XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə15/222
tarix15.03.2018
ölçüsü4,93 Mb.
#31889
1   ...   11   12   13   14   15   16   17   18   ...   222

36 

 

Federasyonu qurmaqla bütün görmək istəriz! Bu ittihadın bəşər mədəniyyəti sərgi-



sinə qiymətli bir milli kültür bəxş edəcəyinə əminiz!». 

Beləliklə, Azərbaycan Cümhuriyyət dövründə M. Ə. Rəsulzadə milli-demok-

ratik cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək və Azərbay-

can türkçülüyü ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə türk millətlərinin Türk 

Federasiyası yarada bilməsinin mümkünlüyü irəli sürürdü. Məhz, gələcəkdə Türk 

Federasiyası ideyasının gerçəkləşməsi istiqamətində Azərbaycan Cümhuriyyətinin 

məktəblərində  ümumi  türk  tarixi  tədris  edilmiş,  türk  dili  məktəblərdə  məcburi 

şəkildə keçilmiş, dövlətin rəsmi dili elan olunmuşdur. Bizə elə gəlir ki, Rəsulzadənin 

Türk Federasiyası ideyası bu günün ən aktual məsələsidir. Bu baxımdan Rəsulzadə 

yalnız Azərbaycan Türk Cümhuriyyətinin deyil, bütün türk dünyasının gələcəyini 

düşünən nadir şəxsiyytələrimizdəndir. 

Azərbaycan  türkçülüyü  ideyasını,  milli  azərbaycançılığı  türk  ideoloqları 

Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadədən sonra, Azərbaycan-türk 

ictimai-siyasi  və  mədəni-fəlsəfi  irsində  yaşadan,  bu  mənada  Azərbaycanın  istiqlal 

davası  tarixində  mühüm  yer  tutan  mühacir  aydınlarımızdan  biri  də  Hüseyn  Bay-

karadır (1904-1984). 1927-ci ildən Türkiyədə mühacirət həyatı yaşamağa məcbur 

olan H. Baykaranın «Azəri-Türk», «Odlu Yurd» və b. qəzet-jurnallarda Azəbaycan 

xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları ilə bağlı elmi-publisistik məqa-

lələri  dərc  edilmişdir.  Azərbaycanın  milli  azadlıq  hərəkatına  xüsusi  yer  verən  H. 

Baykara yazırdı ki, ona aid «Azərbaycan mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal 

mübarizəsi tarixi» kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbasıdır. Sonun-

cu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, H. Baykara milli azadlıq 

hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi mahiyyətini də göstərməyə çalışmışdır. 

H. Baykara qeyd edirdi ki, siyasi hakimiyyət və azadlıq uğrunda mübarizədə



20-ci  əsrin  əvvəllərində  Azərbaycan-türk  ziyalıları  əsasən,  üç:  1)  islamçılıq  və 

türkçülük (Ə. Ağaoğlu, Ə. Hüseynzadə və b.); 2) liberal-demokratik (Ə. Topçubaşov 

və b.); 3) və sosial-demokratik (marksizm) (M. Ə. Rəsulzadə və b.) cəbhədə təmsil 

olunublar. O, ilk iki cərəyanı milli müxalifət adlandıraraq hesab edirdi ki, sonralar 

(1910-cu illərdə) sosial-demokratlardan bir çoxu, o cümlədən M. Ə. Rəsulzadə də 

milli-demokratik cəbhəyə keçmişdir. 

Beləliklə, H. Baykara belə bir doğru qənaətə gəlir ki, ümumilikdə 20-ci əsrin 

əvvəllərində milli ideologiya baxımından mübahisələr «avropalaşmaq, türkləşmək 

və islamlaşmaq» ətrafında getmiş və bu mübahisələrin ətrafında Azərbaycan türklə-

rinin milli azadlıq hərəkatı dayanmışdır. 

H. Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını «ümmətçilik»dən «millətçi-

liy»ə yönəldən, onları «türkçülük-millətçilik», «Azərbaycan» ideyası ətrafında bir-

ləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən «Müsavat»ın lideri M. Ə. Rəsul-

zadə olmuşdur. O qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalış-

mış M. Ə. Rəsulzadə 1911-1913-cü illərdə Ş. C. Əfqaninin yazılarının təsiri altında 

türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuş-

                                                        

1 F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Huseyn Baykara, (17. 10. 2012) 




37 

 

dur: «M. Ə. Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlə-



tinin yaradılmasında xidmətləri əvəzsizdir». 

Bununla da, H. Baykara bir sıra əsərlərində sübut etməyə çalışmışdır ki, milli 

azadlıq hərəkatı Azərbaycanın daxilində baş qaldırmışdır. Çünki əvvəllər də, hazırda 

da xalqa bəzən yanlış bir fikir təlqin edilir ki, Azərbaycana millətçilik, türkçülük və 

bu  kimi  milli  ideyalar  kənardan-xaricdən  gətirilmişdir.  Bu,  qətiyyən  doğru  deyil. 

Milli  ideyaların  beşiyi  Azərbaycan  xalqı,  Azərbaycan  türkləri  özü  olmuşdur.  Bu 

baxımdan milli ideologiyanın başlıca qaynağı Azərbaycan türklərinə məxsus milli 

mənəvi dəyərlər olmuşdur. Milli mənəvi dəyərlərin ideyalar şəklində formalaşması 

isə birdən-birə baş  verməmişdi,  o təkamül  nəticəsində,  tarixi  şəraitə  uyğun  olaraq 

ortaya çıxmış və formalaşmışdır. 

Göründüyü kimi, H. Baykara Azərbaycan türkçülüyü ideyası və onun gerçək 

təcəssümü  olan  müstəqil  və  milli  Azərbaycan  uğrunda  ömrünün  sonuna  qədər 

mübarizə aparmış şəhidlərimizdəndir. 

SSRİ dövründə (1920-1991) milli məsələ ilə bağlı əsas problemlərdən biri də 

beynəlminəlçilik adı altında milli mədəniyyətin, milil dilin, milli ədəbiyyatın, yaxud 

da bütövlükdə milli-mənəvi dəyərlərimizin saxtalaşdırılması olmuşdu. Belə ki, sovet 

ideoloqları  kommunizm,  sinfisiz  cəmiyyət  qurmaq  şüarı  ilə  Azərbaycan  xalqının 

keçmişinə aid bütün mədəni-fəlsəfi irsini, o cümlədən mədəniyyətini, ədəbiyyatın, 

tarixini və s. təftiş edərək müstəmləkəçilik maraqlarına uyğunlaşdırmağa çalışmışlar. 

Şübhəsiz, bütün bunlar cavabsız qalmamış və ayrı-ayrı dönəmlərdə milli ruhlu mü-

təfəkkirlərimiz Azərbaycan milli ideyasının yaşadılması uğrunda mücadilə aparmış-

lar.  


Fikrimizcə, 1950-ci illərdən başlayaraq milli mədəniyyət, milli dil, milli ədə-

biyyat yolunda çalışa, bir sözlə Azərbaycan millli ideyasını müdafiə edən mütəfək-

kirlərimizdən  biri  də  Bəxtiyar  Vahabzadə  olmuşdur.  Sovetlər  Birliyi  dövründə  B. 

Vahabzadənin  yaradıcılığında  Azərbaycan  milli  ideyasına  münasibət  isə,  iki  isti-

qamətdə: 1) Azərbaycanın ikiyə bölünməsi və işğalı; 2) milli dil ilə bağlı öz əksini 

tapmışdır. 

1

 

İlk olaraq Azərbaycanın bütövlüyü məsələsi adı altında milli istiqlal ideya-



sının  ədəbiyyatda  yaşadan  Vahbazadə  «Gülüstan»  poeamasında  Vətənin  iki  yerə 

parçalanmasının siyasi-ideoloji səbəblərini göstərmişdir. O, bu əsərini qələmə almaqla 

şimali Azərbaycanın Rusiyaya birləşməsini bayram kimi qeyd edənlərə tutarlı cavab 

vermişdir. O demək istəmişdir ki, əslində o o zaman olduğu kimi, indi də hər iki Azər-

baycan işğal altındadır. Bununla da, artıq bu poemasında filosof şair Srvet Rusiyasının 

əsarətinə qarşı ciddi etirazını ifadə etmişdir. Çünki o vaxt da, indi də Azərbaycanı 

iki yerə bölunməsində farslar və ruslar mühüm rol oynamışlardır: 

 

Bir xalqı yarıya böldü qılınc tək.  



Öz sivri ucuyla bu lələk qələm,  

Dəldi sinəsini Azərbaycanın… 

Kəsdilər səsini Azərbaycanın.  

                                                        

1 F. Ələkbərov, “Azərbaycanda türkçülük ideyası” Bəxtiyar Vahabazdə, (14. 11. 2012) 



Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə