qalırdı. Bunu, Vahabzadənin aşağıdakı sətirləri də ifadə 

edir: 

Ana dilim, səndədir xalqın əqli, hikməti,  



Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.  

Ürəklərə yol açan Füzulinin sənəti,  

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.  

 

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu 



Tarixi varaqlanır  

Səndə neçə minillik mənim mədəniyyətim,  

Şan-şöhrətim saxlanır.  



39 

 

Mənim adım, sanımsan,  



Namusum, vicdanımsan.  

 

Vahabzadə «Ana dili»nin əhəmiyyətini göstərmək üçün onu da qeyd edirdi ki, 



milləti  bir  millət  kimi  ifadə  edən,  onu  digər  millətlər  içərisində  tanıtdıran  onun 

dilidir.  Əgər  bir  millətin  «ana  dili»  yoxdursa,  o  millət  də  deməli  yoxdur.  Bu  ba-

xımdan hesab edirik ki, Vahabzadə bu şeirini Ana Qanunda dövlət dili statusunda 

olmasına baxmayaraq, rus dilindən sonra ikinci dərəcəli dil kimi işlədilməsinə etiraz 

olaraq yazmışdı: 

Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,  

Bu dil, əcdadımızın bizə qoyub getdiyi 

Ən qiymətli mirasdır, onu gözlərimz tək 

Qoruyub nəsillərə biz də hədiyyə verək.  

 

Vahabzadə bu gün olduğu kimi, o vaxtlar ana dilinə yuxarıdan aşağı baxan, 



bu  mənada  5-6  dil  bildiyi  halda  doğma  dilini  doğru-dürüst  bilməyənləri  tənqid 

atəşinə  tutmuşdu.  Bizə  elə  gəlir  ki,  bu  zaman  Vahabzadə  yalnız  «ana  dili»nə  xor 

baxanlara deyil, eyni zamanda onu ikinci dərəcəli dil olaraq görmək istəyən Sovet 

rəhbərliyini  və  onun  ideoloqalrını  da  hədəf  almışdı.  Əslində  sovet  rəhbərlərini  və 

ideoloqlarına cavab vermək üçün, «ana dili»nə xor baxanları tənqid hədəfi seçilməsi 

bir vasitə idi.  



 

Nəticə və təkliflər 

Yuxarıda  qeyd  etdiyimiz  fikirlərdən  də  məlum  olduğu  kimi,  Azərbaycanda 

milli özünüdərk prosesi böyük bir tarixi yol keçmişdir. Milli ideologiya, milli kimlik, 

özünüdərk prosesində həyatını qurban verən insanlar məhz özlərindən sonrakı nəslin 

bu ülvi dəyərlərə sahib çıxmasını, onu qorumasını istəmişdilər. Məhz onların ağır 

şərtlər altında, heç bir təhlükə və qorxudan çəkinməyərək millətin gələcəyini düşün-

dükləri  üçün  bu  mübarizəyə  qoşulmuşdular.  Bu  missiyanın  davam  etdirilməsi  isə 

gələcək  nəsilə  bir  vəzifə  kimi  ötürülmüşdür.  Lakin  hazırkı  dövrdə  milli  kimlik, 

özünüdərk  məsələsi hansı səviyyədədir? Həqiqətənmi bizim  əcdadlarımız bizə bu 

ideyanı  bu  şəkildə  qoruyub  inkişaf  etdirməyimizi  istəmişdilər?  Yetişməkdə  olan 

gəncliyin milli şüur və milli kimlik məsələlərinə yanaşması necədir?  

Böyük  və  zəngin  bir tarixə  irsə sahib  olan  Azərbacanda  bu  gün  milli şüur, 

millilik,  gənclərdə  milli  özünüdərk  səviyyəsinə  bir  qədər  fərqli  prizmadan  nəzər 

yetirməyə  çalışacayıq.  Çoxsaylı  sorğu  və  təhlillərin  nəticəsi  olaraq  bəyan  etmək 

olara  ki,  bu  gün  irsimizə  sadiqlik,  milli  düşüncəmizə  sədaqət  və  Azərbaycançılıq 

ideyalarının tam dolğunluqla təzahürü məsələlərində narahatedici məqamların möv-

cudluğu  danılmaz  bir  faktdır.  Burada  söhbət  yalnız  gənclərin  patriotik  hisslərə 

qapanma səviyyəsindən getmir - məsələ daha ciddidir. Görəsən, bugünki gəncliyin, 

əjdadlarımızın  təcrübəsi  olaraq,  milli  dəyərlərimizi  gələcək  nəsillərə  çatdırmaq 

potensialı və missiyası vardır mı? Sualın cavabı isə mövcud vəziyyətin obyektiv və 

subyektiv  səbəblərindədir.  Səbəblər  isə  bəllidir...  fərqli  maraqlar,  fərqli  düşüncə 

tərzi, fərqli zəmanə.... Lakin bu məqalədə biz özünüdərk prosesinə türkçülüyün təsiri 




Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə